İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

40 
 
payına düşür. Bu çox aydın göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri olduqca geniş yayılıbdır. 
Bununla yanaşı, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət göstərilir. Əgər biz büdcəmizə nəzər salsaq 
görərik ki, onun tam əksəriyyəti sosial məsələlərin həllinə yönəlibdir. Bu tarazlıq bizə imkan verir ki, ölkə həm 
iqtisadi cəhətdən güclənsin, eyni zamanda, vətəndaşlar da iqtisadi islahatların bəhrəsini görsünlər. Bu siyasət 
bundan sonra da davam edəcəkdir. 
Mən öz çıxışlarımda bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Bu gün də o fikirdə qalıram ki, ilk növbədə
bizim hamımızın vəzifəsi çətin vəziyyətdə yaşayan insanlarımıza kömək etməkdən, onların həyat səviyyəsini 
yaxşılaşdırmaqdan ibarətdir. Ümumiyyətlə, Azərbaycanda yaşayan bütün vətəndaşların həyat səviyyəsi 
qaldırılmalıdır və bu belə  də olacaqdır. Ümummilli lider Heydər  Əliyevin sərəncamları ilə son illər  əmək 
haqları, pensiyalar artırılmışdır və bu istiqamətdə  işlər davam etdiriləcəkdir.  İmkan yarandıqca, biz bunu 
edəcəyik. 
Amma hələlik maliyyə resurslarımız bizə bu məsələləri istədiyimiz formada həll etməyə imkan vermir. Bu 
baxımdan beynəlxalq humanitar təşkilatların yardımına ehtiyac var və  mən  əminəm ki, onlar tərəfindən 
göstəriləcək yardımın həcmi də azalmayacaqdır.  
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın öz iqtisadi inkişafına hələ təzə-təzə başlamasına baxmayaraq, 
2003-cü ildə dövlət tərəfindən qaçqınlara və məcburi köçkünlərə göstərilən yardımın həcmi 120 milyon dollar 
təşkil etmişdir. On il ərzində prezident tərəfindən bu sahəyə aid 26 fərman və  sərəncam imzalanmışdır. Milli 
Məclis tərəfindən 13 qanun qəbul olunmuşdur. Nazirlər Kabineti tərəfindən 147 sərəncam imzalanmışdır. Bütün 
imzalanmış bu fərmanlar, sərəncamlar, qəbul olunmuş qanunlar qaçqınların və  məcburi köçkünlərin sosial 
müdafiəsi məsələlərinə aiddir. Bu bir daha onu göstərir ki, dövlətin öncül vəzifəsi qaçqınlara və köçkünlərə 
diqqət göstərməkdən ibarətdir. 
Bu gün Azərbaycan uğurla inkişaf edən ölkədir. Azərbaycanın gözəl perspektivləri, çox böyük potensialı, o 
cümlədən intellektual potensialı var. Bütün bu amillər bizə imkan verəcək ki, yaxın zamanlarda ölkəmiz daha 
yüksək pilləyə qalxa bilsin, müasirləşsin, zənginləşsin, Dünya Birliyində özünə daha möhkəm yer tuta bilsin. 
Mən əminəm ki, bu belə olacaqdır. Çünki son on il ərzində aparılan bütün siyasət, iqtisadi, siyasi islahatlar bizə 
çox gözəl imkan yaradıbdır. Biz bu imkandan istifadə edirik və edəcəyik.  Ən önəmlisi isə xalqın inamı var. 
Xalqın inamı var ki, Azərbaycan daha da inkişaf edəcək, daha da güclənəcəkdir.  
Amma qarşımızda duran bütün məqsədlərə nail olmaq üçün, əlbəttə, Azərbaycanda ictimai-siyasi sabitlik 
davam etməlidir. Bu, gələcək inkişafın, necə deyərlər, təməlidir, onu müəyyən edən gözəl bir amildir. Əlbəttə, bu 
belə də olmalıdır.  
Regionda ən böyük təhlükə mənbəyi Ermənistan və onun işğalçı siyasətidir. Bu siyasətin nəticəsində Azər-
baycan torpaqlarının 20 faizi işğal altına düşmüş, bir milyondan artıq qaçqın, köçkün yaranıbdır. Baxmayaraq 
ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə  məşğul olur, böyük dövlətlər, bilavasitə vasitəçilik missiyasını öz 
üzərlərinə götürüblər, ancaq uzun illərdir bu məsələ öz həllini tapmır. Hesab edirəm ki, bu məsələnin tezliklə 
həll olunması üçün, ilk növbədə, problemə yanaşmalarda fərqlər olmalıdır.  İşğalçı ilə  işğalın qurbanı bir 
səviyyəyə qoyulmamalıdır. Əgər belə olarsa, mən əminəm ki, bu məsələ, bu münaqişə tezliklə öz həllini tapar.  
Azərbaycan heç kimin torpağını  işğal etməyib, heç kimin ərazi bütövlüyünü pozmayıbdır.  Əksinə, bizim 
torpaqlarımız işğal altındadır,  ərazi bütövlüyümüz pozulubdur. Bizim heç kimin torpağında gözümüz yoxdur. 
Ancaq, eyni zamanda, öz torpağımızı da heç kimə verən deyilik. Mən  əminəm ki, əgər bütün beynəlxalq 
ictimaiyyət, bilavasitə bu məsələ ilə  məşğul olan Minsk qrupu və onun həmsədrləri bu yanaşmanı  əsas 
tutarlarsa, problem tezliklə öz həllini tapa bilər. Dünyada ikili standartlara son qoyulmalıdır. İşğalçı işğalçı kimi 
göstərilməlidir və ondan tələb edilməlidir ki, işğal etdiyi torpaqlardan çıxsın. Çünki biz artıq XXI əsrdə 
yaşayırıq. Biz hamımız Avropa strukturlarına inteqrasiya edirik və bu bizim siyasətimizdir. Belə olan halda, 
əlbəttə, indiki vəziyyət dözülməzdir.  
Mən ümid edirəm ki, danışıqlar yolu ilə bu məsələ öz həllini tapa bilər və məhz buna görə də danışıqlara 
üstünlük veririk. Əminik ki, bu məsələ ilə məşğul olan vasitəçilər də öz missiyasını uğurla başa çatdıracaqlar.  
Amma bu məsələ, yəni, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  məsələsi həll olunmayana qədər, 
qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qayıtmayana qədər,  əlbəttə, onlara diqqət göstəriləcəkdir, onların 
problemləri həmişə gündəlikdə birinci sırada olacaqdır. Bu, dövlətin siyasətidir. Biz bunu edirik və edəcəyik. 
Azərbaycanda qaçqınlar və  məcburi köçkünlər üçün salınmış yeni qəsəbələr,  şəhərciklər bunun bariz 
nümunəsidir. Bu siyasət davam etdiriləcəkdir.  
Mən demişdim, məqsədimiz budur ki, Azərbaycanda bir dənə  də olsun, çadır  şəhərciyi qalmasın. Çətin 
vəziyyətdə yaşayan insanlarımız normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə işlər görülür. Baxmayaraq, bu 
çox böyük maliyyə resursları  tələb edən tədbirlərdir, biz bunu edəcəyik. Amma biz bununla kifayətlənməmə-
liyik. Hesab edirəm ki, çətin vəziyyətdə yaşayan digər qaçqınlar, məcburi köçkünlər üçün də  tədbirlər 
görüləcəkdir. Yataqxanalarda, yararsız binalarda, köhnə pansionatlarda yaşayanlar üçün də biz tədbirlər görə-
cəyik. Bu məsələ ilə əlaqədar artıq müvafiq göstərişlər verilibdir. Onların yaşadığı binalar təmir olunacaqdır. 


41 
 
Mən bu fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanda fəaliyyət göstərən qurumlar, strukturlar 
mütləq və mütləq humanitar təşkilatlara kömək göstərməlidirlər. Çünki biz istədiyimizə ancaq birlikdə nail ola 
bilərik. Xüsusilə icra orqanları yerlərdə fəaliyyət göstərən strukturlara, beynəlxalq humanitar təşkilatlara, donor 
təşkilatlara kömək göstərməli, onlara problemlər yaratmamalıdırlar. Təəssüflər olsun ki, məndə olan məlumata 
görə, bəzi hallarda problemlər yaradılır. Buna son qoyulmalıdır. Mən də bu məsələni  şəxsi nəzarətimdə 
saxlayacağam.  
Mən məmnunluq hissi ilə burada, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin fəaliyyətini qeyd 
etmək istəyirəm. Çox məmnunam və  şadam ki, Azərbaycanda işləyən, Azərbaycana sərmayə qoyan, burada 
bizneslə məşğul olan şirkətlər bu məsələlərə böyük diqqət göstərirlər. 
Ümumiyyətlə – mən dəfələrlə bunu bildirmişəm – bizim böyük nailiyyətimiz ondadır ki, bizimlə  bərabər 
ölkəmizin təbii sərvətlərini dünya bazarlarına çıxaran şirkətlər Azərbaycan cəmiyyətinə o dərəcədə inteqrasiya 
olunublar ki, artıq biz bir-birimizi, necə deyərlər, vahid bir ailə kimi hesab edirik. Bu baxımdan neft şirkətlərinin 
yardımları  məni çox sevindirir. Hesab edirəm ki, bu çox xeyirxah bir missiyadır.  Əminəm ki, bu fəaliyyət 
bundan sonra da davam edəcəkdir. 
Azərbaycanın gələcəyi,  əlbəttə, onun iqtisadi potensialının güclənməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi 
potensialı isə, öz növbəsində, aparılan uğurlu neft strategiyası ilə bağlıdır. Bu baxımdan Azərbaycanda fəaliyyət 
göstərən neft şirkətlərinə daim böyük diqqət göstərilmişdir. Onların fəaliyyəti üçün, hesab edirəm, çox gözəl 
şərait yaradılmışdır. Əlbəttə, bizi də çox sevindirir ki, onlar da burada həm Azərbaycanın iqtisadi potensialını 
gücləndirirlər, eyni zamanda, sosial məsələlərin həllində çox fəal rol oynayırlar.  
Yerli təşkilatlara öz minnətdarlığımı bildirmək istəyirəm. Məhdud maliyyə resurslarına baxmayaraq, onların 
fəaliyyəti çox təqdirəlayiqdir. Mən hesab edirəm, bu fəaliyyət davam etməlidir. Azərbaycanda biznes mühitinin 
yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılıbdır.  Əminəm ki, Azərbaycanda tezliklə  və daha böyük 
sürətlə sanballı sahibkarlar təbəqəsi formalaşacaqdır. Orta təbəqə formalaşmalıdır. Biz hamımız bilirik ki, ölkə 
təbii ehtiyatlarla nə  qədər zəngin olsa da, bunsuz iqtisadi uğurlardan söhbət gedə bilməz.  Əgər orta təbəqə 
yoxdursa, ölkənin gələcək inkişaf perspektivləri ürəkaçan ola bilməz. 
Bu baxımdan  əminəm ki, Azərbaycanda yerli biznes qurumlarının fəaliyyəti gücləndikcə, onlar da bu 
məsələyə daha böyük həvəslə, yeni imkanlarla qoşulacaqlar. Çünki bu bizim hamımızın məsələsidir. Bu, təkcə 
dövlətin, yaxud da beynəlxalq humanitar təşkilatların məsələsi deyildir. Hər bir Azərbaycan vətəndaşının 
vəzifəsi və borcudur ki, qaçqınlara və məcburi köçkünlərə kömək göstərsin. Çünki onlar ədalətsiz təcavüzdən 
əziyyət çəkən, ən çətin vəziyyətdə yaşayan insanlardır. Öz torpaqlarını itirmiş insanlardır və onların problemləri 
bizim hamımızın problemləridir.  
Mən beynəlxalq humanitar təşkilatların fəaliyyətini qeyd etdim və bir daha demək istəyirəm ki, əgər 1990-cı 
illərin əvvəllərində onların fəaliyyəti olmasaydı, bu humanitar fəlakət çox acı  nəticələrə gətirib çıxara bilərdi. 
Məhz o illərdə onların fəaliyyəti həlledici oldu. Düzdür, qeyd olundu ki, Azərbaycan artıq iqtisadi cəhətdən 
güclənir və  bəlkə  də xarici yardıma olan böyük ehtiyaclar da azalır. Amma buna baxmayaraq, beynəlxalq 
humanitar təşkilatlar bütün bu illər ərzində kömək göstəriblər, bu gün də göstərirlər. Burada səsləndi ki, artıq bu 
yardımın yeni istiqamətləri, növləri axtarılır. Yəqin ki, bu da çox vacibdir. Çünki bu ənənələr müxtəlif 
istiqamətlərdə inkişaf edə bilər.  Əlbəttə, yeni mühitin, şəraitin yaranması, yeni iş yerlərinin yaradılması çox 
mühüm bir istiqamətdir. Amma bütün bunlara baxmayaraq, beynəlxalq humanitar təşkilatların bilavasitə 
yardımları davam etdirməsi çox təqdirəlayiq bir haldır.  
Mən bir daha demək istəyirəm ki, bu istiqamətdə dövlətin siyasəti dəyişməz olaraq qalır. Qaçqınların və 
məcburi köçkünlərin problemləri dövlətin bir nömrəli problemləridir. Mən ümidvaram ki, hamımız birlikdə – 
Azərbaycan dövləti, burada fəaliyyət göstərən şirkətlər, beynəlxalq humanitar təşkilatlar bundan sonra da uğurlu 
fəaliyyətimizi davam etdirəcəyik və çətin vəziyyətdə yaşayan insanlarımıza daha yaxşı şərait yaradacağıq.  
Mən konfransın işinə bir daha uğurlar arzulayıram. Sizin hamınıza cansağlığı, xoşbəxtlik diləyirəm. Sağ 
olun. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə