İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

184 
 
* * * 
Aprelin 15-də Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev onun üçün ayrılmış Camlı köşk 
iqamətgahında Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. 
Dostluq və səmimilik  şəraitində keçən görüşdə Baş nazir yenicə qayıtdığı Yaponiya səfəri barədə məlumat 
verdi. Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham  Əliyevin dövlət başçısı kimi Türkiyəyə ilk 
səfərinin ölkədə böyük maraqla qarşılandığını vurğuladı, aparılmış danışıqları və imzalanmış sənədləri yüksək 
qiymətləndirdi.  
Prezident  İlham  Əliyev səfər günlərində ona və respublikamızın nümayəndə heyətinə göstərilən yüksək 
qonaqpərvərliyə və diqqətə görə minnətdarlıq etdi. 
Görüşdə Azərbaycan–Türkiyə münasibətlərinin indiki vəziyyəti və perspektivləri, o cümlədən iqtisadi 
əməkdaşlığın genişləndirilməsi, habelə hər iki ölkəni maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər 
barədə, eyni zamanda, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair fikir 
mübadiləsi aparıldı.  
 
 
 
 
 


185 
 
 
ANKARADAN  BAKIYA QAYIDARKƏN  HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA 
LİMANINDA JURNALİSTLƏRƏ VERDİYİ MÜSAHİBƏ  
 
    15 aprel 2004-cü il 
 
S u a l: Cənab Prezident, səfərinizin nəticəsindən razısınızmı?  
C a v a b:  Mənim Türkiyə  səfərim çox uğurlu olmuşdur, çox razıyam. Mənə göstərilən diqqətə, 
qonaqpərvərliyə görə çox məmnunam. Çox səmərəli danışıqlar aparılmışdır. Bütün görüşlər çox uğurlu 
olmuşdur. Aramızdakı məsələlər ətraflı, hərtərəfli müzakirə edildi. Bir daha əmin olduq ki, Türkiyə–Azərbaycan 
münasibətləri çox uğurla inkişaf edir. Bu siyasət, Azərbaycan və Türkiyə  tərəfindən bu günə  qədər aparılan 
siyasət öz təsdiqini bir daha tapdı. Əminik ki, münasibətlərimiz bundan sonra da çox uğurla davam edəcəkdir.  
S u a l: Cənab Prezident, Sizin səfəriniz  ərəfəsində çox aktual məsələlərdən biri, Türkiyə ilə 
Ermənistan arasındakı  sərhədlərin açılması  məsələsi mətbuatda daha çox qabardılırdı. Bu məsələ 
Türkiyə rəsmiləri ilə müzakirə olundumu?  
C a v a b: Düz deyirsiniz ki, mətbuatda bu məsələyə çox böyük diqqət verilmişdir. İctimai rəydə müəyyən 
fikirlər dolaşırdı. Amma deyə bilərəm ki, bu məsələ müzakirə mövzusu olmadı. Buna ehtiyac da yoxdur. Çünki 
belə  məsələ gündəlikdə durmur. Ona görə  də bunu müzakirə etməyə ehtiyac da yoxdur. Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Türkiyə öz mövqeyini bir daha təsdiqlədi. Bu, ədalətli 
mövqedir. Türkiyə bir daha göstərdi ki, həmişə olduğu kimi, daim Azərbaycanın yanındadır. Bu məsələdə də, 
bütün başqa məsələlərdə də.  
S u a l: Cənab Prezident, Siz Türkiyədə olanda belə bir fikir demisiniz ki, Azərbaycan  Şimali Kipr 
Türk Cümhuriyyətinin mövqeyini dəstəkləyir. Bu nə  dərəcədə realdır və Azərbaycan hansı addımı ata 
bilər? 
C a v a b: Bilirsiniz, bunlar ehtimallardır. Hər şey keçiriləcək referendumun nəticələrindən asılı olacaqdır. 
Hələ məlum deyil ki, Şimali Kiprdə və Cənubi Kiprdə keçiriləcək referendumların nəticələri necə olacaqdır. Hər 
şey bu nəticələrdən asılı olacaqdır.  Əgər Cənubi Kiprdə buna yox deyərlərsə, o zaman yeni bir vəziyyət 
yaranacaqdır. Əlbəttə, o zaman beynəlxalq ictimaiyyət öz siyasətində müəyyən düzəlişlər etməli olacaqdır. Mən 
qeyd etdim ki, əgər hər hansı bir irəliləyiş olarsa, Azərbaycan bu məsələdə ön sıralarda olacaqdır və öz 
mövqeyini ortaya qoyacaqdır. Biz çox istəyirik ki, bu məsələ öz həllini tapsın. Əlbəttə, bizim üçün ən önəmlisi – 
mən bunu bu gün Türkiyənin mətbuat nümayəndələri ilə görüşdə  də dedim – Şimali Kiprdə yaşayan 
qardaşlarımızın təhlükəsizliyidir, yəni onlar təhlükəsizlik şəraitində yaşasınlar.  
S u a l: Cənab Prezident, bildiyiniz kimi, Ermənistanda siyasi vəziyyət gərgindir.  Əgər Ermənistan 
müxalifəti Robert Köçəryanın istefasına nail olarsa və hakimiyyətə gələrsə, bu, Ermənistan–Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edəcəkdir? 
C a v a b:  Mən bu barədə bir şey demək istəmirəm. Biz Ermənistanın daxili işlərinə qarışmırıq. Bizim 
işimiz, bizim məsələmiz Ermənistanın işğalçı siyasətini aparan qüvvələrlədir. Ermənistanın daxili işinə 
qarışmaq niyyətində deyilik. Orada gedən proseslər bizi maraqlandırmır. 
S u a l: Cənab Prezident, ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri dəyişdirilibdir. İndi 
həmsədr Stiven Mən təyin olunmuşdur. Sizcə, bunun müsbət təsiri olacaqmı? 
C a v a b: Mən bunu məhz belə qiymətləndirirəm. Bu məlumat mənə çatdırılanda belə bir izahat da verildi 
ki, Stiven Mən çox təcrübəli diplomatdır. Bölgədə gedən proseslərlə yaxından tanışdır. Biz də onu çoxdan 
tanıyırıq. Bilirsiniz ki, Xəzər dənizinin statusu məsələsində  və Bakı–Tbilisi–Ceyhan kəməri məsələsində  və 
digər məsələlərdə onun fəaliyyəti çox müsbətdir. Ona görə hesab edirəm, bu onu göstərir ki, Amerika bu 
məsələdə daha da fəal mövqe tutacaqdır. Hesab edirəm, Stiven Mənin keçmiş fəaliyyəti də ona imkan verəcək 
ki, məsələnin həllində ədalətli mövqe üstünlük qazansın. 
S u a l: Cənab Prezident, hesab etmək olarmı ki, bu qərar Riçard Armitacın Bakıya səfərindən sonra
Sizinlə olan söhbətin nəticəsində qəbul olunmuşdur? 
C a v a b: Mən bunda heç bir bağlılıq görmürəm. Hesab edirəm ki, bu məsələ artıq müəyyən müddət bundan 
əvvəl qərarlaşdırılmışdı. Sadəcə olaraq, bu indi bəyan edilir. 
S u a l: Cənab Prezident, Sizin Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşünüzün nəticələri 
açıqlanmadı.  İqtisadi  əməkdaşlığın qüvvətləndirilməsi ilə bağlı  sənəd imzalandı. Bu əməkdaşlıq hansı 
istiqaməti nəzərdə tutur? 
Sizin gələcək, növbəti  əvf fərmanınızda 15-16 oktyabr hadisələrini törədən  şəxslərin də adını görmək 
olacaqmı? Siz artıq günahları olan, hadisələr törədən çox şəxsləri əfv etmisiniz. 
C a v a b: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla söhbətimiz çox açıq, səmimi idi. Bütün məsələlər 
müzakirə olundu. Əlbəttə, bir daha bizim niyyətimiz ifadə olundu ki, iqtisadi əlaqələr güclənsin. Bu gün bizim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə