İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


BAKIDA “AZƏRBAYCAN–RUSİYA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   52   53   54   55   56   57   58   59   ...   84

143 
 
 
BAKIDA “AZƏRBAYCAN–RUSİYA 
TİCARƏT–İQTİSADİ MÜNASİBƏTLƏRİ, 
ONLARIN İNKİŞAF  MEYLLƏRİ VƏ  
PERSPEKTİVLƏRİ" ADLI BİRİNCİ 
AZƏRBAYCAN–RUSİYA İQTİSADİ  
FORUMUNDA NİTQ
*
 
 
«Gülüstan» sarayı 
 
6 aprel 2004-cü il 
 
 
Əziz dostlar! 
Əziz qonaqlar!  
Hörmətli forum iştirakçıları! 
Mən, ilk növbədə, sizi Azərbaycanın paytaxtında, Bakı  şəhərində salamlamaq və foruma uğurlu iş 
arzulamaq istərdim. 
Siz indicə kadrlar gördünüz. Bu kadrlar bizi Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərinin unudulmaz 
günlərinə qaytardı. Həmin səfər çərçivəsində çoxlu razılaşmalar  əldə edildi, ən başlıcası isə, Rusiya və 
Azərbaycan rəhbərliyi arasında qarşılıqlı anlaşmanın səviyyəsi daha da yüksəldi.  
Hesab edirəm ki, ölkələrimiz arasında indiki mehriban qonşuluq, dostluq münasibətlərinin əsasını prezident 
Vladimir Putinin Azərbaycana səfəri, Rusiya prezidentinin ilk səfəri qoymuşdur. Bundan sonra ölkələrimiz 
arasında qarşılıqlı anlaşma çox əhəmiyyətli dərəcədə artdı, çox intensiv siyasi dialoq başlandı, bir çox sahələrdə 
iqtisadi  əməkdaşlıq üçün dərhal imkanlar yarandı. Bu gün bu barədə danışıldı.  Əlbəttə ki, Rusiya prezidenti 
Vladimir Putinin Azərbaycan prezidenti Heydər  Əliyevlə sonrakı görüşləri, onların arasındakı  şəxsi qarşılıqlı 
anlaşma, qarşılıqlı rəğbət və dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında, hesab edirəm, ümdə 
rol oynamışdır. Bu xətt Azərbaycanda davam etdirilir. Biz bütün istiqamətlərdə münasibətlərimizi daha da 
inkişaf etdirmək  əzmindəyik. Azərbaycan prezidentinin cari ilin fevralındakı  səfəri də bu siyasətin məntiqi 
davamı idi.  
Müstəqillik illərində ölkəmiz öz təşəkkülünün müxtəlif mərhələlərini yaşamışdır. Başlanğıc mərhələ  ağır 
sarsıntılarla, iqtisadi dağıntılarla, qarmaqarışıqlıqla, Azərbaycan iqtisadiyyatını süquta uğradan səriştəsiz 
hökumətin az səmərəli fəaliyyəti ilə səciyyəvi olmuşdur. Bütün bunlara əlavə olaraq Ermənistan Azərbaycana 
qarşı təcavüz etmiş, nəticədə ərazimizin 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı isə qaçqın və köçkünə 
çevrilmişdir ki, bu da ölkəmizin inkişafı  işində  mənfi rol oynamışdır.  Əgər o vaxtlar daxili vəziyyətin 
sabitliyinin pozulması təhlükəsi, hakimiyyəti  zorakılıqla devirmək üçün 1996-cı ilədək ara verməyən cəhdlər də 
olduğunu xatırlasaq, onda görərik ki, Azərbaycan dövlətçiliyi necə ağır bir dövrdə formalaşmışdır.  
Prezident Heydər Əliyevin səyləri sayəsində 1993-cü ildən  başlayaraq ölkə bu böhrandan, ağır sarsıntılardan 
çıxmağa və iqtisadi inkişaf yoluna qədəm qoymağa müvəffəq olmuşdur.  İqtisadi göstəricilərin dinamikasına 
nəzər salsaq, çox aydın şəkildə görə bilərik ki, 1996-cı ilədək bütün iqtisadi göstəricilərin hər il aşağı düşməsi 
onlarca, bəlkə də yüzlərcə faizlə ölçülürdü. Vəziyyət yalnız 1996-cı ildə sabitləşdi və iqtisadi artım başlandı. Bu 
artım bu günədək davam edir. Azərbaycanda ümumi daxili məhsulun illik artımı son 7 ildə, orta hesabla, 10 faiz 
təşkil edir. Ötən il bu göstərici 11 faizdən artıq olmuşdur. Ölkəyə böyük məbləğdə xarici sərmayələr qoyulur ki
bu da əlverişli sərmayə mühitinin və sərmayəçilərin respublikamıza olan inamının göstəricisidir.  
Azərbaycan iqtisadi islahatlar, bazar iqtisadiyyatı siyasətini uğurla aparır. Bunu belə bir fakt aydın şəkildə 
sübut edir ki, indi ÜDM-in 70 faizindən çoxu özəl sektorda formalaşır. Torpaq islahatı  uğurla aparılmış  və 
bunun nəticəsində yüz minlərlə  kəndli torpaq mülkiyyətçisi olmuşdur. Kənd təsərrüfatı  məhsulu istehsalının 
artımına nəzər yetirsək, bu sahədə islahatların nəticələrinin nə dərəcədə səmərəli olduğunu görə bilərik. Ölkəmiz 
iqtisadi inkişafın bütün istiqamətlərində yüksəliş dövrünü keçirir və fərəhli haldır ki, iqtisadi və makroiqtisadi 
göstəricilər ildən-ilə yaxşılaşır,  əhalinin real gəlirləri artır, real əmək haqqı artır və  təbii olaraq, sosial həyat 
şəraiti yaxşılaşır. 
                                                 
     
*
Forumda Azərbaycan  İqtisadi  İnkişaf Nazirliyinin, Azərbaycan–Rusiya  İşgüzar  Əməkdaşlıq Palatasının, Rusiyanın 
Azərbaycandakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdikləri forumda iki ölkənin işgüzar dairələrinin 
nümayəndələri, o cümlədən Rusiyada yaşayan həmvətənlərimiz, dövlət qurumlarının, Rusiya regionlarının nümayəndələri 
iştirak edirdilər. 
Rusiya Federasiyasının energetika və  sənaye naziri, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə 
hökumətlərarası komissiyanın həmsədri Viktor Xristenko da  çıxış etdi.
 


144 
 
Başlıca vəzifəmiz bazar xarakterli islahatları tam həyata keçirməklə yanaşı, sosial ədalət prinsipinə də əməl 
etməkdir. Ona görə  də,  əgər Azərbaycan büdcəsinə diqqət yetirilsə, görmək olar ki, onun əksər hissəsi sosial 
problemlərin həllinə,  əmək haqqının, pensiyaların, müavinətlərin artırılmasına yönəldilmişdir ki, 
vətəndaşlarımız öz maddi vəziyyətinin ilbəil yaxşılaşdığını hiss etsinlər. Eyni zamanda, Azərbaycan 
iqtisadiyyatının vəziyyətini ümumən qiymətləndirsək, görərik ki, o, təbii olaraq, bazar prinsiplərinə  əsaslan-
mışdır. Zənnimcə, hər bir cəmiyyətin inkişafının bu iki amilinin sintezi bizdə iqtisadi uğuru təmin etmişdir.   
Azərbaycanın neft-qaz sektorunun inkişafında da böyük nailiyyətlər qazanılmışdır. Xəzərin Azərbaycan 
sektorundakı yataqlara milyardlarla dollar məbləğində sərmayə qoyulmuşdur ki, bu da artıq öz müsbət nəticəsini 
verir, gələcəkdə isə iqtisadiyyatımıza gəlirlərin çox böyük axınına gətirib çıxaracaqdır. Bu gün hökumətin 
qarşısında iqtisadiyyata çoxşaxəli xarakter vermək vəzifəsi durur. Biz daim ancaq neft amilinə arxalana 
bilmərik.  Əlbəttə, ölkənin dolğun və  hərtərəfli regional inkişafı naminə  təbii ehtiyatlarımızdan, habelə 
prezidentimiz Heydər  Əliyevin uzaqgörən siyasətindən və neft strategiyasından istifadə etməliyik. Hazırda 
2008-ci ilədək Azərbaycanın regional inkişaf proqramı  qəbul olunmuşdur. Burada regionlarda həyata 
keçiriləcək konkret layihələrə çox böyük diqqət yetirilir. Bu proqram şüar xarakteri deyil, konkret əməli 
xarakter daşıyır. O, mətbuatda dərc edilmiş  və kitab şəklində  nəşr olunmuşdur. Odur ki, hər bir rayon, rayon 
qurumları bu proqramın nədən ibarət olduğunu və Azərbaycan hökuməti səviyyəsində, yerli orqanlar 
səviyyəsində nə kimi addımlar atılmalı olduğunu bilirlər. Hesab edirik ki, biznesin fəal inkişafı, güclü orta sinif 
yaradılması, neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmizin gələcəkdə  uğurla inkişaf etməsinə 
imkan verəcəkdir.       
Əgər ölkədə sosial, ictimai-siyasi sabitlik olmasaydı, seçilmiş xəttin düzgünlüyünə əhalinin inamı olmasaydı, 
düzgün siyasət aparılmasaydı, bütün bu planlar mümkün olmazdı. Bu amillərin hamısı var və bu, hökumətin 
siyasi-iqtisadi islahatları gələcəkdə də arxayınlıqla həyata keçirə bilməsi üçün çox əlverişli şərait yaradır.  
Təbii ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə  də, region ölkələri ilə  də inkişaf etdirir və dünya 
iqtisadiyyatına fəal inteqrasiya olunur. Bu baxımdan Rusiya ilə münasibətlərimiz öncül xarakter daşıyır. Qeyd 
etdiyim kimi, siyasi etimad və qarşılıqlı  fəaliyyət çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin 
həyata keçirilməsi üçün ən əlverişli zəmindir. Artıq qeyd olundu ki, əmtəə dövriyyəsi artır. Sevindirici haldır ki, 
bu artım təkcə ötən il baş verməmişdir, inişil də  təxminən 50 faiz olmuşdur. Biz bu göstəriciləri sıfırdan 
başlayaraq deyil, artıq ciddi təməl  əsasında yüksəldirik. Bu, iqtisadi münasibətlərimizin inkişafının 
dinamikliyindən, sabitliyindən xəbər verir. Viktor Borisoviç qeyd etdi ki, əmtəə dövriyyəsini bir milyard 
dollaradək artırmaq qərara alınmışdır və belə bir arzu vardır. Əminəm ki, bu vəzifə yerinə yetiriləcəkdir. Mən 
hətta düşünürəm ki, biz daha irəli gedəcəyik, çünki bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən 
ölkələrdir.  İndi bu ölkələrin potensiallarından fəal istifadə edilir. Hazırda biz iqtisadi inkişafımızın, bəlkə  də, 
müəyyən dərəcədə başlanğıc mərhələsindəyik. Odur ki, ölkələrimiz nə  qədər güclü, qüdrətli olarsa, 
iqtisadiyyatlarımız nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik, müxtəlif 
iqtisadi layihələri həyata keçirəcəyik. Ona görə  də  mən ölkələrimiz arasında iqtisadiyyat sahəsində 
münasibətlərin bu cür inkişafına çox şadam. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar bəlkə də 
az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin 
mövcuddur. 
Azərbaycanda Rusiya kapitalı ilə  işləyən 300-dən çox müəssisə var və onların sayı ildən-ilə artır. Bu da 
ölkələrimizin şirkətlərinin öz aralarında necə əməkdaşlıq etdiyinin mühüm göstəricisidir. Biz əməkdaşlığın daha 
da genişləndirilməsində maraqlıyıq.  
Bugünkü Rusiya–Azərbaycan iqtisadi forumu bu siyasi xəttin daha bir vəsiləsidir. Rusiya–Azərbaycan 
hökumətlərarası komissiyası çox uğurla işləyir. Kağız üzərində qalan xeyli müxtəlif strukturlar, komissiyalar
təşkilatlar da mövcuddur ki, bunlar yalnız zahirən fəaliyyət göstərirlər.  İndiki halda isə Rusiya–Azərbaycan 
hökumətlərarası komissiyası real fəaliyyət göstərir, nəzərdə tutulan proqramları real surətdə  həyata keçirir, 
vəzifələri bənd-bənd müəyyənləşdirərək həll edir ki, bu da çox sevindiricidir. 
Qarşılıqlı arzu, səy, hörmət, hətta deyərdim, xalqlarımız arasında qarşılıqlı  məhəbbət olmadan buna nail 
olmaq mümkün deyildi. 
Azərbaycanı Rusiya ilə çoxdankı tarixi münasibətlər bağlayır. Sevindirici haldır ki, Azərbaycan müstəqillik 
qazandıqdan sonra münasibətlərimiz daha sürətlə inkişaf etməyə başlamışdır. Çox mürəkkəb, çox gərgin dövrlər 
də olmuşdur. Lakin münasibətlərimizi daim inkişaf etdirmək və möhkəmləndirmək səyi olmuşdur. 
Münasibətlərimizin son dörd ildəki vəziyyəti Azərbaycan və rus xalqlarının bu siyasətə  tərəfdar olduqlarına 
parlaq sübutdur.  
Siz Azərbaycanda Rusiyaya, ruslara, rus dilinə olan münasibəti yəqin ki, bilirsiniz. Azərbaycanda təhsilin rus 
dilində aparıldığı bir dənə də olsun məktəbin bağlanmadığını deməyə yəqin ki, ehtiyac yoxdur. Bu gün təhsilin 
rus dilində aparıldığı 400-dən çox məktəb var. Azərbaycanın, demək olar ki, bütün ali məktəblərində dərslər rus 
dilində  də keçilir. Qəzetlər nəşr olunur, indi onların sayı Sovet İttifaqı dövründəkindən daha çoxdur. Bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə