İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   76   77   78   79   80   81   82   83   84

199 
 
daxildir. Dövlətin başçısı – prezident, qanunverici orqanı – Məclisdir. Paytaxtı Daşkənd səhəridir. – 199,205–
251,262. 
 
114.Yaponiya – Sakit okeanın  Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 372 min km
2
,  
əhalisi 126 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. 
Paytaxtı Tokio şəhəridir. – 202–204. 
 
115. İslam Kərimov, İ s l a m   Ə b d u q ə n i  o ğ l u (d.1938) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–
90-cı illərdə Özbəkistan KP MK-nın Birinci katibi olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidir. 
– 205–251. 
 
116. Daşkənd – Özbəkistanın paytaxtı (1930-cu ildən).  Əhalisi 133 min nəfərdir. Daşkənd Özbəkistanın  ən 
qədim şəhərlərindəndir. Şəhər yaşayış yeri kimi IV-V əsrlərdən mövcuddur. Tarixi mənbələrdə ilk dəfə Çaç (Şaş) adı 
ilə rast gəlinir. XI əsrdən Taş-kənd  (daş şəhər) adlanmışdır. Daşkənd Orta Asiyanın əsas ticarət, sənətkarlıq mərkəzi, 
nəqliyyat qovşağıdır. – 205–244,262. 
 
117. Nizami Gəncəvi,   İ l y a s  Y u s i f  o ğ l u (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dün-
ya  ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil 
olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, 
ümumbəşəri ictimai-siyasi, sosial və  mənəvi-əxlaqi idealları parlaq bədii  əksini tapmışdır. Nizami Gəncəvi 
Yaxın  Şərq  ədəbiyyatında mənzum roman janrının  əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami 
Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın 
mənəvi azadlığı tərənnüm olunur. – 224,230–232,236,237, 240,242,247. 
 
118. Elçibəy, Ə l i y e v   Ə b ü l f ə z  Q ə d i r q u l u   o ğ- l u (1938–2000) – 1989-cu ildə yaradılan 
AXC-nin, sonralar AXCP-nin sədri. 1992–93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olmuşdur. – 
224. 
 
119. Əlişir Nəvai, N i z a m ə d d i n   M i r   Ə l i ş i r  (1441–1501) – özbək şairi, mütəfəkkir, dövlət xadimi. 
Özbək dilində «Xəmsə» yaradaraq Nizami ədəbi məktəbinin ən görkəmli davamçılarından biri kimi Yaxın Şərqdə 
şöhrət qazanmışdır. – 224,232,236,237. 
 
120. Əmir Teymur,  T e y m u r l ə n g,  T e y m u r , T o -p a l   T e y m u r  (1336–1405) – Orta Asiya 
görkəmli dövlət xadimi, sərkərdə,  əmir. Teymurilər imperiyasının banisi. Türkləşmiş barlas tayfasından idi; 
döyüşlərdə aldığı yaralara görə «Teymurləng» (Topal Teymur) ləqəbi ilə tanınmışdır. Teymurləng üç yürüşündə 
(1386–87;1392–97;1399–1404) Azərbaycanda olmuşdur.  Əlincə qalası  uğrunda 14 il mübarizə aparan 
Teymurləng buraya 4 dəfə (1387,1393,1397, 1400) yürüş etmiş, ciddi döyüşlər aparsa da məqsədinə nail ola 
bilməmişdi. – 226,245. 
 
121. Qorbaçov,  M i x a i l   S e r g e y e v i ç (d.1931) – 1985–91-ci illərdə Sov.İKP MK-nın Baş katibi, 
1990–91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» 
siyasi xəttini, «humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi ilə uyuşmayan 
«yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun milli münaqişələrə  səbəb olan 
siyasəti xüsusən Azərbaycana qarşı qərəzli, düşmənçilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin Azərbaycana 
olan torpaq iddialarını dəstəkləyən Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin 
təşkilatçısı və günahkarıdır. – 233,259. 
 
122.  Səmərqənd – Özbəkistanda  şəhər. Səmərqənd dünyanın qədim  şəhərlərindəndir.  Şəhər 329-cu ildə 
Makedoniyalı  İsgəndərin, VIII əsrdə  ərəblərin, XI əsrdə Qaraxanilərin, sonra səlcuq turklərinin, XII əsrdə 
Qarakitayların, XIII əsrdə Xaç əzmşahların hakimiyyəti altında olmuşdur. XIV əsrin sonu XV əsrin əvvəlində 
Səmərqənd Teymur imperiyasının paytaxtı, Orta Asiyanın isə böyük iqtisadi və  mədəniyyət mərkəzi oldu. 
Səmərqəndin ən qədim abidələri – Şahizində xatirə kompleksi, Bibixanım məscidi, Gur-Əmir (1380), Ağsaray 
(XV əsr), Xoca Əhrar mədrəsəsi (1630–35) qorunub saxlanılır. Səmərqənd həm də mühüm turizm mərkəzlərin-
dəndir. – 235,245–247. 
 
123. Buxara – Özbəkistanda şəhər. Buxaranın əsası təqribən eramızın I əsrində qoyulmuşdur. 709-cu ildə 
Buxaranı ərəblər tutdular; bu dövrdə şəhər Orta Asiyanın mühüm  iqtisadi və mədəniyyət mərkəzi idi. Buxara 


200 
 
IX–X  əsrlərdə Samanilər dövlətinin paytaxtı olmuşdur. XVI əsrin ortalarından XX əsrədək Buxara Buxara 
xanlığının mərkəzi olmuşdur. Buxara qiymətli memarlıq abidələri ilə  zəngindir. İsmayıl Samani məqbərəsi (IX 
əsrin sonu – X əsrin  əvvəli), Cümə  məscidi (1121), Uluqbəy mədrəsəsi (1417) Buxaranın  ən məşhur 
abidələrindəndir. – 235,262. 
 
124. Xivə –Özbəkistanda  şəhər. Arxeoloji məlumatlar Xivənin  ən azı eramızdan  əvvəl I əsrin axırlarında 
salındığını göstərir. Xivə Xarəzm memarlığının (XIX–XX əsrin əvvəli) şəhər – muzeyidir. Burada XIX əsrə aid 
tikililər – məscidlər, hamamlar, mədrəsələr, bazarlar, ənənəvi yaşayış evləri və s. qorunub saxlanılmışdır. – 235. 
 
125. Şəhrisəbz – Özbəkistanda şəhər. Şəhrisəbz Orta Asiyanın ən qədim şəhərlərindəndir. Eramızdan əvvəl V 
əsrdən Keş adı ildə  məlumdur.  Şəhərdə orta əsrlərdən Teymurun tikdirdiyi Ağsarayın (1380–1404) zəngin 
kaşıbəzəkli baş tağı, Teymurilərin «Darüs – Səadət» adlanan türbə kompleksi, Göy günbəz məscidi (1435/36) 
qalmışdır. – 235. 
 
126. Mirzə Uluqbəy, Uluqbəy Məhəmməd Tarağay (1394–1449) – özbək astronomu, riyaziyyatçısı,  Əmir 
Teymurun nəvəsi. 1409-cu ildə  Səmərqənd hakimi elan edilmiş, atası  Şahruxun ölümündən (1447) sonra 
Teymurçilər sülaləsinin başçısı olmuşdur. Hələ  gəncliyindən elmlə maraqlanmış, ensiklopedik biliyə malik 
olmuşdur. Onun yaratdığı Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu dünyada ən yaxşı kataloq olmuş, 
Oksfordda (1665) nəşr edilmişdir. – 236. 
 
127. Nəsirəddin  Tusi,   M ə h ə m m ə d   i b n   H ə s ə n  (1201–1274) – Azərbaycanın ensiklopediyaçı alimi, 
dövlət xadimi. Təsis etdiyi Marağa Astronomiya Rəsədxanası (1259) qısa müddətdə böyük elmi mərkəzə çevrilmiş, 
burada bir çox məşhur riyaziyyatçı və astronom alimlər yetişmişdir. – 236. 
 
128.    Füzuli,  M  ə h ə m m ə d  S ü l e y m a n  o ğ l u  (1494–1556) – Azərbaycanın dahi şairi və 
mütəfəkkiri. Azərbaycan, fars və ərəb dillərində qəsidə, müsəddəs, rübai, qitə və s.  yazmışdır. Aşiqanə qəzəlləri 
ilə lirik şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun» poeması Azərbaycan, eləcə də 
Şərq və dünya poeziyasının nadir incilərindəndir. Kərbəlada dəfn edilmişdir. – 236. 
 
129. Böyük Vətən müharibəsi, bax: İkinci dünya muharibəsi
130. Uluqbəy rəsədxanası – orta əsrlərin  ən böyük rəsədxanalarından biri. Uluqbəy tikdirmişdir (təqribən 
1430). Qalıqları ilk  dəfə 1908-ci ildə tapılmış, 1948-ci ildə isə tamam açılmışdır. Diametri 46 m olmuş dairəvi 
binada meridian müstəvisində diametri 40,2 m olan nəhəng mərmər sekstant qurulmuşdur. Bu alətin uzunluğu 32
0  
olan və dərəcələrə bölünmüş qövsü dövrümüzədək qalmışdır. Ululbəy rəsədxanasında hazırlanmış ən mühüm əsər 
«Yeni astronomik cədvəllərdir».  Əsərdə astronomiyanın  əsasları  və  ən dəqiq olan 1018 ulduzun kataloqu şərh 
edilmişdir. – 245. 
 
131. Vilayət Quliyev, V i l a y ə t  M u x t a r   o ğ l u (d.1952) – filoloq, diplomat. Filologiya elmləri 
doktoru. 1996–2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur. 1999–2004-cü illərdə Azərbaycan Respublikası 
Xarici İşlər naziri vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan  Respublikasının Polşa Respublikasında fövqəladə 
və səlahiyyətli səfiridir. – 250. 
 
132.  Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə ictimai, siyasi və dövlət xadimi. P.T.Ərdoğan 1980-ci 
ildən siyasi fəaliyyətə qoşulmuşdur. 1983-cü ildən siyasi fəaliyyətini Rifah partiyasında davam etdirir. 1994-
cü ilin martında keçirilən bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilir. Bu arada 
Rifah partiyası bağlanır və onun bazasında Fəzilət partiyası yaradılır. Buna görə  də  Ərdoğanı  dəstəkləyən 
partiya üzvləri Fəzilət partiyasından ayrılaraq  Ədalət və  İnkişaf partiyasını qurdular və onu özlərinə lider 
seçdilər. 
2002-ci ildə keçirilən  növbədənkənar seçkilər nəticəsində AKP təkbaşına hakimiyyətə  gəlmək imkanı 
əldə etdi və Ərdoğan TBMM-də Türkiyənin Baş naziri seçildi. – 250, 314,352,355. 
 
133. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xadimi, iqtisad elmləri doktoru, professor. 1991-ci ildə 
TBMM-nın üzvü seçilmişdir. Abdullah Gül Rəcəb Ərdoğanla Ədalət və İnkişaf partiyasının  yaradıcılarından biri-
dir. 2007-ci ildən Türkiyənin  prezidentidir. –  251,323. 
 
134. Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın 
əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il apre-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə