İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

189 
 
H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanları Azərbaycanın dünyaya və 
Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 
1996-cı ilin iyunundan Avropa Şurasına  «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun 
tamhüquqlu üzvü olmuşdur. 
H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəallığı  şəraitində keçirilən seçkilərdə yekdilliklə 
yenidən Prezident seçildi. 
H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən, Beynəlxalq Atatürk  Sülh Mükafatına, müxtəlif ölkə 
universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür.  
Heydər 
Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. – 5,18,24,28,30,31,35,39,41, 
43,45,59,60,61,70,74,78,79,81, 96,105,106,113,114,123,127,128,136,153-159,165,166,168,169, 170,173,201, 
203,207,212,213,224,225,231,238,239,240,242–244, 247,260,264,273,278,288,289,290,295,296,297,305,308, 
327,332, 336–339,343,346,349,350,351. 
 
4.  Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 
7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırdı. Ərazisi 4 min  km
2
-dir. Mərkəzi 
Xankəndidir.  
1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan 
azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işğal etdilər. BMT-nin 822,853,874,884 saylı 
qətnamələrinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq 
Azərbaycan torpaqları  hələ  də erməni tapdağı altındadır. – 6,17,23,33,34,48,62,70,73,74,75, 
97,100,108,121,137,138,155,167,178,179,187,190,191,201, 
209,233,234,238,247,248,258,259,267,299,302,303,312,313, 
314,316,326,327,328,329,330,331,332,335,345,348,352,353, 
354. 
 
5. Mixail Kasyanov (d.1957) – 2000–2004-cü illərdə Rusiya Federasiyasında Baş nazir olmuşdur. – 7–8. 
 
6. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici 
neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk 
neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 7,17, 20,35,48. 
 
7. Boris Qrızlov (d.1950) – Rusiya siyasi və dövlət xadimi. 2001–2003-cü illərdə Rusiya siyasi 
Federasiyasının Daxili İşlər naziri, 2003-cü ildən isə Dövlət Dumasının spikeridir. Dövlət Dumasında «Vahid 
Rusiya» fraksiyasının başçısıdır. – 9–11,254–257. 
8. D ö v l ə t   D u m a s ı – 1906-cı ildə Rusiyada yaradılan nümayəndəli qanunvericilik müəssisəsi. 17 
oktyabr Manifesti əsasında yaradılmışdır. Burada qanunlar müzakirə edilərək Dövlət Şurasına təqdim edilir və 
çar tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə fəaliyyət göstərdi. 1993-cü il Rusiya 
Federasiyasının Konstitusiyasına əsasən Duma təzədən bərpa olundu. – 9–11,254–257. 
 
9.  Avropa  Şurasının Parlament Assambleyası (AŞ PA) – 2004-cü ildə  təşkil olunmuşdur. AŞ PA-da 25 
Avropa ölkəsinin 732 deputatı fəaliyyət göstərir. – 10,35,47,73–75,261. 
 
10.  Sergey  İvanov (d.1953) – Rusiya dövlət və  hərbi xadimi. 1998-ci ildə Federal Təhlükəsizlik Xidməti 
İdarəsində direktor müavini, 1999-cu ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, 2001-ci ildən isə 
Rusiyanın Müdafiə naziridir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvüdür. – 12. 
 
11. Mehriban Əliyeva, M e h r i b a n  A r i f  q ı z ı (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə elmləri 
namizədi, prezident İlham  Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb 
İnstitutunu bitirmişdir. 1988–93-cü illərdə Krasnov adına Moskva Elmi –Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 
işləmişdir. 1995-ci ildə Mehriban Əliyeva «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondu yaratmışdır. 
Fəaliyyətə başladığı ilk gündən fond  milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün çoxlu işlər 
görmüşdür. 1996-cı ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş  təbliğ etmək üçün üç dildə – 
Azərbaycan, rus və ingilis dillərində çıxan «Azərbaycan – İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Mehriban 
Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və  həmçinin  Heydər  Əliyevin 
milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaranmış Heydər Əliyev fonduna başçılıq  edir. 


190 
 
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində 
yeni məktəb binaları tikdirmiş  və  təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları    şəkər, talesimiya  və 
anemiya xəstəliklərindən  əziyyət çəkən Azərbaycan uşaqlarına  yardım məqsədilə təşkil olunur.  
Azərbaycanın  şifahı xalq yaradıcılığına və musiqi irsinin qorunub saxlanılması  və inkişaf etdirilməsi 
sahəsindəki yorulmaz işlərinə görə Mehriban Əliyeva YUNESKO və  İSESKO-nun Xoşməramlı  Səfiri 
seçilmişdir. 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci ildən Milli Məclisin deputatıdır. Mehriban 
Əliyeva ölkəmizdə  təhsil sisteminin inkişafına, milli-mədəni irsimizin qorunub saxlanılmasına və dünyada 
təbliginə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə 
xüsusi diqqət yetirir. – 12,26,91,92, 180,205,323,325,339,352. 
 
12.  Putin,  V l a d i m i r  V l a d i m i r o v i ç (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının 
prezidenti. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır.  1998-ci ildə Rusiya Federasiyası prezidenti 
administrasiyasının rəhbəri, 1998–99-cu illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin 
başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir.  – 12,17,24,25,27, 
31,41,42,43,57,127,133,141,174,220,254,257. 
 
13. Lyudmila Putina, L y u d m i l a   A l e k s a n d r o v n a (d.1958) – Rusiya Federasiyası Baş naziri V.V.Putinin 
həyat yoldaşı. – 12. 
 
14. İTAR – TASS – Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır. 
– 13–23. 
 
15. Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-TASS informasiya agentliyi Baş direktorunun 
müavini. Rusiya Federasiyası Dövlət mükafatı laureatı. – 13–23. 
 
16. GUÖAM – Avropada adi silahların azaldılması haqqında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra 
həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dördlər 
qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu 
tərk etdi. – 16,78,198,199. 
 
17. Cürcüstan, G ü r c ü s t a n   R e s p u b l i k a s ı – Zaqafqaziyanın mərkəzi və qərb hissəsində dövlət. 
Sahəsi 69,7 min km
2
,  əhalisi 5493 min nəfərdir. Dövlətin başçısı prezident, qanunverici orqanı parlamentdir. 
Paytaxtı Tbilisi şəhəridir. – 16,22,82,123–147,183–184,186,193,196,197,199,226, 298,304,312,313,345. 
 
18. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, 
Özbəkistan prezidentləri və ABŞ-ın Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara 
bəyannaməsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə 
verilmişdir. – 17,20,23,87,100,105,114, 117,118,137,139,172,195,203,296,298,299,305,306,314,317, 
318,319,329,331,333,335,343,344,355. 
 
19. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə 
aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, 
Türkiyə, Danimarka və  İsveç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ  və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan–Azər-
baycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll 
edilməsinə bilavasitə kömək etməkdir. – 17,18,33, 34,47,48,74,108,121,168,187,249,250,313,345,354. 
 
20. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransa-
nın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki siste-
mində çoxpartiyalılığa riayət etmək, demokratiyanı  və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, 
Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər 
Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən 
AŞ-nın üzvüdür. – 19,49,73,75,85,88,89,142, 167,187,199,249,312,313,316,342. 
 
21. ATƏT – Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı.  Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə 
qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə