İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

29 
 
yeni-yeni uğurlar arzulaya bilərəm. Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də çox razıyam. Məm-
məd müəllimin rəhbərliyi ilə Konqres qısa müddətdə çox güclü, qüdrətli struktura – tez bir zamanda nüfuz qa-
zanmış struktura çevrilmişdir. Əlbəttə, burada Konqresin rəhbəri, bu strukturun prezidenti Məmməd Əliyevin, 
habelə vitse-prezidentlərin böyük xidməti var. Mən bu istiqamətdə  fəal işləyən vitse-prezidentlərin işini ayrıca 
qeyd etmək istərdim. Mən burada İsgəndər Xəlilovu, Telman İsmayılovu, Elman Bayramovu, Aras Ağalarovu, 
başqalarını görürəm. Əlbəttə, hamının adını çəkə bilmərəm, lakin ikitərəfli əlaqələrimizə də böyük töhfə vermiş 
olan Aydın Qurbanovu yada salmaq və eyni zamanda, onun xatirəsini anmaq istərdim. O mənim yaxın dostum idi, 
onun vəfatı məni çox kədərləndirdi. 
Siz bunu bilirsiniz, məhz onun iştirakı və maliyyə yardımı ilə Bakıda rus pravoslav kilsəsi tamamilə bərpa 
edilmişdir. Bunun özü də  əməkdaşlığın  əyani sübutudur. Əminəm ki, bizim Ümumrusiya Azərbaycan Kon-
qresinin fəaliyyəti bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığa, Rusiyada 
yaşayan azərbaycanlıların həyatının daha rahat, daha firavan olmasına yönələcəkdir. Azərbaycanın dövlət 
siyasəti baxımından, siz bizim köməyimizə  həmişə bel bağlaya bilərsiniz. Prezident kimi mən buna zəmanət 
verirəm və bizdən asılı olan hər şeyi edəcəyik.  
Bir məsələni də qeyd etmək istəyirəm: bu gün mən burada Aida Quliyevanı görürəm. Aida çox nəcib bir işlə 
məşğul olur. O hələ ötən  əsrin 90-cı illərinin  əvvəllərində Moskvada Azərbaycan məktəbinin yaradılmasının 
təşəbbüskarı olmuşdur. Mən də  fəxr edə bilərəm ki, bu işdə müəyyən qədər iştirak etmişəm. Mən bu gün 
icmamızı bu prosesə fəal surətdə kömək etməyə çağırmaq istəyirəm, istəyirəm ki, bizim məktəb, doğrudan da, 
mükəmməl təhsil ocağı olsun və azərbaycanlı uşaqlar burada  tariximizi, mədəniyyətimizi, dilimizi öyrənsinlər, 
bu da bizim gənc nəslin formalaşmasına kömək etsin.   
Mən isə dövlət tərəfindən məktəbin bazasının möhkəmləndirilməsində də, tədris prosesinin təşkilinə yardım 
göstərilməsində də iştirak etməyə hazıram. Bu, nəcib işdir. Belə işlər olduqca çoxdur. Mən bunu ondan-bundan 
eşitməmişəm, çünki Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi və onun üzvləri ilə çoxdan əlaqə 
saxlayıram. Buna görə də onların necə çox kömək etdiklərini bilirəm. Sadəcə olaraq, istəyirəm ki, bunu hamı 
bilsin, bu barədə  mətbuat səhifələrində yazsınlar, televiziya ilə göstərsinlər, o cümlədən Rusiyanın kütləvi 
informasiya vasitələri ilə xəbər versinlər. 
Əziz dostlar!  
Mən hələ çox danışa bilərdim və bu gün sizinlə görüşmək mənim üçün olduqca xoşdur. Mən xoş sözlərinə 
görə Nikolay Konstantinoviçə çox minnətdaram. Mən Sizdən nümunə götürəcəyəm. Mən bilmirəm, prezidentin 
bir ili neçə il sayılır, lakin dəqiq bilirəm ki, bir il bir ilə bərabər deyildir. Bu kitaba görə də Sizə çox minnətda-
ram. Sizi, öz yurdunun vətəndaşı, böyük vətənpərvəri, Heydər  Əlirza oğlunun dostu kimi çox yüksək 
qiymətləndirirəm. Allahdan arzu edirəm ki, 200 illiyinizi qeyd edək.  
Rusiyada bizim şan-şöhrətli elçimiz, Azərbaycan xalqının haqlı olaraq fəxr etdiyi, Rusiyada və SSRİ-də neft 
yataqlarının mənimsənilməsinə böyük töhfə vermiş  Fərman müəllimi də salamlayıram. Biz, əlbəttə ki, Sizi 
görməyə çox şadıq. Mən onun yanında dünya miqyaslı görkəmli alim Əhməd müəllim İsgəndərovu görürəm. 
Biz onunla hələ o vaxt yaranmaqda olan Azərbaycan Vətəndaş Assambleyası çərçivəsində bir yerdə işləmişik. 
Burada vaxtilə ilk addımlarımızı birlikdə atdığımız çoxlu tanışlarımı, dostlarımı görürəm. 
Mən sizin ailələrinizə firavanlıq, uğurlar və səadət arzulamaq istəyirəm. Bilin ki, Azərbaycanda sizi yaddan 
çıxarmırlar. Azərbaycanlıların burada yaşaması ilə  əlaqədar mövzu bütün səviyyələrdə, siyasi rəhbərlik 
səviyyəsində, müvafiq qurumların, orqanların  əməkdaşlığı  səviyyəsində ikitərəfli münasibətlərimizin daim 
gündəliyindədir və bu həmişə diqqət mərkəzindədir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü 
səviyyəsi sizdən ötrü yaxşı, əlverişli imkan yaradır. Odur ki, firavan yaşayın, lakin Vətəni də unutmayın, gəlib-
gedin və biz sizi görməyə həmişə şad olacağıq. Sağ olun. 
 
 


30 
 
 
RUSİYAYA RƏSMİ SƏFƏRİ BAŞA ÇATDIQDAN SONRA MOSKVADAN BAKIYA 
QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB    
 
7 fevral  2004-cü il 
 
S u a l: Cənab Prezident, belə məlumat yayılıb ki, ABŞ-ın dövlət katibi Kolin Pauell Moskvaya 
səfəri zamanı Rusiyanın Xarici İşlər naziri İvanovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin 
tənzimlənməsinə dair hansısa təkliflər barədə söhbət olmuşdur. Siz İvanovla görüşmüsünüz, hər 
hansı təklif varmı? 
C a v a b: Əlbəttə, biz görüşdük, münaqişə barədə də söhbətlərimiz oldu. Təkliflər, yəqin ki, olmalıdır. Bilir-
siniz ki, bu problemin həll edilməsi istiqamətində işlər bir növ lazımi səviyyədə qurulmayıbdır. Biz istəyirik ki, bu 
proses daha da intensivləşsin. Əlbəttə, təkliflər olmalıdır. Mən bu dəfə də öz mövqeyimi bildirdim və bəyan etdim 
ki, Minsk qrupu öz mövqeyini bildirməlidir, yeni təkliflərlə çıxış etməli, özünü müşahidəçi kimi aparmamalıdır. 
Ola bilər ki, yaxın zamanlarda hansısa təkliflər olsun. Amma bu məsələ ilə bağlı elə konkret söhbətimiz 
olmayıbdır. 
S u a l: Cənab Prezident, 5 rayonun qaytarılması məsələsi Avropa Parlamentində də səslənir. Rusiya 
prezidenti ilə Dağlıq Qarabağ problemi müzakirə olunarkən belə bir məsələyə toxunuldumu?  
C a v a b: Bu, yeni məsələ deyildir. Avropa İttifaqı bu məsələni haradasa, 3–4 il bundan əvvəl irəli sürmüş-
dü. O vaxt Ermənistan buna razılıq verməmişdi. Ermənistanın təbliğat kampaniyası ona yönəlib ki, guya 
Azərbaycan onu mühasirəyə alıbdır. Ancaq bu belə deyildir. Siz deyən yeni məsələ deyil, müzakirə oluna bilər. 
Biz özümüz müəyyən etməliyik ki, bu nə dərəcədə məqbuldur. Hələlik bu barədə danışmaq bir qədər tezdir. Əgər 
rəsmi  şəkildə  təklif edilərsə – biz Minsk qrupunu gözləyə bilərik, mandat Minsk qrupundadır – o vaxt ona 
münasibət bildirmək olar. Amma hesab edirəm ki, bütün mümkün olan variantlar nəzərdən keçirilməlidir. Biz 
baxmalıyıq ki, bunu necə həll edək. Amma mən öz mövqeyimi bir daha açıq-aydın bildirdim. Azərbaycanın ərazi 
bütövlüyü bərpa olunmalıdır.  İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Bu problem, Ermənistan–
Azərbaycan münaqişəsi konstruktiv prinsiplər  əsasında öz həllini tapa bilər. Bu məsələ ilə bağlı bizim söhbət-
lərimiz olubdur. Mən Azərbaycanın mövqeyini bütün səviyyələrdə bildirmişəm. 
S u a l:  Cənab Prezident, Bakı–Novorossiysk kəməri ilə Azərbaycan neftinin bundan sonra nəql 
olunması barədə nə deyərdiniz? 
C a v a b:  Bəyannamə  yəqin ki, sizə  də  təqdim ediləcəkdir. Görəcəksiniz, orada belə bir niyyət ifadə 
olunubdur ki, bu məsələ uzunmüddətli əsaslarla öz həllini tapmalıdır. Azərbaycan nefti şimal marşrutu ilə dünya 
bazarlarına çıxarılmalıdır. Eyni zamanda, Azərbaycana təbii qazın ötürülməsi də təmin edilməlidir. Amma orada 
hər hansı bir öhdəlik yoxdur. Orada niyyət şəklində göstərilir. Bildiyiniz kimi, bu marşrut fəaliyyətdədir. Uzun 
müddətdir ki, Azərbaycan nefti bu marşrut ilə göndərilir. Biz maraqlıyıq ki, Bakı–Novorossiysk neft kəməri 
işləsin. Neft kəməri nə qədər işlək vəziyyətdə olarsa, o qədər sərfəlidir. 
S u a l: Cənab Prezident, biz Sizin mövqeyinizi bilmək istəyirik. Azərbaycan prezidenti hansı variantın 
tərəfdarıdır? Dağlıq Qarabağ probleminin ciddi kompromislər yolu ilə indiki məqamda həllinin, yoxsa 
gözləməyin tərəfdarıdır?    
C a v a b: Mən bu məsələdə kompromislərin tərəfdarı deyiləm. Mən hesab edirəm və öz mövqeyimi açıq-
aydın bildirmişəm ki, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Haqq-ədalət bizim tərəfimizdədir. 
Zaman dəyişir, əgər biz ölkələrə iqtisadi potensial baxımından qiymət versək, o da bizim tərəfimizdədir. Ona 
görə də mən hesab edirəm ki, biz gərək tələskənliyə yol verməyək.  
Mən tələsmirəm. Hesab edirəm ki, məsələni həll etmək üçün gərək gözləyək.  Əminəm ki, Azərbaycanın 
iqtisadi potensialı güclənir və bundan doğan digər məsələlər öz həllini tapdıqca, ölkəmiz istədiyinə nail 
olacaqdır. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz istəyirik ki, Azərbaycan torpaqları ölkəmizə 
qaytarılsın, münaqişə sülh yolu ilə öz həllini tapsın. Eyni zamanda, bu məsələ yalnız dediyim prinsiplər 
çərçivəsində öz həllini tapa bilər. Bu mövqeyimiz bu dəfə də çox aydın şəkildə Moskvada bildirildi.  
S u a l:  Cənab Prezident, Siz ATƏT-in üzvü olan iki dövlətə  səfər etmisiniz. Necə düşünürsünüz, bu 
səfərlərdən sonra ATƏT vasitəçilərinin işində fəallıq müşahidə olunacaq, ya yox? 
C a v a b:  Mən ümid edirəm ki, olacaq. Həm Fransanın prezidenti, həm də Rusiyanın prezidenti mənə 
bildirdilər ki, onlar münaqişənin həll olunmasında maraqlıdırlar. Mən gözləyirəm ki, ATƏT-in yeni təklifləri 
olacaqdır. Bu barədə demək hələlik bir az tezdir, olmalıdır. ATƏT bu məsələ ilə  məşğuldur və  şübhəsiz ki, 
münaqişənin həllində  fəal iştirak etməlidir. Yenə  də deyirəm, özünü müşahidəçi kimi aparmamalıdır. Yeni 
təkliflər verməlidir. Bilirsiniz ki, bu təkliflərin irəli sürülməsi istiqamətində çox gözəl şərait yaranıbdır. Avropa 
İttifaqının məruzəsində artıq müsbət məqamlar səslənibdir. Avropa Şurasının sənədlərində artıq bizi qane edən, 
ədaləti əks etdirən məqamlar öz əksini tapıbdır. Yəni, bütün bunlar zəmindir. Biz Avropa Şurasında üç il bundan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə