İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


BÖYÜK İPƏK YOLUNUN BİR HİSSƏSİ OLAN ƏLƏT–QAZIMƏMMƏD AVTOMOBİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

51 
 
 
BÖYÜK İPƏK YOLUNUN BİR HİSSƏSİ OLAN ƏLƏT–QAZIMƏMMƏD AVTOMOBİL 
YOLUNUN TƏNTƏNƏLİ AÇILIŞI MƏRASİMİNDƏ NİTQ 
 
28 fevral 2004-cü il 
 
Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar! 
Bu gün Ələt–Qazıməmməd avtomobil yolunun açılışını qeyd edirik. Mən bu münasibətlə sizin hamınızı 
ürəkdən təbrik edirəm.  
Bu, tarixi İpək yolunun bir hissəsidir və artıq bu gün istismara verilir. Burada qeyd olundu ki, bu yolun tikin-
tisinin həyata keçirilməsində prezident Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun təşəbbüsü 
ilə bu yolun tikintisinə başlanmış  və bundan ötrü çox böyük hazırlıq işləri görülmüşdür.  İlk növbədə, yolun 
tikintisi üçün maliyyə  mənbələri tapılmalı idi və bu iş  uğurla başa çatdı. Bu fürsətdən istifadə edərək, yolun 
tikintisinə maliyyə dəstəyi vermiş qurumlara, Küveyt Ərəb İqtisadi İnkişaf Fonduna, İslam İnkişaf Bankına öz 
minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu qurumlar yolun qalan hissəsinin maliyyə 
problemlərinin həll edilməsi istiqamətində də öz dəstəyini verə biləcəklər.  
Yol iqtisadiyyatın, iqtisadi inkişafın  əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, 
iqtisadiyyat inkişaf edə bilməz. Xüsusilə, regional iqtisadiyyat çox böyük çətinliklərlə üzləşə bilər. Bizim 
məqsədimiz isə ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi, hər bir regionu sürətlə və hərtərəfli inkişaf 
etsin. Əlbəttə, bu məqsədə çatmaq üçün, ilk növbədə, müasir yollar olmalıdır. Bu gün istismara verilən bu yol 
ən yüksək müasir standartlara cavab verir. Demək olar ki, dünyanın ən yüksək standartları səviyyəsindədir. 
Buna görə, yolun tikintisi ilə bilavasitə  məşğul olan "Turan Xəzinədaroğlu" inşaat-ticarət anonim şirkətinə, 
eyni zamanda, yerli şirkətlərə öz minnətdarlığımı bildirmək istəyirəm. 
Çox sevindirici haldır ki, bu yolun tikintisində yerli şirkətlər də iştirak edirdilər. Onlar müasir təcrübə 
əldə edirlər və görülən işlər də onu deməyə  əsas verir ki, Azərbaycanda artıq yüksək dünya standartları 
səviyyəsində çalışa bilən şirkətlər mövcuddur. Bizim vəzifəmiz bu şirkətlərə daha gözəl şərait yaratmaqdan 
ibarətdir. Mən hesab edirəm, son müddət ərzində, ümumiyyətlə, sahibkarlığın inkişafına verilən dəstək bu 
məqsədlərə çatmağımıza imkan yaradacaqdır. 
Bu yolun digər hissələrində də inşaat başlanıbdır. İndi istismara verilən yol Bakıdan Gürcüstan sərhədinədək 
olan yolun bir hissəsidir. Həmin yolun Azərbaycan  ərazisindəki digər hissələri də tezliklə inşa ediləcəkdir. 
Beləliklə, Azərbaycanı  şərqdən qərbə doğru birləşdirən yeni müasir yol istismara veriləcəkdir. Ancaq eyni 
zamanda, digər istiqamətlərdə də işlər getməlidir və gedəcəkdir. Bu, regional inkişaf proqramında da öz əksini 
tapıbdır. Bakıdan Rusiya və İran sərhədləri istiqamətlərindəki yollar da ən yüksək səviyyədə çəkilməlidir.  
Beləliklə, Azərbaycanın çox əlverişli coğrafi vəziyyəti bizə imkan verəcək ki, ölkəmizin  ərazisi ilə daha 
böyük həcmdə yüklər daşınsın.  
Azərbaycanın çox böyük təbii ehtiyatları var. Azərbaycanın çox gözəl gələcəyi var. Amma eyni zamanda, 
nəqliyyat sahəsində də böyük perspektivlər vardır. Şimal–Cənub və Şərq–Qərb dəhlizləri də məhz Azərbaycan-
dan keçir. Əlbəttə, biz bu imkandan səmərəli istifadə etməliyik. Əminəm ki, belə də olacaqdır.  
Ümumiyyətlə, Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Yeni yollar salınır, dəmir yolu 
infrastrukturu yeniləşir, yeni vaqonlar alınır və Azərbaycanın özündə də vaqonlar təmir olunur. Yeni təyyarələr, 
gəmilər, tankerlər alınır. Bu isə onu göstərir ki, Azərbaycanda nəqliyyat sektoru çox sürətlə inkişaf edir və bu, 
Azərbaycan prezidenti kimi, məni çox sevindirir.  
Azərbaycanın nəqliyyat infrastrukturu güclənməlidir. Azərbaycan regionun mərkəzinə çevrilməlidir. Bunu 
etmək üçün bütün əsaslar vardır. Təbii sərvətlər vardır. Azərbaycanın intellektual potensialı çox yüksək 
səviyyədədir. Bizim coğrafi vəziyyətimiz bu məqsədə nail olmaq üçün gözəl şərait yaradır.  
Eyni zamanda, yolların salınması Azərbaycanda yeni iş yerlərinin açılması baxımından çox böyük rol 
oynayır. Bildiyiniz kimi, bizim iqtisadi proqramımızın əsas vəzifələrindən biri odur ki, Azərbaycanda minlərlə, 
yüz minlərlə yeni iş yerləri açılsın. Bu proqram artıq həyata keçirilir. Yeni iş yerlərinin açılması üçün müvafiq 
fərmanlar, sərəncamlar verilir, qanunlar qəbul ediləcəkdir.  
Əlbəttə, yol inşaatında da yeni iş yerlərinin açılması mümkün olacaqdır. Mənə verilən məlumata görə, təkcə 
Bakı–Gürcüstan istiqamətində çəkiləcək yolun tikintisində 3500 yeni iş yeri açılacaqdır. 
Ümumiyyətlə, bu layihələr bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanın digər yolları da, şəhərlər-
arası, rayonlararası yollar da təmir olunmalı və yüksək səviyyəyə çatdırılmalıdır.  
Ölkəmiz güclənir, yeniləşir, müasirləşir.  Əlbəttə, biz istərdik ki, Azərbaycanda hər bir sahədə görülən və 
görüləcək işlər ən yüksək dünya standartları səviyyəsində olsun. 
Əziz dostlar! 


52 
 
Bu gün bu yolun açılışı Azərbaycanın müasir tarixində əlamətdar bir hadisədir. Mən bu hadisə münasibətilə 
sizi bir daha təbrik edir, hamınıza uğurlar arzulayıram.  
Xeyirli olsun, uğurlu olsun! 
 
 
 
Mərasim başa çatdıqdan sonra  
jurnalistlərə müsahibə 
 
S u a l: Cənab Prezident, fevralın 19-da Macarıstanda baş vermiş hadisə ilə  əlaqədar nə deyə 
bilərsiniz?  
C a v a b: İstintaq gedir. İstintaq qurtarsın, ondan sonra bəlli olacaqdır. Hələ heç kimi təqsirləndirmək lazım 
deyil. İstintaq göstərəcəkdir.  
S u a l: Cənab Prezident, vəkilin təyin olunması üçün rəsmi olaraq hansı addımlar atılıbdır?  
C a v a b: Bizim Xarici İşlər naziri bu məsələ ilə məşğul olur. Mən hadisə baş verəndən sonra Xarici İşlər 
nazirinə tapşırıq vermişdim. Bilirsiniz ki, bizim Avstriiyadakı konsulumuz oraya ezam olunmuşdur. Xarici İşlər 
Nazirliyi bu məsələ ilə məşğuldur. Nə kimi kömək lazımdırsa, o da ediləcəkdir.  
S u a l: Cənab Prezident, xaricdə  fəaliyyət göstərən erməni təşkilatları  və Ermənistan rəhbərliyi 
çalışırlar ki, bu hadisədən gələcək danışıqlar prosesində öz məqsədləri üçün istifadə etsinlər. Sizcə bu, 
danışıqlar prosesinə təsir göstərə bilərmi?  
C a v a b: Mən hesab etmirəm ki, təsir etsin. Düzgün qeyd edirsiniz, Ermənistan və ermənipərəst qüvvələr 
bundan istifadə etmək istəyirlər. Amma sizə deyə bilərəm ki, beynəlxalq təşkilatlar da Ermənistan tərəfindən 
aparılan kampaniyaya çox mənfi münasibət bildirirlər.  
Bu günlərdə mənim Terri Devislə söhbətim olubdur. Ona bildirdim ki, hər il təmas xəttində belə hadisələr 
çox olur. Ona görə bu hadisəni şişirdib şou yaratmaq heç kimə  şərəf gətirmir. Mən məsləhət görərdim ki, bu 
məsələdən istifadə etmək istəyənlər bundan əl çəksinlər. Bu, adi bir hadisədir. Fərdi qaydada baş vermiş 
hadisədir. Deməyə  əsas var ki, bu məişət zəminində baş vermiş hadisədir. Buna başqa bir siyasi don geyin-
dirmək düzgün deyildir.  
S u a l: Cənab Prezident, dəfələrlə  bəyan etmisiniz ki, əgər sülh danışıqları  nəticə verməsə  və 
torpaqlarımız danışıqlar nəticəsində azad olunmasa, Azərbaycan öz torpaqlarını güc yolu ilə geri 
alacaqdır. Bu baxımdan danışıqlara hansısa bir vaxt həddi qoymaq olarmı?  
C a v a b: Müddət qoymaq çətindir.  Əlbəttə, elə  ən asanı o olardı ki, müddət qoyulsun. Amma hər  şey 
danışıqların gedişindən asılı olacaqdır. Hələlik ümidlər var ki, danışıqlar hansısa bir nəticəyə  gətirib 
çıxaracaqdır. Bilirsiniz ki, beynəlxalq ictimaiyyət son aylar ərzində bu məsələyə çox ciddi yanaşmağa 
başlayıbdır. Avropa Şurası, Avropa Birliyi, digər qurumlar artıq bu məsələ ilə  əlaqədar öz qəti fikirlərini 
bildirirlər. O fikirlər də reallığı, həqiqəti, beynəlxalq hüquq normalarını əks etdirir. Bizim də məqsədimiz odur 
ki, bu münaqişəyə yalnız beynəlxalq hüquq normaları prizmasından baxılsın. Hesab edirəm ki, hazırda 
Azərbaycan üçün əlverişli şərait yaranır. Ona görə münaqişənin həlli istiqamətində yeni addımlar da olacaqdır. 
Mən ümid edirəm ki, biz buna danışıqlar yolu ilə nail ola bilərik.  
S u a l: Cənab Prezident, Xocalı faciəsi ilə bağlı Azərbaycan parlamentində hansı addımlar atılmalıdır 
ki, bu faciəni başqa dövlətlərin parlamentlərində tanınmasına nail ola bilək. Bunun üçün bizim 
parlamentdə, demək olar ki, heç bir praktiki addım atılmayıbdır.  
C a v a b: Bilirsiniz, gərək bununla bütün ictimaiyyət məşğul olsun. Əgər Ermənistanın iddia etdiyi uydurma 
“soyqırımı” ilə analogiya aparsaq, görərik ki, bunun bəzi parlamentlərdə müzakirəsində, yanlış qərarların qəbul 
olunmasında heç də Ermənistan parlamentinin rolu olmayıbdır. Ermənistanın müxtəlif qurumlarının, qeyri-
hökumət təşkilatlarının, lobbi təşkilatlarının, ictimai təşkilatlarının fəaliyyəti olubdur. Əgər bizim qeyri-
hökumət təşkilatları bu vəzifəni öz üzərlərinə götürsələr, hesab edirəm, bu daha yaxşı olardı. Təəssüf edirəm ki, 
onların bəzilərinin fəaliyyəti digər istiqamətə yönəlibdir. Düşünürəm ki, ilk növbədə, ictimai təşkilatlar, 
ictimaiyyət, qeyri-hökumət təşkilatları və xaricdə yaşayan azərbaycanlılar  bu istiqamətdə fəal olmalıdırlar.  
S u a l: Cənab Prezident, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı  tənqidi 
fikirlər  vardır. Bununla əlaqədar nə deyə bilərsiniz?  
C a v a b: Hesabatla tanış oldum, mənə  məruzə elədilər. Burada elə bir böyük problem görmürəm. Eyni 
zamanda, digər ölkələrə aid olan hissələri də oxudum. Deyə bilərəm ki, orada MDB ölkələri və digər ölkələr 
tənqid olunur. Mən buna böyük önəm verməyi məsləhət görməzdim. Bu hər il baş verən bir hadisədir. Demək 
olar ki, hər il hesabatdakı fikirlər təkrarlanır və təkcə biz tənqid olunmuruq, digər ölkələr də tənqid edilir. Əgər 
bu tənqid  əsaslıdırsa,  əlbəttə, hər bir ölkə özü üçün nəticə  çıxarmalıdır. Yox, əgər qərəzlidirsə,  əlbəttə, buna 
əhəmiyyət verilməyəcəkdir. Mən məsələyə bu prizmadan yanaşıram. Sağ olun. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə