189
H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanları Azərbaycanın dünyaya və
Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz
bunun nəticəsində Azərbaycan
1996-cı ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun
tamhüquqlu üzvü olmuşdur.
H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliklə
yenidən Prezident seçildi.
H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən, Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə
universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür.
Heydər
Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. – 5,18,24,28,30,31,35,39,41,
43,45,59,60,61,70,74,78,79,81, 96,105,106,113,114,123,127,128,136,153-159,165,166,168,169, 170,173,201,
203,207,212,213,224,225,231,238,239,240,242–244, 247,260,264,273,278,288,289,290,295,296,297,305,308,
327,332, 336–339,343,346,349,350,351.
4. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun
7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırdı. Ərazisi 4 min km
2
-dir. Mərkəzi
Xankəndidir.
1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan
azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işğal etdilər. BMT-nin 822,853,874,884 saylı
qətnamələrinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq
Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. – 6,17,23,33,34,48,62,70,73,74,75,
97,100,108,121,137,138,155,167,178,179,187,190,191,201,
209,233,234,238,247,248,258,259,267,299,302,303,312,313,
314,316,326,327,328,329,330,331,332,335,345,348,352,353,
354.
5. Mixail Kasyanov (d.1957) – 2000–2004-cü illərdə Rusiya Federasiyasında Baş nazir olmuşdur. – 7–8.
6. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici
neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk
neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 7,17, 20,35,48.
7. Boris Qrızlov (d.1950) – Rusiya siyasi və dövlət xadimi. 2001–2003-cü
illərdə Rusiya siyasi
Federasiyasının Daxili İşlər naziri, 2003-cü ildən isə Dövlət Dumasının spikeridir. Dövlət Dumasında «Vahid
Rusiya» fraksiyasının başçısıdır. – 9–11,254–257.
8. D ö v l ə t D u m a s ı – 1906-cı ildə Rusiyada yaradılan nümayəndəli qanunvericilik müəssisəsi. 17
oktyabr Manifesti əsasında yaradılmışdır. Burada qanunlar müzakirə edilərək Dövlət Şurasına təqdim edilir və
çar tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə fəaliyyət göstərdi. 1993-cü il Rusiya
Federasiyasının Konstitusiyasına əsasən Duma təzədən bərpa olundu. – 9–11,254–257.
9. Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) – 2004-cü ildə təşkil olunmuşdur. AŞ PA-da 25
Avropa ölkəsinin 732 deputatı fəaliyyət göstərir. – 10,35,47,73–75,261.
10. Sergey İvanov (d.1953) – Rusiya dövlət və hərbi xadimi. 1998-ci ildə Federal Təhlükəsizlik Xidməti
İdarəsində direktor müavini, 1999-cu ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, 2001-ci ildən isə
Rusiyanın Müdafiə naziridir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvüdür. – 12.
11. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ı z ı (d.1964) –
ictimai və siyasi xadim, fəlsəfə elmləri
namizədi, prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb
İnstitutunu bitirmişdir. 1988–93-cü illərdə Krasnov adına Moskva Elmi –Tədqiqat Göz Xəstəlikləri İnstitutunda
işləmişdir. 1995-ci ildə Mehriban Əliyeva «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondu yaratmışdır.
Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün çoxlu işlər
görmüşdür. 1996-cı ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün üç dildə –
Azərbaycan, rus və ingilis dillərində çıxan «Azərbaycan – İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Mehriban
Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin
milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaranmış Heydər Əliyev fonduna başçılıq edir.
190
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu respublikanın
bir çox şəhər, rayon və kəndlərində
yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talesimiya və
anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.
Azərbaycanın şifahı xalq yaradıcılığına və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi
sahəsindəki yorulmaz işlərinə görə Mehriban Əliyeva YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri
seçilmişdir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci ildən Milli Məclisin deputatıdır. Mehriban
Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli-mədəni irsimizin qorunub saxlanılmasına
və dünyada
təbliginə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə
xüsusi diqqət yetirir. – 12,26,91,92, 180,205,323,325,339,352.
12. Putin, V l a d i m i r V l a d i m i r o v i ç (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının
prezidenti. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti
administrasiyasının rəhbəri, 1998–99-cu illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin
başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir. – 12,17,24,25,27,
31,41,42,43,57,127,133,141,174,220,254,257.
13. Lyudmila Putina, L y u d m i l a A l e k s a n d r o v n a (d.1958) – Rusiya Federasiyası Baş naziri V.V.Putinin
həyat yoldaşı. – 12.
14. İTAR –
TASS – Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
– 13–23.
15. Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-TASS informasiya agentliyi Baş direktorunun
müavini. Rusiya Federasiyası Dövlət mükafatı laureatı. – 13–23.
16. G
UÖAM – Avropada adi silahların azaldılması haqqında müqavilənin cinah sənədi
müzakirə olunduqdan sonra
həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dördlər
qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu
tərk etdi. – 16,78,198,199.
17. Cürcüstan, G ü r c ü s t a n R e s p u b l i k a s ı – Zaqafqaziyanın mərkəzi və qərb hissəsində dövlət.
Sahəsi 69,7 min km
2
, əhalisi 5493 min nəfərdir. Dövlətin başçısı prezident, qanunverici orqanı parlamentdir.
Paytaxtı Tbilisi şəhəridir. – 16,22,82,123–147,183–184,186,193,196,197,199,226, 298,304,312,313,345.
18. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan,
Özbəkistan prezidentləri və ABŞ-ın Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara
bəyannaməsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə
verilmişdir. – 17,20,23,87,100,105,114, 117,118,137,139,172,195,203,296,298,299,305,306,314,317,
318,319,329,331,333,335,343,344,355.
19. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk
qrupunun tərkibinə
aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa,
Türkiyə, Danimarka və İsveç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi.
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan–Azər-
baycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll
edilməsinə bilavasitə kömək etməkdir. – 17,18,33, 34,47,48,74,108,121,168,187,249,250,313,345,354.
20. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransa-
nın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü
və təhlükəsizliyi qorumaq, seçki siste-
mində çoxpartiyalılığa riayət etmək, demokratiyanı və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək,
Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər
Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən
AŞ-nın üzvüdür. – 19,49,73,75,85,88,89,142, 167,187,199,249,312,313,316,342.
21. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə
qoyulmuşdur. Burada Avropanın 33
dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi.