145
bunlar ikitərəfli münasibətlərimizin çox yaxşı amilidir və daha sıx əməkdaşlıq
etmək və əlaqələr yaratmaq
baxımından biznes birliklərinə köməkdir.
Mən bu forumun işinə bir daha uğurlar arzulamaq istəyirəm. Hesab edirəm ki, bu, xeyirxah başlanğıcdır və
o, gələcəkdə iqtisadi sahədə daha sıx qarşılıqlı əməkdaşlıq üçün müəssisələrimizin, müştərək müəssisələrimizin
fəaliyyətini əlaqələndirəcək və istiqamətləndirəcək orqan ola bilər.
Foruma uğurlar arzulayıram. Əminəm ki, qonaqlarımız həm havadan, həm qonaqpərvərliyimizdən, həm də
forumun nəticələrindən razı qalacaqlar. Sağ olun.
146
AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI
REDAKSİYA HEYƏTİNİN İLK İCLASINDA
GİRİŞ NİTQİ
*
Prezident sarayı
8 aprel 2004-cü il
Əziz dostlar!
Üç aya yaxındır ki, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri haqqında qərar qəbul edilmişdir. Bu,
müasir Azərbaycanın tarixində çox əlamətdar bir hadisədir.
Bildiyiniz kimi, 1970-ci illərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyi
ilə "Azərbaycan Sovet Ensiklopediyası" hazırlanmış və nəşr edilmişdir. Həmin ensiklopediyada Azərbaycanın tarixi,
mədəni irsi haqqında, Azərbaycanın həyatı haqqında kifayət qədər geniş məlumatlar toplanmış və müəyyən ideoloji
çərçivələr əsasında o ensiklopediya işıq üzü görmüşdür. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Azərbaycan
Sovet İttifaqının bir hissəsi idi. Amma buna baxmayaraq, o ensiklopediyada Azərbaycanın milli-mənəvi dəyərləri öz
əksini tapmışdı.
Prezident Heydər Əliyev bu məsələyə həmişə böyük diqqətlə yanaşırdı və şəxsən
onun təşəbbüsü ilə ensiklo-
pediyada Azərbaycanın keçmişi, o vaxtkı vəziyyəti, tarixi irsi kifayət qədər təhlil edilmişdir.
Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir və güclənir. Təbii ki, müstəqil Azərbaycanın yeni
milli ensiklopediyası olmalıdır və artıq bu barədə qərar qəbul edilmişdir.
Bu gün ensiklopediyanın redaksiya heyətinin ilk iclasıdır və yəqin ki, burada əməli-praktiki tədbirlər
haqqında müzakirələr aparılacaq, iş bölgüsü prinsipləri haqqında söhbət gedəcək və ümumiyyətlə, redaksiya
heyətinin gələcək fəaliyyəti haqqında biz danışacağıq. Redaksiya heyəti qarşısında çox mühüm vəzifələr durur.
Mən artıq qeyd etdim ki, ensiklopediyanın hazırlanması və nəşri müasir Azərbaycan tarixində çox əlamətdar bir
hadisə olacaqdır. Azərbaycanın ictimai-siyasi həyatının çox mühüm amili olacaqdır. Bütün bunları nəzərə alaraq
mən qərara gəldim ki, redaksiya heyətinə özüm başçılıq edim. Əminəm ki, redaksiya
heyətinin bütün üzvləri bu
nəcib və əhəmiyyətli işdə fəal iştirak edəcəklər. Redaksiya heyətində təmsil olunmuş insanlar Azərbaycanın
görkəmli elm, mədəniyyət, siyasət xadimləridir. Əminəm ki, hamımız birlikdə yaxın zamanlarda müasir Azər-
baycanın reallıqlarını əks etdirən, müasir dövrə uyğun formada yeni ensiklopediyanın nəşrinə nail olacağıq.
Mən düşünürəm ki, ensiklopediyamız hazırlanandan sonra onun elektron daşıyıcılarının da təqdimatı
olmalıdır, o, İnternet vasitəsilə bütün dünyaya açıq olmalıdır. Xarici dillərə tərcümə edilməlidir ki, bütün dünya
Azərbaycan haqqında məlumatı ilk mənbədən ala bilsin.
Mən qeyd etdim ki, üç aya yaxındır bu barədə qərar verilibdir. Yanvarın 12-də bu barədə sərəncam verilib və
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov ensiklopediyanın baş redaktoru təyin edilibdir.
İstərdim bu müddət ərzində görülən işlər haqqında siz məlumat verəsiniz.
M a h m u d K ə r i m o v: Möhtərəm cənab Prezident!
Hörmətli redaksiya heyətinin üzvləri!
Cənab
Prezident, ilk öncə onu qeyd etməliyəm ki, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri haqqında
Sizin 12 yanvar tarixli sərəncamınız, deyə bilərəm, respublikanın bütün ictimaiyyəti tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır. Ensiklopediyanın hazırlanması ilə bağlı bu məsuliyyətli işin məhz Milli Elmlər Akademiyasına
tapşırılmasını biz akademiyaya olan inam və yüksək etimad kimi qiymətləndiririk.
Cənab Prezident, bu yüksək etimadı doğrultmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının bütün
institutları, akademiyanın həqiqi və müxbir üzvləri əlindən gələni əsirgəməyəcəklər və bütün imkanlarını səfərbər
edəcəklər ki, ensiklopediya vaxtında və lazım olan səviyyədə nəşr olunsun.
Möhtərəm cənab Prezident!
Siz qeyd etdiyiniz kimi, 12 yanvar tarixli sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar biz üç ay
müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və "Azərbaycan Milli Ensiklopediyası"
Nəşriyyat–Poliqrafiya Birliyi, onun baş direktoru İsmayıl Vəliyevlə birlikdə müəyyən işlər görmüşük və bu işlər
haqqında Sizə qısa məruzə etmək istərdim.
Belə ki, "Azərbaycan Milli Ensiklopediyası"nın Redaksiya Heyəti artıq formalaşmış və redaksiya heyəti
haqqında əsasnamə hazırlanaraq bu il aprelin 2-də respublika prezidenti tərəfindən təsdiq olunmuşdur.
*
İclasda Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru Mahmud Kərimov,
Prezidentin İcra Aparatının rəhbəri, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyəti sədrinin birinci müavini Ramiz
Mehdiyev, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin üzvlərindən
Seyfəddin Qəndilov, Bəkir Nəbiyev, Ziyad
Səmədzadə, Cəmil Quliyev, Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov da çıxış etdilər.
147
Sərəncamda müəyyən olunmuş cədvələ uyğun olaraq, deyə bilərəm ki, hətta bu cədvəli bir həftə qabaqlayaraq
ensiklopediya sözlüyünün layihəsi hazırlanmışdır və bu gün Sizin diqqətinizə çatdırılıbdır. Bu sözlük, əslində,
"Azərbaycan Sovet Ensiklopediyası" əsasında hazırlanmışdır və biz bu sözlüyə ilkin material kimi yanaşmalıyıq.
Sözlükdən əlavə, "Azərbaycan Milli Ensiklopediyası"nın xüsusi buraxılışının - Azərbaycan Respublikasına həsr
olunmuş xüsusi cildin də ilkin layihəsi hazırlanmışdır və bu gün Sizin diqqətinizə təqdim edilir.
Ensiklopediyanın birinci cildinin və yaxud Azərbaycan Respublikasına həsr edilmiş xüsusi cildin
yazılmasına, deyə bilərəm ki, Azərbaycanın
tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, elminin inkişafının
bütün dövrlərini əhatə edən materiallar cəlb olunmuşdur. Ümidvaram ki, redaksiya heyətinin yaxından iştirakı
və bilavasitə köməyi ilə müzakirəyə çıxarılan hər iki material bundan sonra da dəqiqləşdiriləcək, daha da
zənginləşdiriləcək və təkmilləşdiriləcəkdir.
Bundan əlavə, redaksiya heyətinin işini düzgün qurmaq, onun fəaliyyətini asanlaşdırmaq üçün çox vacib olan
metodik göstərişlər də hazırlanmışdır. Onlar da bu gün redaksiya heyətinin üzvlərinə paylanıbdır.
Beləliklə, deyə bilərəm ki, tələb olunan işlərin əksəriyyəti, onların ilkin variantı, layihəsi hazırlanmışdır və
müzakirələr üçün hazırdır.
Cənab Prezident,
onu da qeyd etməliyəm ki, bu ensiklopediyanın müasir səviyyədə və vaxtında nəşrini təmin
etmək üçün bəzi maliyyə məsələləri və maddi-texniki məsələlər də öz həllini tapmalıdır. Ancaq yenə də
bildirməliyəm ki, Sizin bu tarixi qərarınızın gerçəkləşdirilməsi və ensiklopediyanın yüksək səviyyədə nəşri üçün
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi öz imkanlarını səfərbər edəcək və ensiklopediyanın yüksək
səviyyədə nəşrini təmin edəcəkdir. Çox sağ olun.
* * *
İ l h a m Ə l i y e v: Dünən axşam bunlar mənə təqdim olundu – həm sözlük, həm də xüsusi cild. Siz indi
deyirsiniz ki, bunların hazırlanmasında "Azərbaycan Sovet Ensiklopediyası" əsas götürülmüşdür. Amma
baxanda burada, ilk səhifədə tərtibçilərin adları qeyd olunur. Yəni belə çıxır ki, tərtibçilər bunu işləyiblər.
Elədir?
M a h m u d K ə r i m o v: Müəyyən iş görüblər.
İ l h a m Ə l i y e v: Tərtibçilər kimlərdir? Bunun hazırlanması ilə bilavasitə məşğul olan şəxslər kim
olubdur?
M a h m u d K ə r i m o v: Təşkilat kimi bu işlə bilavasitə məşğul olan "Azərbaycan Milli
Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya Birliyidir.
İ l h a m Ə l i y e v: Kim, siz?!
İ s m a y ı l V ə l i y e v: Bəli.
İ l h a m Ə l i y e v: Əyləşin.
Bunlar mənə dünən təqdim olunubdur və vərəqləməyə başladım. İş otağımda da "Azərbaycan Sovet
Ensiklopediyası"nın cildləri var. Ona görə də mən bəzi yerləri müqayisə etməyə başladım və gördüm ki,
"Azərbaycan Sovet Ensiklopediyası"nda adı olan görkəmli elm, siyasət xadimlərinin adları bu sözlükdə yoxdur.
Amma bunun əvəzinə Azərbaycan tarixində heç bir fəaliyyəti olmayan, erməni millətinə mənsub
olan şəxslərin
adları kifayət qədər çoxdur. Vərəqləsəniz, bunu siz də görə bilərsiniz. Mən çox təəccüb etdim, axı bu nəyə görə
belə olur. Arutyunyan, Arutyunov, Gevorkyan, Yeremyan, Martiros Saryan, Sasunlu David. Bu nədir?! Nədir
bu?! Bizim Milli Ensiklopediyanın hazırlanmasına bumu əsasdır?! Mən dəhşətə gəldim.
Sözün düzü, mən
bugünkü iclası başqa cür təsəvvür edirdim. Mən hesab edirdim ki, bu sözlük hazırlanıbdır, biz bunu müzakirə
edəcəyik və bunun əsasında göstərişlər veriləcəkdir ki, hərə öz işi ilə məşğul olsun. Amma mən indi görürəm ki,
bu, yaramaz bir kitabdır.
Sonrakı səhifəni açdım. Nəyi görsəm yaxşıdır, Stepanakert. Azərbaycanda Stepanakert adlı şəhər yoxdur. Siz
bunu bilirsiniz, yoxsa yox?
İ s m a y ı l V ə l i y e v: Bilirəm.
İ l h a m Ə l i y e v: Bilirsiniz, bəs nə təhər olub ki, bura düşüb?!
İ s m a y ı l V ə l i y e v: Cənab Prezident, o, köhnə ensiklopediyanın sözlüyüdür.
İ l h a m Ə l i y e v: Bu qətiyyən elə deyil. Axı mən sizə dedim. Mən dünən axşam bunu aldım, müqayisə
etdim. Burada Azərbaycan tarixində mühüm, çox əhəmiyyətli rol oynamış şəxslərin adları yoxdur. Əgər onu
əsas götürmüsünüzsə, o adlar da olmalı idi. Əgər siz bu məsələyə yalnız texniki cəhətdən yanaşsaydınız, mən
deyərdim ki, texniki cəhətdən yanaşırsınız. Amma elə olan halda öz adlarınızı burada tərtibçi kimi salmamalı
idiniz.
Amma buna da texniki cəhətdən yanaşmamısınız. Nə üçün Azərbaycanın tarixində mühüm rol oynamış
insanların adı yoxdur, Saryanın adı var?! Baxın, baxın...
İ s m a y ı l V ə l i y e v: Cənab Prezident, ensiklopediya sözlüyü çox mühüm məsələdir. Elə sözlüklər var ki,
kollektiv bunu hazırlaya bilmir. Ona görə də bu layihə əvvəlki ensiklopediya əsasında hazırlanmışdır və ilkin
müzakirə üçün verilmişdir.