İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

135 
 
Dövlət Dumasında  daşıyacağımız məsuliyyətdir. Dumada 29 komitə vardır və bunların hamısına "Yedinaya 
Rossiya" fraksiyasından olan deputatlar başçılıq edirlər. 
Bununla bərabər, Dövlət Dumasında iş prosesi, ənənəvi olaraq, demokratikdir. Biz digər fraksiyaların, o 
cümlədən solların – RFKP-nin təklifləri əsasında səmərəli qərar qəbul edirik. Biz "Yabloko" partiyasının üzvü 
cənab Lükini insan hüquqları müvəkkili seçmişik. Demək istəyirəm ki, bu, Dövlət Dumasında mövcud olan 
normal, yaradıcı və demokratik prosesdir.  
Biz qanunvericilik sahəsində ciddi iş görmək əhval-ruhiyyəsindəyik və bu sahədə təcrübəni parlamentlərarası 
qrup vasitəsilə sizin parlamentin üzvləri ilə bölüşəcəyik. Biz artıq görürük ki, bir sıra qanunlar var və onları 
Azərbaycanda həyata keçirmək həqiqətən mümkündür, digər tərəfdən, biz sizdə aparılan işdən bəhrələnə bilirik.  
Bir sözlə, artıq qarşılıqlı fəaliyyət prosesi gedir. 
İ l h a m   Ə l i y e v:  Ətraflı məlumata görə təşəkkür edirəm. Biz belə sıx əməkdaşlıqda çox maraqlıyıq. 
Fürsətdən istifadə edərək, Vladimir Putinin növbəti müddətə prezident seçilməsi münasibətilə "Yedinaya 
Rossiya" partiyasını, bütün Rusiya xalqını bir daha təbrik etmək istərdim. Mən ona məktub göndərdim və 
telefonla təbrik etdim. Bizim çox yaxşı söhbətimiz oldu. Hesab edirəm ki, bu, Rusiya xalqının böyük 
qələbəsidir. Prezident Putin hakimiyyətdə olduğu illərdə Rusiya dövlətçiliyinin möhkəmlənməsinə çox böyük 
töhfə vermişdir. O, iqtisadi baxımdan da çox böyük nailiyyətlər əldə etmişdir. İndi Rusiyanın on milyardlarla 
dollarlıq valyuta ehtiyatları var, halbuki o, hakimiyyətə  gələndə  xəzinə,  əslində, boş idi. Rusiya beynəlxalq 
maliyyə təşkilatlarının təzyiqi altından çıxmışdır, əvvəllər ölkənin rifahı bu təşkilatların kreditlərindən asılı idi. 
Bununla yanaşı, dövlətçiliyin möhkəmlənməsi də böyük nailiyyətdir. Vladimir Putinin hakimiyyəti illərində 
Rusiya hər cəhətdən möhkəmlənmişdir. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir. Ona görə  də Vladimir 
Vladimiroviçin qələbəsi heç kimdə əsla şübhə doğurmamışdır.   
Biz çox şadıq ki, Rusiya xalqı bir daha ən doğru seçim etmişdir. Vladimir Putini seçkiqabağı kampaniyada 
fəal surətdə  dəstəkləmiş partiyanı da müvəffəqiyyət münasibətilə  təbrik etmək istəyirəm.  Əminəm ki, bu, 
Rusiya–Azərbaycan münasibətləri üçün də,  əlaqələrimizin, Moskvada prezident seçkilərindən  əvvəl haqqında 
danışdığımız hər  şeyin inkişafı, dərinləşməsi üçün də yaxşı amil olacaqdır.  Əminəm ki, bizim hələ çox 
görüşlərimiz olacaq, qarşılıqlı münasibətlərin bütün sahələrində daha da irəliləyəcəyik. 
 


136 
 
 
31 MART AZƏRBAYCANLILARIN  
SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ  
AZƏRBAYCAN XALQINA MÜRACİƏT 
 
Əziz həmvətənlər! 
Hörmətli soydaşlar! 
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq 
tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları  qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə 
erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və 
təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, 
siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı 
təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə milli-mədəni, dini, siyasi və 
hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 
XIX  əsrin birinci rübündə Rusiya və  İran arasında gedən müharibələrin nəticəsi kimi, Azərbaycan 
torpaqlarının ikiyə bölünməsi ilə Qarabağ  ərazisinə  İran və Türkiyədən ermənilərin məqsədli  şəkildə kütləvi 
köçürülməsinə start verilmiş, burada demoqrafik vəziyyət süni surətdə  dəyişdirilmişdir. 1905-ci ildə erməni 
millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz doğma yurdlarında kütləvi qırğınlar törədildi, yüzlərlə yaşayış 
məntəqəsi  dağıdıldı. 1918-ci ildə Bakı Kommunası rəhbərlərinin himayəsi ilə Bakı quberniyasını azərbaycan-
lılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirildi. Nəticədə on minlərlə dinc insan məhv edildi, 
yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı. 
Azərbaycanlılara qarşı soyqırımı  və deportasiya siyasəti millətlərin və xalqların bərabərliyi  şüarını elan 
etmiş sovet hakimiyyəti dövründə incə və məkrli metodlarla davam etdirilmiş, Azərbaycana münasibətdə çoxlu 
səhv və ədalətsiz qərarlar qəbul edilmişdir. 20-ci illərdə tarixi Azərbaycan  ərazisi olan Zəngəzur heç bir əsas 
olmadan Ermənistana verildi və beləliklə, Azərbaycanın qədim torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən 
ayrı salındı. Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. SSRİ rəhbərliyinin volyuntarist qərarı ilə 1948–
1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından deportasiyasına nail oldular və 
faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. 
80-ci illərin ikinci yarısında  bədnam “perestroyka” dövründə SSRİ-nin rəhbər dairələrinin bilavasitə təhriki 
və yardımı ilə erməni millətçilərinin xalqımıza qarşı  təcavüz və cinayətlərinin yeni dalğası başlandı. Yığcam 
halda yaşayan 200 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən amansızlıqla qovuldu. Dağlıq Qarabağ və 
onun  ətrafındakı yeddi rayon genişmiqyaslı  hərbi  əməliyyatlar nəticəsində azərbaycanlılardan təmizləndi və 
erməni hərbi birləşmələri tərəfindən işğal olundu. M.Qorbaçov başda olmaqla SSRİ  rəhbərliyi təcavüzkarı 
cəzalandırmaq əvəzinə 1990-cı ilin yanvarında Bakıya qoşun yeridərək öz milli və vətəndaş haqqını tələb edən 
yüzlərlə insanı qətlə yetirdi. 1992-ci ildə ermənilər qədim Xocalı şəhərini misli görünməmiş amansızlıqla məhv 
etdi, onun dinc sakinlərini qəddar və amansız işgəncələrə və soyqırımına məruz qoydular.  
Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında 
silinməz izlər buraxmışdır. Bütövlükdə iki milyona yaxın azərbaycanlı başqa millətdən olan insanlara, qonşu 
xalqlara nifrət və təcavüz ideologiyası və psixologiyası üzərində qurulmuş mənfur erməni siyasətinin fəlakət və 
dəhşətlərini öz taleyində yaşamışdır.  
Bu qədər xəyanət və  zərbələrə  məruz qalmasına baxmayaraq, xalqımız soyqırımı  və deportasiya faktlarını 
uzun zaman ictimai müzakirəyə  çıxarmamış, beynəlxalq aləmdə ifşa etməmiş,  əslində buna onun imkanı da 
olmamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra bu 
məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı 
soyqırımı  və deportasiya siyasətinin mahiyyəti açıqlanmış və ifşa olunmuşdur. Azərbaycan prezidenti Heydər 
Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmiş, soyqırımı 
qurbanlarını anma tədbirlərinin keçirilməsinə, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin yayılmasına 
təkan verilmişdir. Məqsəd erməni millətçilərinin işğalçılıq və  təcavüz siyasətini faktlar əsasında dünya 
ictimaiyyətinə və nüfuzlu beynəlxalq dairələrə çatdırmaq, törədilmiş hadisələrin bütöv xalqa qarşı planlı surətdə 
həyata keçirilən soyqırımı aktları kimi tanınmasına nail olmaq idi. Lakin uydurma “erməni soyqırımı” haqqında 
onilliklər boyu təbliğat-informasiya müharibəsi aparan və bundan öz ərazi iddialarını əsaslandırmaq və siyasi-
hüquqi dividendlər əldə etmək üçün istifadə edən erməni millətçilərindən fərqli olaraq, biz bu faktlardan başqa 
xalqlara düşmənçilik və nifrət hissləri aşılamaq üçün faydalanmaq istəmirik. Biz dövlətlər və xalqlararası 
münasibətlərdə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinin, sivil birgəyaşayış normalarının 
ardıcıl surətdə tətbiq olunmasının tərəfdarıyıq.  
Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və 
suverenliyinin təmin olunması, davakar erməni millətçiliyinin və ekspansiya siyasətinin ifşası, aparıcı dünya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə