İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

31 
 
əvvəl, bu fəaliyyətə başlayanda, bəziləri buna, necə deyərlər, ciddi yanaşmırdı. Hesab edirdilər ki, bu, sadəcə 
olaraq, siyasi gedişlərdir. Halbuki həyat göstərir ki, bütün bu məsələlər danışıqların istiqaməti üçün gözəl 
zəmindir. Mən əminəm ki, bu zəmində münaqişə öz həllini tapar. Əgər siz Rusiyanın qəzetlərinə nəzər salsanız, 
görərsinz ki, onların səhifələrində erməni işğalı haqqında artıq açıq-aydın bildirilir. Halbuki, bir neçə il əvvəl bu 
barədə heç deyilmirdi. Yəni, bu bizim diplomatik uğurumuzdur. Əminəm ki, bunun əsasında bizi qane edən bir 
variant ortaya çıxa bilər.  


32 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
80 İLLİK YUBİLEYİNİN  
KEÇİRİLMƏSİ HAQQINDA 
 
2004-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 ili tamam olur. Naxçıvan 
Muxtar Respublikasının yaradılmasının Azərbaycan xalqının həyatında böyük tarixi-siyasi əhəmiyyətini nəzərə 
alaraq, Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev 1999-cu il fevralın 4-də «Naxçıvan Muxtar 
Respublikasının 75 illiyinin keçirilməsi haqqında» geniş  məzmunlu fərman imzalamışdı. Fərmana  əsasən 
yaradılmış Dövlət Komissiyası yubiley tədbirləri hazırlayaraq onların həyata keçirilməsini təmin etmişdir. 
Naxçıvanda və Azərbaycanın başqa  şəhər və rayonlarında Naxçıvan Muxtar Respublikasının 75 illiyinə  həsr 
edilmiş çoxsaylı yubiley tədbirləri, o cümlədən elmi-praktik konfranslar, festival, müsabiqə  və  sərgilər 
keçirilmiş, «Naxçıvan Ensiklopediyası»nın, digər elmi, ədəbi və publisistik əsərlərin nəşri təmin edilmiş
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradılmış, Naxçıvanın tarixinə, maddi mədəniy-
yətinə  və memarlıq məktəbinə  həsr edilmiş televiziya verilişləri hazırlanmış  və sair mühüm işlər həyata 
keçirilmişdir. 
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd olunması ilə bağlı  həyata keçirilmiş  tədbirlərin təhlili 
göstərir ki, bu olduqca mühüm və  səmərəli işin davam etdirilməsinə ehtiyac vardır. Ermənistanın apardığı 
təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş  vəziyyətdə, blokada  şəraitində 
yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların  ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın 
tarixinin hələ  də  tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və  zəngin tarixə
mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, 
habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə 
tutarlı cavab verməlidir. 
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük 
əhəmiyyət kəsb etdiyini və onun 80 illiyinin xalqımızın həyatında  əlamətdar hadisə olduğunu nəzərə laraq 
qərara alıram:  
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. 
2. Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi üçün hazırlanmış  tədbirlər planı 
təsdiq edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 9 fevral 2004-cü il 
 


33 
 
 
LİTVA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ROLANDAS PAKSASA 
 
Hörmətli cənab Prezident! 
Litva Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və 
Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı münasibətlər xalqlarımızın mə-
nafeyinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 12 fevral 2004-cü il 
 
 


34 
 
 
ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ARNOLD RÜYTELƏ  
 
Hörmətli cənab Prezident! 
Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və 
bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın 
mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 12 fevral 2004-cü il 


35 
 
 
QAMBİYA RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ 
CƏNAB YƏHYA CAMMEYƏ 
 
Hörmətli cənab Prezident! 
Qambiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Qambiya xalqını 
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan ilə Qambiya arasında təşəkkül tapmış dostluq və  əməkdaşlıq münasibətləri 
xalqlarımızın istək və məramına uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qambiya xalqına sülh və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 12 fevral 2004-cü il 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə