İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   ...   84

16 
 
etdiriləcəkdir. Rusiyada da böyük Azərbaycan diasporu mövcuddur. Odur ki, əlbəttə, humanitar xarakterli 
məsələlər də kifayət qədər müfəssəl müzakirə olunmuşdur.  
Mən məmnunluqla deməliyəm ki, Rusiya və Azərbaycan rəhbərliyinin yekdil fikrincə, ölkələrimiz arasındakı 
münasibətlər qonşuların münasibətlərinə nümunə ola bilər. Bizim aramızda həll olunmamış heç bir məsələ 
yoxdur. Əvvəllər Rusiya və Azərbaycanın müxtəlif cür yanaşdıqları  məsələlər öz həllini tapmışdır. Beləliklə, 
əminəm ki, artıq baş tutmuş bu səfər ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsinə kömək edəcəkdir. 
Mən vaxtınızı çox almaq istəmirəm.  İstəyirəm ki, sizi maraqlandıran suallara da vaxt qalsın və  mən onları 
dinləməyə hazıram. 
S u a l: Cənab Prezident, bu, dövlət başçısı kimi, Sizin Rusiyaya ilk rəsmi səfərinizdir. Moskvada 
apardığınız danışıqların ikitərəfli əlaqələrin inkişafı üçün nə kimi nəticələri olacaqdır? Moskva və Bakı 
terrorizmlə mübarizədə, o cümlədən Qafqazda terrorizmlə mübarizədə qarşılıqlı  fəaliyyətin hansı 
formalarını nəzərdə tuturlar? 
C a v a b: Düşünürəm ki, nəticələr çox müsbət olacaqdır. Bu gün mövcud olan qarşılıqlı anlaşma kifayət 
qədər yüksək səviyyədədir. Son 3 ildə Rusiya ilə Azərbaycan arasında, əsl mənada, mehriban qonşuluq, dostluq 
münasibətləri yaranmışdır. Bizim vəzifəmiz ondan ibarətdir ki – bu bizim həyati mənafelərimizə uyğundur – 
həmin münasibətlər gələcəkdə  də inkişaf etsin, o cümlədən beynəlxalq terrorizmlə mübarizə sahəsində  də.  
Dövlətlərimizin müvafiq orqanları bu mübarizə çərçivəsində qarşılıqlı fəaliyyəti uğurla həyata keçirirlər, biz çox 
fəal əməkdaşlıq edir, bir-birimizə kömək göstəririk. Bu fəal əməkdaşlıq çox ciddi əməli nəticələr vermişdir. 
Təəssüflər olsun ki, Rusiya da, Azərbaycan da terrorçu qruplaşmaların hücumlarına məruz qalan ölkələrdir. 
Bu bizi bir daha əmin edir ki, həmin bəlaya qarşı birgə mübarizə aparmaq lazımdır. Beynəlxalq birlik bu 
istiqamətdə bütün səylərini birləşdirməli və heç bir istisna etməməlidir.  
Terrorçu heç də təkcə sənin ölkənə ziyan vuran deyildir, terrorçunun milliyyəti yoxdur. Odur ki, dünyanın 
istənilən nöqtəsində törədilən terror aktı eyni dərəcədə pislənməlidir. 
S u a l: Rusiya–Azərbaycan hərbi və  hərbi-texniki  əməkdaşlığı hansı  əsas istiqamətlərdə inkişaf edə 
bilər? 
C a v a b: Bu məsələ burada keçirilən görüşlər çərçivəsində  ətraflı müzakirə olunmuşdur. Hərbi-texniki 
sahədə  əməkdaşlığımızda yaxşı  təcrübə toplanmışdır. Bildiyiniz kimi, Azərbaycanın Qəbələ rayonundakı 
radiolokasiya stansiyasının statusunun uzun illər həll edilməməsi müəyyən problemlər yaradırdı. Lakin mən 
artıq giriş sözümdə dedim ki, keçmişdə mövcud olan problemlər, o cümlədən bu məsələ də bu gün öz həllini 
tapmışdır. Biz hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyirik. Artıq bu mövzuda ümumi istək ifadə olun-
muşdur və yaxın zamanlarda əməli xarakter daşıyan müəyyən addımlar atılacaqdır. 
S u a l: Son günlər belə bir informasiya yayılmışdır ki, Azərbaycan kollektiv təhlükəsizlik haqqında 
müqavilədə  iştirak etmək məsələsində öz mövqeyinə yenidən baxa bilər. Siz bu suala aydınlıq gətirə 
bilərsinizmi? Rəsmi Bakı bunun mümkünlüyünü nəzərdən keçirirmi?  
C a v a b: Bu məsələ nə keçirilmiş görüşlər çərçivəsində, nə  də bundan əvvəl müzakirə edilmişdir. Buna 
görə də mən müzakirə olunmayan məsələləri şərh etmək istəmirəm.  
S u a l: Son dövrlərdə Azərbaycanın, eləcə də Gürcüstanın prezidentləri dəyişilmişdir. Necə bilirsiniz, 
bu, GUÖAM birliyinin fəaliyyətinə necə təsir göstərə bilər?  
C a v a b: Belə fikirləşirəm ki, hər iki dövlətdə – həm Azərbaycanda, həm də Gürcüstanda ikitərəfli əsasda, 
habelə regional planda əməkdaşlığın zəruriliyi başa düşülür. Ona görə də hesab edirəm ki, rəhbərliyin dəyişmə-
sinin GUÖAM təşkilatı üçün mənfi nəticələri olmayacaqdır.  
S u a l: Azərbaycan Xəzəryanı dövlətlərin ikinci zirvə görüşünə  dənizin statusunun 
müəyyənləşdirilməsinə dair hansı konkret təklifləri çıxarmaq niyyətindədir? Yüksək səviyyədə bu 
görüşün nə vaxt və harada keçirilməsi planlaşdırılır, Moskvanın və Bakının bu problemə dair mövqeləri 
üst-üstə düşürmü? 
C a v a b: Bakının və Moskvanın mövqeləri tamamilə üst-üstə düşür. Bunun özü də siyasi iradə olduqda 
istənilən məsələni həll etməyin mümkünlüyünü əyani  şəkildə göstərən nümunələrdən biridir. Bilirsiniz ki, bu 
məsələdə uzun müddət, 1990-cı illərin əvvəllərindən bəri Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı mövcud 
idi. Lakin hər iki tərəf məmnundur ki, ölkələrimiz bu məsələni həll etdilər. Bu gün Rusiya ilə Azərbaycan ara-
sında sektorlarımızı bölən müvafiq müqavilə mövcuddur. Hesab edirik ki, bu müqavilə, habelə Rusiya ilə 
Qazaxıstan, Qazaxıstanla Azərbaycan arasında bağlanmış müqavilələr  Xəzərə dair hərtərəfli sazişin  əsasını 
təşkil etməlidir, çünki onlar beynəlxalq hüquqa, ədalət  prinsiplərinə və beynəlxalq təcrübəyə əsaslanır. 
Əlbəttə, biz bütün Xəzəryanı ölkələri əhatə edən hərtərəfli sazişin bağlanması yolunda tərəqqinin mümkün 
qədər tez əldə olunmasına çalışırıq. Lakin özünüz bilirsiniz ki, bu təkcə bizdən asılı deyildir. Amma Azərbaycan 
danışıqlar prosesinin uğurla davam etdirilməsi üçün bundan sonra da maksimum səy göstərəcəkdir. 


17 
 
S u a l: Rusiyada bir çoxları belə hesab etməyə meyllidir ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikin-
tisinin gerçəkləşdirilməsi Moskvanın Cənubi Qafqazdakı coğrafi-strateji və iqtisadi maraqlarına ziyan 
vura bilər. Bu, əslində belədirmi və Sizcə, Xəzər nefti ətrafında vəziyyət necə olacaqdır? 
C a v a b: Zənnimcə, Bakı–Tbilisi–Ceyhan boru kəməri heç kəsə ziyan vura bilməz. Boru kəməri layihəsi 
sırf iqtisadi layihədir, heç bir siyasi məqsəd daşımır. Bu gün Azərbaycan neftini dünya bazarına nəql edən iki 
boru kəməri vardır,  onlardan biri Rusiya ərazisindən keçir və çox uğurla fəaliyyət göstərir. Əminik ki, Bakı–
Novorossiysk boru kəməri bundan sonra da və hətta daha səmərəli fəaliyyət göstərəcəkdir. 
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə gəldikdə isə, o, Xəzərin Azərbaycan sektorundan böyük həcmdə nefti 
alternativ marşrutla nəql etmək üçün vacibdir. Öz neftini dünya bazarına çıxarmaq üçün Azərbaycanın nə qədər 
çox alternativ yolları olsa, bizim üçün bir o qədər sərfəli olacaqdır, təbii ki, tarif siyasəti və digər məsələlər 
baxımından da. Biz hesab edirik ki, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin istifadəyə verilməsinin qonşularımız 
üçün heç bir mənfi nəticəsi olmayacaqdır. Əksinə, ola bilsin, gələcəkdə Rusiyada hasil olunan neft də bu boru 
kəməri sistemi ilə nəql ediləcəkdir.  
S u a l: Rusiya prezidenti Vladimir Putin Kremldəki çıxışında dedi ki, Rusiya Dağlıq Qarabağ 
probleminin həllində öz rolunu fəallaşdırmağa hazırdır. Rusiyanın bu prosesdə rolunun fəallaşmasını 
necə təsəvvür edirsiniz? 
C a v a b: Bu məsələ müzakirə edilmişdir və bu təbiidir, çünki Rusiya birbaşa vasitəçilik funksiyasını yerinə 
yetirən ATƏT-in Minsk qrupunun həmsədridir. Minsk qrupu çərçivəsində prosesin fəallaşmasına da çox ümid 
bəsləyirik. Ermənistanda və Azərbaycanda seçkiqabağı dövrdə bu proses müəyyən səbəblər üzündən bir qədər 
ləngimişdi. İndi o yenidən bərpa olunmuşdur və əlbəttə, biz Rusiyanın bu prosesdə iştirakının məsələnin həllini 
tapmaqda hər iki tərəfə kömək edəcəyinə ümid bəsləyirik. Biz ümidvarıq ki, qonşumuz kimi, böyük dövlət kimi 
və Minsk qrupunun həmsədri kimi, Rusiya gələcəkdə də belə təsirli səylər göstərəcəkdir.  
S u a l: Rusiya mətbuatının verdiyi xəbərə görə, Siz Xəzər dənizinin silahsızlaşdırılmasının fəal 
tərəfdarısınız. Sizin fikrinizcə, bütün digər Xəzəryanı dövlətlərin də bu məsələdə razılığa gəlməsinə necə 
nail olmaq mümkündür? Azərbaycan ilə İran arasındakı münasibətləri necə qiymətləndirirsiniz? 
C a v a b: Düşünürəm ki, silahsızlaşdırma ideyası hər hansı sazişlərin əldə olunmasına zidd deyil, bəlkə də 
əksinə, buna kömək edəcəkdir. Biz Xəzəri sülh zonasına çevirmək istəyirik, eləcə  də bütövlükdə Qafqaz 
regionunun da silahsızlaşdırılmasına tərəfdarıq. Axı ölkələrin hərbi potensialı – o cümlədən də  Xəzərdə – 
artırması silahlanmanın artması  təhlükəsini də gücləndirəcəkdir. Odur ki, sürətlə silahlanma heç kimə  sərfəli 
deyil, bu vəsaitləri ölkələrimizin inkişafına yönəltmək daha yaxşı olardı.  
Azərbaycan ilə İran arasında münasibətlər uğurla inkişaf edir. Prezident Heydər Əliyevin 2002-ci ildə İrana 
səfəri və bir sıra sazişlərin imzalanması bu münasibətlərin inkişafına çox böyük təkan vermişdir. Bizim dostluq 
münasibətlərimiz var, ümumi sərhədimiz 700 kilometrdən çoxdur, qarşılıqlı anlaşmanın indiki səviyyəsi bizi 
qane edir. Zənn edirəm ki, bu əlaqələrin gələcəkdə möhkəmlənməsi xalqlarımızın mənafelərinə cavab 
verəcəkdir.  
S u a l: Ölkədə neft hasilatının özəlləşdirilməsinin mümkünlüyünə münasibətiniz necədir?  
C a v a b: Bizdə neft sərvətləri dövlətin mülkiyyətindədir, yerin təki, neft və qaz yataqları da bizim mül-
kiyyətimizdir. Yerin təkinin özəlləşdirilməsi məsələsi, əlbəttə, gündəlikdə durmur, çünki bu, Azərbaycanın milli 
sərvətidir. Bu, demək olar ki, indi də, yəqin ki, gələcəkdə də ölkəmizin potensialının möhkəmlənməsinin əsas 
mənbəyidir.  
Neft infrastrukturuna, neft sənayesi obyektlərinə  gəldikdə isə, burada artıq özəlləşdirmə gedir və neft 
şirkətinin bir çox qurumları artıq özəlləşdirilməkdədir və özəlləşdirilmişdir. Biz burada yerin təkini və 
infrastrukturu bir-birindən dürüst fərqləndiririk.  
S u a l: Mən bakılı Yaxşıbəy Aruşanovam.  İlham Heydəroviç, nə vaxt elə imkan olacaq ki, biz 
bakılılar, heç olmazsa, turist kimi öz vətənimizə  gəlib, bu müddət  ərzində  vəfat etmiş  əcdadlarımızın, 
habelə son dövrdə vəfat etmiş dostlarımızın, yoldaşlarımızın qəbirlərini ziyarət edə bilək?  
C a v a b: Bütün dünyada çoxlu bakılı yaşayır və onlar rahatca Bakıya gəlirlər. Yoxsa sizin nə isə xüsusi 
probleminiz var? 
S u a l: Vətəninə baş  çəkmək istəyən bir çox başqa bakılılar kimi, mən də  rəsmən turist qismində 
Bakıya gələ billərəmmi?  
C a v a b: Biz demokratik dövlətik. Azərbaycan insan hüquqlarına riayət olunmasını  tənzimləyən bir sıra 
konvensiyaları imzalamışdır. Biz 3 ildir ki, Avropa Şurasının üzvüyük, buna görə  də heç vaxt heç bir 
məhdudiyyət qoymuruq. Bizim hamımız uzun illər yerdəyişmə sarıdan müəyyən məhdudiyyətlər qoyulmuş 
Sovet İttifaqının tərkibində yaşamışıq və buna görə də sərbəst yerdəyişmənin nə demək olduğunu bilirik. Bizdə 
demokratik, hüquqi dövlət qurulur, odur ki, heç bir məhdudiyyət yoxdur. Kim istəyir, arxayın gələ bilər.  
S u a l: Siz seçkilərdən sonra baş vermiş hadisələr haqqında "Human Rights Watch" təşkilatının 
hesabatını necə şərh edərdiniz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə