İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

64 
 
S u a l:  İlham Heydər oğlu, regional təhlükəsizliyin təmin olunmasında Qazaxıstanın rolunu necə 
qiymətləndirirsiniz? Bir də,  əgər mümkünsə, hərbi sahədə  əməkdaşlıq haqqında bu gün imzaladığınız 
saziş barədə bir neçə kəlmə deyin. Bu əməkdaşlıq konkret olaraq özünü nədə göstərəcəkdir? 
İ l h a m  Ə l i y e v: Qazaxıstan regionda əsas ölkədir. Təbiidir ki, ölkənin inkişaf sürətindən çox şey 
asılıdır. Regionda sabitliklə bağlı məsələlər, təəssüf ki, mürəkkəbdir. Asiya və Qafqaz regionlarında xeyli həll 
olunmamış məsələlər, ərazi iddiaları, habelə yeni potensial münaqişə ocaqları mövcuddur. Əlbəttə, Qazaxıstan 
rəhbərliyinin regionda sülhə nail olunmasına yönəldilmiş ardıcıl və müdrik siyasəti təhlükəsizliyin qorunub 
saxlanmasına xeyli kömək edir. Mən əminəm ki, gələcəkdə Qazaxıstanın potensialı daha da artdıqca, – bunun 
üçün isə  hər cür imkan vardır – bu ölkə yaxın vaxtlarda çox qüdrətli bir dövlətə çevriləcəkdir. Təbiidir ki, 
regional xarakterli məsələlərin, o cümlədən regional təhlükəsizlik problemlərinin həllində də Qazaxıstanın rolu 
artacaqdır. Biz buna yalnız sevinə bilərik. Qazaxıstan bizim üçün dost və qardaş ölkədir. Qardaşımız nə qədər 
güclü olsa, biz də bir o qədər güclü olacağıq.  Əminəm ki, gələcəkdə regional məsələlərdə  və dünya 
məsələlərində Qazaxıstanın rolu və  əhəmiyyəti  artacaq və bu da regionda yaşayan bütün xalqların xeyrinə 
olacaqdır. 
 


65 
 
 
QAZAXISTAN PARLAMENTİ SENATININ  
SƏDRİ  ORALBAY ABDIKARİMOV İLƏ 
GÖRÜŞ 
 
1 mart 2004-cü il 
 
Martın 1-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində ölkə parlamenti 
Senatının sədri Oralbay Abdıkarimov ilə görüşmüşdür.  
Senatın sədri ali qonağı salamlayaraq prezident Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığı verdi və dedi ki, 
Azərbaycan xalqının sədaqətli oğlunun xatirəsi qazaxıstanlıların qəlbində əbədi yaşayacaqdır. 
Görüşdə Senatın sədri Qazaxıstan parlamentinin fəaliyyətindən, hazırda müzakirə olunan yeni qanun 
layihələrindən danışdı. Hər iki ölkənin demokratik təsisatlarının inkişafı barədə açıq fikir mübadiləsi aparıldı. 
Prezident  İlham  Əliyev qanun yaradıcılığı sahəsində Qazaxıstanın təcrübəsini yüksək qiymətləndirdi və 
bildirdi ki, bu təcrübə Azərbaycan üçün çox faydalıdır. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bütün 
sahələrdə yaranmış qarşılıqlı münasibətlərin səviyyəsindən razı qaldığını söyləyərək dedi ki, əminəm, gələcəkdə 
Azərbaycan Qazaxıstanın enerji ehtiyatlarının beynəlxalq bazara daşınması üçün etibarlı  nəqliyyat qovşağı 
olacaqdır. 
Prezident  İlham  Əliyev ümidvar olduğunu bildirdi ki, bu səfərdən sonra parlament üzvləri, mədəniyyət 
xadimləri, ziyalılar arasında  əlaqələr genişlənəcəkdir. O, Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması 
məsələlərində Qazaxıstanın tutduğu prinsipial mövqeyə görə minnətdarlığını bildirdi.  
İkitərəfli münasibətlərin hüquqi bazasının Azərbaycanla Qazaxıstan arasında imzalanmış 68 sazişə və digər 
qanunvericilik aktlarına  əsaslandığını xatırladan Oralbay Abdıkarimov dedi ki, bunda ölkələrimizin 
qanunverici orqanları nümayəndələrinin də böyük xidməti var.   
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində geniş fikir mübadiləsi oldu. 


66 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN ŞƏRƏFİNƏ  
QAZAXISTAN PREZİDENTİ  
NURSULTAN NAZARBAYEVİN ADINDAN TƏŞKİL OLUNMUŞ RƏSMİ  
QƏBULDA NİTQ  
 
«Səltənət» sarayı  
 
1 mart 2004-cü il 
 
Hörmətli Qazaxıstan Respublikasının prezidenti Nursultan Abişoviç Nazarbayev! 
Hörmətli Dariqa xanım! 
Əziz dostlar! 
Qazaxıstan torpağında mənə  və bütün nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə 
minnətdarlığımı bildirmək istəyirəm. 
Azərbaycan prezidenti kimi Qazaxıstana ilk dövlət səfərimin mənim üçün böyük əhəmiyyəti var. Ölkələrimiz 
bir-birinə böyük hörmət bəsləyirlər, xalqlarımız ta qədimdən bir-birinə böyük məhəbbətlə yanaşmışlar.  
Təbiidir ki, qardaş Qazaxıstan torpağında olarkən mən sevinc hissi keçirirəm. Bu təkcə bizim aramızda 
yüksək səviyyədə qarşılıqlı anlaşmanın, siyasi dialoqun, iqtisadi əməkdaşlığın, bütövlükdə, müxtəlif sahələrdə 
sıx əlaqələrin olması ilə bağlı deyildir. Burada mən özümü evimdəki kimi hiss edirəm. Çünki mənim burada ən 
səmimi hörmət hissləri bəslədiyim qardaş və dostlarım vardır.  
İkitərəfli və regional münasibətlərdə  bəzən çox şey rəhbərlərin, liderlərin münasibətlərindən asılı olur. 
Ölkələr arasında münasibətləri daha çox dövlətlərin liderləri arasında münasibətlər müəyyən edir. Tam 
əminliklə deyə bilərəm ki, Qazaxıstan və Azərbaycan arasında bugünkü münasibətlər vaxtilə Nursultan 
Abişoviç ilə Heydər  Əlirza oğlu arasında olan münasibətlərə tam uyğundur. Azərbaycanın yeni seçilmiş 
prezidenti kimi, mən bu münasibətlərin inkişaf etməsi, möhkəmlənməsi və keyfiyyətcə yeni səviyyəyə qalxması 
üçün  əlimdən gələni edəcəyəm. Bu, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğundur. Bizim gücümüz 
birliyimizdədir. Bizim müstəqilliyin möhkəmləndirilməsi, bütün sahələrdə  tərəqqiyə nail olunması kimi oxşar 
problemlərimiz var, olmuşdur və olacaqdır. Sevindirici haldır ki, Qazaxıstan kimi, Azərbaycan da bu vəzifələrin 
öhdəsindən uğurla gəlir. Ümidvaram ki, ikitərəfli münasibətlərimiz bundan sonra da yeni layihələrlə, ideyalarla 
zənginləşəcəkdir. Qarşımızda çox böyük perspektivlər var: ölkələrimiz mədəni və iqtisadi potensiallarını 
birləşdirərək, özlərini regional liderlər kimi təsdiq edə bilərlər.  
Prezident seçilməyimdən sonra məni Qazaxıstana dövlət səfərinə  dəvət etdiyinə görə hörmətli Nursultan 
Abişoviç Nazarbayevə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu səfər zamanı olduqca 
səmərəli danışıqlar aparılmış, görüşlər keçirilmişdir. Bu, dostların görüşü idi. Əlbəttə, mən Sizi tezliklə 
Azərbaycanda görmək istərdim. Sizi ölkəmizə səfərə dəvət edirəm və əminəm ki, gələcək əlaqələrimiz bizi daha 
da yaxınlaşdıracaqdır.  
Bu badəni qardaş Qazaxıstanın, onun prezidenti, Azərbaycan xalqının dostu Nursultan Abişoviç 
Nazarbayevin və hörmətli Dariqa xanımın sağlığına qaldırmaq istəyirəm.  
Sağ olun. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə