İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   ...   84

19 
 
illəri  ərzində Gürcüstan və Azərbaycan həmişə  əlbir, birgə  hərəkət etmişlər. Gürcüstanda böyük Azərbaycan 
icması var, orada təxminən yarım milyon azərbaycanlı yaşayır.  Əlbəttə ki, biz çox istəyirik ki, ikitərəfli 
əlaqələrimiz bundan sonra da inkişaf etsin. 
İndi vəziyyət elədir ki, Gürcüstan və Azərbaycan liderləri bizə keçmişdən mövcud olan bu müsbət prosesləri 
davam etdirmək  əzmindədirlər. Müstəqillik illərində prezident Əliyev və prezident Şevardnadze ölkələrimiz 
arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün çox iş görmüşlər.  Əminəm ki, Gürcüstanın yeni 
rəhbərliyi və Azərbaycanın yeni rəhbərliyi bu ənənələrə sadiq qalacaqlar. 
M i x a i l   Q u s m a n: Hörmətli həmkarlar, çox sağ olun. İcazə verin, bizə diqqətinə görə, açıq söhbətə 
görə Azərbaycan prezidentinə sizin adınızdan təşəkkür edim. Biz onu burada hələ dəfələrlə görəcəyimizə ümid 
bəsləyirik. 
 
 
  * 


 
İTAR-TASS agentliyində mətbuat konfransından sonra prezident İlham Əliyev Rusiyanın aparıcı mətbuat 
orqanlarının baş redaktorları və televiziya kanallarının rəhbərləri ilə görüşmüşdür. 
Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenko və 
assosiasiyanın vitse-prezidenti, Kanadanın "Horizont" qəzetinin naşiri Semyon Pinçuk rusdilli mətbuatın 
inkişafına töhfəsinə görə Azərbaycan prezidenti İlham  Əliyevə Ümumdünya Rus Mətbuatı Assosiasiyasının 
Fəxri nişanını təqdim etdilər. 
Prezident İlham Əliyev ölkəmizdə müxtəlif sahələrdə islahatların həyata keçirilməsi, Ermənistan–Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prosesi, Xəzərin karbohidrogen ehtiyat-
larının dünya bazarına çıxarılması istiqamətində görülən işlər, o cümlədən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft 
kəmərinin tikintisi,  beynəlxalq və regional məsələlər haqqında görüş  iştirakçılarını maraqlandıran suallara 
ətraflı cavab verdi. 
 


20 
 
 
RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ 
İQOR İVANOV  
İLƏ GÖRÜŞ 
 
7 fevral 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev Kremldə, onun üçün ayrılmış iqamətgahda Rusiya 
Federasiyasının Xarici İşlər naziri İqor İvanovu qəbul etmişdir. 
Prezident  İlham  Əliyev söhbət zamanı bildirdi ki, son illər Azərbaycan–Rusiya münasibətləri sürətlə inkişaf 
edir və onun Moskvaya səfəri zamanı aparılan danışıqlarda  əməkdaşlığın bu perspektivləri geniş müzakirə 
olunmuşdur. Dövlətimizin başçısı vurğuladı ki, onun keçirdiyi görüşlərin  əsas mövzularından biri beynəlxalq 
terrorizmə qarşı mübarizə ilə bağlı idi. 
Azərbaycan prezidenti son üç ildə ölkələrimizin xarici siyasət idarələrinin fəaliyyətinin əlaqələndirilməsində 
nəzərə çarpan müsbət meyli xüsusi vurğuladı. Dövlətimizin başçısı dedi ki, prezidentlər Heydər  Əliyevin və 
Vladimir Putinin siyasi iradəsi sayəsində indi Azərbaycanla Rusiya arasında regional və beynəlxalq məsələlərdə 
heç bir fikir ayrılığı yoxdur. 
Səmimi görüşə görə minnətdarlığını bildirən Rusiyanın Xarici İşlər naziri İqor İvanov vurğuladı ki, fevralın 6-
da Moskvada törədilmiş terror aktı ölkələrimizin istər Qafqaz regionunda, Rusiyada, istərsə  də beynəlxalq 
aləmdə terrorizmlə mübarizədə səylərini birləşdirməsinin vacibliyini bir daha təsdiqlədi.  
Söhbət zamanı beynəlxalq və regional problemlərə, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də to-
xunuldu. 
 
 
 
 


21 
 
 
MOSKVA VİLAYƏTİNİN QUBERNATORU  
BORİS QROMOV  
İLƏ GÖRÜŞ 
 
7 fevral 2004-cü il 
 
    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kremldə, onun üçün ayrılmış iqamətgahda Moskva 
vilayətinin qubernatoru Boris Qromov ilə görüşmüşdür.  
Qubernatoru hörmətlə salamlayan Azərbaycan dövlətinin başçısı Rusiyaya ilk rəsmi səfərinin nəticələrindən 
razı qaldığını bildirdi. Prezident İlham Əliyev səfər zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə 
və ölkənin digər rəhbərləri ilə apardığı danışıqların səmərəli olduğunu vurğulayaraq dedi ki, Azərbaycan ilə 
Rusiya arasındakı münasibətlər qonşu dövlətlər üçün nümunə ola bilər. 
Dövlətimizin başçısı bildirdi ki, Moskva vilayəti ilə Azərbaycan arasında bir sıra sahələrdə, xüsusilə iqtisadi 
sahədə  əməkdaşlığın geniş perspektivləri var. Hazırda Rusiyanın 89 regionundan 66-nın Azərbaycanla birbaşa 
işgüzar münasibətlər yaratması faktı buna əyani misaldır.  
Qubernator Boris Qromov prezident İlham  Əliyevin Moskvaya ilk rəsmi səfərindən məmnunluq duyduğunu 
söyləyərək, bunu Rusiya və Azərbaycan xalqlarının daha da yaxınlaşmasında yeni mərhələ kimi qiymətləndirdi. 
O dedi ki, Moskva vilayəti hökumətində Azərbaycanla əməkdaşlığı, xüsusilə ticarət əlaqələrini, o cümlədən kənd 
təsərrüfatı  məhsullarının göndərilməsini genişləndirməyə dair müxtəlif layihələr nəzərdən keçirilir. Səmimilik  
şəraitində keçən görüşdə bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.  


22 
 
 
MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNDA 
(UNİVERSİTETİNDƏ) GÖRÜŞ 
 
7 fevral 2004-cü il 
 
A n a t o l i     T o r k u n o v (MDBMİ (U)-nun rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü)
Azərbaycan  Respublikasının çox hörmətli prezidenti İlham Heydər oğlu Əliyev!  
Çox hörmətli Mehriban Arif qızı!  
Hörmətli qonaqlar, əziz dostlar, həmkarlar!  
Çox hörmətli cənab Prezident! 
MDBMİ (U)-da və  əmin olduğumuz kimi, peşəkarlıq və  mənəvi cəhətdən,  şəxsiyyət kimi formalaşma-
nızda rolu olmuş doğma universitetin divarları arasında Sizi səmimi- qəlbdən salamlamağa şadıq. Bu gün, tələbə 
kimi auditoriyaya ayaq basdığınız ilk gündən 25 il keçəndən sonra Siz indi doğma universitetinizin qapısından 
tələbə ikən öyrəndiyiniz dünya siyasi elitasının parlaq nümayəndəsi kimi daxil olursunuz. Əminik ki, Sizin 
sürətlə artmaqda olan bilik və  təcrübəniz Azərbaycanın tərəqqisinə, Azərbaycan Respublikası ilə Rusiya 
Federasiyası arasında dostluğun və  əməkdaşlığın,  habelə sülhün və beynəlxalq təhlükəsizliyin möhkəm-
lənməsinə kömək edəcəkdir. Universitetimizdən pərvazlananlar arasında həyatda öz layiqli yerini tutmuş, 
insanların, korporasiyaların, hökumətlərin taleyi etibar edilmiş, beynəlxalq problemlərin həllinin onlardan asılı 
olduğu xeyli məzun vardır. Bununla belə, hakimiyyətin və  məsuliyyətin  ən uca zirvəsinə belə sürətlə  və belə 
layiqli yüksəlişin  şahidi olmaq bizə az-az nəsib olur. Bunu  dərk etmək xüsusilə xoşdur ki, Azərbaycan 
Respublikasının prezidenti həyatının MDBMİ (U)-da keçən dövrünü, universitetimizin iki diplomuna layiq 
görülməsi barədə səmimi, həsrətli xatirələrini indiyədək davam edən şəxsi, qeyri-formal, mehriban əlaqələri və 
münasibətləri ilə də qoruyub saxlayır. Biz bir də onunla fəxr edirik ki, indi də Moskvaya gələndə Sizin üçün 
doğma olan mədəniyyət və dil mühitinin, dostlarınızın, Sizi xatırlayan və sevənlərin hamısının  əhatəsində 
olursunuz. 
Bu həm Sizin, həm də bizim xidmətimizdir. Universitetimizin Elmi Şurasının tapşırığını yerinə yetirərək 
Sizə MDBMİ (U)-nun fəxri doktoru adının verilməsi haqqında qərarını elan etməkdən xüsusi məmnunluq 
duyuram. Bu ada layiq görülmüş parlaq şəxsiyyətlər sırasına Sizin simanızda daha bir layiqli insan da əlavə 
olunur. Şübhə etmirik ki, MDBMİ (U)-nun sadiq olduğu yüksək humanist məqsədlər Sizin həyat fəlsəfənizlə, 
mənəvi ideallarınızla həmahəngdir.  
Bu gün Sizə  təqdim etdiyimiz diplom bizim belə bir inamımızın rəmzidir ki, bu ahəngdarlıq XXI əsrdə 
Azərbaycan–Rusiya münasibətlərində  də öz əksini tapacaqdır. Bu münasibətlərin səviyyəsi, məzmunu, rənga-
rəngliyi bizim üçün son dərəcə vacibdir. Coğrafi, tarixi baxımdan bizə yaxın olan və  mədəni cəhətdən böyük 
sürətlə inkişaf edən Azərbaycan Rusiyanın ümumi beynəlxalq siyasətində  əzəldən öncül mövqe tutur. Belə 
güman etməyə  əsasımız vardır ki, Sizin prezident vəzifəsinə başlamağınızla həmin  ənənə daha da möhkəm-
lənəcəkdir. Sizə deyə bilərəm ki, Moskvada apardığınız danışıqlar, Vladimir Vladimiroviç Putinlə imzaladığınız 
sənədlər münasibətlərimizin gələcək inkişafı, dövlətlərimizin  əməkdaşlığının möhkəmlənməsi və dünən 
Kremldə Sizin də, Vladimir Vladimiroviç Putinin də qeyd etdiyi kimi, Azərbaycan və Rusiya vətəndaşlarının 
bir-birinə daha da yaxınlaşması üçün çox böyük əhəmiyyətə malikdir. MDBMİ (U)-nun arxivlərində 16 yaşlı 
İlham  Əliyevin qəbul imtahanları zamanı rus ədəbiyyatından yazdığı inşa yazısı durur. Bu yazıda Aleksandr 
Sergeyeviç Puşkinin Onegini yetişdirmiş  cəmiyyətdə "sabah da dünənki kimidir" sözləri sitat gətirilir. Nə 
bilmək olar, bəlkə bu ibarə sabahın dünənkindən də yaxşı olması üçün zəhmət çəkəcək, qüvvəsini, istedadını, 
ilhamını əsirgəmədən işləyəcək gələcək Azərbaycan prezidentinin alın yazısı idi. Atanız və müəlliminiz, qeyri-
adi dərəcədə müdrik və uzaqgörən görkəmli dövlət xadimi Heydər  Əlirza oğlu  Əliyev bütün parlaq, şərəfli 
həyatını  məhz buna – insanlara, böyük ideyalara fədakarlıqla xidmətə  həsr etmişdir. Onun çox zəngin 
tərcümeyi-halı, nəhəng  şəxsiyyəti, danılmaz nüfuzu öz-özlüyündə  hər bir varis üçün böyük vəsiyyət və 
çağırışdır. Sizin bəxtinizə  təkcə keçmişin nailiyyətlərinin və dərslərinin deyil, həm də Heydər  Əlirza oğlunun 
ölkəniz üçün nəzərdə tutduğu gələcəyin də varisi olmaq düşmüşdür. Biz fəxr edirik ki, Heydər  Əlirza oğlu 
universitetimizin fəxri doktoru idi və biz iki il bundan əvvəl universitetimizdə bu böyük şəxsiyyətlə görüşmək, 
onun parlaq nitqini dinləmək şərəfinə nail olmuşduq.  
İcazə verin Sizi əmin edim ki, MDBMİ (U)-nun fəxri doktoru bu xeyirxah və  nəcib işdə bu gün müvafiq 
şəhadətnaməni ona təqdim edən müttəfiqlərinin, dostlarının sədaqətinə həmişə ümid bəsləyə bilər. Bununla da 
biz ağır hakimiyyət yükünü öz çiyinlərinə götürmüş  və bu hakimiyyətdən sülh, xoşbəxtlik və xeyirxahlıq 
naminə istifadə etməyə hazır olan bir siyasətçiyə, insana və onun siyasətinə  səmimi rəğbət hisslərimizi ifadə 
edirik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə