İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   60   61   62   63   64   65   66   67   ...   84

163 
 
Bir daha Avropa Azərbaycanlıları Konqresinin işinə uğurlar diləyir, hər birinizə möhkəm cansağlığı, səadət 
və firavanlıq arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 12 aprel 2004-cü il 
 


164 
 
 
TÜRKİYƏNİN “SAMANYOLU"  
TELEVİZİYASINA MÜSAHİBƏ 
 
12 aprel 2004-cü il 
 
Azərbaycan xalqının gələcəyə ümidlə, arxayınlıqla baxması üçün çox mühüm işlər görülməyə 
başlandı və bu, davam edir. Azərbaycan xalqının daha rahat, sakit, daha təhlükəsiz bir şəraitdə yaşaya 
bilməsi üçün hansı işlər görürsünüz? Azərbaycan dövlətinin dünyada yerini necə görürsünüz? Hədəfiniz 
nədir? Bu hədəfə çatmaq üçün hansı işlər görürsünüz?   
– Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar çox gözəl nəticələr 
verməkdədir. Bu siyasət 1993-cü ildən başlayaraq prezidentimiz Heydər  Əliyev tərəfindən aparılmışdır və 
bundan sonra da davam etməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk illərdə böyük çətinliklərə 
məruz qalmışdır. İqtisadi böhran, siyasi və hərbi böhran yaşanmışdır. Azərbaycanın iqtisadiyyatı hər il 10, 30, 
50 faiz tənəzzül edirdi. Yəni, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Bunu bərpa etmək, canlandırmaq 
prezidentimizin  əsas vəzifələrindən biri idi və o buna müvəffəq olmuşdur. Ölkəmiz dirçəldi və bu gün 
Azərbaycan böyük addımlarla irəliləyir. İqtisadi artım ildə orta hesabla 10 faizə yaxındır. İnflyasiya isə ildə 2–3 
faizi keçmir. Eyni zamanda onu da qeyd etməliyəm ki, böyük həcmdə xarici sərmayə qoyulur. Bütün bu amillər 
ölkəmizi iqtisadi cəhətdən gücləndirir. Bu baxımdan iqtisadi islahatlar siyasəti davam edəcəkdir.  
Mən prezident kimi vəzifəmin icrasına başladıqdan sonra mühüm addımlar atmışam, ölkəmizin sosial-
iqtisadi inkişafı üçün mühüm proqramlar qəbul edilibdir. Azərbaycanın bölgələrinin iqtisadi inkişaf proqramı da 
var və  həyata keçirilir. Qarşımızda duran bütün bu məqsədlərə nail olmaq üçün, ölkəmizi daha da qüdrətli 
dövlətə çevirmək üçün sabitlik və sülh olmalıdır. Biz buna da nail olmuşuq. Azərbaycan bu baxımdan sabit 
ölkədir, burada asayiş var, qanun-qayda var. Əlbəttə ki, sabitlik olmasaydı, bu iqtisadi nailiyyətlərə çata 
bilməzdik.  
Dünya birliyinə inteqrasiya edirik. Azərbaycan Dünya Birliyində layiqli yerini tuta bilib. Beynəlxalq 
təşkilatların işində fəal iştirak edir, Avropa Şurasının üzvüdür, Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Beləliklə, 
Azərbaycan gələcəkdə  məhz bu istiqamətdə inkişaf edəcək, iqtisadi cəhətdən güclənəcək, siyasi baxımdan 
bölgədə daha da mühüm mövqeyə sahib olacaqdır. Nəticədə Azərbaycanın inkişafı  hərtərəfli və daha geniş 
olacaqdır.  
– Güclü iqtisadiyyata malik və xarici əlaqələrdə güclü olan Azərbaycan ilə Ermənistan arasındakı 
münaqişənin həlli məsələsində qarşıdakı illərdə hansı mənzərə yarana bilər? 
– Əlbəttə, bütün bunlar münaqişənin həllinə də böyük və müsbət təsirini göstərəcəkdir. Bu gün Azərbaycanın 
büdcəsi Ermənistandakından 3 dəfə çoxdur. Sabah bu, 5–10 dəfə çox olacaqdır.  Əlbəttə ki, Ermənistanla 
Azərbaycan arasında olan bu uçurum daha da dərinləşəcəkdir. Ermənistanda iqtisadi inkişafa nail olmaq üçün 
heç bir əsas yoxdur. Bu ölkə beynəlxalq aləmdən təcrid olunub, izolyasiyadadır. Azərbaycan isə regionda 
Türkiyə ilə, Gürcüstanla və digər ölkələrlə çox sıx və  əlverişli  əməkdaşlıq edir. Əlbəttə, iqtisadiyyatımız və 
nəticədə  hərbi potensialımız gücləndikcə, mən  əminəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-
şəsinin həllində də mövqelərimiz daha da güclənəcəkdir.  
– Cənab Prezident, vaxtaşırı Dağlıq Qarabağ  məsələsi ilə bağlı  bəyanatlar verirsiniz. Münaqişənin 
həlli üçün çalışmalı olan ATƏT kimi beynəlxalq qurumların uzun müddətdir konkret bir iş görməmələri 
problemin həllini yubadır. Necə fikirləşirsiniz, qarşıdakı illərdə Qarabağ münaqişəsi həll ediləcəkmi və 
ya onun həlli üçün hansı addımlar atılmalıdır?  
Biz ümid edirik ki, münaqişə həll ediləcək. Çünki artıq bu vəziyyətlə barışmaq mümkün deyildir. Dünyada 
mövcud olan ikili standartlara son qoyulmalıdır. Ermənistan artıq bir neçə beynəlxalq təşkilat tərəfindən işğalçı, 
təcavüzkar ölkə kimi tanınmışdır. Avropa Şurasının rəsmi sənədlərində bu məsələ öz əksini tapmışdır. Bu 
yaxınlarda məsələ Avropa Şurasının geniş iclasında müzakirəyə çıxarılacaqdır. Avropa Birliyi Cənubi Qafqaz 
üzrə xüsusi nümayəndə təyin edibdir və bu da çox müsbət haldır. Eyni zamanda, Avropa Birliyi parlamentində 
də bu məsələyə toxunulub və Azərbaycanın haqlı olmasının sübutları ortaya qoyulubdur. Meyllər bizim 
xeyrimizədir. ATƏT-in Minsk qrupunun fəaliyyəti,  əlbəttə ki, bizi qane etmir. Çünki bu fəaliyyətin nəticəsi 
yoxdur. Amma burada da mən ümid edirəm ki, ciddi təkliflər olmalıdır. İlk növbədə Azərbaycanın torpaqları 
işğalçılardan azad edilməlidir. Bu bizim ədalətli tələbimizdir. Ondan sonra Dağlıq Qarabağın statusu müzakirə 
oluna bilər.  
Bu məsələdə iki prinsip ziddiyyət təşkil edir. Mən istəyirəm buna aydınlıq gətirəm. Azərbaycanın rəhbər 
tutduğu prinsip – ərazi bütövlüyü prinsipi hər bir ölkə üçün mühümdür. Biz bütün ölkələrin ərazi bütövlüyünü 
tanıyırıq və tələb edirik ki, bizim də ərazi bütövlüyümüz tanınsın və bərpa olunsun. Ermənistanın irəli sürdüyü 
prinsip xalqın öz müqəddəratını  təyin etməsi prinsipidir. Yəni Dağlıq Qarabağda yaşayan ermənilər özləri öz 


165 
 
müqəddəratını təyin etməli və qərar verməlidirlər ki, Dağlıq Qarabağ ya müstəqil olsun, ya da ki, Ermənistanın 
bir hissəsi olsun. Birincisi, biz buna heç vaxt razı olmayacağıq. Bu barədə dəfələrlə bəyanatlar verilibdir. Biz bu 
mövqedə dayanırıq və bundan dönməyəcəyik. Əgər biz bu prinsipi rəhbər tutsaq, ermənilərin bütün ölkələrdə bu 
yanaşma ilə  çıxış etməsi mümkün olacaqdır. Ermənilər Gürcüstanda, Türkiyədə, Amerikada, Fransada 
yaşayırlar. Hər yerdə yaşayan ermənilər o ölkədə özləri üçün dövlətmi yaradacaqlar? Erməni xalqı artıq öz 
müqəddəratını təyin edib, erməni dövləti var. Kim istəyir gedib orada öz müqəddəratını təyin etməkdə davam 
etsin. Bu prinsip yanlış prinsipdir. Biz bununla barışa bilmərik. Beynəlxalq ictimaiyyət də bununla heç vaxt 
barışa bilməz.  
– Qarabağ münaqişəsinin həllində Türkiyə, xüsusilə Baş nazir Rəcəb Tayyib Ərdoğan öz öhdəsinə bir 
iş götürə bilər, necə ki, Kipr məsələsində vasitəçi kimi öhdəsinə mühüm işlər götürdü. Bununla bağlı 
danışıqlarınız olacaqmı?  
– Türkiyə hər zaman, bütün dövrlərdə bizim yanımızda olmuşdur. Qarabağ məsələsinin həllində də biz bu 
yardımı çox yüksək qiymətləndiririk. Türkiyə  həmişə bizə böyük siyasi dəstək vermişdir, bütün beynəlxalq 
təşkilatlarda, forumlarda bizim mövqeyimizi müdafiə etmişdir.  Əlbəttə ki, biz istərdik Türkiyə bu məsələdə 
daha fəal rol oynasın. Təbii ki, iki tərəfdən də buna razılıq olmalıdır, yəni Ermənistan da gərək müsbət reaksiya 
versin. Amma biz bunu çox istərdik.  
Son bir həftə, on gün ərzində Azərbaycan mətbuatında və televiziyalarında Türkiyənin Ermənistan 
ilə sərhədləri açacağına dair ciddi söhbətlər yayılır. Bu mövzu ilə bağlı Siz vaxtaşırı  bəyanatlar verdiniz. 
Bu məsələyə necə baxırsınız?  
– Rəsmi qaydada heç bir məlumat yoxdur. Mən keçən ilin sentyabr ayında Baş nazir kimi Türkiyədə olarkən 
bu barədə, təbii ki, danışıldı və heç bir yenilik yoxdur. Türkiyə rəhbərləri yekdilliklə bəyan etmişlər ki, Dağlıq 
Qarabağ  məsələsi öz həllini tapmayana qədər sərhəd açılmayacaqdır. Bir prezident kimi, mənim üçün bu 
kifayətdir. O ki qaldı məsələnin ictimai rəydə müzakirə mövzusuna çevrilməsinə, yəqin ki, bu da təbiidir. Çünki 
müəyyən dairələrdən belə  səslər gəlir. Bilirsiniz ki, Amerikanın rəhbər  şəxsləri bu barədə artıq açıq fikirlər 
səsləndirirlər. Avropa Birliyi tərəfindən müəyyən təzyiqlər göstərilir və  yəqin ki, bizim də ictimaiyyət bunu 
rəhbər tutaraq məsələni müzakirəyə  çıxarıb. Biz inanmırıq ki, belə bir hal baş versin. Hesab edirəm ki, hər 
dövrün bir tələbi ola bilər.  İqtisadi maraqlar ola bilər, təzyiqlər ola bilər. Azərbaycan da 1990-cı illərin 
əvvəllərində  dəfələrlə  təzyiqlərə  məruz qalmışdır. Azərbaycan həmin illərdə Bakı–Tbilisi–Ceyhan layihəsini 
həyata keçirmək niyyətini açıq  şəkildə ifadə edəndə  də böyük təzyiqlərə düçar olmuşdur. Biz bu təzyiqlərə 
dözdük, baxmayaraq ki, Azərbaycan o vaxt çox zəif idi. Türkiyə isə böyük dövlətdir, bu təzyiqlərə dözəcəkdir. 
Əminəm ki, bu məsələ ikitərəfli münasibətlərə heç bir zərər gətirməyəcəkdir. Türkiyə–Azərbaycan qardaşlığı, 
dostluğu, birliyi – bunlar əbədi məfhumlardır. Bu, bu gün də belədir, yüz ildən, 300 ildən sonra da belə 
olmalıdır. Bu tarixdir. Biz bu amilləri bizim qəhrəmanlıq tariximizə heç vaxt qata bilmərik.  
– Cənab Prezident, Türkiyə Avropa Birliyinə üzv olmaq yolunda mühüm məsafə  qət etdi. Bu ilin 
sonunda müzakirələr başlayacaqdır. Azərbaycan da Avropa Birliyi ilə sərhəddə yerləşən ölkə olacaqdır. 
Türkiyənin Avropa Birliyinə daxil olması Azərbaycana nə verər? İkincisi isə, Azərbaycan Avropa Birli-
yinə doğru yolda hansı məsafəni qət etmişdir, daxil olmağı düşünürmü, onun meyarlarına uyğun gəlmək 
üçün hansı işləri görür?  
– Bir daha qeyd etmək istəyirəm ki, Türkiyənin xoşbəxtliyi Azərbaycanın da xoşbəxtliyidir. Türkiyənin 
xeyrinə atılan hər bir addıma biz də eyni dərəcədə sevinirik. Əlbəttə, çox istəyirik ki, yaxın zamanlarda Türkiyə 
Avropa Birliyinin üzvü olsun və indiyə  qədərki  ədalətsizliyə  də son qoyulsun. Bu, yenə  də ikili standartların 
təzahürüdür. Biz hər zaman düşünürük ki, nə üçün Türkiyədən sonra Avropa Birliyinə üzv olmaq istəyən 
ölkələrin müraciətlərinə müsbət reaksiya verilir, Türkiyəyə isə müsbət yanaşılmır. Nə üçün? Türkiyə bütün 
meyarlara görə Avropa Birliyinin üzvü ola bilər və Avropa üçün çox dəyərli töhfələr verə bilər. Amma baxın, 
bu ikili standartlar yenə bizim qarşımızda əngəllər yaradır. Ancaq mən inanıram ki, dünyada və Avropada artıq 
bu məsələyə  ədalətlə yanaşılacaq və Türkiyə tezliklə Avropa Birliyinin üzvü olacaqdır.  Əlbəttə, bu, Türkiyə 
iqtisadiyyatına böyük fayda gətirəcəkdir. Dolayısı ilə bundan Azərbaycan da xeyir götürəcəkdir. Mən dəfələrlə 
demişəm ki, biz də öz gələcəyimizi Avropa strukturlarına, dünya birliyinə inteqrasiyada görürük. Azərbaycan bu 
baxımdan müəyyən addımlar atıbdır. Bizim Avropa Birliyi ilə, digər qurumlarla əməkdaşlığımız var. Əlbəttə ki, 
bundan sonra bu yolla gedəcəyik.  
– Siz Avropa Şurasında Azərbaycanı təmsil etdiniz, avropalıları çox yaxından tanıyırsınız. Onlar bizi 
başa düşürlərmi, səmimidirlərmi? Bir az əvvəl həm Dağlıq Qarabağ məsələsi, həm də Türkiyənin Avropa 
Birliyinə üzvlüyü məsələsi ilə bağlı ikili standartlardan danışdınız. Bizim daxili siyasətimizi başa 
düşürlərmi və ya biz özümüzü avropalılara tanıda bildikmi?  
– Bilirsiniz, bu, əlbəttə ki, uzun bir prosesdir. Mən deyə bilərəm ki, Azərbaycan Avropa Şurasına üzv 
olandan sonra ilk iclaslarda gördük ki, Dağlıq Qarabağ haqqında onların, ümumiyyətlə, heç bir məlumatı 
yoxdur. Çünki bu barədə onlara kifayət qədər məlumat çatdırılmamışdır. Türkiyə nümayəndələri ilə birlikdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə