199
daxildir. Dövlətin başçısı –
prezident, qanunverici orqanı – Məclisdir. Paytaxtı Daşkənd səhəridir. – 199,205–
251,262.
114.Yaponiya – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 372 min km
2
,
əhalisi 126 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır.
Paytaxtı Tokio şəhəridir. – 202–204.
115. İslam Kərimov, İ s l a m Ə b d u q ə n i o ğ l u (d.1938) – Özbəkistanın siyasi və dövlət xadimi. 1989–
90-cı illərdə Özbəkistan KP MK-nın Birinci katibi olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidir.
– 205–251.
116. Daşkənd – Özbəkistanın paytaxtı (1930-cu ildən). Əhalisi 133 min nəfərdir. Daşkənd Özbəkistanın ən
qədim şəhərlərindəndir. Şəhər yaşayış yeri kimi IV-V əsrlərdən mövcuddur. Tarixi mənbələrdə ilk dəfə Çaç (Şaş) adı
ilə rast gəlinir. XI əsrdən Taş-kənd (daş şəhər) adlanmışdır. Daşkənd Orta Asiyanın əsas ticarət, sənətkarlıq mərkəzi,
nəqliyyat qovşağıdır. – 205–244,262.
117. Nizami Gəncəvi, İ l y a s Y u s i f o ğ l u (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dün-
ya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil
olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist,
ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi
Yaxın Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami
Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın
mənəvi azadlığı tərənnüm olunur. – 224,230–232,236,237, 240,242,247.
118. Elçibəy, Ə l i y e v Ə b ü l f ə z Q ə d i r q u l u o ğ- l u
(1938–2000) – 1989-cu ildə yaradılan
AXC-nin, sonralar AXCP-nin sədri. 1992–93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olmuşdur. –
224.
119. Əlişir Nəvai, N i z a m ə d d i n M i r Ə l i ş i r (1441–1501) –
özbək şairi, mütəfəkkir, dövlət xadimi.
Özbək dilində «Xəmsə» yaradaraq Nizami ədəbi məktəbinin ən görkəmli davamçılarından biri kimi Yaxın Şərqdə
şöhrət qazanmışdır. – 224,232,236,237.
120. Əmir Teymur, T e y m u r l ə n g, T e y m u r , T o -p a l T e y m u r (1336–1405) – Orta Asiya
görkəmli dövlət xadimi, sərkərdə, əmir. Teymurilər imperiyasının banisi. Türkləşmiş barlas tayfasından idi;
döyüşlərdə aldığı yaralara görə «Teymurləng» (Topal Teymur) ləqəbi ilə tanınmışdır. Teymurləng üç yürüşündə
(1386–87;1392–97;1399–1404) Azərbaycanda olmuşdur. Əlincə qalası uğrunda 14
il mübarizə aparan
Teymurləng buraya 4 dəfə (1387,1393,1397, 1400) yürüş etmiş, ciddi döyüşlər aparsa da məqsədinə nail ola
bilməmişdi. – 226,245.
121. Qorbaçov, M i x a i l S e r g e y e v i ç (d.1931) – 1985–91-ci illərdə Sov.İKP MK-nın Baş katibi,
1990–91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya»
siyasi xəttini, «humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi ilə uyuşmayan
«yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun milli münaqişələrə səbəb olan
siyasəti xüsusən Azərbaycana qarşı qərəzli, düşmənçilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin Azərbaycana
olan torpaq iddialarını dəstəkləyən Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən Qanlı Yanvar
faciəsinin
təşkilatçısı və günahkarıdır. – 233,259.
122. Səmərqənd – Özbəkistanda şəhər. Səmərqənd dünyanın qədim şəhərlərindəndir. Şəhər 329-cu ildə
Makedoniyalı İsgəndərin, VIII əsrdə ərəblərin, XI əsrdə Qaraxanilərin, sonra səlcuq turklərinin, XII əsrdə
Qarakitayların, XIII əsrdə Xaç əzmşahların hakimiyyəti altında olmuşdur. XIV əsrin sonu XV əsrin əvvəlində
Səmərqənd Teymur imperiyasının paytaxtı, Orta Asiyanın isə böyük iqtisadi və mədəniyyət mərkəzi oldu.
Səmərqəndin ən qədim abidələri – Şahizində xatirə kompleksi, Bibixanım məscidi, Gur-Əmir (1380), Ağsaray
(XV əsr), Xoca Əhrar mədrəsəsi (1630–35) qorunub saxlanılır. Səmərqənd həm
də mühüm turizm mərkəzlərin-
dəndir. – 235,245–247.
123. Buxara – Özbəkistanda şəhər. Buxaranın əsası təqribən eramızın I əsrində qoyulmuşdur. 709-cu ildə
Buxaranı ərəblər tutdular; bu dövrdə şəhər Orta Asiyanın mühüm iqtisadi və mədəniyyət mərkəzi idi. Buxara
200
IX–X əsrlərdə Samanilər dövlətinin paytaxtı olmuşdur. XVI əsrin ortalarından XX əsrədək Buxara Buxara
xanlığının mərkəzi olmuşdur. Buxara qiymətli memarlıq abidələri ilə zəngindir. İsmayıl Samani məqbərəsi (IX
əsrin sonu – X əsrin əvvəli), Cümə məscidi (1121), Uluqbəy mədrəsəsi (1417) Buxaranın ən məşhur
abidələrindəndir. – 235,262.
124. Xivə –Özbəkistanda şəhər. Arxeoloji məlumatlar Xivənin ən azı eramızdan əvvəl I əsrin axırlarında
salındığını göstərir. Xivə Xarəzm memarlığının (XIX–XX əsrin əvvəli) şəhər – muzeyidir. Burada XIX əsrə aid
tikililər – məscidlər, hamamlar, mədrəsələr,
bazarlar, ənənəvi yaşayış evləri və s. qorunub saxlanılmışdır. – 235.
125. Şəhrisəbz – Özbəkistanda şəhər. Şəhrisəbz Orta Asiyanın ən qədim şəhərlərindəndir. Eramızdan əvvəl V
əsrdən Keş adı ildə məlumdur. Şəhərdə orta əsrlərdən Teymurun tikdirdiyi Ağsarayın (1380–1404) zəngin
kaşıbəzəkli baş tağı, Teymurilərin «Darüs – Səadət» adlanan türbə kompleksi, Göy günbəz məscidi (1435/36)
qalmışdır. – 235.
126. Mirzə Uluqbəy, Uluqbəy Məhəmməd Tarağay (1394–1449) – özbək astronomu, riyaziyyatçısı, Əmir
Teymurun nəvəsi. 1409-cu ildə Səmərqənd hakimi elan edilmiş, atası Şahruxun ölümündən (1447) sonra
Teymurçilər sülaləsinin başçısı olmuşdur. Hələ gəncliyindən elmlə maraqlanmış,
ensiklopedik biliyə malik
olmuşdur. Onun yaratdığı Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu dünyada ən yaxşı kataloq olmuş,
Oksfordda (1665) nəşr edilmişdir. – 236.
127. Nəsirəddin Tusi, M ə h ə m m ə d i b n H ə s ə n (1201–1274) – Azərbaycanın ensiklopediyaçı alimi,
dövlət xadimi. Təsis etdiyi Marağa Astronomiya Rəsədxanası (1259) qısa müddətdə böyük elmi mərkəzə çevrilmiş,
burada bir çox məşhur riyaziyyatçı və astronom alimlər yetişmişdir. – 236.
128. Füzuli, M ə h ə m m ə d S ü l e y m a n o ğ l u (1494–1556) – Azərbaycanın dahi şairi və
mütəfəkkiri. Azərbaycan, fars və ərəb dillərində qəsidə, müsəddəs, rübai, qitə və s. yazmışdır. Aşiqanə qəzəlləri
ilə lirik şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun» poeması Azərbaycan,
eləcə də
Şərq və dünya poeziyasının nadir incilərindəndir. Kərbəlada dəfn edilmişdir. – 236.
129. Böyük Vətən müharibəsi, bax:
İkinci dünya muharibəsi.
130. Uluqbəy rəsədxanası – orta əsrlərin ən böyük rəsədxanalarından biri. Uluqbəy tikdirmişdir (təqribən
1430). Qalıqları ilk dəfə 1908-ci ildə tapılmış, 1948-ci ildə isə tamam açılmışdır. Diametri 46 m olmuş dairəvi
binada meridian müstəvisində diametri 40,2 m olan nəhəng mərmər sekstant qurulmuşdur. Bu alətin uzunluğu 32
0
olan və dərəcələrə bölünmüş qövsü dövrümüzədək qalmışdır. Ululbəy rəsədxanasında hazırlanmış ən mühüm əsər
«Yeni astronomik cədvəllərdir». Əsərdə astronomiyanın əsasları və ən dəqiq olan 1018 ulduzun kataloqu şərh
edilmişdir. – 245.
131. Vilayət Quliyev, V i l a y ə t M u x t a r o ğ l u (d.1952) – filoloq, diplomat.
Filologiya elmləri
doktoru. 1996–2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur. 1999–2004-cü illərdə Azərbaycan Respublikası
Xarici İşlər naziri vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə
və səlahiyyətli səfiridir. – 250.
132. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə ictimai, siyasi və dövlət xadimi. P.T.Ərdoğan 1980-ci
ildən siyasi fəaliyyətə qoşulmuşdur. 1983-cü ildən siyasi fəaliyyətini Rifah partiyasında davam etdirir. 1994-
cü ilin martında keçirilən bələdiyyə seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilir. Bu arada
Rifah partiyası bağlanır və onun bazasında Fəzilət partiyası yaradılır. Buna görə də Ərdoğanı dəstəkləyən
partiya üzvləri Fəzilət partiyasından ayrılaraq Ədalət və İnkişaf partiyasını qurdular və onu özlərinə lider
seçdilər.
2002-ci ildə keçirilən növbədənkənar seçkilər nəticəsində AKP təkbaşına hakimiyyətə gəlmək imkanı
əldə etdi və Ərdoğan TBMM-də Türkiyənin Baş naziri seçildi. – 250, 314,352,355.
133. Abdullah Gül (d.1950) – Türkiyə dövlət və siyasi xadimi, iqtisad elmləri doktoru, professor. 1991-ci ildə
TBMM-nın üzvü seçilmişdir. Abdullah Gül Rəcəb Ərdoğanla Ədalət və İnkişaf partiyasının yaradıcılarından biri-
dir. 2007-ci ildən Türkiyənin prezidentidir. – 251,323.
134. Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk
dəfə dünyəvi, demokratik respublikanın
əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il apre-