İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   70   71   72   73   74   75   76   77   ...   84

186 
 
aramızda mal dövriyyəsinin həcmi 300 milyon dollar ətrafındadır.  Əlbəttə, bu böyük rəqəmdir. Amma bizim 
potensialımızı  əks etdirən rəqəm deyildir. Türkiyənin iqtisadi sahədə  uğurlu siyasəti, həmçinin, Azərbaycanın 
uğurlu siyasəti imkan verir ki, bu daha böyük həcmdə olsun.  
Keçən il Türkiyənin iqtisadiyyatı 5 faiz artıbdır. Azərbaycanda artım 11 faiz olmuşdur. Yəni potensial 
gücləndikcə,  əlbəttə,  əlverişli  əməkdaşlıq üçün gözəl imkan yaranır. Biz çalışacağıq ki, mal dövriyyəsinin 
həcmini artıraq. Qarşımızda məqsəd qoymuşuq ki, bu, 1 milyard dollara çatsın. Bunu etmək üçün çox gözəl 
imkanlar vardır. Siyasi zəmin vardır.  İqtisadi  əlaqələr vardır. Xaqlarımızın birliyi vardır. Ona görə biz artıq 
əməli proqramlar üzrə çalışacağıq. Müxtəlif sahələrdə işlərin aparılması üçün Türkiyədən heyətlər gələcəkdir. 
Ümid edirəm ki, yaxın zamanlarda biz hamımız bunun nəticəsini görəcəyik.  
O ki qaldı ikinci sualınıza, mən hesab edirəm, əlbəttə, bu məsələyə baxıla bilər. Nə vaxt olacaq, necə olacaq, 
bu barədə bir şey demək istəmirəm. Bu mənim səlahiyyətimdir və  mən də lazım gələndə bu səlahiyyətdən 
istifadə edəcəyəm. 
S u a l: Cənab Prezident, NATO-nun İstanbulda sammiti olacaqdır. Ora Qafqaz ölkələri də  dəvət 
edilmişdir. Sizin bu sammitdə  hər hansı görüşləriniz olacaqmı  və Türkiyə bu istiqamətdə hansı 
yardımları edə bilər? İmzalanmış bəyannamədə də göstərilir ki, Azərbaycanın NATO ilə əməkdaşlığında 
Türkiyə öz səylərini artıracaqdır. Nə kimi kömək ola bilər? 
C a v a b: Əlbəttə, Azərbaycan bu sammitdə iştirak edəcəkdir. Azərbaycan NATO-nun "Sülh naminə tərəf-
daşlıq" proqramının fəal üzvüdür. Bilirsiniz ki, Türkiyə də uzun illərdir NATO-nun üzvüdür və NATO ölkələri 
arasında Türkiyə ordusunun çox görkəmli yeri vardır. Əlbəttə, Türkiyənin bu istiqamətdə bütün sahələrdə bizə 
edəcəyi məsləhətlər, yardımlar bizim üçün önəmlidir. Mən Türkiyədə bunu dəfələrlə  bəyan etmişəm ki, 
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyə daim yanımızda olubdur. Biz bu dəstəyi bu gün də hiss 
edirik. Buna görə bütün türk xalqına minnətdaram. Azərbaycan da bütün məsələlərdə Türkiyənin yanında 
olubdur, bundan sonra da yanında olacaqdır. Bizim birliyimiz, dostluğumuz əbədidir və belə də olmalıdır, belə 
də olacaqdır. Sağ olun. 
 


187 
 
 
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA 
 
Hörmətli həmvətənlər! 
Hər il dünya ictimaiyyəti, bütün mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti və  Qəhrəmanlığı 
Gününü yad edir. İkinci dünya müharibəsi zamanı bütöv bir millətə qarşı soyqırımı siyasəti həyata keçirilmiş, 
altı milyon mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar yəhudi olduqları üçün faşistlər tərəfindən kütləvi 
surətdə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 
1943-cü ilin aprelində Varşava gettosu məhbuslarının faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı ölüm-dirim 
mübarizəsinə qalxması həm də tarixə yəhudi xalqının öz milli və insani ləyaqəti uğrunda göstərdiyi qəhrəmanlıq 
nümunəsi kimi daxil olmuşdur. 
Yəhudi müsibətinə zamanında düzgün siyasi-hüquqi qiymət verilsə də, təəssüf ki, belə antiinsani aksiyalar 
bu gün də təkrar olunur. Buna görə də dünyanın bütün mütərəqqi qüvvələri faşizmə, irqçiliyə, milli-dini ayrı-
seçkiliyə, terrorizmə, hər cür soyqırım aktına qarşı səfərbər olmalıdır. 
1988-ci ildən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti, 
günahsız  əhalimizin kütləvi qırğınları, zəbt olunmuş torpaqlarımızda misli görünməyən talanlar, vandalizm 
dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. On iki il əvvəl, xalqımızın tarixinə qanlı  səhifə kimi daxil 
olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babi Yarda, Varşava və 
Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur. Hansı ölkədə, hansı qitədə 
baş verməsindən asılı olmayaraq, belə  dəhşətli aksiyalar bir xalqın, bir dövlətin milli faciəsi deyil, bütün 
insanlığa, sivilizasiyaya qarşı törədilmiş ağır cinayətlərdir. 
Əziz həmvətənlər! 
Bu milli hüzr günündə Azərbaycan xalqı adından böyük kədərinizə  şərik olduğumu bildirir, soyqırımı 
siyasətinin bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm. 
 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 16 aprel 2004-cü il 
 
 
 


188 
 
 
Q E Y D L Ə R 
 
 
1. Rusiya, R u s i y a F e d e r a s i y a s ı – Avropanın şərqində, Asiyanın şimalında dövlət. Ərazisi 17075,4 
min km
2
, əhalisi 146,3 milyon nəfərdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhə-
miyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir. 
Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı Dövlət Duması  və Federasiya Şurasıdır. Paytaxtı 
Moskva şəhəridir. – 5–49,57,82,98,107,120,121,133,134,135,140,141, 148,174,187,192,193,223,254–257,272–
277,300,345. 
 
2. Sergey Mironov, S e r g e y  M i x a y l o v i ç (d.1953) – Rusiya dövlət xadimi, mühəndis-geofizik. 
1994–2001-ci illərdə Sankt-Peterburq Qanunverici Məclisinin üzvü, 2001-ci ildə Rusiya Federasiyası Federal 
Şurasının üzvü, 2001-ci ilin dekabrından Federal Şuranın sədridir. – 5–6.  
 
3. Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a   o ğ l u (1923–2003) – görkəmli siyasi və dövlət xadimi, Azərbaycan 
Respublikasının Prezidenti (1993–2003), SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə 
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 
1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci 
ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  iyul (1969) plenumunda Heydər Əliyev MK-nın büro 
üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.  
H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk  illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri 
yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə 
(1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsinə,  əmək və ictimai-siyasi fəallığın 
artırılmasına, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsinə, azərbaycançılıq məfkurəsinin, milli 
ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər 
görülmüşdür. 
H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş  və eyni 
zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci  müavini təyin edilmişdir. 
H.Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma 
respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir. 
H.Əliyev  1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş  və 
Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir. 
H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 
1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr 
müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi  vəziyyəti həmişə 
obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və 
təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, 
başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi 
yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı  
dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin 
sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 
keçirməyə başladı.  
1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti 
seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni 
həyatında, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici 
siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə 
inkişaf etməyə    başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə  xəttində atəşkəs elan 
edilməsinə nail olundu. H. Əliyevin fəal diplomatiyası  nəticəsində ATƏT-in Lissabon sammitində (1996) bu 
beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın 
mənafeyinə uyğun  prinsipləri açıq şəkildə müdafiə etdi. 
1994-cü ilin sentyabrında Bakıda «Əsrin müqaviləsi» adı almış dünyanın aparıcı neft  şirkətləri ilə mühüm  
müqavilələr  bağlandı. 
 1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti 
olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə