İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

73 
 
olmalıdır. Mən buraya təkcə öz dostumu yox, həm də qardaşımı tapmaq ümidi ilə gəlmişəm. Bunlar bir-birindən 
tamamilə fərqlənir. Mən buna çox şadam.  
İndi bizə  həm Azərbaycanda, həm də Gürcüstanda insanlar baxır,  onlar da sevinirlər. Çünki bizi, ilk 
növbədə, insani münasibətlər birləşdirir. Hətta bir-birimizdən xoşumuz gəlməsəydi belə, onda da ölkələrimiz 
arasında münasibətləri qırmaq mümkün olmazdı. Bizim aramızda ilkin söhbətlər və fikir mübadilələri oldu. Bu 
səfərdən sonra bizim münasibətlərimiz daha çox inkişaf edəcək və möhkəmlənəcəkdir.  
İ l h a m  Ə l i y e v: Çox sağ olun, bəlkə də mən protokolu bir balaca pozacağam, çünki biz yalnız bəyanat 
verməliyik. Mətbuat nümayəndələrinin də burada iştirak etdiyini nəzərə alaraq demək istərdim ki, şəxsən mən 
belə  ətraflı tanışlığa  şadam. Dövlət rəhbərləri arasındakı münasibətlər bir çox cəhətdən ölkələr arasındakı 
münasibətləri də müəyyənləşdirir. Hörmətli Mixail Nikolayeviç, mən həm də şadam ki, Sizinlə mənim aramda 
dərhal belə dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Mən bunu çox qiymətləndirirəm.  
Mən fürsətdən istifadə edib prezident Heydər  Əliyevin vəfatı ilə  əlaqədar matəm mərasimində  iştirak 
etdiyinizə, ona öz ehtiramınızı bildirdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizin 
Heydər  Əliyevin fəaliyyətinə verdiyiniz qiymət tamamilə düzgündür və prezidentimizi tanıyanların hamısı 
tərəfindən tam dəstəklənir. Deyə bilərəm ki, həm Azərbaycan xalqı, həm də, əminəm ki, Gürcüstanda yaşayan 
azərbaycanlılar onun xatirəsinə ehtiramınıza və onun fəaliyyətinə belə qiymət verdiyinizə görə Sizə minnət-
dardırlar. Mən  əminəm ki, aramızda yaranmış  şəxsi münasibətlər xalqlarımızın xeyrinə olacaq, ölkələrimizin 
daha da yaxınlaşmasına kömək edəcək və bununla da bizi daha da güclü edəcəkdir.  
 
 


74 
 
 
AZƏRBAYCAN–GÜRCÜSTAN SƏNƏDLƏRİNİN  
İMZALANMASI MƏRASİMİ 
 
Martın 4-də  geniş heyətdə Azərbaycan–Gürcüstan danışıqları başa çatdıqdan sonra Prezident sarayında 
Azərbaycan prezidenti İlham  Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Azərbaycan–
Gürcüstan sənədlərinin imzalanması mərasimi oldu. 
Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili "Azərbaycan Respublikasının 
və Gürcüstanın birgə bəyannaməsi"ni imzaladılar. 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında "Təhsil 
sahəsində əməkdaşlıq haqqında saziş", “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında 
informasiya sahəsində əməkdaşlıq haqqında saziş” sənədləri imzalandı. 
 
 
 
         
               * * *  
Azərbaycan–Gürcüstan sənədləri imzalandıqdan sonra prezidentlər İlham Əliyevin və Mixail 
Saakaşvilinin birgə mətbuat konfransı  keçirmiş və jurnalistlərin suallarına cavab vermişlər. 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
Hörmətli cənab Prezident! 
Hörmətli xanımlar və cənablar! 
Qardaş Gürcüstanın prezidenti, hörmətli Mixail Nikolayeviç Saakaşvilini Azərbaycanda bir daha səmimi-
qəlbdən salamlamaq istərdim. Gürcüstan prezidentinin Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyəti var. 
Ölkələrimiz bütün sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdə bir-biriylə tarixən çox sıx bağlıdırlar. 
Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi 
sahəsində birgə  səylər, məsələlərin geniş spektrinə dair siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq, ümumi 
energetika layihələri, habelə ölkələrimizi və xalqlarımızı birləşdirən tarixi dostluq və qardaşlıq hissləri bu gün 
inamla belə deməyə  əsas verir ki, Gürcüstanla Azərbaycan strateji tərəfdaşlar, mehriban qonşular və qardaş 
ölkələrdir. 
Azərbaycanda biz Gürcüstanla münasibətlərə böyük əhəmiyyət veririk. Əminik ki, ölkələrimiz qarşıya 
qoyulmuş  məqsədlərə, iqtisadi yüksəlişə, vətəndaşlarımızın rifahının yaxşılaşmasına ancaq birgə  səylərlə nail 
ola bilərlər. Elə etmək lazımdır ki, vətəndaşlarımız daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar. 
Bizi bir-birimizə ümumi nailiyyətlər də, ümumi problemlər də bağlayır, bir-birimizi çox yaxşı başa düşürük. 
Gürcü və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin bütün tarixi ərzində ölkələrimiz arasında həmişə 
qarşılıqlı hörmət, məhəbbət, qardaşlıq, həyanlıq hissləri olmuşdur. Tariximizin ən çətin anlarında biz həmişə 
bir-birimizə kömək etmişik və bundan sonra da belə olacaqdır. 
Çox mühümdür ki, Gürcüstan və Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkələrimiz arasında 
inteqrasiya prosesləri daha da möhkəmlənmişdir, halbuki Sovet İttifaqının süqutundan sonra yaranan digər 
müstəqil ölkələr inteqrasiyadan tam uzaq olmuşlar. Bizdə isə  əks proses getmişdir. Biz daha sıx, daha fəal 
işləyərək aydın başa düşürdük ki, yalnız birgə, məqsədyönlü iş sayəsində böyük uğurlara nail ola bilərik. Bax, 
bunun nəticəsidir ki, indi qarşılıqlı münasibətlərimiz çox yüksək səviyyədədir.  
Əminik ki, gələcəkdə birgə  fəaliyyət, xarici siyasət istiqamətində  səylərimizi  əlaqələndirmək sayəsində 
ölkələrimiz daha yaxın olacaq, ən başlıcası isə, ölkələrimizdə insanlar daha yaxşı yaşayacaqlar. 
Bu gün biz hörmətli Mixail Nikolayeviçlə qarşılıqlı münasibətlərimizi hərtərəfli təhlil etdik, məsələlərin həlli 
yollarını nəzərdən keçirdik. İkitərəfli, regional xarakterli məsələlərdə baxışlarımız tam uyğun gəlir. Gürcüstanın 
və Azərbaycanın yeni rəhbərliyi arasında, prezidentlər arasında belə etibarlı, səmimi münasibətlər yaranması 
çox vacibdir. Əminəm ki, bu, ölkələrimizin öz şanlı yolunu gələcəkdə  də birlikdə, çiyin-çiyinə davam 
etdirməsinə  fəal kömək göstərəcəkdir. Biz buna böyük əhəmiyyət veririk. Eyni zamanda, ona da böyük 
əhəmiyyət veririk ki, Gürcüstan prezidenti özünün ilk səfərlərindən birini Azərbaycana etmişdir. Bu bizim üçün 
çox mühüm, qiymətlidir. Düşünürəm ki, bu, xalqlarımız üçün də mühümdür. 
Azərbaycanda gürcü icması, Gürcüstanda isə Azərbaycan icması mövcuddur. Hər iki ölkədə buna böyük 
əhəmiyyət verilir ki, Gürcüstandakı azərbaycanlılar və Azərbaycandakı gürcülər özlərini evlərindəki kimi hiss 
etsinlər. Bu da məhz belədir. Əlbəttə, ölkələrimizdə yaşayan insanların həyat səviyyəsi də, rahatlığı da, təbii ki
ölkələrimiz arasındakı münasibətlərdən asılı olacaqdır. 
Mən hörmətli Gürcüstan prezidentini və Gürcüstan nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda bir 
daha salamlamaq istərdim. Siz öz evinizdəsiniz, bura sizin evinizdir. Biz dostluq, qardaşlıq ənənələrinə həmişə 
sadiq olmuşuq və əminik ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və daha sıx əməkdaşlığa yönəldiləcəkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə