İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

36 
 
 
KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ  
ƏLAHƏZRƏT ŞEYX CABİR ƏL-ƏHMƏD  
ƏL-CABİR ƏS-SABAHA 
 
Əlahəzrət! 
Küveyt dövlətinin milli bayramı – Milli gün münasibətilə Sizi və Sizin simanızda bütün Küveyt xalqını 
şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan ilə Küveyt arasında yaranmış möhkəm dostluq, sıx  əməkdaşlıq münasibətlərini 
xalqlarımızın iradəsinə uyğun olaraq inkişaf etdirmək üçün bundan sonra da səylərimizi davam etdirəcəyik. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan  Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 12 fevral 2004-cü il 
 


37 
 
 
BRUNEY DƏRUSSALAMIN SULTANI  
ƏLAHƏZRƏT  
HƏSSƏNAL BOLKİAHA 
 
Əlahəzrət! 
Bruney Dərussalamın milli bayramı – Milli gün münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı 
şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Əminəm ki, xalqlarımızın rihafı naminə ölkələrimiz arasındakı dostluq və  əməkdaşlıq münasibətlərinin 
inkişafı üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.  
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 12 fevral 2004-cü il 


38 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB VLADİMİR PUTİNƏ 
 
Hörmətli Vladimir Vladimiroviç!  
Moskva şəhərindəki "Transvaal" akvaparkında tavanın çökməsi nəticəsində çoxsaylı insan tələfatı xəbəri 
məni son dərəcə kədərləndirdi. 
Baş vermiş faciə ilə  əlaqədar Sizə, həlak olanların ailələrinə  və yaxın adamlarına dərin hüznlə başsağlığı 
verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 16 fevral 2004-cü il 
 


39 
 
 
«AZƏRBAYCANDA 10 İLLİK HUMANİTAR FƏALİYYƏT: TƏSİR,  
QAZANILMIŞ TƏCRÜBƏ, GƏLƏCƏK İSTİQAMƏTLƏR»  
MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA NİTQ 
 
«Gülüstan» sarayı  
 
17 fevral 2004-cü il 
 
Hörmətli xanımlar və cənablar! 
Hörmətli konfrans iştirakçıları! 
Əziz qonaqlar!  
Mən sizin hamınızı salamlayır və konfransa uğurlar arzulayıram. 
Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox mühüm bir hadisədir. Bu konfrans 10 il ərzində 
görülən işlərə qiymət verəcək və eyni zamanda, gələcək perspektivlər haqqında təhlillər aparacaqdır. On il 
ərzində görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, donor ölkələr, beynəlxalq humanitar 
təşkilatlar, müxtəlif yerli və xarici şirkətlər bu istiqamətdə fəaliyyət göstərərkən 600 milyon dollar səviyyəsində 
humanitar yardım etmişlər. Bu çox böyük rəqəmdir, bunu hamımız bilməliyik.  Əgər on il ərzində bu yardım 
göstərilməsəydi, ağır vəziyyətdə yaşayan insanlarımız, xüsusilə, məcburi köçkünlər və qaçqınlar çox çətin 
vəziyyətdə qala bilərdilər. Keçən il müxtəlif mənbələrdən bu istiqamətə 36 milyon dollar vəsait yönəldilmişdir. 
Mən əminəm ki, bu ənənələr gələcəkdə də davam edəcəkdir. 
Ermənistanın Azərbaycana qarşı  təcavüzü nəticəsində, işğalçılıq, etnik təmizləmə siyasəti nəticəsində bir 
milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşübdür. Əfsuslar olsun ki, dünyada bu göstəriciyə 
görə Azərbaycan, demək olar, yeganə ölkədir. Səkkiz milyon əhalinin bir milyonu qaçqın və köçkündür. Bu çox 
böyük humanitar fəlakətdir. Əlbəttə, əgər bütün əlaqədar orqanlar, beynəlxalq humanitar təşkilatlar, Azərbaycan 
dövləti bu məsələ ilə ciddi məşğul olmasa, çətin vəziyyətdə yaşayan insanlarımızın vəziyyəti daha da ağır ola 
bilər. Demək olar, onlar bu gün ən çətin vəziyyətdə yaşayan insanlardır. Ona görə  mən hesab edirəm ki, 
humanitar təşkilatların fəaliyyətinin öncül istiqaməti qaçqınlara və köçkünlərə göstərilən yardım olmalıdır. Bu, 
keçmişdə də belə olubdur, bu gün də belədir. Azərbaycan dövlətinin də mövqeyi məhz belədir. 
Heydər  Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycanda böyük uğurlar  əldə olunub, o cümlədən də 
iqtisadi sahədə, sosial məsələlərin həllində. Amma Azərbaycan üçün ən ağır sosial məsələ qaçqınların və 
köçkünlərin çətin vəziyyətdə yaşamasıdır.   
Donor ölkələr, beynəlxalq humanitar təşkilatlar, neft şirkətləri, yerli təşkilatlar bu istiqamətdə çox böyük 
işlər görüblər. Mən Azərbaycan Respublikasının prezidenti kimi, bu işlərə görə dərin minnətdarlığımı bildirmək 
istəyirəm.  
Eyni zamanda, Azərbaycan dövləti də bu istiqamətdə  işlər görür. Düzdür, 1993-cü ildə Azərbaycanda 
yaranmış ictimai-siyasi vəziyyət, böhran, o cümlədən iqtisadi böhran dövlətin bu məsələ ilə lazımi səviyyədə 
məşğul olmasına imkan vermirdi. Çünki xəzinə boş idi, Azərbaycanda müharibə gedirdi, ölkə daxilində gedən 
proseslər də bizə imkan vermirdi ki, Azərbaycanda iqtisadi islahatlar aparılsın. Yalnız Azərbaycanda ictimai-
siyasi sabitlik yaranandan sonra, 1996-cı ildən etibarən Azərbaycanda iqtisadi islahatlar başlandı  və bu 
islahatların nəticəsində ölkə qısa müddət ərzində iqtisadi baxımdan çox böyük uğurlara nail olubdur. Bu uğurlar 
haqqında kifayət qədər danışılıbdır. Bunu iqtisadi göstəricilərimiz də təsdiqləyir.  
Yeddi il ərzində ümumi daxili məhsulun orta illik artımı, təxminən, 10 faiz təskil edir. İnflyasiyanın səviyyə-
si uzun illərdir ki, 2–3 faizdən yuxarıya qalxmır. Əhalinin pul gəlirləri ildən-ilə artır. Əminəm ki, gələcəkdə də 
keçiriləcək islahatların nəticəsində, görülən digər tədbirlərin nəticəsində Azərbaycan iqtisadi cəhətdən çox güclü 
ölkəyə çevriləcəkdir. 
Beləliklə, yalnız və yalnız ölkədə maliyyə resursları yaranandan sonra dövlətimiz bu məsələyə daha böyük 
diqqət göstərməyə başladı. Yəni imkanlar yarandı. Bilirsiniz ki, Azərbaycanda Heydər  Əliyevin neft strate-
giyasının nəticəsi olaraq yaranmış Neft Fondunda yığılan ilk vəsait məhz qaçqınların və köçkünlərin həyat 
səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. Çünki bu bizim üçün öncül məsələdir. Bu insanlar sosial ba-
xımdan ən az müdafiə olunan insanlardır. Təbii ki, bu vəsaitlər, ilk növbədə, onların həyat səviyyəsinin yaxşı-
laşdırılmasına yönəldilmişdir. Bu gələcəkdə də belə olacaqdır. 
Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcəkdir. Azərbaycanda aparılan böyük işlər, neft strategiyasının 
nəticələri yaxın zamanlarda özünü daha da çox göstərəcək və qaçqınların, köçkünlərin, digər aztəminatlı 
insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa imkan verəcəkdir. Bu, bizim məqsədimizdir.  
Azərbaycan bazar iqtisadiyyatı prinsipləri ilə inkişaf edən ölkədir. Azərbaycanda bazar iqtisadiyyatını təcəssüm 
etdirən, demək olar ki, bütün amillər mövcuddur. Azərbaycanın ümumi daxili məhsulunun 74 faizi özəl sektorun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə