İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   2   3   4   5   6   7   8   9   ...   84

23 
 
Universitetimizin nizamnaməsinə uyğun olaraq, MDBMİ (U)-nun fəxri doktoru dərəcəsi verilməsinin dəqiq müəyyən 
edilmiş qaydası mövcuddur. Statusa uyğun olaraq, bu dərəcə beynəlxalq münasibətlərin inkişafına, sülhün və 
təhlükəsizliyin möhkəmlənməsinə, müxtəlif xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, 
mədəniyyətin və iqtisadiyyatın inkişafına böyük töhfəsi olan görkəmli siyasi və ictimai xadimlərə, xarici ölkələrin 
alimlərinə verilir. Çox hörmətli cənab Prezident, Sizə  və bu salonda oturanlara böyük məmnuniyyət hissi ilə 
bildirirəm ki, Elmi Şura universitetin nizamnaməsini rəhbər tutaraq və öz səlahiyyətlərimə uyğun olaraq dünyada 
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, ölkələrimiz arasında münasibətlərin inkişafına, təhsilin, mədəniyyətin və 
iqtisadiyyatın inkişafına töhfənizə görə 2003-cü il dekabrın 9-da Sizə MDBMİ (U)-nun fəxri doktoru adının verilməsi 
barədə yekdilliklə qərar qəbul etmişdir.  
Mən  şuranın iradəsini yerinə yetirərək bu adın rəmzlərini – MDBMİ (U)-nun fəxri doktoru diplomunu, 
medalını və mantiyasını Sizə təqdim etmək istəyirəm.  
Mövcud prosedura uyğun olaraq mərasimin rəsmi hissəsi başa çatır və  mən sözü fəxri doktora verirəm. 
Lakin bu gün bizim öz sürprizimiz var. Bu gün biz, ilk dəfə olaraq, Məzunlar Assosiasiyası  adından MDBMİ 
(U)-nun Məzunları Assosiasiyasının fəxri üzvü diplomunu İlham Heydər oğlu Əliyevə təqdim edirik. Özü də bu 
diplomda belə yazılmışdır: "Seriya – dövlət başçısı, nömrə – nömrə 1".  
Əminik ki, dövlət başçısı nümunəvi tələbə olmuşdur. Biz bu gün böyük məmnuniyyətlə içərisində qiymət 
kitabçanız və attestatınız olan mücrünü də Sizə  təqdim edirik. Qiymət kitabçanızda ancaq beş  və dörddür, 
attestatınızda isə bütün qiymətləriniz beşdir, bir dənə də dördünüz yoxdur. Mənə Sizin tələbə biletinizin də təqdim 
olunmasını təklif edirdilər. Lakin bu bilet muzeydə saxlanacaqdır. Ancaq Sizə göstərə bilərəm.  
Universitetin rektoru Anatoli Torkunov görüş  iştirakçılarının gurultulu alqışları altında MDBMİ (U)-nun 
fəxri doktoru diplomunu, mantiyanı, medalı və içərisində qiymət kitabçası və attestat olan mücrünü Azərbaycan 
prezidenti İlham Əliyevə təqdim etdi. 
    İ l h a m   Ə l i y e vHörmətli Anatoli Vasilyeviç! 
Əziz dostlar! 
İcazə verin, ilk növbədə, mənə belə yüksək ad verilməsinə görə Sizə təşəkkürümü bildirim. Mən çox gözəl bilirəm 
ki, bu ada iqtisadiyyatın inkişafına böyük töhfə vermiş, siyasi proseslərdə fəal iştirak edən çox məşhur adamlar, böyük 
təcrübəyə malik və nailiyyətlərinin böyük tarixi olan insanlar layiq görülürlər. 
Mən yeni seçilmiş prezidentəm. Təbii ki, bütün bu rütbələri və fəxri adları gələcək fəaliyyətim üçün avans kimi 
qəbul edirəm.  Əziz dostlar, sizi əmin edə bilərəm ki, Azərbaycan prezidenti kimi, bütün fəaliyyətimlə doğma 
institutumuzu layiqincə təmsil etməyə, MDBMİ-nin məzunu adına layiq olmağa çalışacağam və ümidvaram, hətta 
əminəm ki, bu institutda aldığım biliklər, qazandığım təcrübə, tapdığım dostlar, bir sözlə, burada əldə etdiklərimin 
hamısı  mənim bu fəaliyyətimdə çox mühüm rol oynayacaqdır. Bu gün burada olmaq mənim üçün çox xoşdur. 
MDBMİ-nin binasına yaxınlaşdıqda məni həyəcanlı hisslər bürüdü. Axı ömrümün xeyli hissəsi burada keçmişdir. 
MDBMİ-də  təhsil də, aspiranturada təhsil də, sonra universitetdə  işləmək də ömrümün o çağlarına daxildir. Bu 
müddət ərzində mən burada nəinki biliklərə yiyələndim, dünyagörüşümü genişləndirdim, həm də və ən başlıcası, çox 
etibarlı, sadiq dostlar tapdım. Mən təhsilimi bitirdikdən, MDBMİ-də işdən getdikdən sonra da onlarla uzun müddət 
ərzində əlaqə saxlayıram. Ümidvaram ki, əlaqələrimiz gələcəkdə də davam edəcəkdir. Mən buna əminəm. Bu gün 
mən bu salonda çox tanışlarımı və mənə əziz olan simaları görürəm. Çox ümid edirəm ki, mərasim başa çatdıqdan 
sonra biz görüşüb söhbət edəcəyik. Fürsətdən istifadə edib bütün dostlarımı – onlar kimləri nəzərdə tutduğumu 
bilirlər – Azərbaycana gəlməyə, qonağımız olmağa dəvət etmək istərdim. Düşünürəm ki, bu, dostluğumuzun yaxşı 
davamı olardı.  
Bu gün mən, Azərbaycan prezidenti kimi, Rusiyaya rəsmi səfərimi başa çatdırdım. Bu, ilk rəsmi səfər idi və ölkələrimiz 
arasında ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyəti var. 
Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlət olaraq Azərbaycan çox çətinliklərə məruz qaldı, çox mürəkkəb 
problemlərlə – iqtisadi və siyasi böhranla, cəmiyyətdə xaos və anarxiya, müharibənin nəticələri, vətəndaş müharibəsi 
ilə qarşılaşdı. Bütün bunları aradan qaldırmaq üçün Azərbaycan rəhbərliyindən, ilk növbədə, prezident Heydər 
Əliyevdən çox böyük, titanik səylər göstərmək tələb olunurdu. 1993-1996-cı illər dövründə ölkə daim gərgin 
vəziyyətdə idi – daxili problemlər, sosial məsələlərin həll edilməmiş qalması, Azərbaycan ərazisinin Ermənistan 
tərəfindən işğal olunması.  Əlbəttə ki, bütün bunlar vətəndaşlarımızın vəziyyətini ağırlaşdırırdı. Lakin siyasi, 
iqtisadi və sosial sahələrdə  qətiyyətlə islahatlar aparılması sayəsində 1996–1997-ci illərdən başlayaraq ölkə 
iqtisadi inkişafın bir çox göstəricilərində nəzərəçarpacaq dərəcədə irəlilədi. 1996-cı ildən iqtisadiyyatımızın ar-
tım sürəti ildə, orta hesabla, 10 faiz təşkil edir, inflyasiyanın səviyyəsi isə 2 faizdən yuxarı deyildir. Azərbaycan 
regional layihələrin fəal iştirakçısıdır. Azərbaycan iqtisadiyyatına çox böyük məbləğdə xarici sərmayələr 
qoyulmuşdur və bu göstəricidə ölkəmiz MDB dövlətləri arasında liderdir. Gələcək üçün çox yaxşı 
perspektivlərimiz var. Biz həyata keçirilən regional layihələrə böyük əhəmiyyət veririk. İndi Azərbaycanda, 
ekspertlərin rəyincə, dünyada ən möhtəşəm energetika layihələri çox uğurla həyata keçirilir.    


24 
 
Bütün nailiyyətlərimiz, planlarımız ancaq bir şeyə – Azərbaycan vətəndaşlarına daha layiqli həyat yaratmağa, sosial 
problemləri, qaçqınların və  məcburi köçkünlərin məsələlərini həll etməyə yönəldilmişdir. Bununla da ölkə 
möhkəmlənmiş olar. 
Belə siyasət çərçivəsində Azərbaycanın öz qonşuları ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Ölkə-
lərimiz – Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsini müşahidə etmək bu gün 
bizim üçün çox xoş və sevindiricidir. Bəli, ölkələrimizin münasibətləri tarixində mürəkkəb, bəzən də dramatik 
dövrlər olubdur. Xoşbəxtlikdən, bunların hamısı keçmişdə qalmışdır. Azərbaycan və Rusiya prezidentlərinin – 
Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qarşılıqlı anlaşmanın, 
qarşılıqlı hörmət və etimadın belə yüksək səviyyəsinə nail olmuşuq və indi ikitərəfli  əməkdaşlıqda uğurları, 
əsasən, bu müəyyənləşdirir. 
İndiki səfər bir daha aydın göstərdi ki, ölkələrimiz arasında heç bir həll edilməmiş problem yoxdur. Mürək-
kəb və həllolunmaz görünən problemlər həll edilmişdir. Bu sıraya Xəzər regionuna, hərbi-texniki əməkdaşlığa 
dair məsələləri, iqtisadi xarakterli məsələləri də aid etmək olar. Ona görə  də biz gələcəyə böyük nikbinliklə 
baxırıq. 
Uğurlarımızı təsdiqləyən bir neçə konkret misal çəkə bilərəm. Bu uğurlar Xəzər dənizinin statusu ilə əlaqədar Ru-
siya ilə Azərbaycan arasında siyasi qarşılıqlı anlaşma və qarşılıqlı əməkdaşlıq ruhu sayəsində mümkün olmuşdur. Bu 
məsələ barəsində 1990-cı illərdə, daha dəqiq desək, 1994-1996-cı illərdə ziddiyyətlər, fikir ayrılıqları vardı, 
beynəlxalq hüquq normaları müxtəlif cür yozulurdu. Lakin tərəflərin səyləri ilə, qarşılıqlı fayda və qarşılıqlı anlaşma 
zəminində bu məsələ  həllini tapdı  və indi Rusiya ilə Azərbaycan arasında milli sektorlarımızı müəyyənləşdirən 
müvafiq saziş imzalanmışdır. Bu sənəd Rusiyanın da, Azərbaycanın da mənafelərinə tam uyğundur. 
Regional təhlükəsizliyin təmin edilməsində son dərəcə mühüm rol oynayan Qəbələ radiolokasiya stansiyasının 
statusu barədə məsələnin həll olunmaması, ümumiyyətlə, əməkdaşlığımızın yolunda çəkindirici amil olan mühüm 
məsələ idi. Bu məsələ də həllini tapdı və Rusiya ilə Azərbaycan arasında müvafiq saziş imzalandı. 
İndi Azərbaycan nefti Rusiyanın Novorossiysk limanına nəql edilir. Ölkəmizə Rusiya ərazisindən qaz və 
elektrik enerjisi göndərilir. Ölkələrimiz arasında əmtəə mübadiləsi xeyli artmışdır. Əmtəə dövriyyəsi 2002-ci ildə 
70 faiz, ötən il isə 40 faiz çoxalmışdır. Bu gün iki ölkə arasında əmtəə dövriyyəsi təxminən yarım milyard dollar 
təşkil edir. Bizim vəzifəmiz bunu iki dəfə artırmaqdır. Bunun üçün potensial mövcuddur, çünki ölkələrimiz iqtisadi 
cəhətdən uğurla inkişaf edir. Arzu və istək də var, siyasi münasibətlər elə yüksək səviyyədədir ki, bu məqsədlərin 
həyata keçirilməsi üçün yaxşı zəmin yaradır. 
Humanitar sahədə  əməkdaşlıq həmişə, hətta iqtisadi əməkdaşlığın yenicə başlandığı dövrlərdə  də yüksək 
səviyyədə olmuşdur. Biz rus mədəniyyətinə, rus dilinə çox böyük əhəmiyyət verir və çox qayğı ilə yanaşırıq. 
Biz bu ənənəni qayğı ilə qoruyub saxlayırıq. Sizə deyim ki, indi Azərbaycanda 400-dən çox məktəbdə təhsil rus 
dilində aparılır. Müstəqillik illərində onlardan heç biri bağlanmamışdır. 21 dövlət ali məktəbindən 20-də təhsil 
həm də rus dilində aparılır. Bizdə bu baxımdan heç bir məhdudiyyət yoxdur və    Azərbaycanda yerli rusdilli 
mətbuat da çox fəal inkişaf edir. 
Sovet  İttifaqının dağıldığı vaxtdan bəri Azərbaycanda rus dilində  qəzetlərin sayı azalmamış,  əksinə, art-
mışdır. Ümumdünya Rus Mətbuatı Konqresinin ötən ilin sentyabrında məhz Bakıda keçirilməsi faktı daha əyani 
şəkildə sübut edir ki, bu sahədə çox yaxşı ənənələrimiz var.  
Biz ikitərəfli münasibətlərimizi  ənənələrimiz, çoxdankı dostluq əlaqələrimiz və  əlbəttə ki, qarşılıqlı fayda 
əsasında qururuq. İndi bütün sahələrdə əməkdaşlıq Rusiyaya da, Azərbaycana da sərfəlidir. Qeyd etdiyim kimi, 
ikitərəfli əməkdaşlıq məsələlərində bizim aramızda tam qarşılıqlı anlaşma var. Regional siyasət məsələlərində 
çox fəal qarşılıqlı anlaşma var, beynəlxalq siyasətin bir çox məsələlərində baxışlarımız uyğun gəlir.  
Regional layihələr, regional əməkdaşlıq baxımından biz çox istərdik ki, Rusiya bu istiqamətdə aparıcı rolunu 
davam etdirsin. Biz böyük ümid bəsləyirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Rusiya 
Dağlıq Qarabağ  məsələsi ilə  əlaqədar Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizama salınmasında 
bundan sonra da fəal iştirak edəcəkdir. Bu münaqişə bütün regionda çox böyük təhlükə və gərginlik mənbəyidir. 
Ona görə  də Azərbaycan bu münaqişənin dincliklə nizama salınmasına tərəfdar olduğunu dəfələrlə  bəyan 
etmişdir. Təbii ki, bu nizamasalma beynəlxalq hüququn prinsip və normalarına əsaslanmalıdır. Günün reallığı 
belədir ki, Azərbaycan ərazisi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır. Azərbaycanın keçmiş Dağlıq 
Qarabağ Muxtar Vilayəti və onun hüdudlarından kənarda olan digər yeddi rayonu 10 ildən çoxdur işğal 
altındadır. Ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi nəticəsində 1 milyon insan öz ev-eşiyini itirmişdir. 
Təəssüf ki, Azərbaycan əhalinin sayı ilə nisbətdə qaçqın-köçkünlərin sayına görə dünyada birinci yeri tutur – 8 
milyon  əhalinin bir milyonu qaçqın və  məcburi köçkündür. Əlbəttə ki, beynəlxalq birlik bu məsələyə 
münasibətini dəfələrlə bildirmişdir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur. Bu sənədlərdə 
erməni işğal qüvvələrinin  ərazimizdən dərhal çıxarılması  tələb edilir. Avropa Şurası  çərçivəsində  də müvafiq 
sənədlər qəbul olunmuşdur və bu faktlar burada da öz əksini tapır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə