İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   76   77   78   79   80   81   82   83   84

201 
 
lin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı  əvvəlcə  Gəncə (1918, 16 
iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni 
suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 
iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan 
Respublikasının parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. 
Xalq maarifi sahəsində  qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminariyasının 
Azərbaycan  şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı 
məqsədi ilə 1919–20-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. 
Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar 
yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan 
rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və 
Bakı–Batum neft kəməri bərpa edildi. – 253. 
 
135. Fətəli Xan Xoyski (1875–1920) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi. 1918–20-ci illərdə 
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Şurasının sədri, daxili işlər,  ədliyyə  və xarici işlər naziri olmuşdur. 
1920-ci ildə Tiflis şəhərində erməni terrorçuları tərəfindən xaincəsinə qətlə yetirilmişdir. – 253. 
136. Ələsgərov – burada Milli Məclisin sədri Murtuz Ələsgərov nəzərdə tutulur.  
137. 31 mart azərbaycanlıların soyqırımı, 1 9 0 5 – 1 8 - c i   i l l ə r   s o y q ı r ı m ı – çarizmin fəal 
köməyi ilə erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanın türk-müsəlman  əhalisinə qarşı  törətdiyi 
genişmiqyaslı qanlı aksiyalar. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlanan vəhşilikləri bütün  
Azərbaycanı və indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrini əhatə etdi. Yüz-
lərlə Azərbaycan kəndi dağıdıldı, yüz minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, xalqımıza məxsus çoxlu 
milli mədəniyyət abidələri məhv və talan olundu. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, 
lakin  əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, bədnam 
«azərbaycanlılarsız Ermənistan» kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata 
keçirmək niyyətindən xəbər verir. – 258–261. 
 
138. Zəngəzur mahalı, Z ə n g ə z u r   q ə z a s ı – XIX əsrin 2-ci yarısında Azərbaycanda  inzibati ərazi vahidi. 
1861-ci ildə  təşkil olunmuşdur. Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli fərmanına  əsasən yaradılmış 
Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdi. – 259. 
 
139. 1990-cı ilin yanvarı – 1990-cı ilin  yanvarında Azərbaycanda faciə baş verdi. Yanvarın 19-dan 20-nə 
keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və 
daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər 
öldürülmüş, 744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və 
şəxsi  əmlaka,  şəhər təsərrüfatına və  vətəndaşlara böyük maddi ziyan dəymişdi. 1990-cı ilin qanlı yanvarı 
Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə vətənin şəhid övladlarının qanı ilə yazılmış 
şərəfli səhifə oldu. –  259. 
 
140. Seneqal, Seneqal Respublikası – Cənubi Afrikada dövlət. Sahəsi 196,2 min km
2
,  əhalisi 8,5 milyon 
nəfərdir.  İnzibati  ərazisi 10 vilayətə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı 
birpalatalı Milli Məclisdir. Paytaxtı  Dakardır. – 263. 
 
141. Abdulay Vad (d.1926) – 2000-ci ildən Seneqal prezidenti. Abdulay Vad Afrika Birləşmş  Ştatları 
yaratmaq ideyasının tərəfdarıdır. – 263. 
 
142. Abbas Abbasov,  A b b a s   A y d ı n   o ğ l u  (d.1949) – 1992–2006-cı illərdə Azərbaycan Respublikası 
Baş nazirinin birinci müavini olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif olunmuşdur.  –  
269. 
 
143. Namiq Abdullayev (d.1971) – sərbəst  güləş ustası. SSRİ  və Azərbaycanın  Əməkdar idman ustası. 
1994–95-ci illərdə Avropa çempionu, 1996-cı il Atlanta Olimpiya Oyunlarında gümüş, 2000-ci ildə Sidney 
Olimpiya Oyunlarında isə  qızıl medal qazanmışdır. Azərbaycan Respublikasının «Tərəqqi» və  «Şöhrət» 
ordenləri ilə təltif olunmuşdur. – 270. 
 


202 
 
144. Mahmud Kərimov, M a h m u d   K ə r i m   o ğ l u (d.1948) – fizik, fizika–riyaziyyat elmləri 
doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki və prezidenti. İlk dəfə olaraq, 
yüksək molekullu sistemlərdə güclü elektrik və maqnit sahəsinin təsiri ilə baş verən elementar  elektrik və 
moleklyar prosesləri, elektrik və fotoelektrik keçiricilərinin maqnit spin effektlərini tədqiq etmişdir. Bir sıra 
ixtisaslaşdırılmış elmi şuraların üzvüdür. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 
278–290. 
 
145.   Vəzirov  Əbdürrəhman,  Ə b d ü r r ə h m a n    X ə l i l  o ğ l u (d.1930) – 1988–90-cı ilin yanvarınadək  
Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. – 286. 
 
146. Fatma Abdullazadə,  F a t m a   H ü s e y n    q ı z ı  (d.1948) – fizika-riyaziyyat elmləri doktoru, 
professor. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri. 1995–2000-
ci illərdə Milli Məclisin deputatı olmuşdur. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. –  
286,287. 
 
147. Pasxa  bayramı – yəhudi və xristian bayramı. Pasxa əvvəllər yəhudilərin Misirdən «çıxıb getmələri» 
münasibətilə, sonra isə yəhudi xalqının xilaskarının zühurunu gözləməklə, xristianlıqda isə İsanın iztirabları, din 
yolunda fəda olunması, onun ölümü və yenidən dirilməsi ilə  əlaqələndirilir.  Əvvəllər yəhudi və xristian 
pasxaları eyni vaxta təsadüf edirdi. 325-ci ildə Ümumdünya xristian yığıncağı xristian pasxasını yəhudi pasxası 
qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Bu tarix aprelin 4-dən mayın 8-dək olan dövrə təsadüf edir. 
– 291–292. 
 
148. Suriya, Su r i y a   Ə r ə b   R e s p u b l i k a s ı – Asiyada dövlət. Sahəsi 185,2 min km
2
, əhalisi 14,8 
milyon nəfərdir.  İnzibati  ərazisi 10 mühafazə (qubernatorluğa) və  Dəməşq munisipalitetinə bölünür. Dövlət 
başçısı prezident, ali qanunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşqdir. – 293. 
 
149. Bəşşar əl-Əsəd (d.1965) – 2000-ci ildən Suriyanın prezidenti. – 293. 
 
150. Danimarka, Danimarka Krallığı – Şimali Avropada dövlət. Sahəsi 43,1 min km
2
,  əhalisi 5,24 milyon 
nəfərdir.  İnzibati  ərazisi 14 amta bölünür. Danimarka konstitusiyalı monarxiyadır. Hökumət başçısı  kraliça, 
qanunverici orqanı birpalatalı folketinqdir. Paytaxtı Kopenhagendir.  – 294. 
 
151. Marqrete II (d.1940) – 1972-ci ildən Danimarkanın kraliçası. Kral IX Frederikin qızıdır. – 294. 
 
152. Mustafa Kamal Atatürk, Q a z i   M u s t a f a   K a- m a l (1881–1938) –Türkiyə dövlət, siyasi və 
hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk Prezidenti (1923–38). Birinci dünya müharibəsi zamanı 
Dardanel boğazının müdafiəsində (1915) şücaət göstərmişdir.  
Atatürk 1919-cu ildə «Kamalçılar hərəkatı»na – milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə 
Atatürk Ankarada yeni parlament – Türkiyə Böyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və  təşkil 
edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və 
«Qazi» fəxri adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxilə-
çilərdən tamamilə azad etdi. 
Atatürk soyadı ona 1934-cü ildə TBMM tərəfindən verilmişdir. – 295–297,323,324,332. 
 
153. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds 
çərçivəsi sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi 
və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və  iştirakçıları yalnız Beynəlxalq 
Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası 
Dünya Bankının üzvüdür. – 299. 
 
154. Əlcəzair, Əlcəzair Xalq Demokratik Respublikası – Şimali Afrikada dövlət. Sahəsi 2381,7 min  km
2

əhalisi 29 milyon nəfərdir.  İnzibati  ərazisi 48 vilayətə  bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı 
birpalatalı Milli Xalq Məclisidir.  Paytaxtı Əlcəzair şəhəridir. – 307. 
155.  Əbdüləziz Buteflik  – 1999-cu ildən Əlcəzair prezidenti. – 307. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə