İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   22   23   24   25   26   27   28   29   ...   84

71 
 
 
GÜRCÜSTAN PREZİDENTİ  
MİXAİL SAAKAŞVİLİ İLƏ  
TƏKBƏTƏK GÖRÜŞ 
 
Prezident sarayı 
 
4 mart 2004-cü il 
 
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail 
Saakaşvilini səmimiyyətlə salamlayaraq onun ölkəmizə  səfərinin ikitərəfli  əlaqələrin daha da dərinləşməsində 
yeni mərhələ olacağını bildirdi. Prezident İlham  Əliyev dedi ki, o, Azərbaycan–Gürcüstan münasibətlərinin 
inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.  
Mehribanlıq və  səmimilik  şəraitində keçən görüş zamanı  tərəflər siyasi-iqtisadi və  mədəni sahələrdə 
əməkdaşlığın dərinləşdirilməsinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.  
 
 
  * 


Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail 
Saakaşvilinin geniş heyətdə görüşü oldu.  
İ l h a m   Ə l i y e v:  Hörmətli cənab Prezident! 
Hörmətli dostlar! 
Sizi Azərbaycanda bir daha salamlamaq, sizə "Xoş  gəlmisiniz!" demək və  əmin olduğumu bildirmək 
istəyirəm ki, səfəriniz bir-biriylə tarixən həmişə çox sıx olmuş ölkələrimizi və xalqlarımızı daha da 
yaxınlaşdıracaqdır. 
Gürcüstanla Azərbaycan iki qonşu, qardaş ölkədir. Bizi qarşılıqlı münasibətlərin, mədəni  əlaqələrin böyük 
bir tarixi, həyatımızın bütün istiqamətlərində çox fəal əməkdaşlıq birləşdirir. Xalqlarımız bütün dövrlərdə bir-
birinə qardaşlıq hissləri bəsləmişlər. Çox mühümdür ki, bu hisslər qorunub saxlanmış, ölkələrimiz müstəqilliyə 
qovuşduqdan sonra isə münasibətlərimiz daha da yaxşılaşmışdır. Bizi birləşdirən bütün müsbət cəhətləri 
qoruyub saxlaya, inkişaf etdirə bilmişik. Zənnimcə, bu gün ölkələrimiz arasındakı münasibətlər qonşular 
arasında münasibətlərin necə olmasına yaxşı örnəkdir. 
Bizi ümumi iqtisadi layihələr də birləşdirir. Hazırda Gürcüstanda və Azərbaycanda dünya səviyyəli layihələr 
həyata keçirilir. Beynəlxalq ictimaiyyətin diqqəti bu layihələrə dikilmişdir və onlar ölkələrimizdə iqtisadi 
yüksəliş üçün yaxşı zəmin yaradacaqdır. 
Siyasi  əlaqələrimiz çox fəaldır. Biz regional və dünya xarakterli məsələlərə dair siyasi məsləhətləşmələr 
aparırıq və məmnunuq ki, baxışlarımız uyğun gəlir. 
İnsanların rifahının yaxşılaşdırılması, iqtisadi inkişaf, sosial məsələlərin həlli, habelə  ərazi bütövlüyünün 
bərpası baxımından ümumi problemlərimiz də mövcuddur.  
Təəssüf ki, Gürcüstan və Azərbaycan ölkələrimizin  ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran 
təcavüzkar separatizmə  məruz qalmışlar. Lakin biz əminik ki, beynəlxalq hüquq normaları  zəfər çalacaq və 
Gürcüstanın da, Azərbaycanın da ərazi bütövlüyü beynəlxalq normalara müvafiq surətdə bərpa ediləcəkdir. 
Bizim heç kimin torpağında gözümüz yoxdur, lakin öz ərazimizi də heç kimə verməyəcəyik. Ona görə bütün 
bu problemlər, ən əsası isə, müsbət amillər bizi bir-birimizə daha da yaxınlaşdırır.  
Cənab Prezident, mən çox şadam ki, Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Əminəm ki, görüşlərimiz və 
apardığımız danışıqlar, geniş tərkibdə görüş, habelə nümayəndə heyətlərimizin üzvləri arasındakı əlaqələr bizi 
bir-birimizə daha da yaxınlaşdıracaq, ölkələrimizin ümdə problemlərini həll etməyə imkan verəcəkdir. Sizinlə 
söhbətimizdə belə bir yekdil fikrə gəldik ki, bizim xoşbəxtliyimiz və tərəqqimiz yalnız birlikdə olmağımızdan 
asılıdır. Əminəm ki, bu, gələcəkdə də belə olacaqdır.  
Sizi bir daha salamlayıram. Ümidvaram ki, Sizin səfəriniz uğurlu, nəticələri isə faydalı olacaq və Siz buradan 
yaxşı təəssüratlarla qayıdacaqsınız.  
M i x a i l   S a a k a ş v i l i:  Hörmətli İlham Heydər oğlu!  
Hörmətli hökumət üzvləri! 
Mən burada rəsmi səfərdə olmaq kimi çoxdankı arzumu yerinə yetirdim. Əlbəttə, fərdi şəxs və parlamentin 
üzvü kimi, mən burada dəfələrlə olmuşam. Azərbaycanı və Bakını çox sevirəm. Buradan həmişə ən səmimi və 
xoş xatirələrlə qayıdıram. Bu gün burada hava da gözəldir və zənnimcə,  bu da təbiətin bir əlamətidir. Demək 
istəyirəm ki, Azərbaycan bizim strateji tərəfdaşımız və dostumuzdur və o heç vaxt, ən çətin anlarda da bizi 
darda qoymamışdır. Biz həmişə Sizin ölkənizə arxalanmışıq. Gürcüstan təkcə  çətin günlər yaşayanda yox
ümumiyyətlə, həmişə bir yerdə olmuşuq.  


72 
 
Məni daha çox sevindirir ki, Azərbaycanda böyük inkişaf var, onun iqtisadiyyatı  tərəqqi edir, dövlətçiliyi, 
hökumət qurumları möhkəmlənir, ölkənin müdafiə qüdrəti artır, beynəlxalq əməkdaşlıq layihələri inkişaf edir, 
buraya sərmayələr qoyulur. Təbiidir ki, Gürcüstan da bunu istəyir. Biz bir yerdə buna nail olmalıyıq ki, bütün 
region ümumi Avropaya inteqrasiya olsun və Avropa Birliyi, nəhayət, bizim hamımızı öz məkanının 
tamhüquqlu, mədəni, coğrafi hissəsi və Avropa İttifaqının siyasi hissəsi kimi tanısın. Biz istəyirik ki, 
əməkdaşlığımız bütün sahələrdə möhkəmlənsin. 
Biz Gürcüstan xalqının tərkib hissəsi, dövlətimizin tamhüquqlu vətəndaşları  və bizim Gürcüstan 
cəmiyyətimizin üzvləri olan azərbaycanlı  əhalimizi çox sevirik. Onları Gürcüstanın nəinki iqtisadi həyatına, 
həm də siyasi həyatına inteqrasiya etmək çox vacibdir. İlham Heydəroviçlə biz Azərbaycan mədəniyyəti və 
dilinin saxlanılması ilə yanaşı, azərbaycanlıların gürcü dilini də öyrənməsi üçün bu inteqrasiyanı 
sürətləndirməyin vacibliyindən danışdıq. Bizim üçün çox vacibdir ki, cəmiyyətimizin üzvü olaraq onlar bütün 
sahələrdə uğurlar əldə etsinlər. Onlar bizim strateji sərvətimizdir və öz azərbaycanlı vətəndaşlarımızla çox fəxr 
edirik.  
Biz konkret məsələlər barədə  də razılığa gəldik. Düşünürəm ki, ölkələrimizin hökumətləri iqtisadi sahədə 
əməkdaşlıq məsələləri barədə razılığa gələcəklər. Bütün sədlərin aradan qaldırılması bizim üçün strateji 
məqsəddir. Azərbaycanla Gürcüstan arasında sərhəd sədləri olmamalıdır. Lakin bunun üçün, təbii olaraq, vaxt 
lazımdır. Biz hökumət komissiyası yaradılması barədə razılığa gəldik və düşünürəm ki, il yarım–iki ildən sonra 
biz sərhədimizdə gömrük sədlərinin və pasport nəzarətinin aradan götürülməsinə nail ola biləcəyik. Bütün bu 
proseslər Avropa Birliyi çərçivəsində həyata keçirilmişdir. İnsanların, əmtəənin, sərmayələrin hərəkəti üçün süni 
maneələr aradan qaldırılmalıdır. Gürcüstana kapital qoyan hər hansı sərmayəçi Azərbaycana və əksinə sərmayə 
qoymaq barədə  də düşünməlidir. Bundan ötrü biz qanunvericilik məkanı yaratmalıyıq ki, sərmayələrin, 
müəssisələrin qeydiyyatında məhdudiyyətlər olmasın. Regionumuz vahid, bölünməzdir və  sərmayələrin, 
müxtəlif iqtisadi layihələrin qarşılıqlı əlaqələri olmadan inkişaf edə bilməz.  
Zənnimcə, biz ümumi Qafqaz bazarı yaradılmasına çalışmalıyıq və bu prosesin ilk mərhələsində Gürcüstan–
Azərbaycan bazarı yaratmaq olar. Gürcüstan bu istiqamətdə  işləyir və ümidvaram ki, bir müddətdən sonra 
Ümumqafqaz iqtisadi bazarı yaratmaq mümkün olacaqdır. Bu mənim ölkəmdə  də mövcud olan bütün 
problemlərin dincliklə həlli yolu tapıldıqdan sonra baş verəcəkdir. Mən Azərbaycan prezidentinin belə fikri ilə 
şərikəm ki, bu problemlər həll edilməlidir.  
Söhbət  əməkdaşlıqdan getdikdə, müəssisələrimizin Azərbaycan bazarına çıxması bizim üçün çox vacibdir. 
Həm də ona görə ki, hazırda bu bazar genişlənməkdədir. Biz istəyirik ki, azərbaycanlılar da Gürcüstanda həyata 
keçirilən layihələrdə  fəal iştirak etsinlər. Bu sahədə heç bir problem yaranmayacaq və biz buna çox şad 
olacağıq.  
Biz, hər  şeydən  əvvəl, ölkələrimiz arasında münasibətlərdə  əldə etdiyimiz nailiyyətləri unutmamalı, ilk 
növbədə, müstəqil Azərbaycan dövlətinin atası  və banisi Heydər  Əlirza oğluna öz ehtiramımızı bildirməliyik. 
Şübhəsiz, bu mənim üçün də, hər bir gürcü üçün də tamamilə aydındır ki, o nəinki Azərbaycan dövlətinin banisi 
olmuş, həm də Azərbaycanla Gürcüstan arasında tamamilə yeni münasibətlərin əsasını qoymuşdur.  
Zənn edirəm ki, bu baxımdan biz əvvəlki rəhbərliyin xəttini davam etdirəcək və eyni zamanda, 
münasibətlərimizi daha da genişləndirəcək və onu yeni məzmunla zənginləşdirəcəyik. İndi hər iki ölkədə yeni 
enerji və impuls meydana gəlmişdir. Mən ayrı-ayrı dövlət xadimlərindən  İlham  Əliyev barəsində yaxşı çox 
sözlər eşitmişəm. Buraya səfərə gələnə qədər mən kansler Şröderlə, prezidentlər Vladimir Putinlə, Corc Buşla 
görüşmüşdüm. Bu görüşlərdə də Azərbaycanla və digər qonşularımızla əlaqədar məsələlər müzakirə olunmuş-
dur. Bir neçə görüşdə biz Azərbaycan prezidenti barəsində danışdıq və  mən onun barəsində çox yaxşı  rəylər 
eşitdim. Demək istəyirəm ki, dünya liderləri olan bu siyasətçilərlə görüşlərdən və bugünkü görüşdən sonra 
məndə xoş bir heyranlıq yarandı ki, qonşuluğumuzda beynəlxalq səviyyəli və beynəlxalq miqyaslı belə bir lider 
vardır. Bu bizim üçün çox vacibdir. Çünki bu həm regionu, həm də bizim münasibətlərimizi tamamilə yeni 
səviyyəyə çıxarır, regionumuzun sülh yolu ilə inkişafı üçün tamamilə yeni perspektivlər açır. Biz buna çox şadıq 
və sevinirik.  
Biz bir çox konkret məsələləri müzakirə etdik. Əvvəllər bir çox işləri həyata keçirə bilmirdik. Biz iri 
layihələri həyata keçirirdik, iqtisadiyyatın digər sahələrinə  gəldikdə isə, sadəcə, bir-birimizə iltifat göstərir və 
deyirdik ki, dostlaşmaq lazımdır, amma bəzən bunun arxasında konkret məzmun olmurdu. İndi yalnız konkret 
məsələ barədə danışmağı sevən rəhbərlər gəlmişdir. Biz bu gün bir sıra konkret məsələləri müzakirə etdik və 
zənn edirəm ki, bizim danışıqlarımızdan və görüşlərimizdən sonra həm Gürcüstanın, həm də Azərbaycanın 
iqtisadiyyatı güclü olacaqdır. Bu bizim üçün çox vacibdir. Təbiidir ki, biz digər sahələrdə  də  əlaqələrimizi 
möhkəmləndirəcəyik.  
Bu qəbula görə çox sağ olun. Bu, liderlərin böyük və gözəl dostluğunun yaxşı başlanğıcı  və xalqlarımız 
arasında qardaşlıq münasibətlərinin davamıdır. Biz, həqiqətən, qardaşıq və  mən bunu çox az xalq barəsində 
deyə bilərəm. Zənn edirəm ki, təkcə xalqlarımız qardaş olmamalıdır, nazirlərimizin də qardaşlıq münasibətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə