İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

191 
 
ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni 
Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri 
rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını 
icra edir. 
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində  
Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 19,49,105,177–179,189,223,248,261,312. 
 
22. Sovetlər  İttifaqı,  S o v e t   S o s i a l i s t   R e s p u b- l i k a l a r ı  İ t t i f a q ı (SSRİ) – 1922–1991-ci 
illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud olmuş dövlət. SSRİ-nin yaradılmasına dair Müqaviləyə 
(dek.1922) əsasən onun tərkibinə Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz respublikaları (ZSFSR; 1936-cı 
ildən müttəfiq respublikalar – Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR) və Ukrayna SSR, 1925-ci ildə – 
Özbəkistan SSR, Türkmənistan SSR, 1929-cu ildə Tacikistan SSR, 1936-cı ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-cı 
ildə Moldaviya SSR, Latviya SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular. 
1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin mövcudluğunun dayandırıldığını elan edərək 
Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il dekabrın 
21-də Latviya, Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin digər müttəfiq respublikalarının başçıları Alma-
Atada Bəyannamə imzalayaraq MDB-nin yaradılması haqqında məqsəd və prinsiplərə qoşulduqlarını  bəyan 
etdilər. – 19,30,131,198, 259,278,348. 
 
23. «Human Rights Watsh» – dünyanın 70 ölkəsində insan hüquqlarını müdafiə edən qeyri hökumət 
təşkilatı. 1978-ci ildə Moskva, Varşava, Praqa hüquq müdafiəçilərinin müraciətindən sonra yaradılmışdır. Mənzil 
qərargahı ABŞ-dadır. Təşkilat hökumət strukturlarından maliyyə yardımı almır. – 19. 
 
24. İqnatenko Vitali Nikitiç (d.1941) – jurnalist. 1991-ci ildən İTAR-TASS agentliyinin Baş direktorudur. – 
23. 
 
25.  İqor  İvanov  (d.1945) – 1986–89-cu illərdə SSRİ Xarici İşlər Nazirliyinin ümumi katibliyində  rəisin birinci 
müavini, 1989–91-ci illərdə rəis, 1991–93-cü illərdə Rusiya Federasiyasının İspaniyada səfiri, 1993–98-ci illərdə Rusiya 
Xarici  İşlər nazirinin birinci müavini, 1998–2004-cü illərdə Rusiya Federasiyasının Xarici İşlər naziri olmuşdur. – 
24,47. 
 
26. Boris Qromov (d.1943) – Rusiya dövlət və  hərbi xadimi, general-polkovnik. Sovet İttifaqı  Qəhrəmanı. 
1980–89-cu illərdə  Əfqanıstanda  (fasilələrlə) sovet ordusuna başçılıq etmişdir. 1992–95-ci illərdə Rusiya 
Federasiyasının Müdafiə naziri olmuşdur. 2000-ci ildən Moskva vilayətinin qubernatorudur. – 25. 
 
27. Puşkin, A l e k s a n d r   S e r g e y e v i ç (1799–1837) – dahi rus şairi, yeni rus ədəbiyyatının banisi. 
Puşkin rus ədəbi dilini yeni yüksək zirvəyə qaldırmışdır. Rus poeziyasının «atası olan» (N.Q.Çernışevski) Puş-
kin novator şair kimi yeni tipli realist şeirin, mənzum romanın, tarixi povestin, mənzum hekayə, nağıl və dramın 
gözəl nümunələrini yaratmışdır. Qafqaz həyatı onun yaradıcılığına müstəsna təsir göstərmiş, şairin bu mövzuda 
yazdığı əsərlər («Qafqaz əsiri», «Quldur qardaşlar», «Baxçasaray fontanı», «Qaraçılar», «Ərzuruma səyahət») 
rus ədəbiyyatında yeni səhifə açmışdır. Bakıda Puşkinə abidə qoyulmuşdur. – 27. 
 
28.  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) – BMT-nin daimi fəaliyyət göstərən 
mühüm orqanı. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və  təhlükəsizliyin qorunmasında  əsas 
məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddəti-
nə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs ver-
dikdə qəbul olunmuş sayılır. – 33,141. 
 
29. Fransa, F r a n s a   R e s p u b l i k a s ı – Qərbi Avropada dövlət. Sahəsi 551 min km
2
, əhalisi 58,4 
milyon nəfərdir. İnzibati cəhətdən 95 departamentə bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məc-
lis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər  Şurasına məxsusdur. 
Paytaxtı Paris şəhəridir. – 34,187,313,345. 
 
30. Amerika Birləşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, 
şərqdən Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km
2
, əhalisi 280 milyon 
nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata  bölünür. Ali qanunvericilik orqanı ikipalatalı (Nümayəndələr palatası 


192 
 
və Senat) ABŞ Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton  şəhəridir. – 
34,141,180,187,223,250,253,298,305,313,314,345, 354. 
 
31. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət 
başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. 
Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq 
respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, 
Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə  qəbul edilmiş nizamnaməsində 
aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi 
fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat sisteminin və rabitənin 
inkişafında  əməkdaşlıq;  əhalinin sağlamlığının və  ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, 
mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasətində və  sərhədlərin qorunmasında əməkdaşlıq. 
MDB-nin orqanları  aşağıdakılardır: Dövlət başçıları  Şurası; Hökumət başçıları  Şurası; Xarici İşlər 
nazirləri  Şurası; Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt–Peterburq şəhərində olan Parlamentlərarası 
Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən  Əlaqələndirmə  Məs-
ləhət Komitəsidir. – 39,41,42,86,96, 105,108,117,118,119,168,177,220. 
  
32. Ramiz Rizayev, R a m i z   H ə s ə n q u l u   o ğ l u (d.1939) –  kimyaçı, kimya elmləri doktoru, professor. 
AMEA-nın müxbir üzvü. 1993–2007-ci illərdə  Azərbaycan Respublikasının  Rusiya Federasiyasında fövqəladə və 
səlahiyyətli səfiri olmuşdur. – 44. 
33. Məmməd  Əliyev,  M ə m m ə d   B a ğ ı r   C a v a d   o ğ l u (d.1955) – tibb elmləri doktoru, professor, 
Rusiya Federasiyasının  əməkdar elm xadimi, 2 dəfə Dövlət mükafatı laureatı, Rusiya Tibb Elmləri 
Akademiyasının akademiki. Rus tibb elminin inkişafında M.Əliyevin böyük xidmətləri var. O, 7 kəşfin, 6 yeni 
təcrübənin, 200-dən artıq nəşr olunmuş elmi işin, həmçinin 2 monoqrafiyanın müəllifidir. 
Hazırda Məmməd  Əliyev dövlət klinikası –«N.N.Bloxin adına onkoloji elmi mərkəz»in direktor müavini, 
Moskva Elmi-Tədqiqat İnstitutunun direktoru və Ümumrusiya Azərbaycan Konqresinin prezidentidir. – 44. 
 
34.  İsgəndər Xəlilov,  İ s g ə n d ə  r      A  ğ a s ə l i m   o ğ l u (d.1955) – iqtisadçı-vəkil. Rusiya 
Federasiyasında azərbaycanlı  iş adamı. 1988–91-ci illərdə «LUKoyl»-da prezident köməkçisi. 1991-ci ildən 
«LUKoyl – Azərbaycan» direktorlar şürasının sədri seçilmişdir. 2000–2002-ci illərdə «LUKoyl» Oversuz 
Xoldinq LİT-nin beynəlxalq işləri üzrə vitse-prezidenti olmuşdur. 2006-cı ildən İSPHOLDİNS-in prezidentidir.  
İsgəndər Xəlilov həmçinin Ümumrusiya Azərbaycan Konqresinin vitse- prezidentidir. – 44. 
 
35. Telman İsmayılov, Telman Mərdan oğlu (d.1956) – iqtisadçı, iqtisad elmləri doktoru. Rusiya 
Federasiyasında azərbaycanlı iş adamı. 1989-cu ildə yaratdığı «AST» qrupunun prezidentidir. Bu qrupa müxtəlif 
bizneslə məşğul olan 31 şirkət daxildir. «AST»-in illik pul dövriyyəsi 2 milyard dollardır. – 44. 
 
36. Aras Ağalarov, Aras  İsgəndər oğlu (d.1955) – iqtisad elmləri namizədi. Rusiya Federasiyasında 
azərbaycanlı iş adamı.  Aras Ağalarov Çrocuz  Group» və Urasnaqorskin filialı «Krokus Sumu»- nin prezidenti, 
ZAO «Kromeks»in direktorlar şurasının sədridir. Ağalarov aktiv ictimai işlə  də  məşğul olur. O, Ümumrusiya 
Azərbaycan Konqresinin vitse-prezidentidir.  
2009-cu ildə Aras Ağalarov Rusiya və  İtaliya arasında iqtisadi əlaqələrin tarixi inkişafında göstərdiyi 
xidmətlərinə görə «İtaliya Respublikası qarşısında xidmətlərinə görə»  ordeni ilə təltif edilmişdir. – 44. 
 
37. Fərman Salmanov,  S a l m a n o v   F ə r m a n   Q u r- b a n   o ğ l u (1928–2008)  – mühəndis-geoloq. 
Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı. Qərbi Sibirdə onun bilavasitə rəhbərliyi ilə ən iri neft və 
qaz yataqları kəşf edilmişdir. – 45. 
 
38.  Avropa İttifaqı – 1992-ci ildə 12 ölkəni  (Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, 
İrlandiya,  İspaniya,  İtaliya, Lüksemburq, Niderlandiya, Portuqaliya, Fransa) birləşdirən Avropa Birliyi 
bazasında 1993-cü ildə Maastrixt müqaviləsinə əsasən yaradılmışdır. 
Sonralar Avropa İttifaqına Avstriya, Finlandiya daxil olmuşdur. Müqavilə vahid siyasi, iqtisadi mühitin və 
valyutanın yaradılmasını, malın, kapitalın və adamların  azad hərəkətinə bütün maneələrin aradan 
qaldırılmasını irəli sürmüşdür. Vahid Avropa vətəndaşlığı  qəbul edilmişdir. Avropa  Mərkəzi Bankında 
Avropa valyuta interneti fəaliyyət göstərir, 1999-cu ildə vahid valyuta–avro işlənir, vahid pul-kredit siyasəti 
aparılır. – 47,49,73,167,199,249. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə