İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

193 
 
39. Kolin Pauell (d.1937) – Amerika generalı. Prezident böyük Corc Buş zamanında  (1980–89,1989–92) 
Dövlət katibi olmuşdur. – 47. 
 
40. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü 
illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-cı illərdə Naxçıvan  Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən 
Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. 
Muxtar respublika ərazisinin sahəsi 5,5 min km
2
,  əhalisi 372,9 min nəfərdir. Hazırda 7 inzibati rayona 
(Babək, Culfa, Ordubad, Sədərək,  Şahbuz,  Şərur (Kəngərli) bölünmüşdür; 4 şəhəri (Naxçıvan, Ordubad, 
Culfa, Şərur), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var. – 50–51,249,259. 
 
41. Litva, L i t v a   R e s p u b l i k a s ı – Şərqi Avropada – Pribaltikada dövlət. Sahəsi 65,2 min km
2
, əhalisi 
3797 min nəfərdir.  İnzibati  ərazisi 44 rayona və respublika tabeçiliyinə 11 şəhər  daxildir. Dövlət başçısı 
prezident, qanunverici orqanı birpalatalı Seymdir. Paytaxtı Vilnüsdür. – 52,227. 
 
42. Rolandas Paksas (d.1956) – Litva siyasi xadimi. 2003–2004-cü illərdə Litva prezidenti. Avropa ölkəsinin 
ilk rəhbəridir ki, impiçmentlə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb. – 52. 
 
43. Estoniya, E s t o n i y a   R e s p u b l i k a s ı  – Şərqi Avropada dövlət. Sahəsi 45,2 min km
2
, əhalisi 
1492 min nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – Seymdir. Paytaxtı Tallindir. – 53. 
 
44. Arnold Rüytel (d.1928) – Estoniya siyasi və dövlət xadimi. 2001–2006-cı illərdə Estoniya prezidenti. – 
53. 
 
45. Qambiya, Q a m b i y a   R e s p u b l i k a s ı  – Qərbi Afrikada dövlət. Sahəsi 11,3 min km
2
, əhalisi 
1148 min nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı prezidentdir. Qanunverici orqanı 
Nümayəndələr Palatasıdır. Paytaxtı Bansuadır. – 54. 
 
46. Küveyt, K ü v e y t   d ö v l ə t i – Qərbi Asiyada dövlət. Sahəsi 1708 km
2
, əhalisi 2 milyondan çoxdur. Küveyt 
konstitusiyalı monarxiyadır. Dövlət başçısı əmirdir. Qanunverici orqan və hökumət əmirə və birpalatalı Milli Məclisə 
tabedir. Paytaxtı əl-Küveytdir. – 55. 
 
47. Cabir əl-Əhməd əs-Sabah – 2006-cı ildən Küveyt əmiri. Hakimiyyətə gəldikdən sonra ölkədə bir sıra 
demokratik islahatlar keçirilmiş, qadınlara dövlət orqanlarında işləməyə icazə verilmiş, onlar seçib-seçilmək 
hüququ əldə etmişlər. – 55. 
 
48.  Bruney, B r u n e y  Dərussalam– Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 5,8 min km
2
, əhalisi 300 min 
nəfərdir. Bruney konstitusiyalı monarxiyadır. Dövlət başçısı sultandır. Paytaxtı Bandar – Seri –Beqavandır. – 
56. 
 
49.  Həssənal Bolkia (d.1946) – Bruney sultanı. XIV əsrdən hakimiyyətdə olan sülalənin 29-cu 
nümayəndəsi. – 56. 
 
50. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən 
gəlirlərin idarə edilməsidir. – 60. 
 
51.  İran,  İran  İslam Respublikası – Cənub–Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km
2
,  əhalisi 62,2 
milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir.  İnzibati cəhətdən 24 ostana bölünür.  Ali qanunverici hakimiyyət 
orqanı 4 il müddətinə seçilən Xalq Şurası  Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə  təsdiq edir. – 
66,82,193,194,227,258. 
 
52. Xatəmi, S e y i d   M ə h ə m m ə d   X a t ə m i (d.1943) – İranın siyasi, ictimai və dövlət xadimi. 1989–92-ci 
illərdə İranın mədəniyyət və islam orijentasiyası naziri, 1997–2005-ci illərdə İran İslam Respublikasının prezidenti 
olmuşdur. – 66.  
 
53.  Böyük  Britaniya,   B ö y ü k   B r i t a n i y a   v ə   Ş i- m a l i  İ r l a n d i y a  B i r l ə ş m i ş   K r a l l ı ğ 
ı      –  Qərbi Avropada dövlət. B.Britaniya adası,  İrlandiya adasının  şimal–şərq hissəsi, Anqlsi, Uayt, Normand, 
Orkney, Hebrid, Şetlend adaları və  bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km
2
, əhalisi 58,8 milyon 


194 
 
nəfərdir.  İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda  olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati 
vahiddir. B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 67–68. 
 
54.  Toni Bleyr, E n t o n i  Ç a r l z  L i n t o n (d.1953) – B.Britaniyanın siyasi və dövlət xadimi. 
Hüquqşünas. 1983-cü ildən parlamentə deputat, 1994-cü ildən Leyboristlər partiyasının sədri seçilmişdir. 
1997–2007-ci illərdə B.Britaniyanın Baş naziri olmuşdur. 2007-ci ildən BMT-nin İsrail ilə  Fələstin 
probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək üçün vasitəçi təyin edilmişdir. – 67,68. 
 
55.  Xocalı soyqırımı  – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və 
Xankəndində yerləşən Rusiyanın 366-cı alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri 
tamamilə yandırmışlar; 1000 nəfərdən artıq azərbaycanlı  öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin 
düşmüşdür. – 69–71,85,259. 
 
56. MakedoniyaMakedoniya Respublikası – Cənubi Avropada dövlət. Sahəsi 25,7 min km
2
, əhalisi 1,97 
milyon nəfərdir. Dövlət başçısı prezident, ali qanunverici orqanı birpalatalı Məclisdir. – 72. 
 
57.  Boris Traykovski (1956–2004) – 1999–2004-cü illərdə Makedoniya Respublikasının prezidenti 
olmuşdur. – 72. 
 
58.  Mərakeş, M ə r a k e ş   K r a l l ı ğ ı – Şimal–Qərbi Afrikada dövlət. Sahəsi 446,6 min km
2
, əhalisi 26,7 
milyon nəfərdir. İnzibati ərazisi 35 əyalətə və 8 prefektura bölünür. Mərakeş konstitusiyalı monarxiyadır. Dövlət 
başçısı kral, qanunverici orqanı birpalatalı Nümayəndələr palatasıdır. Paytaxtı Rabatdır. – 76. 
 
59. Məhəmməd VIB i n   ə l – H ə s ə n (d.1963) – 1999-cu ildən Mərakeş kralı. Məhəmməd 1666-cı  ildən 
Mərakeşi idarə edən Alautlar sulaləsindən 18-ci kraldır. – 76. 
 
 
60. Bolqarıstan, B o l q a r ı s t a n   R e s p u b l i k a s ı – Cənubi Avropada, Balkan yarımadasında dövlət. 
Sahəsi 110,9 min km
2
, əhalisi 8,4 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı prezident, 
ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 77,177–179,189,226. 
 
 61. Georgi Pirvanov (d.1957) – Bolqarıstan siyasi və dövlət xadimi. Tarix elmləri doktoru. 2000-ci ildən 
Bolqarıstan prezidenti. – 77. 
 
62.  Ukrayna Ali RADA-sı – Ukraynanın  ali qanunverici hakimiyyət (Sovet–Şura, Xalq Deputatları 
RADA-sı) orqanı. – 78–80. 
 
 63.  Vladimir Litvin (d.1956) – Ukrayna siyasi və dövlət xadimi. Tarix elmləri doktoru, Ukrayna Elmlər 
Akademiyasının həqiqi üzvü. Ukrayna Dövlət mükafatı laureatı. 2002–2006-cı illərdə və 2008-ci ildən Ukrayna 
Ali Radasının sədridir. – 78–80. 
 
64. Leonid Daniloviç Kuçma (d.1938) – Ukraynanın siyasi və dövlət xadimi. 1994–2005-ci illərdə Ukrayna 
Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif olunmuşdur.  – 
78,79. 
 
 65. Murtuz Ələsgərov, M u r t u z   N ə c ə f  o ğ l u (d.1928) – Azərbaycanın dövlət xadimi. Hüquq elmləri 
doktoru, professor. Respublikanın  əməkdar hüquqşünasıdır. Yeni Azərbaycan Partiyasının sədr müavini və 
partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1995-ci ildə 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1996–2005-ci illərdə Azərbaycan Respublikası 
Milli Məclisinin sədri idi. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 79,80. 
 
66. İpək yolu, B ö y ü k   İ p ə k   y o l u – beynəlxalq tarixi tranzit–ticarət yolu; eramızdan əvvəl II əsrin 
sonlarından eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayrı-
ayrı qolları ilə o zaman dünyanın,  demək olar ki, bütün ölkələrini birləşdirmişdir.  
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan qədim 
zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə