İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   51   52   53   54   55   56   57   58   ...   84

141 
 
Paytaxt sakinləri Azərbaycan prezidentini ehtiramla salamlayır, bəziləri özlərinin qayğı  və problemlərinin 
həllinə kömək göstərilməsini xahiş edirdilər. 
Dövlətimizin başçısı sakinləri diqqətlə dinlədi, onların xahişlərinin yerinə yetirilməsi üçün konkret 
göstərişlər verdi, bu işdə çətinlikləri olsa, hətta birbaşa onun özünə müraciət etməyi tapşırdı. 
 
Gəzinti zamanı jurnalistlərə qısa müsahibə 
 
S u a l: Cənab Prezident, gəzinti zamanı Sizdə hansı təəssüratlar oyandı? 
C a v a b: Təəssüratlar gözəldir. Şəhərimiz gözəldir, inkişaf edir, yaşayır, insanların üzü gülür. Çox razıyam. 
Mən çoxdan şəhərə  çıxmaq istəyirdim. Yaxşı oldu ki, çıxdım. Bu gün Bakı  Şəhəri  İcra Hakimiyyətində 
olmuşam. Orada mənə  şəhərimizin gələcək inkişafı ilə bağlı  məlumatlar verildi. Bakı  şəhərinin gələcəkdə 
inkişafı plan üzrə gedəcəkdir. Baş plan haqqında məlumat verildi. İndi də camaatla birlikdə şəhərdəyəm. 
S u a l: Cənab Prezident, Vardan Oskanyan belə bir bəyanat yayıb ki, Dağlıq Qarabağ 
Türkmənistanla «vahid dövlət» və «vahid xalqdır». Bu o demək deyilmi ki, onlar Azərbaycanı 
müharibəyə sürükləyirlər? 
Cavab: Bu onların mövqeyidir. Bizim də mövqeyimizi siz bilirsiniz. Dağlıq Qarabağ nə Ermənistanın tərkib 
hissəsi olacaq, nə  də müstəqil bir qurum olacaqdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 
Azərbaycanın işğal olunmuş torpaqları, o cümlədən Dağlıq Qarabağ azad edilməlidir. Çünki beynəlxalq hüquq 
normaları hər yerdə öz yerini tapmalıdır. Əminəm ki, bu məsələ də öz həllini  tapacaqdır. 
S u a l: Cənab Prezident, şəhərə çıxmağınızın məqsədi nədir? 
C a v a b: Elə bir məqsədim yoxdur, sadəcə olaraq, çoxdandır ki, şəhərə çıxmamışam, darıxmışam. Əlbəttə, 
prezident seçiləndən sonra iş  cədvəlində müəyyən dəyişikliklər olmuşdur və  işin gərginliyi artmışdır. Çoxlu 
xarici səfərlərim olmuşdur. Yəni  vaxtım olmayıb ki, şəhərə çıxam. Eyni zamanda, mən bu gün Bakı Şəhəri İcra 
Hakimiyyətində olmuşam. Orada şəhərin gələcək inkişafı ilə bağlı məlumatlar verilmişdir. Bakımız, paytaxtımız 
gün-gündən gözəlləşir, yeni binalar, yaşayış evləri, işgüzar mərkəzlər tikilir. Bu çox sevindirici haldır. Mən 
bunu çox təqdir edirəm. Bu bir daha göstərir ki, ölkəmizin iqtisadiyyatı inkişaf eir. Əgər bu inkişaf olmasaydı, 
bizim inşaat sektorumuz bu dərəcədə inkişaf etməzdi. Amma, eyni zamanda, bu işi tənzimləmək lazımdır. Yəni 
Bakının gələcək tikintisi  düşünülmüş, təsdiq edilmiş baş plan əsasında aparılmalıdır. Baş plan haqqında 
Hacıbala Abutalıbov mənə  məlumatlar vermişdir. Mənim də bu barədə  bəzi fikirlərim vardı  və bunları 
bildirdim. Ümid edirəm ki, bundan sonra tikiləcək binalar daha gözəl olacaqdır. Mütləq memarlıq üslubunda 
tikilməlidir. Həm Azərbaycan, həm də  Şərq Avropa memarlığı üslubunda tikilməlidir,  şəhərimiz daha da 
gözəlləşsin. 
S u a l: Cənab Prezident, bundan sonra belə gəzintilər olacaqmı? 
C a v a b: Bu elə də qeyri-adi hal deyildir. Mən əvvəllər həmişə Bakıda sərbəst şəkildə gəzmişəm. Əlbəttə, 
indiki bu vəzifəm diqqət mərkəzindədir və küçəyə çıxan kimi bu dərhal reaksiya doğurur. Bu da təbiidir. Amma 
bu gəzinti o demək deyil ki, mən hansısa bir aksiya, yaxud da tədbir keçirirəm. Bu mənim təbii hisslərim, 
duyğularımdır. Əlbəttə, camaat arasında bundan sonra da tez-tez olacağam. 
Bundan başqa, insanlarla birbaşa ünsiyyətdə olmaq mənim üçün çox dəyərli və faydalıdır. Prezidentə, deyə 
bilərəm  ki, çox hallarda yerlərdə olan məlumatlar bilavasitə daxil olmur. Hansısa bir süzgəcdən keçib daxil 
olur, yaxud da müəyyən mənbələrdən daxil olur. Bu da vacibdir. Amma Prezidentin hər şeydən xəbəri olmalıdır. 
İlk növbədə, bilməlidir ki, insanların  əhval-ruhiyyəsi, həyat səviyyəsi nə yerdədir. Bu barədə  məndə ilk 
mənbədən də  məlumat olmalıdır. Bunu etmək üçün belə görüşlər vacibdir və hesab edirəm, bundan sonra da 
olacaqdır. 


142 
 
 
SƏRBƏST GÜLƏŞ  ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARINA GƏLMİŞ BEYNƏLXALQ  
GÜLƏŞ FEDERASİYASININ RƏHBƏRLİYİ, MƏŞHUR İDMANÇILAR, DÜNYA VƏ 
OLİMPİYA OYUNLARI ÇEMPİONLARI İLƏ GÖRÜŞDƏ ÇIXIŞ 
 
Heydər Əliyev adına Bakı İdman–Konsert Kompleksi 
 
3 aprel 2004-cü il 
 
Hörmətli qonaqlar, xoş gördük sizi. Bakıya gəldiyinizə görə təşəkkür edirəm. Dost gəlişinə həmişə şadıq, 
həmişə istəyirik ki, dünya səviyyəli yarışlar bizdə keçirilsin. Deyə bilərəm ki, Azərbaycanda, ilk dəfə olaraq 
idmanın üç növü üzrə olimpiya lisenziya turnirləri keçirilir. Voleybol, taekvondo yarışları artıq keçirilmişdir, bu 
ayın sonunda isə Bakıda boks turniri olacaqdır. Bu,  ölkəmizdə idmanın inkişafıının çox mühüm göstəricisidir. 
Çox işlər görülür, idman kompleksləri tikilir. Onlar, əsasən, ölkənin regionlarında inşa edilir ki, kəndli gənclər 
idmanla məşğul ola bilsinlər. 
İdman fedrasiyaları da, o cümlədən Abbas Abbasovun başçılıq etdiyi Güləş Federasiyası fəal işləyirlər. Biz 
son dörd–beş ildə bütün federasiyalarda böyük dəyişikliklər aparmışıq, onların rəhbərliyinə ölkədə tanınmış 
təcrübəli adamlar gəlmişdir.  İdmançıların maddi məsələləri ilə  də çox məşğul oluruq, Milli Olimpiya 
Komitəsinin təqaüdlərini təyin etmişik, təkcə bugünkü idmançılar üçün deyil, həm də pensiyaya çıxmış və bütün 
ömrünü, bütün qüvvələrini idmanın inkişafına həsr etmiş insanlar üçün normal həyat  şəraiti təmin etmək 
məqsədi ilə veteran təqaüdləri təyin etmişik. 
Hər bir belə hadisə idmanın təbliğidir.  Əminəm ki, dünya kuboku yarışlarından sonra oğlanlar bölmələrə 
axışacaqlar. Uğurla çıxış etdiyimiz Sidney Olimpiya oyunlarından, o cümlədən güləşçi Namiq Abdullayev 
olimpiya çempionu olandan sonra gənclər idman bölmələrinə axışmışdır. Onlar idmanla məşğul olurlar, deməli, 
xuliqanlıq etməyəcəklər, pis işlərə qoşulmayacaqlar, məsuliyyətli olacalar. Zənnimcə,  əldə etdiyimiz başlıca 
nailiyyətlərdən biri də odur ki, cəmiyyətlərdə idmançılara, vaxtilə olduğu kimi, hörmət edirlər. 
Əlbəttə, 1990-cı illərin  əvvəllərində bütün ölkələrin, qonşularımızın da iqtisadi problemləri olmuşdur. O 
vaxtlar idmana lazımi diqqət yetirilmirdi. Lakin indi bir çox ölkələrdə idmanın cəmiyyətdə yenidən mühüm yer 
tutduğunu görürük. Bu, Azərbaycanda da baş verir. Mən özüm çox fəxr edirəm ki, 7  ildir Milli Olimpiya 
Komitəsinə başçılıq edirəm. Bu illər  ərzində çox iş görülmüşdür.  İndi biz Afinada layiqincə  çıxış etmək, 
Azərbaycanın idman ölkəsinə çevrildiyini bir daha təsdiqləmək istəyirik. Əlbəttə, indiki kimi yarışlar buna çox 
kömək edir. Əminəm  ki, dünyada məşhur olan idmançıların ölkəmizə  gəlməsi böyük hadisədir. Ona görə də 
Beynəlxalq Güləş Federasiyasının prezidentinə  və bütün dostlarımıza bizə qonaq gəldikləri üçün bir daha 
təşəkkür etmək istəyirəm. Sidneydəki görüşlərimizi, birlikdə azarkeşlik etdiyimizi, sevindiyimizi xatırlayıram. 
Biz birlikdə Azərbaycanın, Rusiyanın idmançılarına azarkeşlik edirdik, nə  qədər sevinirdik. Bu, insanları 
birləşdirir.  İdman müxtəlif ölkələrdən olan insanları birləşdirən çox az amillərdən biridir. Sidneydə elə bir 
psixoloji yüksəliş var idi ki, hətta  Abbas Abbasov bütün normaları pozaraq xalçanın üzərinə çıxmış, idmançının 
qələbəsinə sevincini bu yolla ifadə etmişdi. 
Biz Beynəlxalq Olimpiya Komitəsinin bütün konfranslarında Belarusun Milli Olimpiya Komitəsinin 
prezidenti hörmətli Aleksandr Medvedyevlə yanaşı otururuq. O da bizi həmişə  dəstəkləyir. Biz hamımız 
görkəmli Rusiya idmançısı, dəfələrlə olimpiya çempionu Aleksandr Karelinin pərəstişkarıyıq. Onun idmanda 
nailiyyətləri böyükdür. Onu Azərbaycanda da sevir və ona azarkeşlik edirdilər.  
 
 
 
 
 
* * *  
 Qonaqlar adından çıxış edən dəfələrlə olimpiya çempionu Aleksandr Karelin həm də öz ünvanına söylənmiş 
sözlərə görə təşəkkür edərək dedi: 
Biz bu gün Azərbaycanda idman obyektlərinin necə tikildiyini gördük. İdmançılar üçün əla şərait yaradılmış 
taekvondo mərkəzinə, digər obyektlərə baxdıq. Mən idmanın insanları birləşdirməsi barədə dediyiniz sözləri təs-
diqləmək istəyirəm. 
Sonra Aleksandr Karelin Azərbaycan prezidenti İlham  Əliyevə Rusiya Güləş Federasiyasının xüsusi 
hədiyyəsini təqdim etdi. 
 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə