İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOV



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   ...   84

14 
 
 
RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOV  
İLƏ GÖRÜŞ 
 
6 fevral 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlov ilə gö-
rüşmüşdür.  
Səmimilik şəraitində keçən görüşdə son dövrdə Azərbaycan–Rusiya əlaqələrinin intensiv inkişafının hər iki 
ölkənin mənafelərinə uyğun olduğu vurğulandı. Belə bir ümumi fikir səsləndi ki, Azərbaycan dövləti başçısının 
Moskvaya ilk rəsmi səfəri qonşu və dost ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mühüm mərhələ 
açacaqdır. Daimi xarakter almış siyasi dialoq gələcəkdə də davam etdiriləcəkdir. 
İqtisadi-ticarət  əlaqələrinin indiki səviyyəsindən razı qaldığını bildirən prezident İlham  Əliyev dedi ki, bu 
sahədə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlər var.  
Söhbət zamanı Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında əlaqələrə də toxunuldu.  
Boris Qrızlov Azərbaycan–Rusiya münasibətlərinin inkişafında ölkələrimizin qanunverici orqanlarının 
əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.  
Görüşdə beynəlxalq və regional xarakterli bir sıra məsələlər, o cümlədən terrorizmlə mübarizəni gücləndir-
məyin zəruriliyi haqqında ətraflı fikir mübadiləsi aparıldı.  
Görüş başa çatdıqdan sonra prezident İlham Əliyev Rusiya Dövlət Dumasının fəxri qonaqları kitabına ürək 
sözlərini yazdı. 
 
                                  
 
Azərbaycan prezidenti İlham Əliyevin  və  
Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun jurnalistlərin suallarına cavabı 
 
S u a l: Cənab Prezident, Siz bu görüşdə terrorizmlə mübarizə məsələsini müzakirə etdinizmi? 
İ l h a m   Ə l i y e v: Terrorizmlə mübarizə ümumi işimizdir. Bu gün Rusiya və Azərbaycan rəhbərliyi ara-
sında belə bir tam qarşılıqlı anlaşma var ki, həmin mübarizəni ancaq birlikdə səmərəli aparmaq olar. Əlbəttə, 
parlamentlər ölkələrin dövlət hakimiyyətinin mühüm orqanlarıdır. Hesab edirəm ki, həm müvafiq qanunların 
qəbul olunması, normativ baza yaradılması çərçivəsində, həm də parlament üzvlərinin beynəlxalq konfranslarda, 
seminarlarda iştirakı çərçivəsində belə bir həqiqəti geniş beynəlxalq ictimaiyyətə çatdırmaq olar ki, bu bəlaya – 
terrorizmə ancaq birlikdə, bütün dünya ictimaiyyətinin iştirakı ilə qalib gəlmək mümkündür. 
B  o r i s   Q r ı z l o v:  Mən bu cavaba əlavə etmək istəyirəm: beynəlxalq təşkilatlarda bu və ya digər 
hadisəyə dair öz baxışlarımızın müdafiə olunması  işində razılaşdırılmış  və birgə mövqedən çıxış etmək çox 
vacibdir. Beynəlxalq təşkilatlarda, məsələn, Avropa Şurası Parlament Assambleyasında bizim belə qarşılıqlı 
fəaliyyət təcrübəmiz artıq olmuşdur. Orada Rusiya və Azərbaycan nümayəndələri ümumi mövqe tutmuş  və 
deputatlarımızın qaldırdıqları  məsələləri uğurla müdafiə etmişlər. Maksimum dərəcədə ahəngdarlaşdırılmış 
qanunvericiliyi, xüsusilə terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyi razılaşdırmaq da çox vacibdir. Bu mə-
sələlər hüquq mühafizə orqanları ilə dəfələrlə müzakirə edilmişdir, parlamentlər isə dövlətlərimizin qanunlarının 
bir-birinə maksimum yaxınlaşdırılması üçün onları nəzərdən keçirmək imkanına malikdir. 
S u a l: Cənab Əliyev, jurnalistlərlə görüşdə cənab Qrızlov dedi ki, bizim ümumi cəhətlərimiz çoxdur. 
Bu, doğrudanmı belədir? 
İ l h a m   Ə l i y e v: Ümumi cəhətlər, həqiqətən, çoxdur. Mən əminəm ki, ən əsas ümumi cəhət öz xalqına 
şərəflə, sədaqətlə, vicdanla xidmət etmək istəyidir. Zənnimcə, bu bizim hamımızı birləşdirir. Mən Boris 
Vyaçeslavoviçi çoxdan tanıyıram, bir-birimizə dostluq hissləri bəsləyirik. Mən çox şadam ki, bu gün Dövlət 
Dumasına belə bir adam başçılıq edir. Düşünürəm ki, xalqlarımıza xidmət etmək, Rusiya ilə Azərbaycan 
arasında qarşılıqlı fəaliyyəti möhkəmləndirmək – məhz bunlar əsas birləşdirici amillərdir.  
 


15 
 
 
RUSİYANIN MÜDAFİƏ NAZİRİ  
SERGEY İVANOV 
İLƏ GÖRÜŞ 
 
6 fevral 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev onun üçün ayrılmış  rəsmi iqamətgahda RF-in 
Müdafiə naziri Sergey İvanovu qəbul etmişdir. 
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin yerinə yetirilməsi barədə ətraflı fikir 
mübadiləsi aparıldı. 
Prezident  İlham  Əliyevlə görüşdən sonra Rusiyanın Müdafiə naziri Sergey İvanov jurnalistlərə verdiyi 
müsahibəsində bildirdi ki, Azərbaycanın yeni seçilmiş prezidenti ilə hərbi və hərbi-texniki əməkdaşlığın indiki 
səviyyəsi və perspektivləri, bu sahədə  əməkdaşlığın daha da möhkəmləndirilməsi, sabit və ardıcıl xarakter 
alması məsələləri müzakirə edildi. O dedi ki, Cənubi Qafqaz regionunda təhlükəli qaynar nöqtələrdə vəziyyətin 
sabitləşdirilməsi də söhbətin  əsas mövzularından biri oldu. Sergey İvanov ötən il Bakıya səfər etdiyini 
xatırladaraq bildirdi ki, Azərbaycana bu il də gəlmək niyyətindədir.  
 
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ 
RƏSMİ QƏBUL
 
 
Fevralın 6-da axşam Böyük Kreml sarayının Qırmızı salonunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 
və xanımı Mehriban Əliyevanın Rusiya Federasiyasının prezidenti Vladimir Putin və xanımı Lyudmila Putina ilə  qısa 
görüşü oldu. 
Görüş başa çatdıqdan sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin adından Azərbaycan Res-
publikasının prezidenti İlham Əliyevin şərəfinə Böyük Kreml sarayının Aleksandr salonunda rəsmi qəbul təşkil 
edildi. 
 
 
      
İTAR-TASS AGENTLİYİNDƏ RUSİYA FEDERASİYASINA RƏSMİ SƏFƏRİNİN 
YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI   
 
M i x a i l   Q u s m a n (agentliyin Baş direktorunun  birinci müavini):  Biz Rusiyaya rəsmi səfərini başa 
çatdıran İlham Heydər oğlu Əliyevi salamlamağa ürəkdən şadıq. Sözün düzü, deməliyəm ki, vaxt amansızcasına 
ötüb-keçir, bu sanki dünən olmuşdur, halbuki biz qələm  əhlinə – jurnalistlərə  həmişə diqqətlə yanaşan 
Azərbaycan prezidenti Heydər Əlirza oğlu Əliyevi bu salonda salamlamaqdan şərəf duyduğumuz vaxtdan artıq 
iki il keçmişdir. Nə gizlədim, biz jurnalistlər də ona məhəbbətlə yanaşırdıq. Biz ürəkdən şadıq ki, İlham Heydər 
oğlu da bizimlə görüşməyi mümkün bildi. 
Yeri gəlmişkən deyim və bu da sirr deyil ki, o vaxt hələ Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti 
olan İlham Heydər oğlu Moskvada ilk mətbuat konfransını da bu binada keçirmişdi. Əgər etirazınız yoxdursa
İlham Heydər oğlundan Rusiyaya səfərinin yekunları barədə qısaca bir neçə kəlmə danışmağı xahiş edək, sonra 
isə, zənnimcə, suallarımıza lütfkarlıqla cavab verəcəkdir.  
İ l h a m   Ə l i y e v: Çox sağ olun, mən, ilk növbədə, buraya gəlmək və jurnalistlərlə görüşmək dəvətinə 
görə İTAR-TASS-ın rəhbərliyinə təşəkkür etmək istərdim. Mixail Solomonoviçin dediyi kimi, bu mənim burada 
jurnalistlərlə ikinci görüşümdür və təbii olaraq, belə bir fikirdəyəm ki, bu cür ənənə gələcəkdə də davam etdiri-
ləcəkdir. Əlbəttə, mətbuat baş verən hadisələr barədə ilk mənbələrdən məlumat almalıdır. 
Mən Rusiyaya ilk rəsmi səfərimin yekunlarını çox yüksək qiymətləndirirəm. Ölkələrimizin əməkdaşlığımızı 
inkişaf etdirmək, dərinləşdirmək, ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına çalışmaq 
niyyəti bu səfər çərçivəsində bir daha təsdiq olundu. Bizim aramızda çox yüksək səviyyədə siyasi dialoq, 
ikitərəfli münasibətlərlə, regional siyasətlə bağlı  məsələlərdə qarşılıqlı anlaşma var, qlobal siyasətin bir çox 
məsələlərinə baxışların oxşarlığı müşahidə edilir. 
İqtisadi əməkdaşlıq çox uğurla inkişaf edir, əmtəə dövriyyəsi ilbəil çox sürətlə artır və hər iki dövlət bunun 
iki dəfə artırılmasını istəyir. Bu bizim məqsədimizdir və düşünürəm ki, buna nail olacağıq. Humanitar sahədə də 
əlaqələr çox yaxşı inkişaf edir. Azərbaycan ilə Rusiya arasında həmişə dostluq, qardaşlıq münasibətləri 
olmuşdur. Azərbaycanda çoxlu rus vardır.  Azərbaycan vətəndaşları kimi onlar bütün hüquqlardan istifadə 
edirlər. Azərbaycanda rus mədəniyyətinin, rus dilinin qorunmasına böyük diqqət yetirilir və bu siyasət davam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə