İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

28 
 
bizim görüşlərimiz oldu. Daha sonra Vladimir Vladimiroviç özünün yüksək  şəxsi keyfiyyətlərini bir daha 
göstərərək, prezident Heydər  Əliyevin vəfatı ilə  əlaqədar Azərbaycanda matəm mərasimində  iştirak etdi. 
Bununla o, Azərbaycan xalqının məhəbbətini daha da çox qazandı. 
Dünən və srağagün keçirdiyimiz görüşlər də bizi bir daha inandırdı ki, qarşılıqlı anlaşmanın səviyyəsi elə 
yüksəkdir ki, qarşıya qoyulan bütün məsələləri həll etmək mümkündür. İndi Rusiya ilə Azərbaycan arasında ən 
yüksək səviyyədə qarşılıqlı anlaşma, siyasi dialoq və  məsləhətləşmələr mövcuddur və biz bunu yüksək 
qiymətləndiririk. Bu bizə iqtisadi əməkdaşlığı  fəal inkişaf etdirməyə imkan verir. Son iki ildə  əmtəə 
dövriyyəsinin həcmi böyükdür və bu, iqtisadi əməkdaşlığın inkişafına parlaq misaldır. 2002-ci ildə əmtəə döv-
riyyəsi 70 faiz, 2003-cü ildə 40 faiz artmışdır və təxminən yarım milyard dollar təşkil edir. Ümumi məqsədimiz 
ikitərəfli əlaqələrin bu mühüm göstəricisini daha da yüksəltməkdir.  
Biz humanitar sahədə  əməkdaşlıq məsələlərinin müzakirəsinə xeyli vaxt ayırdıq. Siz hamınız bilirsiniz ki
Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, rus millətindən olan vətəndaşlara necə qayğı ilə yanaşılırdı  və 
yanaşılır. Zənnimcə, Azərbaycan məhz bu göstəricidə bütün MDB məkanında nümunədir və  şübhəsiz, bu 
siyasət davam etdiriləcəkdir. Söhbətlərimizdə Rusiyadakı azərbaycanlıların həyatına da böyük diqqət veril-
mişdir. Ümumrusiya Azərbaycan Konqresinin rəhbəri bir rəqəm gətirdi, bu rəqəmi mən də eşitmişəm, görünür, 
söhbət burada daimi yaşayan azərbaycanlılardan, yəni Rusiya vətəndaşlarından gedir. 
Əgər burada yaşayan, lakin Rusiya vətəndaşları olmayan azərbaycanlıların sayını  nəzərə alsaq, görərik ki, 
onlar daha çoxdur. Bizim aramızda tam anlaşma var, gözəl başa düşürük ki, Rusiya ilə Azərbaycan arasında 
ikitərəfli münasibətlərin səviyyəsi Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətinə, həyatına, firavanlığına da 
çox ciddi təsir göstərir. Bəli, Rusiyada yaşayan azərbaycanlıların bir qismi Rusiya Federasiyasının 
vətəndaşlarıdır – başqa dövlətin vətəndaşlarıdır. Amma bu o demək deyil ki, onlar bizim üçün kənar şəxslərə 
çevrilirlər. Xalqımızın öz ənənələri var, vətəndən nə qədər uzaqlarda olsalar da, vətəndə uzun müddət olmasalar 
da onların öz evinə, doğma torpağına, doğma  şəhərinə, rayonuna məhəbbəti qəlblərində  həmişə yaşayır. Ona 
görə də hesab edirəm ki, Rusiyadakı həmvətənlərimizin daha uğurlu, sakit, normal işi üçün ikitərəfli əlaqələrin 
səviyyəsi çox vacibdir. 
Bu gün böyük məmnunluqla deyə bilərəm ki, Vladimir Vladimiroviç Putinlə  mənim aramda çox səmimi, 
etibarlı  və xoş münasibətlər yaranmışdır və  mən bunu çox əziz tuturam. Biz bütün istiqamətlərdə  əməkdaşlığın 
inkişaf etdirilməsinə çalışacağıq. Bu bizim tərəfimizdən bəyan olundu, imzalanmış  sənədlərdə – həm iqtisadi 
sənədlərdə, həm də humanitar sahəyə aid sənədlərdə, habelə əməkdaşlığımızın əsas istiqamətlərinin əks etdirildiyi 
mühüm birgə siyasi  bəyannamədə öz təsdiqini tapmışdır. Rusiya ilə Azərbaycan arasında, demək olar, bütün 
məsələlər həll edilmişdir. Qarşılıqlı razılığa əsasən, Xəzər dənizinin sektorlara bölünməsi məsələsi, hərbi-texniki 
əməkdaşlıq məsələləri həll olunmuşdur. İndi Azərbaycan Rusiya ərazisi ilə dünya bazarına neft göndərir, Rusiya 
ərazisindən Azərbaycana təbii qaz gəlir. Beləliklə, bizim daha çox vətəndaşlarımızı qazla təmin etməyə imkanımız 
var və deyə bilərəm ki, hazırda Azərbaycanın,  əslində, bütün rayon mərkəzləri qazla təmin olunur. Düzdür, bu, 
istədiyimiz həcmdə deyildir. Lakin biz əməkdaşlığı inkişaf etdirəcəyik. Yəni bizim hələ həll edəcəyimiz heç bir 
məsələ yoxdur. Bizim görməli olduğumuz yeganə iş müsbət təcrübədən istifadə etmək və əməkdaşlığı genişlən-
dirməkdir. 
Heç kimə sirr deyil ki, ölkələrimiz arasında kifayət qədər mürəkkəb dövrlər, anlaşılmazlıq, qarşılıqlı iddialar 
dövrləri olmuşdur. Biz keçmişi qurdalamaq istəmirik, görünür, bunun üçün əsaslar vardı. Lakin Azərbaycan və 
Rusiya rəhbərliyinin, ilk növbədə, Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi bizi narahat edən nə vardısa, 
hamısına 2000-ci ildən başlayaraq son qoydu. Odur ki, 2000-ci ildən etibarən biz əlaqələrimizin yalnız 
möhkəmləndiyini görürük. Əminəm ki, bunu Rusiyada yaşayan azərbaycanlılar da hiss edirlər. Çünki ölkələr 
arasında münasibətlər, təbii olaraq, bu və ya digər ölkənin, indiki halda Azərbaycanın ayrı-ayrı nümayəndələrinə 
münasibətə də təsir göstərir. Ona görə də biz bütün işləri görəcəyik ki, sizin burada həyatınız mümkün qədər daha 
firavan, sakit olsun, burada özünüzü yaxşı hiss edəsiniz.  
Müxtəlif fikirlər var, bu mövzuda mənə  də sual verirlər ki, Azərbaycan vətəndaşlarının Rusiyada yaşama-
sına, oraya işləməyə getməsinə Siz necə baxırsınız? Şəxsən mən buna müsbət yanaşıram. Dəfələrlə bildirmişəm 
ki, keçmişdə, Sovet İttifaqında bizim bu və ya digər yerlərə getmək imkanlarımız məhdud idi. İndi Azərbaycan 
və Rusiya demokratik dövlətlərdir, demokratik dövlətlərdə isə buna heç bir məhdudiyyət ola bilməz.  Əgər 
Rusiya sizin üçün yaxşıdırsa, burada iş, məişət sarıdan vəziyyət daha yaxşıdırsa, burada artıq öz biznesiniz 
varsa, mən bunu ancaq alqışlayıram. Çünki siz Rusiya vətəndaşları olmaqla yanaşı, həm də Azərbaycan 
vətəndaşlarısınız, öz ölkənizin vətənpərvərlərisiniz və təbii ki, dövlətinizin inkişafına böyük töhfə verəcəksiniz. 
Fürsətdən istifadə edərək, iki məqamı – Azərbaycanın Rusiyadakı  səfirliyinin və  səfir Ramiz müəllimin 
fəaliyyətini xüsusi vurğulamaq istərdim. O bu funksiyaları çox məsuliyyətlə yerinə yetirir, öz fəaliyyəti ilə 
Rusiya və Azərbaycan arasında mehriban münasibətlərin inkişafına böyük töhfə verir, burada onun nüfuzu çox 
yüksəkdir. Mən Moskvada olarkən bunu bir daha yəqin etdim. Ona görə  də  səfirlik çox mühüm amildir
diasporumuzun fəaliyyətini istiqamətləndirən və birləşdirən strukturdur. Mən bundan çox razıyam və onlara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə