İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

62 
 
 
SƏNƏDLƏRİN İMZALANMASI  
MƏRASİMİNDƏN SONRA PREZİDENTLƏR  
İLHAM ƏLİYEVİN VƏ  
NURSULTAN NAZARBAYEVİN  
BİRGƏ MƏTBUAT KONFRANSI VƏ  
JURNALİSTLƏRİN SUALLARINA CAVAB 
 
1 mart 2004-cü il 
  
Nursultan Nazarbayevin bəyanatı 
 
Hörmətli İlham Heydər oğlu! 
Hörmətli qonaqlar! 
Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu  Əliyev mənim dəvətimlə ilk dəfədir ki, 
Qazaxıstana dövlət səfərinə gəlmişdir. Biz əziz qonaqlarımızı görməyə şadıq. 
Qazaxıstanla Azərbaycan arasında həmişə mehriban və qardaşlıq münasibətləri olmuşdur. Xalqlarımızı 
mədəni-tarixi ümumilik doğmalaşdırır. Dövlətlərimizin müstəqilliyi illərində biz Azərbaycanın sabiq prezidenti 
mərhum Heydər Əlirza oğlu Əliyevlə birlikdə çox böyük birgə iş görmüşük. Onun vəfatı ilə əlaqədar Qazaxıstan 
rəhbərliyi və xalqımız adından bir daha başsağlığı vermək istəyirəm.  
İndi yeni dövr başlanır. Azərbaycanın və Qazaxıstanın eyni coğrafi-siyasi vəziyyəti, ümumi vəzifələri və 
problemləri vardır. Mən əminəm ki, bu səfər münasibətlərimizi yeni səviyyəyə qaldıracaqdır. Bunun üçün heç 
bir – nə siyasi, nə də iqtisadi maneə yoxdur. Biz münasibətlərimizi bütün istiqamətlərdə, o cümlədən neft və qaz 
kompleksində möhkəmləndirmək barədə razılığa gəldik. Azərbaycan tərəfinin bu sahədə böyük təcrübəsi, yaxşı 
mütəxəssisləri var və biz birlikdə işləyib böyük nailiyyətlər əldə edə, qarşılıqlı surətdə təcrübə toplaya və yaxşı 
nəticələr əldə edə bilərik. Biz bu münasibətləri qaydaya salmağa çalışacağıq və Aktau–Bakı enerji dəhlizi işə 
salındıqdan sonra Qafqaz vasitəsilə beynəlxalq bazarlara alternativ marşrut aça biləcəyik. Görüşdə biz həm də 
yol-nəqliyyat məsələsinə  və  əlbəttə ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə bağlı  məsələyə toxunduq. Belə 
razılaşdıq ki, Qafqaz marşrutu vasitəsilə biz neftimizin nəqlini artıra bilərik. 
Biz humanitar əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bütün bu məsələlərdə, o cümlədən ATƏT, MDB, 
İslam Konfransı  Təşkilatı,  İqtisadi  Əməkdaşlıq Təşkilatı kimi qurumlar çərçivəsində beynəlxalq  əməkdaşlıq 
məsələlərində çox oxşar mövqe tuturuq və bir-birimizi dəstəkləyirik. 
İmzalanmış sənədlər əməkdaşlığın bütün sahələrində münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmağa 
və xalqlarımız arasında əlaqələri dərinləşdirməyə kömək etməlidir. 
İlham Heydər oğlu, biz Sizi Qazaxıstanda böyük məmnuniyyətlə  qəbul edirik. Sizə bu səfərinizdə  uğurlar 
arzulayırıq, səfərinizin uğurlu keçməsi üçün ölkəmizdə hər cür imkan olacaqdır. 
 
               İlham Əliyevin bəyanatı 
 
Sağ olun, hörmətli Nursultan Abişoviç!  
İcazə verin, ilk növbədə, dost və qardaş Qazaxıstana dövlət səfərinə  gəlmək barədə  dəvətinizə görə Sizə 
təşəkkür edim. Əminəm ki, bu səfər və onun gedişində imzalanmış  sənədlər dövlətlərimiz arasında 
münasibətlərin inkişafında yeni dövr olacaqdır. 
Ölkələrimiz arasındakı tarixi, dostluq və qardaşlıq münasibətləri dövlətlərimiz müstəqillik  əldə etdikdən 
sonra öz təsdiqini tapmışdır. Nursultan Abişoviç, Qazaxıstanda,  əsasən, Sizin liderliyiniz və Azərbaycanda 
prezident Heydər Əliyevin liderliyi sayəsində ölkələrimiz demokratik və iqtisadi islahatların həyata keçirilməsi, 
dövlətlərimizin müstəqilliyinin və regionda təhlükəsizliyin möhkəmlənməsi yolunda böyük uğurlar qazanmışlar. 
Azərbaycan rəhbərliyinin bugünkü vəzifəsi bu siyasəti, ölkələrimizin və xalqlarımızın yaxınlaşdırılması xəttini 
davam etdirməkdən ibarətdir. Bundan ötrü xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin ümumiliyi, iqtisadi 
zəmin kimi gözəl şərait var. Əminəm ki, bütün bunlar ölkələrimizin bundan sonra da inkişafına kömək edəcək 
və onlar bir-birinə daha da yaxın olacaqlar. İqtisadiyyatlarımız daha sıx bağlı olacaqdır. 
İndi gündəlikdə duran məsələlər nəinki ölkələrimiz arasında münasibətlərə, həm də regionda, bəlkə də daha 
böyük miqyasda vəziyyətə  təsir göstərəcəkdir. Həyata keçirilən energetika, nəqliyyat, sərmayə layihələri 
regionda təhlükəsizliyi və  əməkdaşlığı  təmin etməyə xeyli dərəcədə imkan verəcəkdir.  Əlbəttə, Qazaxıstanın 
energetika layihələrində iştirakı da Xəzər hövzəsindəki enerji ehtiyatlarının işlənilməsi üçün həlledici amildir. 
İqtisadi münasibətlərimiz inkişaf edir. Hökumətlərarası komissiyanın keçirilmiş iclasları göstərdi ki, əmtəə 
dövriyyəsini xeyli artırmağa gözəl imkanlar var. Hökumətlərarası komissiya çərçivəsində humanitar əlaqələr 


63 
 
sahəsində razılaşmalar  əldə olunmuşdur. Biz xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün mədəniyyət və 
elm xadimlərimizin Qazaxıstanda, Qazaxıstan xadimlərinin isə Azərbaycanda bu proseslərdə daha fəal iştirakını 
təmin etmək niyyətindəyik. Biz yaxşı qonşular, qardaşlarıq. Bizim təkcə bir problemimiz var – necə edək ki
münasibətlərimiz daha yaxşı, xalqlarımızın həyatı daha gözəl olsun. Əminəm ki, biz birgə səylərlə, bir-birimizə 
yardım və kömək göstərməklə buna nail olacağıq.  
Möhtərəm Nursultan Abişoviç, dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Bu mənim üçün 
əhəmiyyətlidir, mən bunu çox yüksək qiymətləndirirəm. Sizi əmin etmək istəyirəm ki, prezident Heydər 
Əliyevin xalqlarımızın yaxınlaşması üçün Azərbaycanda apardığı xətt davam etdiriləcəkdir. 
                                          * * * 
 
S u a lSiz Böyük İpək yolu çərçivəsində nəqliyyat dəhlizinin perspektivini necə qiymətləndirirsiniz? 
İkinci sual, türkdilli ölkələrin ittifaqının yaradılması perspektivini necə təsəvvür edirsiniz? 
N u r s u l t a n   N a z a r b a y e v: Qazaxıstan Bakı–Tbilisi–Ceyhan boru kəməri layihəsini dəstəkləyir. 
Biz Qafqazdan keçən nəqliyyat dəhlizinin müstəsna əhəmiyyəti olduğunu başa düşürük və bu bizim üçün də çox 
vacibdir, çünki enerji daşıyıcılarımızın Azərbaycan  ərazisi ilə  nəqlinə böyük əhəmiyyət veririk. Hazırda 
komissiyalarımız bu məsələyə dair danışıqlar aparırlar. Əminəm ki, Qazaxıstanın nefti və qazı Azərbaycandan 
keçən boru kəmərləri vasitəsilə nəql olunacaqdır. Biz bu məsələləri İlham Heydəroviçlə müzakirə etdik və ilk 
vaxtlar neftin bir hissəsi Xəzər dənizi ilə tankerlərlə daşına bilər. Hasilatın həcmi 20 milyon tonu keçdikdə isə
boru kəməri barədə düşünmək lazım gələcəkdir.  
O ki qaldı türkdilli dövlətlərin əlaqələri çərçivəsində qarşılıqlı münasibətlərimizə, Qazaxıstan bu təşəbbüsü 
həmişə dəstəkləyir. İndi inteqrasiya prosesləri gedir və dünyada baş verən qloballaşma baxımından bu təşəbbüs 
xalqlarımızın yaxınlaşmasına kömək edəcəkdir. Ona görə də biz türkdilli ölkələr arasında əməkdaşlıq ideyasını 
qətiyyətlə dəstəkləyirik.  
S u a l:  Mənim sualım Azərbaycan prezidenti İlham  Əliyevədir. Siz sahilyanı dövlətlər tərəfindən 
Xəzərin bölünməsi məsələsinin həlli perspektivlərini necə qiymətləndirirsiniz?  
İ l h a m   Ə l i y e v: Hesab edirəm ki, bu məsələnin hərtərəfli həlli üçün çox yaxşı zəmin var. Qazaxıstanla 
Azərbaycan, Qazaxıstanla Rusiya və Rusiya ilə Azərbaycan arasındakı sazişlər beynəlxalq hüquq və beynəlxalq 
praktika normalarına əsaslanır. Bu ikitərəfli sazişlər çoxtərəfli sazişlərdə də əksini tapa biləcək bütün məsələləri 
tamamilə  əhatə edir. İndi Xəzərin sektorlara bölünməsi prinsipi heç kimdə sual doğurmur. Bu prinsipə lap 
əvvəldən iki ölkə – Qazaxıstan və Azərbaycan tərəfdar olmuş, sonra digərləri də qoşulmuşlar.  Əminəm ki, 
mövcud prinsiplər hərtərəfli saziş üçün əsas götürülərsə, biz birgə sazişə çox asanlıqla və ağrısız-acısız nail ola 
bilərik.  
S u a l:  Cənab Nazarbayev, mənim sualım Dağlıq Qarabağla bağlı problem barədədir. Səhv 
etmirəmsə, münaqişə təzəcə başlananda Siz Qarabağa getdiniz və bu münaqişənin həllinə kömək etməyə 
çalışdınız. İndi bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur və prezidentimiz İlham Əliyevin dəfə-
lərlə  bəyan etdiyi kimi, bu qrupun fəaliyyətində  hələlik heç bir irəliləyiş yoxdur. Qazaxıstanın bu 
münaqişənin tezliklə həll olunmasına kömək etmək fikri varmı? 
N u r s u l t a n  N a z a r b a y e v: Əlbəttə, mən bu hadisələrə elə başlandığı vaxtdan bələdəm. 1990-cı ilin 
sentyabrında biz Rusiyanın gələcək prezidenti Yeltsinlə münaqişə zonasına getdik və tərəfləri razılığa gətirməyə 
cəhd göstərdik. O  vaxtdan münaqişə davam edir və tərəflərə heç də xoşbəxtlik gətirmir. Bundan ermənilər də, 
Ermənistan dövləti də  əziyyət çəkir, Ermənistanın iqtisadi inkişafı,  əhalisinin həyat səviyyəsinin yaxşılaşması 
ləngiyir. Digər tərəfdən, Azərbaycanda bir milyon qaçqın-köçkün doğma torpaqlarını itirməkdən əziyyət çəkir.  
Qazaxıstanın mövqeyi bundan ibarətdir ki, ərazi bütövlüyü toxunulmazdır və mövcud sərhədlər təsdiq 
olunmuşdur, özü də bu fikir MDB-nin ilk sənədində və bütün beynəlxalq sənədlərdə öz əksini tapmışdır. MDB-
də hamı belə bir prinsiplə razılaşmışdır ki, respublikaların SSRİ dövründəki mövcud inzibati sərhədləri tam 
razılaşdırılmışdır. Odur ki, biz davakar separatizmin hər cür təzahürünün əleyhinəyik, ərazi bütövlüyü prinsipinə 
tərəfdarıq. Bu barədə Birləşmiş Millətlər Təşkilatının sənədləri var, ATƏT-in Minsk qrupu da bununla 
məşğuldur. Lakin xalqlar özləri çıxış yolunu tapmalıdırlar. Axı qonşunu seçmirlər. Buna görə də hər iki tərəf 
gələcək nəsillər naminə bu məsələdə razılığa gəlməlidir. Biz isə – buna ehtiyac olarsa – öz tərəfimizdən 
münaqişənin sülh yolu ilə həllinə kömək etməyə həmişə hazırıq. Mən bu prosesə dəfələrlə qoşulmuşam, prosesə 
təsir göstərmək üçün müxtəlif tərəflərlə söhbət aparmışam. Zənn edirəm ki, indi hər iki dövlətin prezidentləri bu 
məsələnin məqbul həllini tapacaqlar.  
Bu gün Qazaxıstan kimi, Azərbaycan da yaxşı sürətlə inkişaf edir. Bizdə ÜDM-in illik artımı 11 faizdən 
çoxdur. Azərbaycanın da imkanları çoxalır və bu imkanlar mövcud olan məsələlərin sülh yolu ilə  həlli üçün 
istifadə edilə bilər. Millətlərarası münaqişələri tez həll etmək qeyri-mümkündür, məsələnin tərəflər üçün məqbul 
həllini tapmaq üçün tədricən irəliləmək lazımdır. Mən tərəflərə bu məsələnin tezliklə  həll olunmasını 
arzulayıram. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə