İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   10   ...   84

25 
 
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatları var və bu bəyanatlarda ərazilərimizin işğal edilməsi məsə-
lələri öz əksini aydın şəkildə tapmışdır. Təəssüf ki, bu amillərin heç biri hələ də münaqişənin nizama salınmasına 
gətirib çıxarmamışdır. Ölkəmizə qarşı  təcavüzkar siyasət davam edir. Biz münaqişənin sülh yolu ilə  həll 
olunmasını istəyirik. Lakin biz, eyni zamanda, ərazilərimizin işğal altında qalması faktı ilə də razılaşa bilmərik. 
Ümid edirəm ki, beynəlxalq birliyin, Rusiya, Fransa və ABŞ-ın həmsədrlər olduğu ATƏT-in Minsk qrupunun 
səyləri ilə münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli yolları tapılacaqdır.  
Bu məsələdə birtərəfli görünməmək üçün əks tərəfin dəlillərini nəzərinizə çatdıra bilərəm. Onlar isə bundan 
ibarətdir ki, guya Dağlıq Qarabağın erməni  əhalisi öz müqəddəratını  təyinetmə hüququna malikdir. Lakin 
MDBMİ-nin divarları arasında, yəqin, məni başa düşmək sizə asan olar ki, millətlərin öz müqəddəratını 
təyinetmə hüququ danılmazdır. Amma millət öz müqəddəratını yalnız bir dəfə təyin edə bilər. Bu isə Ermənistan 
dövləti çərçivəsində baş vermişdir və bu dövlətin vətəndaşları artıq öz müqəddəratlarını  təyin etmişlər.  Əks 
tərəfin, məntiqə  əsaslansaq, öz müqəddəratını  təyinetmə prinsipi sonsuzluğadək davam edə bilər. Hamılıqla 
qəbul edilmiş beynəlxalq hüquq normaları mövcuddur və bu normalara görə, hər bir dövlətin ərazi bütövlüyü 
toxunulmazdır. Biz bu ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə, özümüzə qarşı da eyni münasibət göz-
ləyirik. Yenə də təkrar edirəm, biz ümidvarıq ki, sülh prosesi fəallaşacaq və problemin həlli tapılacaqdır. 
Əngəl törədən bu çox ağrılı, faciəli amilə baxmayaraq, Azərbaycan bütün bu illər  ərzində  uğurla inkişaf 
etmişdir. İndi bizim böyük iqtisadi inkişaf perspektivlərimiz vardır, bu da, ilk növbədə, enerji potensialımızdan 
tam miqyasda istifadə edilməsi ilə  əlaqədardır. Biz Rusiya ilə  fəal  əməkdaşlıq edirik və  işlək Bakı–
Novorossiysk boru kəməri bir daha sübut edir ki, bizim niyyətlərimiz bu istiqamətdə əməkdaşlığın fəallaşdırıl-
ması ilə bağlıdır.  
Xəzər dənizi regionu təbii ehtiyatlarla zəngindir.  Əlbəttə, bu ehtiyatları dünya bazarlarına çıxarmaq üçün 
kommunikasiyalar lazımdır. Belə kommunikasiyalar vardır və biz bu imkanların artırılmasını istəyirik. 
Biz regionda gedən proseslərin də fəal iştirakçısıyıq. Bu gün inamla demək olar ki, Azərbaycanın regional 
miqyasda münasibətləri çox müsbət şəkildə  təşəkkül tapır. Biz böyük İpək yolu, Şərq–Qərb layihələrinin fəal 
iştirakçısıyıq, eyni dərəcədə  cəlbedici olan Şimal–Cənub layihəsinə  də Rusiyanın yaxından dəstəyi ilə  fəal 
surətdə qoşulmaq niyyətindəyik. Biz bu dəstəyi dünən keçirilən görüşlər zamanı aldıq. Başqa sözlə desək, 
irimiqyaslı regional layihələr ölkəmizin iştirakı ilə  həyata keçirilir və bu, dünya miqyasında mövqeyimizi 
möhkəmləndirir. 
Biz beynəlxalq təşkilatların fəaliyyətində də yaxından iştirak edirik. Məmnunluqla deyə bilərəm ki, biz bu 
təşkilatlarda Rusiya nümayəndələri ilə çox fəal, səmərəli və  səmimi  əməkdaşlıq edirik. Üç il ərzində  mən 
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Bu 
proseslərin iştirakçısı kimi deyə bilərəm ki, Rusiya və Azərbaycan nümayəndə heyətlərinin AŞ PA çərçivəsində 
qarşılıqlı  dəstəyi çox mühüm rol oynamışdır. Elə bir məsələ olmurdu ki, nümayəndə heyətlərimiz birgə 
mövqedən çıxış etməsinlər. Bizi əsassız olaraq tənqid etməyə cəhd göstərildikdə həmişə bir-birimizi dəstəkləyir-
dik. Bu ənənə indi də davam edir. Çox sevindirici haldır ki, nümayəndə heyətlərimiz fəal əməkdaşlıq edirlər. Bu 
bizim üçün də, digər təşkilatların üzvləri üçün də vacibdir. Çünki onlar bizim həmrəyliyimizi, fəal əməkdaşlıq 
etdiyimizi görürlər. Bu, digər tərəflər üçün də çox yaxşı işarədir. Belə əməkdaşlıq davam etdiriləcəkdir. 
Prezident Heydər  Əliyev azad Azərbaycanın siyasətini tam müstəqil surətdə aparırdı. Bu siyasət ölkələ-
rimizin ehtiyaclarını tam dolğunluğu ilə əks etdirirdi və etdirir. Heydər Əliyevin siyasi təcrübəsini və dünyada 
nüfuzunu nəzərə alsaq, ona manevr etmək, hansısa başqa yollar axtarmaq lazım deyildir. Onun bütün işləri 
səmimi idi, bu işlərdə özünün haqlı olduğuna inam vardı. O cümlədən, ilk növbədə, ikitərəfli münasibətlə-
rimizin çərçivəsində görülən işlərdə. Rusiya ilə strateji tərəfdaşlığa yönəldilmiş  xətt aşkar bəyan edildikdə 
Azərbaycan xalqı bunu bəyəndi.  İndi biz bu strateji tərəfdaşlığın real, əməli bəhrələrini görürük. Bu münasi-
bətlər indiki səfər çərçivəsində  də  təsdiqləndi.  Əminəm ki, bu tərəfdaşlıq bütün istiqamətlərdə davam 
etdiriləcəkdir. 
İki prezident arasındakı belə yaxşı qarşılıqlı anlaşmadan, mehriban və  səmərəli  şəxsi  əlaqələrdən bütün 
istiqamətlərdə  əməkdaşlığımızı genişləndirmək üçün istifadə etməmək insafsızlıq olardı. Öz tərəfimdən sizə 
deyə bilərəm ki, biz bu siyasəti həyata keçirəcəyik və Rusiyanın da buna eyni münasibət göstərdiyini və 
mövqelərimizin oxşarlığını görmək mənim üçün çox xoş idi.  
Dünən və bu gün mən Rusiya Federasiyasının, demək olar ki, bütün rəhbərləri ilə görüşdüm. Çox mehriban, 
səmimi və qonaqpərvər qəbulla yanaşı – buna görə  mən çox minnətdaram – bizim hamımız belə bir yekdil fikrə 
gəldik ki, münasibətlərimiz qonşular arasında münasibətlərə, eləcə də böyük və kiçik dövlətlər arasındakı münasi-
bətlərə örnək ola bilər. Bu çox mühümdür, ərazisinə və əhalisinin sayına görə kiçik olan dövlətlərin bəzən mürəkkəb 
vəziyyətə düşdüyü bugünkü dəyişən dünyada xüsusilə  əhəmiyyətlidir.  İndiki halda dövlətlərimiz arasında 
bərabərhüquqlu münasibətlərin qurulması çox vacibdir. Hesab edirəm ki, burada çox dərin məna və Rusiya rəhbər-
liyinin çox dəqiq siyasəti özünü büruzə verir. Yalnız hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında ikitərəfli müna-
sibətlərdə əsl dialoq qurmaq mümkündür. Hazırda bu, baş verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə