İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

26 
 
Münasibətlərimizin nümunəviliyi – bu isə gəlişigözəl sözlər deyil – reallıqdır. Biz məmnuniyyətlə bildiririk 
ki, bu gün aramızda fikir ayrılığı doğuran məsələlər yoxdur. Aramızda problem mövcud deyildir. Mən bunu 
dəfələrlə demişəm, bizim yalnız bir problemimiz vardır – necə edək ki, münasibətlərimiz daha da inkişaf etsin, 
daha böyük məna kəsb etsin, daha da genişlənsin. Mən  əminəm ki, bu belə  də olacaqdır. Bunun üçün yaxşı 
zəmin vardır. 
Müstəqil Azərbaycanın prezidenti kimi, mən dövlətimin mənafelərinə əsaslanan siyasət yeridəcəyəm. Mən 
məmnunluqla deyə bilərəm ki, bu mənafelər Rusiya ilə ikitərəfli münasibətlərin inkişafı mənafeləri ilə üst-üstə 
düşür. Bu bizim üçün çox vacibdir. Biz bunu çox qiymətləndiririk və düşünürəm ki, gələcəkdə hər iki ölkə bu 
əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəkdir. 
Dediyim kimi, bu gün çox həyəcanlı gündür. Mən burada olmağımdan qarışıq hisslər keçirirəm. Həyatımın 
təxminən 15 ilini MDBMİ-də keçirmişəm. Özü də bu illər həyatımın ən yaxşı çağları – tələbəlik illəri, gənclik 
illəri idi. Bu illərin  ən yaxşı illər olduğunu onlar arxada qaldıqdan sonra başa düşürsən. O vaxtlar adama elə 
gəlirdi ki, həmişə belə olacaqdır. Odur ki, mən o illəri xüsusi səmimiyyətlə xatırlayıram və  mənə  dərs 
deyənlərin, mənimlə oxuyanların hamısı, bütün professor-müəllim heyəti yadımdadır. Mən Bakıdan gələndə – 
Anatoli Vasilyeviç dedi ki, 16 yaşım vardı – lakin onda, instituta qəbul olanda cəmi 15 yaşında idim, 16 yaşım 
iki aydan sonra tamam oldu. Təbii ki, atamın o vaxt da Azərbaycana başçılıq etdiyini nəzərə alaraq Bakıdan, 
məktəbdən gəlib tamam başqa bir mühitə düşdükdə çox tezliklə  dərk etdim ki, düzgün seçim edilmişdir. 
Moskvada, MDBMİ-də təhsil almaq həyat məktəbi idi. Mən burada özümə dostlar, tanışlar tapdım. Artıq 25 ildən 
çox tarixi olan bu əlaqələr indiyədək mövcuddur. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq dünən də, bu gün də 
maşında gedərkən və  hər bir tanış evi görərkən Moskvada keçirdiyim illəri xatırlayırdım. Bu illər heç zaman 
unudulmayacaq, hafizədən silinməyəcək, xüsusən ona görə ki, məni çox səmimi insanlar əhatə edirdilər. Mən insti-
tuta, dostlarıma, müəllimlərimə, həmkarlarıma çox minnətdaram ki, ailəmiz üçün hətta  ən ağır vaxtlarda, 1980-ci 
illərin axırlarında da heç bir soyuq münasibət hiss etmirdim. Əksinə, atamın siyasi karyerası ilə bağlı vəziyyət nə 
qədər ağırlaşırdısa, bu salonda gördüyüm həmkarlarım və dostlarım tərəfindən bir o qədər böyük qayğı və diqqət 
duyurdum. Bu hissləri heç vaxt unutmaq olmaz, onlar həmişə insanın qəlbində qalır. Bu imkandan istifadə edərək 
tələbə olduğum 1977-ci ildən 1982-ci ilədək və sonralar aspiranturada oxuduğum illərdə  mənə  təhsil verənlərə 
təşəkkür etmək istərdim. Yeri gəlmişkən, biz Anatoli Vasilyeviçlə bir kafedrada işləyirdik. Eşitdim və mənə bildir-
dilər ki, demə, mən MDBMİ-nin prezident seçilən ilk məzunuyam. Əlbəttə, bu mənim üçün çox xoşdur. MDBMİ-
dəki ənənələri və təhsilin səviyyəsini nəzərə alaraq, əmin olduğumu bildirmək istəyirəm ki, bizim hələ çox həmkar-
larımız öz ölkələrinə, xalqlarına xidmət edəcəklər və  təbii ki, onlardan heç kim burada keçirdiyi illəri unutma-
yacaqdır.  
Mən sizin hamınıza bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edərək burada rastlaşdığım dostlarımı Azərbaycana 
gəlməyə, qonağım olmağa dəvət edirəm, qoy bu əlaqələr heç vaxt qırılmasın. Söz verirəm, Moskvaya gələndə buraya 
mütləq gələcəyəm, amma öz tərəfimdən, mən də sizi Azərbaycanda görmək istərdim.  
Mənə göstərdiyiniz səmimiyyətə, qonaqpərvərliyə, xoş münasibətə görə bir daha təşəkkürümü bildirirəm. 
Sizi əmin edə bilərəm ki, bu mantiyanı və bu adı bütün ömrüm boyu şərəflə daşıyacağam. 
A n a t o l i   T o r k u n o v: Əziz və çox hörmətli Prezident! 
Əziz  İlham, zənnimcə, parlaq və çox maraqlı, mühüm çıxışınıza görə çox sağ olun. Siz elə mühüm, ciddi 
məsələlərə toxundunuz ki, bizi mütəəssir etdiniz. Sizin keçmiş, xalqlarımız arasındakı qarşılıqlı anlaşma, 
dostluq barədə sözləriniz xüsusilə maraqlı idi. Çünki məhz bunlar dövlətlər arasında münasibətlərin, bütövlükdə 
beynəlxalq münasibətlərin əsasıdır. Deməliyəm ki, bu gün aldığınız diplomun praktik dəyəri vardır. 100 ildən 
sonra mühüm dövlət işlərindən uzaqlaşdıqda əmin ola bilərsiniz ki, burada professor karyeranızı tapacaqsınız.  
 
 
 


27 
 
 
RUSİYADAKI  AZƏRBAYCAN  DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ  
GÖRÜŞDƏ ÇIXIŞ 
 
Moskva, Azərbaycan səfirliyi 
 
7 fevral 2004-cü il  
 
 
Hörmətli xanımlar və cənablar! 
Əziz həmvətənlər! 
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu görüşə gəldiyinizə görə öz minnətdarlığımı bildirirəm.  
Bu gün mənim Rusiyaya rəsmi səfərim başa çatır. İki gün ərzində aparılmış ikitərəfli danışıqlar zamanı çox 
mühüm məsələləri müzakirə etdik. Biz Azərbaycanla Rusiya arasında olan münasibətlərə dair bütün məsələləri 
konstruktiv  şəkildə müzakirə etdik və bir daha əmin olduq ki, mövcud olan dostluq və mehribanlıq  əlaqələri 
güclənir və inkişaf edir. Bu, prezident seçkilərindən sonra mənim Rusiyaya ilk rəsmi səfərimdir. Bildiyiniz kimi, 
oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilmişdir və tam əksəriyyət bu seçkilərdə Heydər Əliyevin 
siyasi xəttinə səs vermişdir. Azərbaycanda son on ildə aparılmış bu siyasət ölkəmizə böyük uğurlar gətirmişdir. 
Respublikamız siyasi cəhətdən güclənmiş, iqtisadi cəhətdən öz potensialını böyük səmərə ilə işə salmışdır. İqtisadi 
göstəricilərimiz bir daha sübut edir ki, makroiqtisadi sabitlik mövcud olan yerdə sosial problemlərin həlli də 
mümkündür. Azərbaycan bütün iqtisadi göstəricilər üzrə MDB ölkələri arasında liderdir. Ümumi daxili məhsulun, 
inflyasiyanın səviyyəsi, xarici sərmayələrin həcmi və digər göstəricilər üzrə ölkəmiz öncül mövqedədir. Bütün 
bunlara nail olmaq üçün ilk növbədə, sabitlik, əmin-amanlıq, qayda-qanun tələb  olunurdu. Azərbaycanda bu 
sabitliyi Heydər  Əliyevin siyasəti təmin etmişdir.  Əgər bu sabitlik olmasaydı, hər hansı bir iqtisadi inkişafdan 
söhbət gedə bilməzdi.  
Bizim hamımızın vəzifəsi bu sabitliyi qorumaqdan ibarətdir. Azərbaycan xalqı rahat və firavan yaşamalıdır. 
Ölkəmizdə qayda-qanun bərpa olunmuşdur və bu siyasət davam etdirilməlidir.   
Əminəm ki, hamımız – bütün Azərbaycan xalqı birlikdə buna nail olacağıq. Biz Azərbaycanın müstəqilliyini 
qoruyacaq, ölkəmizin iqtisadi potensialını gücləndirəcəyik. Bütün bunlar xalqımızın daha firavan və rahat yaşamasına 
xidmət edir.   
Problemlərimiz çoxdur, sosial problemlər də mövcuddur. İlk növbədə, Azərbaycanda çətin vəziyyətdə 
yaşayan qaçqın və  məcburi köçkünlərin vəziyyəti bizi daha çox düşündürür. Heydər  Əliyev bu istiqamətdə 
mühüm işlər görmüşdür. Bu kateqoriyadan olan insanların vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq 
fərmanlar əsasında mühüm addımlar atılmış, yeni qəsəbələr salınmış, infrastruktur yaradılmışdır. 
Mən bu siyasəti davam etdirirəm. Bir neçə gün əvvəl bu sahədə növbəti sərəncam imzalanmışdır və onun 
əsasında mövcud çadır düşərgələrindən bəziləri ləğv ediləcək, yeni evlər tikiləcək, qəsəbələr salınacaqdır. 
Düzdür, maliyyə resurslarımız bu məsələni dərhal həll etmək üçün hələ ki, bizə böyük imkanlar vermir. Amma 
imkanlar yarandıqca, bu məsələ öz həllini tapacaqdır.  
Əminəm ki, bizim xaricdə, o cümlədən Rusiyada yaşayan soydaşlarımız da bu məsələdə iştirak edəcəklər və 
bu işə öz töhfələrini verəcəklər.  
Digər sosial məsələlər də mövcuddur, amma bütün bu məsələlərin həlli Azərbaycanın iqtisadi potensialı 
gücləndikcə mümkün olacaqdır. Həyata keçirdiyimiz irimiqyaslı layihələr nəticəsində ölkəmizə  gələcəkdə 
böyük həcmdə vəsait daxil olacaqdır ki, bu da öz növbəsində qarşımızda duran bütün problemlərin həllinə gözəl 
zəmin yaradacaqdır. 
Bir sözlə, Azərbaycan uğurla inkişaf edir. Biz bu inkişaf yolunu seçmişik. Xalqımız bu siyasəti dəstəkləyir 
və heç kim bizi bu yoldan döndərə bilməz.  
Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər  Əliyevin siyasəti davam etdirilməlidir və hamınızla birlikdə 
mən bu siyasəti davam etdirəcəyəm.  
Əziz dostlar! 
Dediyim kimi, bu gün mən Rusiyaya ilk rəsmi səfərimi başa çatdırıram. Odur ki, ikitərəfli münasibətlərə dair 
məsələlərə də toxunmaq istərdim. Mənim üçün çox dəyərli idi ki, prezident vəzifəsinə seçildikdən dərhal sonra 
Rusiya prezidenti Vladimir Vladimiroviç Putindən Rusiyaya rəsmi səfər etmək barədə  dəvət aldım. Mən bu 
dəvəti məmnuniyyətlə qəbul etdim və indi Moskvadayam.  
Rusiya prezidenti ilə bizim aramızda çox mehriban, səmimi münasibətlər yaranmışdır. Bu bizim ilk 
görüşümüz deyildir. Vladimir Vladimiroviçlə biz o, 2001-ci ildə Azərbaycanda rəsmi səfərdə olarkən 
görüşmüşdük. Deməliyəm ki, Azərbaycanda hamı və əminəm ki, Rusiyada yaşayan azərbaycanlılar da Rusiya 
prezidentinin Azərbaycana səfər etməsi faktını böyük razılıqla qarşıladılar. Bu, Rusiya prezidentinin ölkəmizə 
ilk səfəri idi. Sonra mən artıq Azərbaycanın Baş naziri vəzifəsini yerinə yetirərkən, MDB-nin zirvə toplantısında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə