İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


MAKEDONİYA RESPUBLİKASI MƏCLİSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

45 
 
 
MAKEDONİYA RESPUBLİKASI MƏCLİSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ 
LYUPÇO YORDANOVSKİYƏ 
 
Hörmətli cənab sədr! 
Makedoniya Respublikasının prezidenti cənab Boris Traykovskinin təyyarə  qəzası  nəticəsində faciəli 
həlakı xəbəri məni son dərəcə kədərləndirdi. 
Bu ağır itki ilə əlaqədar Sizə, bütün Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından 
dərin hüznlə başsağlığı verirəm. 
 
Hörmətlə, 
 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 26 fevral 2004-cü il 


46 
 
 
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SİYASİ İŞLƏR KOMİTƏSİNİN ÜZVÜ, 
BU QURUMUN ERMƏNİSTAN–AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ 
MƏRUZƏÇİSİ TERRİ DEVİS İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
26 fevral 2004-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab Devis, Azərbaycana xoş gəlmisiniz. Mən Sizi ürəkdən salamlayıram. 
Avropa  Şurası Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq ilk addılar atmışdır. 
Xüsusi məruzəçi təyin edilmişdir və biz çox şadıq ki, məruzəçi kimi, Siz bu məsələ ilə çox fəal məşğul 
olursunuz. Doğrudur, bu məsələ müzakirə olunanda Ermənistan tərəfi buna razılıq vermək istəmirdi və məsələni 
arxa plana çəkmək istəyirdi. Buna baxmayaraq, Avropa Şurasının qəti qərarı bundan ibarət oldu ki, məsələ 
gündəliyə salınsın və Siyasi Komitədə müzakirə olunsun, eyni zamanda, xüsusi məruzə hazırlansın. 
Əlbəttə, biz ümidvarıq ki, bu məruzədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında real 
həqiqətlər ondan ibarətdir ki, Ermənistan Azərbaycana təcavüz etmiş, torpaqlarımızın 20 faizini işğal etmiş və 
bu işğalın nəticəsində bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin  düşmüşdür. Dağlıq Qarabağ 
və  onun ətrafında yerləşən 7 rayon işğal altındadır və bu faktlar Avropa Şurasının rəsmi sənədlərində  öz əksini 
tapmışdır. 
Dünya ictimaiyyətin bu məsələyə böyük diqqət göstərməsi bizi çox sevindirir. Avropa Şurası bilavasitə bu 
məsələ ilə məşğuldur, eyni zamanda, Avropa İttifaqı çərçivəsində müzakirələr aparılır. Hesab edirəm ki, bunlar 
müsbət istiqamətdə atılmış addımlardır. Eyni zamanda, bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının da bu 
münaqişə ilə bağlı 4 qətnaməsi vardır və həmin qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri qeyd-
şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır. Digər tərəfdən, ATƏT-in Minsk qrupu bu məsələ ilə bilavasitə 
məşğul olur və vasitəçilik missiyasını öz  üzərinə götürmüşdür.  Ən  əlamətdar hal ondan ibarətdir ki, son 
görüşlərimizdə Minsk qrupunun həmsədrləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə elə bu 
otaqda açıq-aşkar bəyanat vermişlər. 
Əlbəttə, biz Avropa Şurasının bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunu əvəz etməsini istəməzdik. Lakin 
hesab edirik ki, Avropa Şurası  tərəfindən, o cümlədən məruzədə bu münaqişəyə siyasi qiymət verilməlidir. 
Əminəm ki, bu siyasi qiymət veriləcəkdir və  həqiqət öz yerini tapacaqdır. Mən bu çətin işdə sizə  uğurlar 
diləyirəm.  
T e r r i   D e v i s:   Cənab Prezident, bu mənim Sizinlə ötən ilin sentyabrından bəri ilk görüşümdür və 
fürsətdən istifadə edərək atanızın vəfatı ilə  əlaqədar  şəxsən Sizə  dərin hüznlə başsağlığı verirəm. Yəqin ki, 
bilirsiniz, bu gün mən onun məzarını ziyarət etmişəm.  
Mən habelə Sizi Azərbaycan prezidenti seçilməyiniz münasibətilə də təbrik etmək istəyirəm.  
Bildiyiniz kimi, mənim vəzifəm ATƏT-in Minsk qrupunun həmsədrlərini əvəz etmək deyildir. Mənim işim 
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair məruzə hazırlamaqdan ibarətdir. Sizin də qeyd etdiyiniz 
kimi, bu heç də asan iş deyildir. Bir il əvvəl mən Sizin atanızla görüşərkən o bildirmişdi ki, Dağlıq Qarabağ 
haqqında bir sıra beynəlxalq təşkilatların nümayəndələri hesabat hazırlayır. Lakin onların heç biri orada 
olmayıbdır. O vaxt mən Heydər Əliyevə söz verdim ki, münaqişə zonasına səfər edəcəyəm və bu sözümü yerinə 
yetirdim. 
Deyə bilərəm ki, bu problemin tezliklə həll olunması zəruridir, çünki münaqişə bir çox insanlara – qaçqın və 
köçkün vəziyyətinə düşmüş adamlara ciddi təsir edir. Həm Azərbaycanda, həm Ermənistanda, həm də Dağlıq 
Qarabağın özündə adamlarla söhbət edərkən bir daha şahidi oldum ki, onların vəziyyəti çox ağırdır. Çox yaxşı 
haldır ki, indi açıq qarşıdurma olmadığından insanlar həlak olmur və münaqişənin dinc yolla həlli üçün hələ 
imkanlar mövcuddur. Avropa Şurasının üzvləri kimi, həm Azərbaycan, həm Ermənistan, eyni zamanda, Avropa 
Şurası özü də münaqişəni dinc yolla həll etmək yollarını axtarmalıdır.  
Britaniyanın nümayəndəsi kimi, mən bu məsuliyyəti üzərimə götürmüşəm və biz keçmişi yada salaraq 
çalışmalıyıq ki, gələcəkdə münaqişə qurbanları olmasın, ailələr başçılarını itirməsinlər. Bu məsuliyyəti üzərimə 
götürərkən bir çoxları mənə problemin ağır olması ilə əlaqədar məsləhətlər verirdilər. Eyni zamanda, mən həm 
Azərbaycanın, həm də Ermənistanın Avropa Şurasına üzv qəbul olunmasında fəal iştirak etmişəm və indi də 
çalışacağam ki, tez bir zamanda obyektiv məruzə hazırlayım. Siz bilirsiniz ki, münaqişə zonasına səfər zamanı 
hava şəraitinin pisləşməsi ucbatından bizim bir çox problemlərimiz oldu. Lakin məruzəni hazırlamaq üçün mən 
orada olmalı idim.  


47 
 
Bir daha bildirirəm ki, mən məruzənin tez bir zamanda hazır olmasına çalışacağam və onun obyektiv olması 
üçün  əlimdən gələni edəcəyəm.  Ən vacibi odur ki, biz səylərimizi problemin tezliklə  həllinə yönəldək və 
bununla da Cənubi Qafqaz regionunda yaşayan bütün xalqların daha yaxşı gələcəyini təmin edək. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə