İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

60 
 
 
QAZAXISTAN PREZİDENTİ  
NURSULTAN NAZARBAYEV İLƏ  
TƏKBƏTƏK GÖRÜŞ 
 
1 mart 2004-cü il 
 
Qazaxıstan prezidentinin sarayında Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev ilə Qazaxıstan 
Respublikasının prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş oldu.  
Səmimi dostluq şəraitində keçən görüşdə prezident Nursultan Nazarbayev Azərbaycanla bütün sahələrdə 
əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini söylədi və bu baxımdan prezident İlham Əliyevin 
Qazaxıstana ilk dövlət səfərinin qarşılıqlı surətdə faydalı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə 
xidmət edəcəyini vurğuladı.  
Prezidentlər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə etdilər və 
gələcəkdə əməkdaşlığın daha yüksək səviyyəyə qalxması üçün səylərin artırılmasının vacibliyini bildirdilər.  
Prezident  İlham  Əliyev və prezident Nursultan Nazarbayev iqtisadi münasibətlərə, xüsusilə  Xəzərin 
karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində  əməkdaşlıq məsələlərinə dair geniş fikir 
mübadiləsi apardılar. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, 
xüsusilə Bakı–Tbilisi–-Ceyhan layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söylədilər. 
Qeyd olundu ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan  ərazisindən Avropaya çatdırılması  nəzərdə 
tutulur. 
Görüşdə beynəlxalq və regional əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Mərkəzi Asiya və Cənubi 
Qafqaz ölkələrinin gələcək inkişafı üçün regional münaqişələrin, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ probleminin tezliklə və beynəlxalq hüquq normaları əsasında həll olunmasının zəruriliyi vurğulandı.  
Prezidentlər Xəzərin statusu məsələsində Qazaxıstanla Azərbaycan arasında tam razılıq əldə olunmasından 
məmnunluqlarını ifadə edərək bildirdilər ki, bu problemin tezliklə həll olunması üçün digər Xəzəryanı ölkələrlə 
birlikdə səylər daha da artırılmalıdır. 
   * 


Təkbətək görüşdən sonra Qazaxıstan prezidentinin sarayının Qızıl salonunda dövlət başçıları İlham Əliyevin 
və Nursultan Nazarbayevin geniş tərkibdə görüşü oldu.  
Prezident Nursultan Nazarbayev görüşü açaraq dedi ki, qardaş Qazaxıstan və Azərbaycan xalqlarını onların 
ümumi mədəni-tarixi, vahid coğrafi-siyasi məkana malik olmaları, həll edilən məsələlərin oxşarlığı 
doğmalaşdırır. O vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin təşəkkülündə  və Qazaxıstan-Azərbaycan 
münasibətlərinin möhkəmlənməsində Qazaxıstanda böyük hörmət bəslənilən prezident Heydər  Əliyevin böyük 
töhfəsi olmuşdur.  
İkitərəfli iqtisadi əlaqələrdən söhbət açan prezident Nursultan Nazarbayev bildirdi ki, bu il Qazaxıstanla 
Azərbaycan arasında əmtəə dövriyyəsi artmalıdır.  
İqtisadi münasibətləri inkişaf etdirmək üçün hələ istifadə edilməmiş potensial olduğunu vurğulayan tərəflər 
fevralın 27–28-də Astanada ikinci iclasını keçirmiş iqtisadi əməkdaşlıq üzrə  Qazaxıstan–Azərbaycan 
hökumətlərarası komissiyasının işinin səmərəli olacağına ümidvar olduqlarını bildirdilər.  
Cənab Nursultan Nazarbayev dedi ki, biz Azərbaycan  şirkətlərinin Qazaxıstan bazarında fəaliyyətinin 
genişləndirilməsinə kömək etməyə hazırıq. Müştərək müəssisələrin, o cümlədən kənd təsərrüfatı sahəsində 
müəssisələrin yaradılmasında əməkdaşlıq da səmərəli ola bilər.  
Qazaxıstan rəhbəri siyasi sahədə əməkdaşlıqdan danışaraq vurğuladı ki, hər iki ölkə dünya siyasətinin əksər 
məsələlərinə münasibətdə oxşar mövqe tutur və BMT, İslam Konfransı  Təşkilatı kimi beynəlxalq təşkilatlar 
çərçivəsində səmərəli qarşılıqlı fəaliyyəti bunu sübut edir. Qazaxıstan xalqı qitədə təhlükəsizliyin təmin edilməsi 
üçün universal strukturun – Asiyada Qarşılıqlı  Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) 
yaradılması  təşəbbüsünün Azərbaycan tərəfindən dəstəklənməsini minnətdarlıqla qarşılayır. Qazaxıstan 
prezidentinin fikrincə, Astanada Azərbaycan səfirliyinin açılması respublikalar arasında hərtərəfli əməkdaşlığın 
daha da möhkəmlənməsinə kömək edəcəkdir.  
Azərbaycan prezidenti İlham  Əliyev Qazaxıstana dövlət səfərinə  dəvətə  və yüksək qonaqpərvərliyə görə 
prezident Nursultan Nazarbayevə minnətdarlığını bildirərək ölkələrimiz arasında münasibətlərin hərtərəfli 
inkişafının Azərbaycan və Qazaxıstan xalqlarının ümumi mənafelərinə uyğun olduğunu, mövcud dostluq və 
qardaşlıq əlaqələrinın bundan sonra daha da genişlənəcəyi və möhkəmlənəcəyinə əminliyini vurğuladı. 
Prezident İlham Əliyev bildirdi ki, Xəzərin statusu barədə Qazaxıstanla Azərbaycan arasında tam razılığın 
əldə olunması böyük nailiyyətdir və Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına, Avropaya 


61 
 
çatdırılması üçün Azərbaycan çox əlverişli və  təhlükəsiz ölkə olacaqdır. Dövlətimizin başçısı  əmin olduğunu 
söylədi ki, yaxın gələcəkdə ölkələrimiz Avropa bazarlarının təbii qazla əsas təchizatçıları olacaqdır.  
Azərbaycan prezidenti humanitar sahədə də əlaqələrin dinamik inkişafından məmnunluğunu bildirərək hər 
iki ölkənin mədəniyyət, elm, incəsənət xadimlərinin görüşləri haqqında razılıq əldə edildiyini vurğuladı. 
Görüşdə bir sıra digər məsələlər barədə də fikir mübadiləsi oldu. 
 
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ 
 
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 
sənədlərin imzalanması mərasimi oldu. 
İlk olaraq, prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev "Azərbaycan Respublikası və Qazaxıstan Res-
publikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzaladılar.  
“Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq 
haqqında saziş”, "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında hökumət 
rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası 
hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında saziş", "Bakı  Şəhəri  İcra Hakimiyyəti və Astana Şəhəri 
Akimatı arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası 
hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli 
əməkdaşlıq proqramı", "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının aviasiya idarələri arasında 
mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında protokol" sənədləri imzalandı. 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə