İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   76   77   78   79   80   81   82   83   84

197 
 
 
89. Zeynalabidin Ben Əli (d.1936) – Tunis hərbi və dövlət xadimi, general. 1987-ci ildən Tunis prezidenti. 
Prezident seçilərkən Zeynalabidin Ben Əli öz siyasi proqramını, Tunisdə çiçəklənən, azad, sülhsevər cəmiyyət 
quracağını  vəd etmişdi. – 160. 
 
90. İrlandiya, İ r l a n d i y a   R e sp u b l i k a s ı – Qərbi Avropada dövlət. Sahəsi 70,3 min km
2
, əhalisi 
3,6 milyon nəfərdir.  İnzibati  ərazisi 26 qraflığa və 5 şəhər qraflığına bölünür. Dövlət başçısı prezident, 
qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Dublindir. – 161. 
 
91. Meri Makalis (d.1951) – İrlandiya siyasi xadimi. 1997-ci ildən  İrlandiya prezidenti. 2004-cü ildə 
yenidən opponentlərsiz prezident seçilmişdir. Meri Makalis İrlandiyanın birləşdirilməsinin  ən böyük 
tərəfdarıdır. – 161. 
 
92.  Pakistan, Pakistan İslam Respublikası – Cənubi Asiyada dövlət. Sahəsi 796 min km
2
,  əhalisi 133,5 
milyon nəfərdir. Paytaxtı İslamabad şəhəridir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. 
Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. – 162. 
 
93. Pərviz Müşərrəf (d.1943) – 2001–2007-ci illərdə Pakistan Respublikasının prezidenti, ordu generalı. 
1988–90 və 1993–96-cı illərdə Pakistanın Baş naziri, 1998-ci ildə Baş  qərargah rəisi olmuş, 1999-cu ildə hərbi 
çevriliş nəticəsində  hakimiyyətə gəlmişdir. –  162. 
 
94.  Banqladeş,  B a n q l a d e ş   X a l q   R e s p u b l i- k a s ı – Cənubi Asiyada dövlət. Sahəsi 144 min 
km
2
, əhalisi 123 milyon nəfərdir.  Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 4 vilayətə bölünür. Dövlət başçısı 
prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Dakkadır. – 163. 
 
95.  İacuddin  Əhməd (d.1931) – Banqladeş siyasi və dövlət xadimi. 2002–2009-cu illərdə Banqladeş 
prezidenti. – 163. 
 
96. Yunanıstan, Y u n a n ı s t a n   R e s p u b l i k a s ı – Cənubi Avropada dövlət. Sahəsi 132 min km
2

əhalisi 10,5 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı 
birpalatalı parlamentdir. Paytaxtı Afinadır. – 164,318. 
 
97. Konstantinos Stefanopulos (d.1926) – 1995–2005-ci illərdə Yunanıstanın prezidenti olmuşdur. – 164. 
 
98. Yeni Azərbaycan Partiyası (YAP) – Azərbaycanda ən kütləvi-siyasi partiya. YAP 1992-ci il noyabrın 
21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü 
var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. YAP 
Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və 
dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində  fəal iştirak edir. YAP 
ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir. YAP-ın təsis konfransında (1992) mərhum prezidentimiz 
Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-ın sədri prezident İlham 
Əliyevdir. – 165–173,225. 
 
99. ATƏT-in Parlament Assambleyası –317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-cı ildə 
Parisdə yaradılmışdır. Assambleya ildə bir neçə  dəfə Milli parlament deputatlarını toplayaraq ATƏT-lə bağlı 
məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə  sədr seçir, sədr  əsas yığıncaqlarda iştirak edir. 
Mənzil – qərargahı Kopenhagendədir. Assambleyanın daimi əməkdaşları 14 nəfərdir. – 167. 
 
100. İqrar Əliyev, İ q r a r   H ə b i b   o ğ l u (1924–2004) – şərqşünas, tarixçi. Tarix elmləri doktoru, professor. 
AMEA-nın həqiqi üzvü. 1978-ci ildən ömrünün sonuna kimi AMEA Tarix İnstitutunun direktoru işləmişdir. 
Azərbaycanın qədim dövr tarixini tədqiq edən İ.Əliyev Qədim Şərq tarixinin bir sıra problemlərinə aid əsərlər 
də yazmışdır. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 175–176. 
 
101. Azərbaycan Milli Elmlər Akademiyası – respublikanın ali elmi ocağı. 1945-ci ildə Bakıda təsis edil-
mişdir. 2001-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın 
aşağıdakı bölmələri var: fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; biologiya elmləri; 


198 
 
ictimai elmlər. Burada elmin müxtəlif sahələrinə dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il 
onlarca elmi işin nəticəsi istehsalatda tətbiq olunur. – 175,279,280. 
 
102.  Solomon Passi (d.1956) – bolqar qütb-səyahətçisi, riyaziyyatçı  və siyasətçi. 2001–2005-ci illərdə 
Bolqarıstan Xarici İşlər naziri, 2004-cü ildə Avropa Təhlükəsizliyi və Əməkdaşlıq Təşkilatının sədri olmuşdur. 
– 177–179,189. 
 
103. Şimali Atlantika Bloku, bax: NATO
 
104.  Slovakiya, S l o v a k i y a   R e s p u b l i k a s ı  – Şərqi Avropada dövlət. Sahəsi 49 min km
2
, əhalisi 3,4 milyon 
nəfərdir.  İnzibati cəhətdən 3 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Milli Şuradır. Paytaxtı 
Bratislavadır. 1992-ci ilin noyabrına qədər Çexoslovakiyanın tərkibində olmuşdur. –  180–199. 
 
105. Rudolf Şuster (d.1934) – 1990–92-ci illərdə Slovakiyanın Kanadada səfiri, 1994–99-cu illərdə Kosiçi 
şəhərinin meri, 1999–2004-cü illərdə Slovakiya  Respublikasının prezidenti olmuşdur. –  184. 
 
106. «Sülh naminə tərəfdaşlıq» proqramı – NATO ilə Şərqi Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi 
və hərbi sahələrdə əməkdaşlıq sənədi, 1994-cü il yanvarın 10–11-də NATO Şurasının dövlət və hökumət başçıları 
səviyyəsində Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən təklif edilmişdir. 
Azərbaycan prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Azər-
baycanın «Sülh naminə  tərəfdaşlıq» proqramına qoşulması haqqında sənədi imzalamışdır. 1996-cı ilin aprelində 
Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Baş katibi Xavyer Solana ilə görüşündə 
Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdir. Həmin sənəd  əsasında Azərbaycanın NATO ilə 
tərəfdaşlığının fərdi proqramı hazırlanmışdır. – 186,300,356. 
 
 107. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda 
ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, 
Danimarka,  İslandiyanın imzaladıqları  Şimali Atlantika müqaviləsi  əsasında yaradılmışdır. 1952-ci ildə 
Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuş-
lar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş 
ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə 
tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 
191,300,356. 
 
108. Holland sindromu» – ölkə iqtisadiyyatında əsas diqqətin bir sahəyə yönəldilməsi. – 196. 
 
109. Yaap de Hoop Sxeffer (d.1948) – Niderlandiya siyasi xadimi, 2004-cü ildən NATO-nun Baş katibidir. 
– 191. 
 
110.  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) – respublikada neft və qazın kəşfiyyatına, 
çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz qu-
yularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin iri neft 
şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. – 197,203. 
 
111. TRASEKA, T r a n s x ə z ə r   n ə q l i y y a t   d ə h l i- z i – Avropanı Asiya ilə birləşdirən yol. Bu 
nəqliyyat dəhlizini  Şərqlə  Qərbi birləşdirən orta materik xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi 
Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. –  198,211,227,237. 
 
112. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta 
təşkilatı. 1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Dünyanın 
130-a yaxın ölkəsi fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq valyuta əməkdaşlığına yardım et-
mək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə 
balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respub-
likası Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. – 199. 
 
113. Özbəkistan,   Ö z b ə k i s t a n    R e s p u b l i k a s ı – Orta Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 
min km
2
,  əhalisi 23 206 min nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası  və 12 vilayət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə