İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

77 
 
iqtisadi, siyasi amillər nəzərə alınmaqla,  şübhə etmirəm ki, yaxın gələcəkdə ölkələrimizin daha fəal iqtisadi 
əməkdaşlığına bəzən mane olan bütün əngəllər – gömrük sədləri və digər sədlər aradan qaldırıla bilər. 
Bu mənada, söylənən fikirlə  şərikəm və düşünürəm ki, birgə  səylərlə buna nail olacağıq. Biz, hər iki 
prezident məsul işçilərə, nazirlərə müvafiq göstərişlər vermişik və onlar bu məsələ üzərində işləyəcəklər.  
Mən dedim ki, Dağlıq Qarabağda, Abxaziyada və digər yerlərdə yaranmış separatçılıq, təcavüzkar 
separatçılıq Gürcüstanın və Azərbaycanın  ərazi bütövlüyünü pozmuşdur və bu bizim ümumi problemimiz
ümumi ağrımızdır. Bu problemlər bizi daha çox yaxınlaşdırır, çünki biz heç kimin ərazisinə göz dikməmişik, 
digər qonşularımızdan fərqli olaraq, heç kimə qarşı ərazi iddiası irəli sürmürük. Bizim yeganə tələbimiz odur ki, 
ölkələrimizin ərazi bütövlüyü bərpa edilsin, işğal olunmuş ərazilər azad olunsun, işğalçı qoşunlar bu ərazilərdən 
çıxarılsınlar. Çünki XXI əsrdə cəngəlliklər qanunu ilə yaşamaq, digər ölkələrin ərazilərini işğal etmək olmaz, 
həm Gürcüstanda, həm də Azərbaycanda yüz minlərlə qaçqının bu gün dünyada gedən qlobal proseslər anlayışı-
na tamamilə uyğun gəlməyən hansısa qüvvələrin təcavüzkar, ekspansionist, işğalçılıq, separatçılıq fəaliyyəti 
üzündən ağır  şəraitdə yaşamasına yol vermək olmaz. Beynəlxalq hüquq Gürcüstanın və Azərbaycanın 
tərəfindədir, ədalət Gürcüstanın və Azərbaycanın tərəfindədir. Bütün regionda qeyri-sabitlik yaradan qüvvələr 
bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü gec-tez bərpa 
ediləcəkdir. Biz bunun dinc yolla baş verməsini istəyirik. Mən əminəm ki, əgər bütövlükdə regionda, eləcə də 
vasitəçilik mandatı olan ölkələr arasında belə anlaşma olarsa, məsələ yaxın vaxtlarda öz ədalətli həllini tapa 
bilər.  
Biz bu məsələdə bir-birimizə kömək edəcək, bir-birimizi dəstəkləyəcəyik. Azərbaycan bütün beynəlxalq 
forumlarda Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsinə birmənalı şəkildə tərəfdar çıxmışdır və çıxacaqdır. 
Gürcüstan rəhbərliyi tərəfindən də bu cür yanaşmanı görmək bizə çox xoşdur. 
S u a lCənab Saakaşvili, Siz dediniz ki, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin təhlükəsizliyini təmin 
etmək məsələsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bununla əlaqədar Cavaxetiyadakı son 
hadisələr, xüsusilə yerli əhalinin muxtariyyətlə bağlı  tələbləri narahatlıq doğurur. Gürcüstan həmin 
ərazidə boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün hansı  tədbirləri görür və Siz müəyyən 
qüvvələrin boru amilindən həm Gürcüstana, həm də Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə 
etməmələri üçün nə kimi işlər görəcəksiniz? 
M i x a i l   S a a k a ş v i l i: İlk növbədə onu demək istəyirəm ki, neft kəməri bizim üçün çox prinsipial 
məsələdir. Təhlükəsizliyin texniki təminatı  məsələsinə  gəldikdə isə, biz buna intensiv hazırlaşırıq. Neft 
kəmərinin mühafizəsini şəxsən prezidentə tabe olan, onu və digər vəzifəli şəxsləri mühafizə edən  Gürcüstanın 
xüsusi mühafizə xidməti təmin edir. Lakin biz, eyni zamanda, Qərbin xüsusi xidmət idarələri ilə də bu sahədə 
əməkdaşlıq edirik və qüvvələrimizin təlimi, təchizatı  və hazırlığı sahəsində Birləşmiş  Ştatlardan da yardım 
almaq niyyətindəyik. Biz öz qüvvələrimizlə  təhlükəsizliyi təmin edəcəyik, bu sahədə amerikalılarla yaxşı 
əməkdaşlıq təcrübəmiz var. Mən Vaşinqtona səfərim zamanı bu məsələni çox ətraflı müzakirə etmişəm.  
Siyasi məsələlərə gəldikdə isə, təbiidir, mən də gözləyirəm ki, təxminən bir-iki aydan sonra – belə informasiya 
artıq var – əsasən, bizim ölkələrdən olmayan  bəzi siyasi qüvvələr ekoloji problem pərdəsi altında neft kəmərinin, 
əslində, baş tutmaması və ya inşasının bir-iki il dayandırılması məqsədi ilə onun tikintisinin qarşısını almağa cəhd 
göstərəcək, marşrutun kəskin surətdə  dəyişdirilməsi barədə danışacaqlar. Mən hazırda bu məsələləri planlaşdıran 
adamlara bəri başdan demək istəyirəm ki, buna yol verməyəcəyəm və biz konsorsiumla intensiv danışıqlar 
aparacağıq. Orada həll olunası ekoloji mülahizələr var, bəzi düzəlişlər etmək lazımdır. Lakin bütün bunlar tikintiyə 
mane olmamalı, neft kəmərinin tammiqyaslı istismarının başlanması müddətinə  təsir göstərməməlidir. Bu çox 
vacibdir. Biz normal narahatlıq doğuran məsələlər barədə danışacağıq. Lakin mən demək istəyirəm ki, Qara dənizin 
dibi ilə Rusiyadan Türkiyəyə çəkilən qaz kəməri layihəsi daha təhlükəli idi. Bu layihə bizdə şübhə doğururdu, çünki 
əslində bu layihə texniki cəhətdən həqiqətən çox təhlükəli idi, lakin bu barədə heç kim bir kəlmə danışmadı. 
Söhbət bizim layihədən gedəndə, nə üçünsə hamı, o cümlədən bəzi Gürcüstan təşkilatları səslərini qaldırır. 
Bizimkilərin bəziləri məsələni düzgün qoyur, bəziləri isə xaricin diktəsi ilə yanaşır. 
Erməni  əhalimizlə münasibətlərimizə  gəldikdə isə, Gürcüstanın Ermənistanla münasibətləri yaxşıdır. 
Düşünürəm ki, Ermənistan Gürcüstanda sabitliyin olmasının  əhəmiyyətini çox yaxşı başa düşür və bunda 
maraqlıdır. Bu mənada heç bir problem yoxdur. Mən Yerevana getməyi və prezident Köçəryanla görüşməyi 
planlaşdırıram. Biz bu münasibətləri inkişaf etdirəcəyik. Gürcüstanın erməni  əhalisi ilə münasibətlərimiz çox 
yaxşıdır, onlar Gürcüstan cəmiyyətinin tam hüquqlu üzvləridir. Gürcüstanda yaşayan ermənilər və 
azərbaycanlılar arasında da normal, yaxşı münasibətlər vardır, bu baxımdan problem yoxdur və olmayacaqdır. 
Gürcüstan ərazisinin hansısa hissəsinin statusunun dəyişdirilməsi məsələsi Gürcüstan əhalisinin tələbi deyil, bu 
həm Azərbaycana, həm Gürcüstana, deyərdim ki, həm də Ermənistana bədxah münasibət bəsləyən xarici 
mərkəzlərin eyhamları və müxtəlif tələbləridir. Çünki onlar vəziyyəti gərginləşdirmək, problem yaratmaq üçün 
Ermənistanın da mənafelərinə qarşı  çıxacaqlar. Hazırda Gürcüstan rəhbərliyi ölkədə hakimiyyəti birləşdirir, 
qayda-qanun yaradır. Biz, eyni zamanda, hakimiyyətin mərkəzləşdirilməsini ləğv edəcəyik ki, bir sıra məsələlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə