İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

69 
 
C a v a b: Xeyr, bunun mümkünlüyü müzakirə olunmur və bu mövzuda danışıqlar aparılmır. Ümumiyyətlə
heç bir yenilik yoxdur və  əlavə heç nə deyə bilmərəm. Siz bilirsiniz ki, Azərbaycan Ermənistan tərəfindən 
təcavüzə məruz qalmışdır və ərazilərimizin bir hissəsi – 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal 
edilmişdir. Əlbəttə, Ermənistanın və Azərbaycanın bir müdafiə sazişində və təşkilatında olması yolverilməzdir. 
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, Azərbaycan isə yox. Bu münaqişə  həll 
olunmayınca və erməni işğalçı qoşunları bizim əraziləri tərk etməyincə, təbiidir ki, biz Ermənistanla müdafiə 
xarakterli bir təşkilatda, sadəcə, ola bilmərik. Odur ki, bu mövzuda danışmaq hələlik tezdir. 
Fürsətdən istifadə edərək, qardaş Qazaxıstan xalqına uğurlar, tərəqqi arzulamaq istəyirəm. Bu iki gün ərzində 
mən yeni paytaxtı gördüm, tikinti işlərinin sürəti, burada yaradılan gözəllik böyük təəssürat buraxdı. Nursultan 
Abişoviç Nazarbayevin bu işdə xidmətləri böyükdür. O bütün qazax xalqının səylərini səfərbər edərək, əslində, 
yeni paytaxt, yeni şəhər yaratmışdır.  
 
 
          
Martın 2-də Azərbaycan prezidenti İlham  Əliyevin Qazaxıstana ilk dövlət səfəri başa çatdı. Həmin gün 
prezident İlham Əliyev Astana hava limanından Bakıya yola düşdü. 
 
* * * 
Astana şəhərindən Bakıya qayıdarkən prezident  
İlham ƏliyevBinə beynəlxalq hava limanında jurnalistlərin suallarına cavab verdi. 
 
S u a lCənab Prezident, Qazaxıstana ilk səfəriniz çərçivəsində müzakirə olunan məsələlər Sizi razı 
saldımı?  
C a v a b: Bəli, razı saldı. Bir çox məsələ müzakirə olundu, ikitərəfli münasibətlər haqqında geniş fikir 
mübadiləsi aparıldı. Energetika sahəsində mövcud olan layihələr, onların perspektivləri müzakirə edildi. 
Müzakirə olunan bütün məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür. Qazaxıstan Azərbaycanla tərəfdaşdır, 
dost–qardaş ölkədir və mən də keçirilən danışıqlardan çox razıyam.  
S u a lPrezident Nursultan Nazarbayev Xəzəryanı ölkələrin antiterror mərkəzinin yaradılması təklifi 
ilə  çıxış etmişdir. Sizin buna münasibətiniz necədir, yəni buna zərurət varmı? Ümumiyyətlə, bu ilin 
sonunadək Xəzəryanı ölkələrin dövlət başçıları sammitinin keçirilməsi nəzərdə tutulurmu?  
C a v a b: Bu məsələ səfər çərçivəsində müzakirə olunmamışdır. Biz gərək bu təklifə hərtərəfli baxaq, təhlil 
edək. O ki qaldı sammitin keçirilməsinə, hələlik belə bir zərurət yoxdur. Yəqin ki, ekspertlər səviyyəsində işlər 
getməlidir, məsələlər hazırlanmalıdır. Bizimlə Qazaxıstan arasında bu məsələ ilə əlaqədar heç bir fikir ayrılığı 
yoxdur.  
Mən oradakı  çıxışlarımda bildirdim ki, əgər bizim Qazaxıstanla və Rusiya ilə, eyni zamanda, Rusiya ilə 
Qazaxıstan arasında olan sazişlər  əsas götürülsə, hərtərəfli sazişə tezliklə nail olmaq mümkündür. Mən hesab 
edirəm ki, bizim aramızda olan müqavilələr bunun üçün gözəl bir zəmin yaradır.  
S u a lCənab Prezident, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri belə bir bəyanat vermişdir ki, 
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda çıxılmaz vəziyyət yaranmışdır. Sizin buna 
münasibətiniz necədir? 
C a v a b: Mən hesab etmirəm ki, çıxılmaz vəziyyət yaranıbdır. Bəzən belə  bəyanatlar səslənir. Necə 
deyərlər, bəzən belə  bəyanatlar bir-birini təkzib edir, ziddiyyət təşkil edir. Bilirsiniz ki, Rusiya tərəfindən 
səslənən bəzi bəyanatlar çox ümidverici bəyanatlar idi. O cümlədən, həmsədrlər Bakıda səfərdə olarkən verilən 
bəyanatlar. İndi yeni bəyanatlar verilir. Bilmirəm, belə bəyanatların verilməsinə hansı əsas vardır.  
Mən düşünmürəm ki, çıxılmaz vəziyyətdir. Hesab edirəm ki, çıxış yolu var və o yol da hamı üçün aydındır. 
Bu da Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması yoludur. Pozulmuş  ərazi bütövlüyünün bərpası 
yoludur. İşğalçı qüvvələrin işğal olunmuş torpaqlardan çıxması şərtidir. Bu yol beynəlxalq hüquq normalarına 
əsaslanır. 
Qazaxıstanda aparılan danışıqlarda da bu məsələ müzakirə olundu. Prezident Nazarbayev öz tərəfindən bir 
daha bəyan etdi ki, bütün ölkələr təcavüzkar separatizmin əleyhinə birgə  fəaliyyət göstərməlidir.  Ərazi 
bütövlüyü prinsipi əsas tutulmalıdır. Ona görə  əgər bu prinsiplər  əsas tutularsa, həmsədrlər də bu nöqteyi-
nəzərdən çıxış etsələr, çıxış yolu vardır.  
S u a lCənab Prezident, Siz Qazaxıstanda muzeyi gəzdiniz. Bu, ölkənin tarixini, milli dəyərlərini əks 
etdirən bir muzey idi. Amma təəssüf ki, Azərbaycanda muzeylər bölünüb və onların vəziyyəti yaxşı 
deyildir. Siz bir çox göstərişlər verirsiniz, yeni bir muzeyin tikilməsini gözləmək olarmı? Ümumiyyətlə, 
Azərbaycanda bu cür muzey yaradıla bilərmi?  
C a v a b: Mən bu barədə  hələ oraya getməmişdən  əvvəl fikirləşirdim. Ümumiyyətlə, düşünürdüm ki, 
Azərbaycanın muzeylərinin vəziyyəti o qədər də ürəkaçan deyildir. Bəlkə də hansısa qərarlar, proqramlar qəbul 
olunmalıdır.  Əlbəttə, mövcud muzeylərimiz  əsaslı  təmir edilməlidir. Çünki onların böyük əksəriyyəti həm də 


70 
 
memarlıq abidələridir. Eyni zamanda, orada eksponatlar da nümayiş etdirilir. Baxmaq olar, hesab edirəm, əgər 
ehtiyac varsa, yeni muzey kompleksinin yaradılması yerinə düşər. Bu hər bir ölkə üçün vacibdir. Azərbaycanın 
böyük tarixi var, zəngin mədəniyyəti,  ənənələri var. Gərək onların hamısı  həm ölkə  vətəndaşlarının diqqət 
mərkəzində olsun, eyni zamanda, xaricdən gələn qonaqlar da onları görsələr, yaxşı olar. 
S u a l:  Cənab Prezident, Xəzərin sularında üzən gəmilərə  nəzarət edən birbaşa səlahiyyətli orqan 
yoxdur. Hətta bu gəmilərin hərəkətinin tənzimlənməsini həyata keçirən qanunlarda da boşluqlar 
mövcuddur. Elə bundan irəli gəlir ki, bir çox gəmilərimiz müsadirə olunur. Məsələn, vaxtilə Həştərxanda 
da olub, indi də Qazaxıstanda bizim "Kəpəz" balıqçı gəmimiz saxlanılıbdır. Yaxın müddətdə bu sahədə 
hansı yeniliklər ola bilər? 
C a v a b: Gərək gəmilər qanunsuz üzməsin. Qayda-qanun olmalıdır.  Əlbəttə, burada qeyri-qanuni 
fəaliyyətlə  məşğul olan qurumlar var, ayrı-ayrı  fərdlər var. Müvafiq orqanlar bununla mübarizə aparmalıdır. 
Amma,  əlbəttə, bu daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.  Əminəm ki, birgə  səylərlə bu 
məsələ də öz həllini tapar. Sağ olun.         
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə