193
39. Kolin Pauell (d.1937) – Amerika generalı. Prezident böyük Corc Buş zamanında (1980–89,1989–92)
Dövlət katibi olmuşdur. – 47.
40. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü
illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən
Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət.
Muxtar respublika ərazisinin sahəsi 5,5 min km
2
, əhalisi 372,9 min nəfərdir. Hazırda 7 inzibati rayona
(Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur (Kəngərli) bölünmüşdür; 4 şəhəri (Naxçıvan, Ordubad,
Culfa, Şərur), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var. – 50–51,249,259.
41. Litva, L i t v a R e s p u b l i k a s ı – Şərqi Avropada – Pribaltikada dövlət. Sahəsi 65,2 min km
2
, əhalisi
3797 min nəfərdir. İnzibati ərazisi 44 rayona və respublika tabeçiliyinə 11 şəhər daxildir. Dövlət başçısı
prezident, qanunverici orqanı birpalatalı Seymdir. Paytaxtı Vilnüsdür. – 52,227.
42. Rolandas Paksas (d.1956) – Litva siyasi xadimi. 2003–2004-cü illərdə Litva prezidenti. Avropa ölkəsinin
ilk rəhbəridir ki, impiçmentlə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb. – 52.
43. Estoniya, E s t o n i y a R e s p u b l i k a s ı – Şərqi Avropada dövlət. Sahəsi 45,2 min km
2
, əhalisi
1492 min nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – Seymdir. Paytaxtı Tallindir. – 53.
44. Arnold Rüytel (d.1928) – Estoniya siyasi və dövlət xadimi. 2001–2006-cı illərdə Estoniya prezidenti. –
53.
45. Qambiya, Q a m b i y a R e s p u b l i k a s ı – Qərbi Afrikada dövlət. Sahəsi 11,3 min km
2
, əhalisi
1148 min nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı prezidentdir. Qanunverici orqanı
Nümayəndələr Palatasıdır. Paytaxtı Bansuadır. – 54.
46. Küveyt, K ü v e y t d ö v l ə t i – Qərbi Asiyada dövlət. Sahəsi 1708 km
2
, əhalisi 2 milyondan çoxdur. Küveyt
konstitusiyalı monarxiyadır. Dövlət başçısı əmirdir. Qanunverici orqan və hökumət əmirə və birpalatalı Milli Məclisə
tabedir. Paytaxtı əl-Küveytdir. – 55.
47. Cabir əl-Əhməd əs-Sabah – 2006-cı ildən Küveyt əmiri. Hakimiyyətə gəldikdən sonra ölkədə bir sıra
demokratik
islahatlar keçirilmiş, qadınlara dövlət orqanlarında işləməyə icazə verilmiş, onlar seçib-seçilmək
hüququ əldə etmişlər. – 55.
48. Bruney, B r u n e y Dərussalam– Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 5,8 min km
2
, əhalisi 300 min
nəfərdir. Bruney konstitusiyalı monarxiyadır. Dövlət başçısı sultandır. Paytaxtı Bandar – Seri –Beqavandır. –
56.
49. Həssənal Bolkia (d.1946) – Bruney sultanı. XIV əsrdən hakimiyyətdə olan sülalənin 29-cu
nümayəndəsi. – 56.
50. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən
gəlirlərin idarə edilməsidir. – 60.
51. İran, İran İslam Respublikası – Cənub–Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km
2
, əhalisi 62,2
milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 ostana bölünür.
Ali qanunverici hakimiyyət
orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə təsdiq edir. –
66,82,193,194,227,258.
52. Xatəmi, S e y i d M ə h ə m m ə d X a t ə m i (d.1943) – İranın siyasi, ictimai və dövlət xadimi. 1989–92-ci
illərdə İranın mədəniyyət və islam orijentasiyası naziri, 1997–2005-ci illərdə İran İslam Respublikasının prezidenti
olmuşdur. – 66.
53. Böyük Britaniya, B ö y ü k B r i t a n i y a v ə Ş i- m a l i İ r l a n d i y a B i r l ə ş m i ş K r a l l ı ğ
ı – Qərbi Avropada dövlət. B.Britaniya adası, İrlandiya adasının şimal–şərq hissəsi, Anqlsi, Uayt, Normand,
Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km
2
, əhalisi 58,8 milyon
194
nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür.
Böyük London xüsusi inzibati
vahiddir. B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 67–68.
54. Toni Bleyr, E n t o n i Ç a r l z L i n t o n (d.1953) – B.Britaniyanın siyasi və dövlət xadimi.
Hüquqşünas. 1983-cü ildən parlamentə deputat, 1994-cü ildən Leyboristlər partiyasının sədri seçilmişdir.
1997–2007-ci illərdə B.Britaniyanın Baş naziri olmuşdur. 2007-ci ildən BMT-nin İsrail ilə Fələstin
probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək üçün vasitəçi təyin edilmişdir. – 67,68.
55. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və
Xankəndində yerləşən Rusiyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri
tamamilə yandırmışlar; 1000 nəfərdən artıq azərbaycanlı öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin
düşmüşdür. – 69–71,85,259.
56. Makedoniya, Makedoniya Respublikası – Cənubi Avropada dövlət. Sahəsi 25,7 min km
2
, əhalisi 1,97
milyon nəfərdir. Dövlət başçısı prezident, ali qanunverici orqanı birpalatalı Məclisdir. – 72.
57. Boris Traykovski (1956–2004) – 1999–2004-cü illərdə Makedoniya Respublikasının prezidenti
olmuşdur. – 72.
58. Mərakeş, M ə r a k e ş K r a l l ı ğ ı – Şimal–Qərbi Afrikada dövlət. Sahəsi 446,6 min km
2
, əhalisi 26,7
milyon nəfərdir. İnzibati ərazisi 35 əyalətə və 8 prefektura bölünür. Mərakeş konstitusiyalı monarxiyadır. Dövlət
başçısı kral, qanunverici orqanı birpalatalı Nümayəndələr palatasıdır. Paytaxtı Rabatdır. – 76.
59. Məhəmməd VI, B i n ə l – H ə s ə n (d.1963) – 1999-cu ildən Mərakeş kralı. Məhəmməd 1666-cı ildən
Mərakeşi idarə edən Alautlar sulaləsindən 18-ci kraldır. – 76.
60. Bolqarıstan, B o l q a r ı s t a n R e s p u b l i k a s ı – Cənubi Avropada, Balkan yarımadasında dövlət.
Sahəsi 110,9 min km
2
, əhalisi 8,4 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı prezident,
ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 77,177–179,189,226.
61. Georgi Pirvanov (d.1957) – Bolqarıstan siyasi və dövlət xadimi. Tarix elmləri doktoru. 2000-ci ildən
Bolqarıstan prezidenti. – 77.
62. Ukrayna Ali RADA-sı – Ukraynanın ali qanunverici hakimiyyət (Sovet–Şura, Xalq Deputatları
RADA-sı) orqanı. – 78–80.
63. Vladimir Litvin (d.1956) – Ukrayna siyasi və dövlət xadimi. Tarix elmləri doktoru, Ukrayna Elmlər
Akademiyasının həqiqi üzvü. Ukrayna Dövlət mükafatı laureatı. 2002–2006-cı illərdə və 2008-ci
ildən Ukrayna
Ali Radasının sədridir. – 78–80.
64. Leonid Daniloviç Kuçma (d.1938) – Ukraynanın siyasi və dövlət xadimi. 1994–2005-ci illərdə Ukrayna
Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. –
78,79.
65. Murtuz Ələsgərov, M u r t u z N ə c ə f o ğ l u (d.1928) – Azərbaycanın dövlət xadimi. Hüquq elmləri
doktoru, professor. Respublikanın əməkdar hüquqşünasıdır. Yeni Azərbaycan Partiyasının
sədr müavini və
partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1995-ci ildə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1996–2005-ci illərdə Azərbaycan Respublikası
Milli Məclisinin sədri idi. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 79,80.
66. İpək yolu, B ö y ü k İ p ə k y o l u – beynəlxalq tarixi tranzit–ticarət yolu; eramızdan əvvəl II əsrin
sonlarından eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayrı-
ayrı qolları ilə o zaman dünyanın,
demək olar ki, bütün ölkələrini birləşdirmişdir.
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan qədim
zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur.