İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   ...   84

18 
 
C a v a b: Azərbaycanda keçirilmiş seçkilərə gəldikdə, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar, 
digər müşahidəçilər seçkidən dərhal sonra çox müsbət ilkin hesabat verdilər. Təbii ki, seçkilər demokratiyaya 
doğru yolda böyük addım hesab edildi, xüsusən də seçkilərin nəticələri heç kimdə  şübhə doğurmadı. 
Seçkilərdən dərhal sonra baş verən iğtişaşların, yəni nümayişçilərin maşınları sındırması, polisə basqın etməsi, 
onu daşa tutması və asayiş keşikçilərinə çoxsaylı xəsarət yetirməsi hallarının qarşısını, əlbəttə, hüquq-mühafizə 
orqanlarımız aldılar. Müstəqillik illərində Azərbaycan özünü müdafiə edə bilən dövlətə çevrilmişdir və 
müxalifətin müəyyən hissəsi tərəfindən törədilən belə vəhşilik, xuliqanlıq hərəkətlərinə son qoyulmalıdır.    
Seçkilərdən dərhal sonra baş verən hadisələr 1990-cı illərin əvvəllərində olmuş bu cür hadisələri dəqiqliyi ilə 
xatırladırdı. Onda eynilə bu cür ssenari, eynilə bu cür rejissorluqla Azərbaycanda hakimiyyət zorakılıqla 
dəyişdirildi. 90-cı illərin  əvvəllərindəki və indiki fərq yalnız ondadır ki, dövlətimiz artıq formalaşıb və haki-
miyyətin zorakılıqla dəyişdirilməsi üçün göstərilən hər cür qəsdlərdən özünü qorumağa qadirdir.  
Haqqında soruşduğunuz hesabata gəldikdə, mən bu hesabatı tamamilə qeyri-obyektiv, real vəziyyəti  əks 
etdirməyən, birtərəfli və ancaq yeganə bir məqsəd – Azərbaycanın gənc rəhbərliyinə təsir göstərmək məqsədi 
daşıyan hesabat sayıram. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan coğrafi-siyasi mövqeyi baxımından 
müəyyən dairələr üçün böyük maraq doğurur. Amma xəbərdarlıq etmək istəyirəm ki, bu cür siyasi güc təzyiqi 
üçün göstərilən bütün cəhdlər uğursuzluğa məhkumdur. Biz öz siyasətimizi müstəqil surətdə aparırıq, seçkilərdə 
demokratik yolla öz seçimini etmiş Azərbaycan xalqının iradəsinə arxalanırıq və bu yoldan dönməyəcəyik. 
S u a l: Siz dediniz ki, Bakı–Novorossiysk neft kəmərindən daha səmərəli istifadə etmək olar və 
gələcəkdə Rusiya neftini Bakı–Ceyhan neft kəməri ilə nəql etmək mümkündür. Siz bu layihələr barədə 
daha ətraflı məlumat verə bilərsinizmi? 
C a v a b: Müxtəlif variantlar vardır. Mən Bakı–Novorossiysk neft kəmərindən daha səmərəli istifadə edilə 
biləcəyini deyəndə, təbii, onu nəzərdə tuturdum ki, gələcəkdə, Azərbaycan neftinin həcmi artanda onun bu 
kəmərlə  nəqli də arta bilər. Eyni zamanda, heç kimə sirr deyildir ki, əvvəlcədən neft kəmərinin Rusiyadan 
Azərbaycana çəkilməsi nəzərdə tutulmuşdu. Çünki sovet dövründə də, indi də Azərbaycanda hər birinin istehsal 
gücü 20 milyon tondan çox olan 2 neft emalı zavodu vardır. Azərbaycanda neft hasilatı isə 13–14 milyon tondan 
çox deyildi, ona görə də neft Rusiyadan bizim zavodlara göndərilir, emal edilir və satılırdı. Gələcəkdə ehtiyac 
olarsa, belə iqtisadi məqsədəuyğunluq meydana çıxarsa, bu boru kəmərinin istiqamətini dəyişmək olar. Lakin 
bu,  əlbəttə, indinin məsələsi deyil, danışıqların mövzusu ola bilər. Lakin biz ondan hazırda mövcud həcmdə 
səmərəli istifadə etməyə və gələcəkdə, imkan daxilində, həcmi artırmağa hazırıq.  
S u a l: Azərbaycan iqtisadiyyatının dirçəlməsində Rusiya iqtisadiyyatının və Rusiya müəssisələrinin 
imkanlarını necə qiymətləndirirsiniz? Çünki, məlum olduğu kimi – bunu seçki qabağı  mən özüm də 
müşahidə etmişəm – Azərbaycan iqtisadiyyatı indi çətin vəziyyətdədir. 
C a v a b: Bilirsiniz, müxtəlif ölkələrdə iqtisadi vəziyyəti cürbəcür qiymətləndirmək olar, lakin statistikaya 
müraciət etsək, mən sizə bir neçə  rəqəm deyə bilərəm. Azərbaycanda ümumi daxili məhsulun artımı son 7 il 
ərzində orta hesabla 10 faizdən az deyildir, həmin müddətdə inflyasiyanın səviyyəsi ildə 2 faizdən çox 
olmamışdır. Adambaşına xarici sərmayələrin həcminə görə ölkəmiz MDB dövlətləri arasında liderdir.  
Sənayenin, kənd təsərrüfatının illik artımı, ticarətin sərbəstləşdirilməsi və ÜDM-də özəl sektorun payının 74 
faiz olması faktı sübut edir ki, bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda tamamilə tətbiq olunur. Çox böyük 
sosial, iqtisadi problemlərin olması isə başqa məsələdir. Təəssüf ki, Azərbaycan əhalinin sayına nisbətdə qaçqın-
köçkünlərin sayı kimi göstərici üzrə dünyanın bütün ölkələri arasında liderdir. Ermənistanın təcavüzü 
nəticəsində bizdə 8 milyon əhalinin bir milyonu qaçqın və köçkündür. Ona görə  də bu, vətəndaşlarımızın 
iqtisadi vəziyyətinə, sosial vəziyyətinə çox ciddi təsir göstərir. Bu, iqtisadiyyat barəsində. Hesab edirəm ki, 
gələcəkdə, biz öz energetika layihələrimizi tamamilə  həyata keçirdikdən sonra Azərbaycanda iqtisadi inkişaf 
daha uğurlu olacaqdır.  
O ki qaldı Rusiya şirkətlərinin iştirakına, mən sizin kimi buna "dirçəliş" deməzdim, adətən, dirçəliş həyatın, 
bir növ, qurtardığı yerdə baş verir. Azərbaycanda isə vəziyyət başqa cürdür. Biz qarşılıqlı surətdə faydalı əmək-
daşlıqda iştirakı alqışlayırıq. Bu gün Azərbaycanda Rusiya kapitalı var. Rusiyanın 300-dən çox şirkəti 
ölkəmizdə uğurla işləyir, Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına, o cümlədən də energetika sektoruna yüz 
milyonlarla dollar məbləğində  sərmayə qoymuşlar. Rusiya bankları  fəal işləyirlər. Yaxın vaxtlarda Azər-
baycanda Rusiya biznes forumu keçiriləcəkdir. Biz bütün iri şirkətləri bazarımıza fəal cəlb etmək üçün onları bu 
foruma dəvət edirik. Ona görə də biz qarşılıqlı fayda və qarşılıqlı mənfəət prinsiplərinə əsaslanan əməkdaşlıq 
üçün açığıq. 
S u a l: Gürcüstanın yeni rəhbərliyi dövründə Azərbaycanla Gürcüstan arasında münasibətlər necə 
təşəkkül tapır? 
C a v a b: Bizim aramızda kökləri tarixin dərinliklərinə gedib çıxan ənənəvi dostluq və qardaşlıq münasibət-
ləri var. Müstəqil inkişaf dövründə  də münasibətlərimizin uğurla inkişaf etməsini xalqlarımızın böyük nailiy-
yətləri sırasına aid etmək olar. Bizim aramızda heç bir problem, anlaşılmazlıq yoxdur, əksinə, bütün müstəqillik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə