148
İ l h a m Ə l i y e v: Yox, siz bunu bizim diqqətimizə təqdim edirsiniz. Siz bunu əsas kimi təqdim edirsiniz.
Elədir, yoxsa yox?!
İ s m a y ı l V ə l i y e v: Elədir.
İ l h a m Ə l i y e v: Yaxşı, bəs onda o kitabı nə üçün yaradırsınız?
İ s m a y ı l V ə l i y e v: Bu layihədir. Redaksiya heyətinin işləməsi üçün vəsait kimi qəbul olunubdur.
Çünki bəzi tarixi şəxsiyyətlər barədə hələ qəti qərar vermək imkanına malik deyilik.
Redaksiya heyətində mən
ensiklopediyanın gələcək problemləri ilə bağlı öz fikirlərimi demişəm. Bu qərar redaksiya heyətinin
müzakirəsindən sonra veriləcəkdir. Biz yalnız texniki işləri görmüşük, latın qrafikasına çevirib çap eləmişik.
Yəni hələ müzakirə bundan sonra olacaqdır. Əsas sözlük ən azı dörd-beş ay bütün kollektivlərdə...
İ l h a m Ə l i y e v: Siz hesab edirsiniz ki, bunlar müzakirə predmeti ola bilər?!
İ s m a y ı l V ə l i y e v: Biz köhnə ensiklopediyanın sözlüyünü nəşr etmişik.
İ l h a m Ə l i y e v: Bəs köhnə ensiklopediyada əks olunan burada əks olunmur, öz əksini tapmır? Bəziləri
niyə çıxarılıb? Azərbaycanlı insanlar çıxarılıb, ermənilər qalıbdır? Səbəbi nədir? Mən indi deyərəm, gətirərlər,
sizə göstərərlər.
İ s m a y ı l V ə l i y e v: Texniki səhvlər ola bilər.
İ l h a m Ə l i y e v: Burada texniki səhvlər ola bilməz. Siz nə danışırsınız?
Siz bunu prezidentə təqdim
edirsiniz. Siz bunu redaksiya heyətinin diqqətinə təqdim edirsiniz. Burada nə texniki səhvlər ola bilər? Bu, ən
azı, səhlənkarlıqdır. Bir də ki, böyük siyasi səhvdir.
İ s m a y ı l V ə l i y e v: Doğrudur.
İ l h a m Ə l i y e v: İzahat verin.
İ s m a y ı l V ə l i y e v: İzahat ona görə verirəm ki, sözlüyün hazırlanması bizim kollektivin işi deyil. Biz
onun öhdəsindən gələ bilmərik. Mən bunu əlaqədar təşkilatlara da demişəm.
İ l h a m Ə l i y e v: Öhdəsindən gələ bilmirsinizsə, bu məsələ ilə məşğul olmayın, məşğul olmayın! Mən
sizi tanımırdım, birinci dəfədir görürəm. Sizi mənə təqdim etdilər ki, bu məsələ ilə məşğul olan bir şəxssiniz.
Mən də sizi tanımaya-tanımaya redaksiya heyətinə daxil etdim və məsul katib vəzifəsinə təyin etdim. İndi
görürəm ki, mən səhv etmişəm. Siz belə yanaşma ilə bu işin öhdəsindən necə gələcəksiniz?!
İ s m a y ı l V ə l i y e v: Cənab
Prezident, bu, ilkin sözlükdür.
İ l h a m Ə l i y e v: Bu, əsas deyil?!
İ s m a y ı l V ə l i y e v: Bu layihədir.
İ l h a m Ə l i y e v: Yaxşı, bu nədir?
İ s m a y ı l V ə l i y e v: Bu, Azərbaycana həsr edilmiş xüsusi cilddir.
İ l h a m Ə l i y e v: Siz bunu işləmisiniz?!
İ s m a y ı l V ə l i y e v: Xeyr, bu işləniləcək.
İ l h a m Ə l i y e v: Bu nədir və haradan yaranıbdır?
İ s m a y ı l V ə l i y e v: Bu, Azərbaycan Respublikasına həsr olunmuş xüsusi cilddir və üzərində
işləyəcəyik. Burada çox ciddi problemlər var. Vaxtilə 10 cildlik ensiklopediya nəşr olunanda 11-ci cild kimi
xüsusi bir cild də nəşr edilməli idi. Mövcud olan ciddi problemlər həmin cildi nəşr etməyə imkan verməyibdir.
O zaman bu işə bizim akademikimiz Cəmil müəllim rəhbərlik edibdir. O
vaxt bunu çap eləmək mümkün
olmadı. Sonra siyasi hadisələr dəyişdiyinə görə 1989-cu ildən sonra bu ensiklopediya üçün hazırlanan ma-
teriallar tamamilə köhnəldi. Ondan sonra bir neçə dəfə hazırlandı. Burada yenə də prinsipial məsələlər var ki,
bunlar yenidən işlənilməlidir.
İ l h a m Ə l i y e v: Bunu kim yaradıbdır?
İ s m a y ı l V ə l i y e v: Bu, akademiyanın bütün qurumları və digər ali məktəblərin elmi rəhbərlərinin
iştirakı ilə ilkin variant kimi hazırlanıbdır.
İ l h a m Ə l i y e v: Nə vaxt?
İ s m a y ı l V ə l i y e v: Deməli, 1989-cu ildən 1999-cu ilə qədər hazırlanıbdır.
İ l h a m Ə l i y e v: 1999-cu ilə qədər hazırlanıbdır. Siz özünüz buna baxmısınız?!
İ s m a y ı l V ə l i y e v: Bir qisminə baxmışam.
İ l h a m Ə l i y e v: Bəs siz bunu necə təqdim edirsiniz?! Bəs buna kim baxıbdır?
İ s m a y ı l V ə l i y e v: Tam baxılmayıbdır.
İ l h a m Ə l i y e v: Mən buna baxmışam. Düzdür, mənim vaxtım çox olmayıbdır. Baxmışam. Burada da çox
maraqlı məqamlar var. İndi mən xırda məsələlərə toxunmaq istəmirəm. Halbuki burada çox gülməli şeylər
yazılıbdır. Amma istəyirəm bir məsələyə toxunam. Demək, bu, 1999-cu ilə qədər işlənibdir?! 228-ci səhifəni açın
və baxın orada nə yazılıb:
"70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində bütün ölkədə olduğu kimi, respublikada da durğunluq
halları xeyli qüvvətlənmişdir".
149
Əgər oxumamısınızsa, mən sizin üçün oxuyaram: "İqtisadiyyatın və sosial sahənin inkişafında kobud
səhvlərin doğurduğu mənfi meyllər dərin kök salmışdır. Ümumi həcm ardınca qaçmaq, coşğun irəliləyiş
təsəvvürü yaratmaq iqtisadi yüksəlişin keyfiyyət cəhətlərinə diqqəti azaltmışdır. İnzibati
amirlik metodu zirvəyə
qalxmışdır".
Bu sizin 70–80-ci illərə verdiyiniz qiymətdir. Elədir? Siz bu qiyməti verirsiniz? Bu nədir? Siz yerinizdə
oturun. Hələ burada mənimlə mübahisə edir.
İ s m a y ı l V ə l i y e v: Mübahisə etmirəm.
İ l h a m Ə l i y e v: Bəs nə edirsən?!
İ s m a y ı l V ə l i y e v: Bu, köhnə materialdır.
İ l h a m Ə l i y e v: Köhnə material 1999-cu ilə qədər hazırlanıb: "1988-ci ilin mayında Vəzirov
Azərbaycan KP MK-nın birinci katibi və MK-nın Büro üzvü seçildi".
Bu nədir? Vəzirov kimdir? Təlxək, Azərbaycanı biabır edən, Azərbaycan xalqının qanını axıdan. Siz bunu qeyd
edirsiniz. 1999-cu ilə qədər işlənən əsərdə Heydər Əliyev haqqında bir kəlmə də yoxdur. Mən indi burada oturma-
saydım, nə yazardın?! Buradan çıx get. Belə adam bu redaksiya heyətində işləyə bilməz. Mən böyük səhv
etmişəm. Amma düzdür, bu, mənim səhvimdir. Sizi tanımamışam. Buradan gedin.
İ s m a y ı l V ə l i y e v: Söz deməyə icazə olarmı?
İ l h a m Ə l i y e v: Olmaz, qurtardı. Baş redaktor, siz hara baxırsınız?
M a h m u d K ə r i m o v: Cənab Prezident...
İ l h a m Ə l i y e v: Belə çıxır, buna heç kim baxmır. Bəs nə üçün gətirib mənə təqdim edirsiniz?
M a h m u d K ə r i m o v: Cənab Prezident,
ümumiyyətlə, bu gün buraya çıxarılmamalı idi.
İ l h a m Ə l i y e v: Necə çıxarılmamalı idi ki, masanın üzərinə düzmüsünüz.
M a h m u d K ə r i m o v: Onun üzərində işləmək...
İ l h a m Ə l i y e v: Onun üzərində işləmək olmaz. Olmaz!
M a h m u d K ə r i m o v: Razıyam.
İ l h a m Ə l i y e v: Razısınızsa, bəs bu işlərlə mən məşğul olmalıyam?! Əgər dünən axşam mənim vaxtım
olmasaydı, sözün düzü, heç buna baxmayacaqdım. Deyəcəkdim ki, sözlük hazırlanıbdır. Məni də əmin ediblər,
Fatma Abdullazadə. Sözlük var, 1-ci cild var, hər şey bunun üzərində qurulacaq. İndi mən görürəm, bu nəyin
üzərində qurulmalıymış. Belə də məsuliyyətsizlik olar?! Bu, ən azı, məsuliyyətsizlikdir. Bu, yumşaq desək,
böyük siyasi səhvdir.
Mən yenə də deyirəm, əgər Azərbaycanda son seçkilər başqa cür olsaydı,
indi mən təsəvvür edirəm, ora nələr
yazılacaqdı. Bu, vaxtilə konyunktura naminə yazılıbdır, tarix təhrif olunubdur. 70–80-ci illər müasir Azərbaycan
tarixində çiçəklənmə dövrüdür. O vaxt bir nəfər gəlib burada tarixi alt-üst edibdir və hamı da buna əl çalıbdır. Yaxşı,
bu tarixdir, keçdi. Amma yaxşı, 2004-cü ildə biz – buna kitabça da deyə bilmərəm – bunu necə müzakirə edək? Ona
görə də bunu götürün tullayın və yenidən işləyin. Sözlüyü də, xüsusi cildi də.
Mən bu işdən çox narazıyam. Mən heç təsəvvür edə bilmirdim ki, bizdə işlər bu səviyyədə qurulur. Üç aydır ki,
qərar verilibdir. Siz, heç olmasa, üç ay ərzində maraqlanaydınız. Siz baş redaktorsunuz. İndi bu adamı heç
tanımıram, aydındır. Heç o bilmir nə danışır. Onun üçün Saryan bizim xadimlərdən, bəlkə də, daha əzizdir və
hesab edir ki, Azərbaycanın ərazisində Stepanakert kimi şəhər var. Bizim İcra Aparatımız, Fatma Abdullazadə
bunu mənə təqdim ediblər. Belə də şey olar?! Gedin, ciddi nəticə çıxarın və qısa müddət ərzində yenidən
hazırlayın, təqdim edin. Redaksiya heyətindən
xahiş edirəm ki, – yəqin onlar da mənim kimi bunu ilk dəfə görürlər
– məşğul olun. Sözlük də hazırlanmalıdır, xüsusi cild də hazırlanmalıdır. Reallığı, Azərbaycanın tarixini əks
etdirən, heç bir təhrifsiz, heç bir qərəzsiz. Oturun.
M a h m u d K ə r i m o v: Cənab Prezident, olarmı bir arayış verim?
İ l h a m Ə l i y e v: Verin.
M a h m u d K ə r i m o v: Cənab Prezident, Sizin iradlarınızı qəbul edirəm. İş ondadır ki, bir az səmimi
danışsaq,
faktiki olaraq, redaksiya heyəti indiyə kimi işləməyibdir. İşləməyib ona görə ki, redaksiya heyəti özü
təsdiq edilməmişdi. Biz bilmirdik ki, bu redaksiya heyətinin üzvləri kimlər olacaqdır. Gözləyirdik ki, redaksiya
heyəti təsdiq olunsun, ondan sonra yığışmalıydıq və bütün iş bölgüsünü, ümumiyyətlə, işin qurulmasını müzakirə
edib işə başlamalıydıq. Bu mənim üçün də gözlənilməzdir. Mən bu materialları ilk dəfə görürəm. Çox yaramaz
materiallardır. Bunu elmi əsas kimi götürmək olmaz və müzakirəyə də çıxarmaq mümkün deyildir.
Cənab Prezident, Sizə söz veririk ki, biz işə yenidən başlayaraq həm xüsusi cild, həm də sözlük üzərində ciddi
işləyəcəyik.
İ l h a m Ə l i y e v: Yaxşı.