İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

48 
 
 
MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT  
VI MƏHƏMMƏDƏ 
 
Əlahəzrət! 
Mərakeş məmləkətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz 
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan ilə  Mərakeş arasında yaranmış dostluq və  əməkdaşlıq münasibətləri xalqları-
mızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına sülh və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 26 fevral 2004-cü il 
 


49 
 
 
BOLQARISTAN RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ 
CƏNAB GEORGİ PİRVANOVA 
 
Hörmətli cənab Prezident! 
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün Bolqarıstan xalqını 
şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan ilə Bolqarıstan arasında dostluq və  əməkdaşlıq  əlaqələrinin hərtərəfli inkişafı daim 
xalqlarımızın rifahına xidmət edəcəkdir.  
Sizə möhkəm cansağlığı, işlərinizdə  uğurlar, dost Bolqarıstan xalqına  əmin-amanlıq və firavanlıq arzu-
layıram.  
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 26 fevral 2004-cü il 
 


50 
 
 
UKRAYNA ALİ RADASININ SƏDRİ  
VLADİMİR LİTVİN VƏ ONU MÜŞAYİƏT EDƏN ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
27 fevral 2004-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli Vladimir Mixayloviç! 
Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. 
Ölkələrimiz arasında  ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri mövcuddur. Bu münasibətlər 
ölkələrimizin qarşılıqlı fəaliyyətinin bütün dövrlərində – biz bir dövlətdə yaşadığımız vaxtlarda da, ən əsası isə, 
müstəqillik qazandıqdan sonra da inkişaf etmiş və möhkəmlənmişdir. Ukrayna və Azərbaycan tərəfdaş və dost 
ölkələrdir. İkitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir, iqtisadiyyat sahəsində, humanitar sahədə yaxşı 
əməkdaşlıq edirik. Biz beynəlxalq təşkilatlar, o cümlədən GUÖAM kimi regional əməkdaşlıq təşkilatı 
çərçivəsində çox fəal əməkdaşlıq edirik.  
Bütün bu nailiyyətlər ölkələrimiz arasında münasibətlərin bundan sonra da belə müsbət istiqamətdə inkişaf 
edəcəyinə inanmağa böyük əsas verir. 
Bu əməkdaşlığımızın əsası xeyli dərəcədə prezidentlərimiz Leonid Kuçma və Heydər Əliyev arasında yaxın 
dostluq münasibətləri ilə qoyulmuşdur. Onların arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət bu gün Ukrayna ilə 
Azərbaycanın dost və tərəfdaş olmasında böyük rol oynamışdır.  
Biz Azərbaycanda bu siyasəti davam etdiririk və etdirəcəyik. Hörmətli prezident Leonid Kuçma ilə 
keçirdiyimiz görüşlər qətiyyətlə deməyə imkan verir ki, münasibətlərimiz bundan sonra da belə uğurla inkişaf 
edəcəkdir.  
Bu baxımdan parlamentlərimizin üzvləri arasında  əlaqələr də mühüm yer tutur. Fərəhli haldır ki, bu 
istiqamətdə də qarşılıqlı fəaliyyətimiz çox yaxşı səviyyədədir. Parlamentlərimizin üzvləri Avropa təşkilatlarında 
fəal əməkdaşlıq edirlər, mən özüm də Avropa təşkilatları çərçivəsində belə səmərəli əməkdaşlığın iştirakçısı və 
şahidi olmuşam. 
Əlbəttə, parlament rəhbərləri arasında ikitərəfli  əlaqələr çox vacibdir. Mən bilirəm ki, sizinlə Azərbaycan 
parlamentinin sədri cənab  Ələsgərov arasında çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Biz bunu 
alqışlayırıq. Ümidvaram ki, ölkəmizə  səfəriniz yaddaşınızda qalacaq və ikitərəfli münasibətlərimizin daha da 
inkişaf etməsinə kömək edəcəkdir. Bunda həm Azərbaycan xalqı, həm də Ukrayna xalqı maraqlıdır.  
Sizi bir daha salamlayıram və ümid edirəm ki, vətənə xoş təəssüratla qayıdacaqsınız.  
V l a d i m i r   L i t v i n:  Çox sağ olun, cənab Prezident! 
İlk növbədə, mən və həmkarlarım Ukrayna parlamentinin nümayəndə heyəti ilə görüşə vaxt ayırdığınıza görə 
Sizə minnətdarlığımızı bildirmək istəyirik. Bura gələn kimi biz dərhal Heydər Əliyevin məzarını ziyarət etdik, 
gül-çiçək qoyduq. Mən bu imkandan istifadə edərək bu əvəzsiz itki ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək 
istərdim. Bu heç də təkcə Sizin ölkənizin xalqı üçün itki deyildir. Heydər Əliyev Krıma gələrkən mənə bir neçə 
il onu müşayiət etmək, onunla çox maraqlı söhbətlər etmək xoşbəxtliyi nəsib olmuşdur. Bu mənim üçün dərs idi 
və bunu həyatımın sonunadək unutmayacağam. Çünki onun həyatı tarixin bütöv bir qatıdır, sovet və postsovet 
tarixinin böyük bir bölməsidir. Mən bilirəm ki, Heydər  Əliyevin ölkəmizin prezidenti ilə  sırf insani müna-
sibətləri var idi. Ən ağır məqamlarda, o cümlədən iqtisadi xarakterli məsələlərdə həmişə biz onun dəstəyini hiss 
etmişik. Yadımdadır, prezident Kuçma telefonla Heydər  Əlirza oğluna müraciət edərək, yanacaq məsələsində 
kömək göstərməyi xahiş edəndə bu dərhal həll olundu. Belə bir hərəkəti yalnız dahi insan edə bilərdi. Çünki 
dahi insan kiçik işlərdə də, böyük işlərdə də dahidir.  
Mən həm də prezident seçilməyiniz münasibətilə Ukrayna parlamenti adından Sizi təbrik etmək istəyirəm. 
Bu, varisliyi və atanızın həyata keçirdiyi xəttin dəstəklənməsini sübut edir. Siz seçkilərdə yüksək səs topladınız. 
Bizim nümayəndə heyəti də seçkiləri müşahidə edirdi və onun üzvləri bu prosesin demokratikliyini və xalqın 
Sizə inandığını gördülər. Biz buna şadıq. Çünki ölkələrimiz arasında  əməkdaşlığın yüksələn xətlə davam və 
inkişaf etməsini istəyirik.  
Burada, parlamentdə biz bu istiqamətdə işləməyə hazırıq. Cənab Ələsgərovla da gözəl insani münasibətləri-
miz vardır. Bu gün biz həm ikitərəfli əlaqələrimizlə, həm də regional və beynəlxalq məsələlərlə bağlı bir sıra 
mürəkkəb məsələləri müzakirə etdik. Bütün bu məsələlərdə aramızda tam anlaşma var və əminik ki, bu, sabah 
müsbət nəticələr verəcəkdir. 
Biz Azərbaycanda olmağımızdan çox şadıq və  əminik ki, iqtisadi potensialımız gücləndikcə ölkələrimizin 
inkişaf dinamikası da artacaqdır. Sağ olun. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə