141
Paytaxt sakinləri Azərbaycan prezidentini ehtiramla salamlayır, bəziləri özlərinin qayğı və problemlərinin
həllinə kömək göstərilməsini xahiş edirdilər.
Dövlətimizin başçısı sakinləri
diqqətlə dinlədi, onların xahişlərinin yerinə yetirilməsi üçün konkret
göstərişlər verdi, bu işdə çətinlikləri olsa, hətta birbaşa onun özünə müraciət etməyi tapşırdı.
Gəzinti zamanı jurnalistlərə qısa müsahibə
S u a l: Cənab Prezident, gəzinti zamanı Sizdə hansı təəssüratlar oyandı?
C a v a b: Təəssüratlar gözəldir. Şəhərimiz gözəldir, inkişaf edir, yaşayır, insanların üzü gülür. Çox razıyam.
Mən çoxdan şəhərə çıxmaq istəyirdim. Yaxşı oldu ki, çıxdım. Bu gün Bakı Şəhəri İcra Hakimiyyətində
olmuşam. Orada mənə şəhərimizin gələcək inkişafı ilə bağlı məlumatlar verildi. Bakı şəhərinin
gələcəkdə
inkişafı plan üzrə gedəcəkdir. Baş plan haqqında məlumat verildi. İndi də camaatla birlikdə şəhərdəyəm.
S u a l: Cənab Prezident, Vardan Oskanyan belə bir bəyanat yayıb ki, Dağlıq Qarabağ
Türkmənistanla «vahid dövlət» və «vahid xalqdır». Bu o demək deyilmi ki, onlar Azərbaycanı
müharibəyə sürükləyirlər?
Cavab: Bu onların mövqeyidir. Bizim də mövqeyimizi siz bilirsiniz. Dağlıq Qarabağ nə Ermənistanın tərkib
hissəsi olacaq, nə də müstəqil bir qurum olacaqdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Azərbaycanın işğal olunmuş torpaqları, o cümlədən Dağlıq Qarabağ azad edilməlidir. Çünki beynəlxalq hüquq
normaları hər yerdə öz yerini tapmalıdır. Əminəm ki, bu məsələ də öz həllini tapacaqdır.
S u a l: Cənab Prezident, şəhərə çıxmağınızın məqsədi nədir?
C a v a b: Elə bir məqsədim yoxdur, sadəcə olaraq, çoxdandır ki, şəhərə çıxmamışam, darıxmışam. Əlbəttə,
prezident seçiləndən sonra iş cədvəlində müəyyən dəyişikliklər olmuşdur və işin gərginliyi artmışdır. Çoxlu
xarici səfərlərim olmuşdur. Yəni vaxtım olmayıb ki, şəhərə çıxam.
Eyni zamanda, mən bu gün Bakı Şəhəri İcra
Hakimiyyətində olmuşam. Orada şəhərin gələcək inkişafı ilə bağlı məlumatlar verilmişdir. Bakımız, paytaxtımız
gün-gündən gözəlləşir, yeni binalar, yaşayış evləri, işgüzar mərkəzlər tikilir. Bu çox sevindirici haldır. Mən
bunu çox təqdir edirəm. Bu bir daha göstərir ki, ölkəmizin iqtisadiyyatı inkişaf eir. Əgər bu inkişaf olmasaydı,
bizim inşaat sektorumuz bu dərəcədə inkişaf etməzdi. Amma, eyni zamanda, bu işi tənzimləmək lazımdır. Yəni
Bakının gələcək tikintisi düşünülmüş, təsdiq edilmiş baş plan əsasında aparılmalıdır. Baş plan haqqında
Hacıbala Abutalıbov mənə məlumatlar vermişdir. Mənim də bu barədə bəzi fikirlərim vardı və bunları
bildirdim. Ümid edirəm ki, bundan sonra tikiləcək binalar daha gözəl olacaqdır. Mütləq memarlıq üslubunda
tikilməlidir. Həm Azərbaycan, həm də Şərq Avropa memarlığı üslubunda tikilməlidir,
şəhərimiz daha da
gözəlləşsin.
S u a l: Cənab Prezident, bundan sonra belə gəzintilər olacaqmı?
C a v a b: Bu elə də qeyri-adi hal deyildir. Mən əvvəllər həmişə Bakıda sərbəst şəkildə gəzmişəm. Əlbəttə,
indiki bu vəzifəm diqqət mərkəzindədir və küçəyə çıxan kimi bu dərhal reaksiya doğurur. Bu da təbiidir. Amma
bu gəzinti o demək deyil ki, mən hansısa bir aksiya, yaxud da tədbir keçirirəm. Bu mənim təbii hisslərim,
duyğularımdır. Əlbəttə, camaat arasında bundan sonra da tez-tez olacağam.
Bundan başqa, insanlarla birbaşa ünsiyyətdə olmaq mənim üçün çox dəyərli və faydalıdır. Prezidentə, deyə
bilərəm ki, çox hallarda yerlərdə olan məlumatlar bilavasitə daxil olmur. Hansısa bir süzgəcdən keçib daxil
olur, yaxud da müəyyən mənbələrdən daxil olur. Bu da vacibdir. Amma Prezidentin hər şeydən xəbəri olmalıdır.
İlk növbədə, bilməlidir ki, insanların əhval-ruhiyyəsi, həyat səviyyəsi nə yerdədir.
Bu barədə məndə ilk
mənbədən də məlumat olmalıdır. Bunu etmək üçün belə görüşlər vacibdir və hesab edirəm, bundan sonra da
olacaqdır.
142
SƏRBƏST GÜLƏŞ ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARINA GƏLMİŞ BEYNƏLXALQ
GÜLƏŞ FEDERASİYASININ RƏHBƏRLİYİ, MƏŞHUR İDMANÇILAR, DÜNYA VƏ
OLİMPİYA OYUNLARI ÇEMPİONLARI İLƏ GÖRÜŞDƏ ÇIXIŞ
Heydər Əliyev adına Bakı İdman–Konsert Kompleksi
3 aprel 2004-cü il
Hörmətli qonaqlar, xoş gördük sizi. Bakıya gəldiyinizə görə təşəkkür edirəm. Dost gəlişinə həmişə şadıq,
həmişə istəyirik ki, dünya səviyyəli yarışlar bizdə keçirilsin. Deyə bilərəm ki, Azərbaycanda, ilk dəfə olaraq
idmanın üç növü üzrə olimpiya lisenziya turnirləri keçirilir.
Voleybol, taekvondo yarışları artıq keçirilmişdir, bu
ayın sonunda isə Bakıda boks turniri olacaqdır. Bu, ölkəmizdə idmanın inkişafıının çox mühüm göstəricisidir.
Çox işlər görülür, idman kompleksləri tikilir. Onlar, əsasən, ölkənin regionlarında inşa edilir ki, kəndli gənclər
idmanla məşğul ola bilsinlər.
İdman fedrasiyaları da, o cümlədən Abbas Abbasovun başçılıq etdiyi Güləş Federasiyası fəal işləyirlər. Biz
son dörd–beş ildə bütün federasiyalarda böyük dəyişikliklər aparmışıq, onların rəhbərliyinə ölkədə tanınmış
təcrübəli adamlar gəlmişdir. İdmançıların maddi məsələləri ilə də çox məşğul oluruq, Milli Olimpiya
Komitəsinin təqaüdlərini təyin etmişik, təkcə bugünkü idmançılar üçün deyil, həm də pensiyaya çıxmış və bütün
ömrünü, bütün qüvvələrini idmanın inkişafına həsr etmiş insanlar üçün normal
həyat şəraiti təmin etmək
məqsədi ilə veteran təqaüdləri təyin etmişik.
Hər bir belə hadisə idmanın təbliğidir. Əminəm ki, dünya kuboku yarışlarından sonra oğlanlar bölmələrə
axışacaqlar. Uğurla çıxış etdiyimiz Sidney Olimpiya oyunlarından, o cümlədən güləşçi Namiq Abdullayev
olimpiya çempionu olandan sonra gənclər idman bölmələrinə axışmışdır. Onlar idmanla məşğul olurlar, deməli,
xuliqanlıq etməyəcəklər, pis işlərə qoşulmayacaqlar, məsuliyyətli olacalar. Zənnimcə, əldə etdiyimiz başlıca
nailiyyətlərdən biri də odur ki, cəmiyyətlərdə idmançılara,
vaxtilə olduğu kimi, hörmət edirlər.
Əlbəttə, 1990-cı illərin əvvəllərində bütün ölkələrin, qonşularımızın da iqtisadi problemləri olmuşdur. O
vaxtlar idmana lazımi diqqət yetirilmirdi. Lakin indi bir çox ölkələrdə idmanın cəmiyyətdə yenidən mühüm yer
tutduğunu görürük. Bu, Azərbaycanda da baş verir. Mən özüm çox fəxr edirəm ki, 7 ildir Milli Olimpiya
Komitəsinə başçılıq edirəm. Bu illər ərzində çox iş görülmüşdür. İndi biz Afinada layiqincə çıxış etmək,
Azərbaycanın idman ölkəsinə çevrildiyini bir daha təsdiqləmək istəyirik. Əlbəttə, indiki kimi yarışlar buna çox
kömək edir. Əminəm ki, dünyada məşhur olan idmançıların ölkəmizə gəlməsi böyük hadisədir. Ona görə də
Beynəlxalq Güləş Federasiyasının prezidentinə və bütün dostlarımıza bizə qonaq gəldikləri üçün bir daha
təşəkkür etmək istəyirəm. Sidneydəki görüşlərimizi,
birlikdə azarkeşlik etdiyimizi, sevindiyimizi xatırlayıram.
Biz birlikdə Azərbaycanın, Rusiyanın idmançılarına azarkeşlik edirdik, nə qədər sevinirdik. Bu, insanları
birləşdirir. İdman müxtəlif ölkələrdən olan insanları birləşdirən çox az amillərdən biridir. Sidneydə elə bir
psixoloji yüksəliş var idi ki, hətta Abbas Abbasov bütün normaları pozaraq xalçanın üzərinə çıxmış, idmançının
qələbəsinə sevincini bu yolla ifadə etmişdi.
Biz Beynəlxalq Olimpiya Komitəsinin bütün konfranslarında Belarusun Milli Olimpiya Komitəsinin
prezidenti hörmətli Aleksandr Medvedyevlə yanaşı otururuq. O da bizi həmişə dəstəkləyir. Biz hamımız
görkəmli Rusiya idmançısı, dəfələrlə olimpiya çempionu Aleksandr Karelinin pərəstişkarıyıq. Onun idmanda
nailiyyətləri böyükdür. Onu Azərbaycanda da sevir və ona azarkeşlik edirdilər.
* * *
Qonaqlar adından çıxış edən dəfələrlə olimpiya çempionu Aleksandr Karelin həm də öz ünvanına söylənmiş
sözlərə görə təşəkkür edərək dedi:
Biz bu gün Azərbaycanda idman obyektlərinin necə tikildiyini gördük. İdmançılar üçün əla şərait yaradılmış
taekvondo mərkəzinə, digər obyektlərə baxdıq. Mən idmanın insanları birləşdirməsi barədə dediyiniz sözləri təs-
diqləmək istəyirəm.
Sonra Aleksandr Karelin Azərbaycan prezidenti İlham Əliyevə Rusiya Güləş Federasiyasının xüsusi
hədiyyəsini təqdim etdi.