İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

195 
 
XX  əsrin sonunda Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyevin Böyük İpək yolunun yenidən 
dirçəldilməsi ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə  də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə 
ciddi maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı 
ilə beynəlxalq konfrans keçirildi; TRASEKA proqramı  çərçivəsində  nəzərdə tutulan Asiya–Qafqaz–Avropa 
ticarət dəhlizinin – Böyük İpək yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 
qeyd olundu. –  81–86,89,198,226,227,228. 
 
67. İslam İnkişaf Bankı (İİB) – Beynəlxalq maliyyə institutu. İİB-nin əsası 1973-cü ilin dekabrında Ciddədə 
keçirilən müsəlman ölkələri maliyyə nazirlərinin konfransında qəbul olunmuş  bəyannaməyə  əsasən qoyulmuşdur. 
Bank islam, şəriət qaydalarına riayət edən ölkələrə maliyyə yardımı göstərir. Bankın 55 üzvü var. Azərbaycan Res-
publikası İslam İnkişaf Bankının 1991-ci ildən üzvüdür. – 81. 
68. Avropa Birliyi (AB) – 1951–57-ci illərdə yaranmış üç Qərbi Avropa inteqrasiya təşkilatının ümumi 
adı (Avropa İqtisadi Birliyi – AİB, Avropa Kömür və Polad Birliyi – AKPB, Avropada Atom Energetika 
Birliyi – (AAEB). AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə  fəaliyyətə  qədər bir neçə  mərhələ 
(Avropa  İnvestisiya Bankının, Avropa Regional İnkişaf Fondunun – vahid valyuta qəbul etməsi – AVRO) 
keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktının (1986–1987-ci ildən qüvvəyə minmişdir) qəbul edilməsi 
olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra – AİB, AKPB və AAEB – Avropa Birliyi – 
1993-cü ildə isə Avropa Şurası yarandı. – 85,86,126,133, 
135,186,187,190,193,194,199,223,226,227,261,300,305,306, 312,313,314,315,316,342. 
 
69. ABŞ Dövlət Departamenti – ABŞ-da 1789-cu ildən Xarici İşlər Nazirliyi funksiyasını həyata keçirən 
əsas xarici siyasət idarəsi. Dövlət katibi başçılıq edir, prezidentin və Konqresin hazırladığı xarici siyasi xətti 
həyata keçirir. – 86. 
 
70. Qazaxıstan, Q a z a x ı s t a n   R e s p u b l i k a s ı – Avroasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 
2724,9 min km
2
, əhalisi 16 679 min nəfərdir. Paytaxtı Astana şəhəridir.  Dövlət başçısı – prezident, qanunverici 
orqanı birpalatalı Ali Sovetdir. – 87–122,134,193,319. 
 
71. Nazarbayev Nursultan, N u r s u l t a n   A b i ş   o ğ l u (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 
1979-cu ildə Qazaxıstan MK-nın katibi, 1984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 1989–91-
cı illərdə Qazaxıstan KP MK-nın Birinci katibi. 1990-cı ildə həm də Ali Sovetin sədri, 1991-cı ildə Qazaxıstan SSR-in 
prezidenti və 1991-ci ilin dekabrından Qazaxıstan Respublikasının prezidentidir. –  87–122. 
 
72. OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) – 1960-cı ildə yaradılmışdır. Tərkibinə  İran,  İraq, Venesuela, 
Küveyt, Səudiyyə  Ərəbistanı, Qətər,  İndoneziya,  Əlcəzair, Nigeriya, Ekvador, Qabon daxildir. Mənzil-qərargahı 
Vyanadadır. – 88. 
 
73. Astana ( 1961-ci ilə qədər Akmolinsk, 1961–92-ci illərdə Selunoqrad, 1992–98-ci illərdə Akmola) – Qazaxıstan 
Respublikasının paytaxtı. – 91–120. 
 
74.  Lev Qumilyov, Lev Nikolayeviç (1912–92) – görkəmli rus tarixçisi və coğrafiyaşünası, tarix və coğrafiya 
elmləri doktoru. İnsanların və etnosların  biososial kateqoriyalarının elmini yaratmış, etnogenezlərin bienerji 
dominantlarını  kəşf etmişdir. Qədim türk və monqol xalqları haqqında dəyərli tədqiqatları var. 1930–50-ci illərdə 
repressiyaya uğramışdır. – 93–99. 
 
75.  Mahmud Kaşqari, Mahmud ibn əl-Hüseyn ibn Məhəmməd  əl-Kaşqari – XI əsr Orta Asiya  alimi, 
filoloq və folklorçu. Məşhur «Divani-lüğat it-türk» (1072–74) əsərinin müəllifi.  Əsərdə türk dillərinin 
fonetika və morfologiyası, dialekt xüsusiyyətləri haqqında qiymətli məlumat verilmişdir. 8000-ə yaxın leksik 
vahidi  əhatə edən «Divan»da 26 türk  dilindən nümunə verilsə  də,  əsas lüğət materialı 2 ədəbi dildən 
toplanmışdır. Birincisi müəllifin ana dili olan şərq türkcəsi (xaqaniyyə türkcəsi),  ikincisi oğuz türkcəsi; bunu 
Azərbaycan ədəbi dilinin yazıyaqədərki inkişaf mərhələsi hesab etmək mümkündür. «Divan»ın sonuna əlavə 
edilmiş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. – 
93. 
 
76. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın  ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı 
Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər 
arasında  əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko 


196 
 
konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Ha-
zırda BMT-yə 198 dövlət daxildir. 
 BMT-nin  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və  İctimai  Şura, Qəyyumluq  Şurası, 
Beynəlxalq Məhkəmə və Katiblikdir. 
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 101,108,223,261.  
 
77. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. 
Nizamnaməsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, 
üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir. İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan 
1991-ci ildən İKT-nın üzvüdür. – 101,105. 
 
78.  İqtisadi  Əmək Təşkilatı,    İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatı  (İƏİT) – 1961-ci ildə yaradılmış 
dövlətlərarası iqtisadi təşkilat. İƏİT-in məqsədi inkişaf etmiş ölkələrdə iqtisadi siyasətin koordinasiyası və qəbul 
edilmiş proqramların inkişafına kömək etməkdir. 1974-cü ildən  İƏİT tərkibində Beynəlxalq Enerji Agentliyi 
fəaliyyət göstərir. Mənzil qərargahı Parisdədir. – 105. 
 
79.  Yeltsin Boris Nikolayeviç (1931–2007) – Rusiyanın siyasi və dövlət xadimi. 1991–2000-ci illərdə 
Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. – 108. 
 
80. M i x a i l   S a a k a ş v i l i, Mixail Nikolozoviç (d.1967) – 2003-cü ildən Gürcüstan Respublikasının 
prezidenti. 2000–2001-ci illərdə Gürcüstanda Ədliyyə naziri olmuşdur. Vahid Milli Hərəkat partiyasının sədri, 
«məxməri inqilab»ın liderlərindən biridir. – 123–147,183–184. 
 
81.  Şröder  Ç e r h a r d (d.1944) – Almaniyanın ictimai və siyasi xadimi. 1980-cı ildən Almaniya 
Bundestaqının üzvü, 1990–98-ci illərdə  Aşağı Saksoniya vilayətinin nazir-prezidenti, 2000–06-cı illərdə 
Almaniyanın federal kansleri olmuşdur. – 127. 
 
82.  Corc Buş  (d.1946)    – ABŞ-ın 43-cü prezidenti (2000-ci ildən). ABŞ-ın 41-ci prezidenti Corc Herbert 
Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənət, tarix bakalavrı), 1975-ci ildə isə Harvard universitetini 
(incəsənət magistri) bitirmişdir. «Speaktrum-7 Enerci Korporeyşn» firmasının yaradıcısıdır. 1994-cü ildən Texas 
ştatının qubernatoru olmuşdur. Respublikaçıdır. – 127,298. 
 
83. Türkiyə Cümhuriyyəti – Qərbi Asiyada və Avropanın cənub–şərq kənarında dövlət. Sahəsi 780,6 min 
km
2
,  əhalisi 78 mln. nəfərdir. İnzibati cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət 
başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. – 
135,140,186,193,195,197,250,251,253,258,295–297, 298–306,311,322,323–356. 
 
84. Mirzə Fətəli Axundov (1812-1878) – böyük Azərbaycan yazıçısı, dramaturq, materialist – filosof. Axun-
dov Azərbaycan ədəbiyyatı tarixində pyesləri və fəlsəfi əsərləri ilə tanınmışdır. 1850–55-ci illərdə yazdığı altı 
komediya ilə Azərbaycan və bütün Şərq ədəbiyyatında realist dramaturgiyanın əsasını qoymuşdur. – 145. 
 
85.  Mixail Fradkov (d.1950) – Rusiya dövlət xadimi. 2004–2007-ci illərdə Rusiya Federasiyasının Baş 
naziri. 2007-ci ildən Rusiya ƏKİ-nin direktorudur. – 148. 
   
86. 8 mart Beynəlxalq qadınlar günü – iqtisadi, ictimai və siyasi bərabərlik  uğrunda mübarizədə qadınların 
beynəlxalq həmrəylik günü. Beynəlxalq qadınlar gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu 
ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdı. İlk dəfə  bayram 1911-ci 
ildə bir sıra Avropa ölkələrində keçirilmişdir,  Azərbaycanda isə 1917-ci ildən qeyd edilməyə başlanmışdır. – 
149–150. 
 
87. «Əsrin müqaviləsi» – 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda 
«Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi  və  hasil olunan neftin pay şək-
lində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 156. 
 
88. Tunis, Tunis Respublikası  –Şimali  Afrikada dövlət. Sahəsi 164,2 min km
2
, əhalisi 9 milyon nəfərdir. 
Dövlət başçısı prezident, qanunverici hakimiyyət Nümayəndələr palatasına (parlament) məxsusdur. Paytaxtı 
Tunis şəhəridir. – 160. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə