İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   53   54   55   56   57   58   59   60   ...   84

145 
 
bunlar ikitərəfli münasibətlərimizin çox yaxşı amilidir və daha sıx  əməkdaşlıq etmək və  əlaqələr yaratmaq 
baxımından biznes birliklərinə köməkdir.  
Mən bu forumun işinə bir daha uğurlar arzulamaq istəyirəm. Hesab edirəm ki, bu, xeyirxah başlanğıcdır və 
o, gələcəkdə iqtisadi sahədə daha sıx qarşılıqlı əməkdaşlıq üçün müəssisələrimizin, müştərək müəssisələrimizin 
fəaliyyətini əlaqələndirəcək və istiqamətləndirəcək orqan ola bilər.  
Foruma uğurlar arzulayıram. Əminəm ki, qonaqlarımız həm havadan, həm qonaqpərvərliyimizdən, həm də 
forumun nəticələrindən razı qalacaqlar. Sağ olun. 
 
 
 
 


146 
 
 
AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI  
REDAKSİYA HEYƏTİNİN İLK İCLASINDA 
GİRİŞ NİTQİ

 
Prezident sarayı 
 
8 aprel 2004-cü il 
 
Əziz dostlar!  
Üç aya yaxındır ki, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri haqqında qərar qəbul edilmişdir. Bu, 
müasir Azərbaycanın tarixində çox əlamətdar bir hadisədir.  
Bildiyiniz kimi, 1970-ci illərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyi 
ilə "Azərbaycan Sovet Ensiklopediyası" hazırlanmış və nəşr edilmişdir. Həmin ensiklopediyada Azərbaycanın tarixi, 
mədəni irsi haqqında, Azərbaycanın həyatı haqqında kifayət qədər geniş məlumatlar toplanmış və müəyyən ideoloji 
çərçivələr  əsasında o ensiklopediya işıq üzü görmüşdür. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Azərbaycan 
Sovet İttifaqının bir hissəsi idi. Amma buna baxmayaraq, o ensiklopediyada Azərbaycanın milli-mənəvi dəyərləri öz 
əksini tapmışdı.  
Prezident Heydər Əliyev bu məsələyə həmişə böyük diqqətlə yanaşırdı və şəxsən onun təşəbbüsü ilə ensiklo-
pediyada Azərbaycanın keçmişi, o vaxtkı vəziyyəti, tarixi irsi kifayət qədər təhlil edilmişdir.  
Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, inkişaf edir və güclənir. Təbii ki, müstəqil Azərbaycanın yeni 
milli ensiklopediyası olmalıdır və artıq bu barədə qərar qəbul edilmişdir.  
Bu gün ensiklopediyanın redaksiya heyətinin ilk iclasıdır və  yəqin ki, burada əməli-praktiki tədbirlər 
haqqında müzakirələr aparılacaq, iş bölgüsü prinsipləri haqqında söhbət gedəcək və ümumiyyətlə, redaksiya 
heyətinin gələcək fəaliyyəti haqqında biz danışacağıq. Redaksiya heyəti qarşısında çox mühüm vəzifələr durur. 
Mən artıq qeyd etdim ki, ensiklopediyanın hazırlanması və nəşri müasir Azərbaycan tarixində çox əlamətdar bir 
hadisə olacaqdır. Azərbaycanın ictimai-siyasi həyatının çox mühüm amili olacaqdır. Bütün bunları nəzərə alaraq 
mən qərara gəldim ki, redaksiya heyətinə özüm başçılıq edim. Əminəm ki, redaksiya heyətinin bütün üzvləri bu 
nəcib və  əhəmiyyətli işdə  fəal iştirak edəcəklər. Redaksiya heyətində  təmsil olunmuş insanlar Azərbaycanın 
görkəmli elm, mədəniyyət, siyasət xadimləridir. Əminəm ki, hamımız birlikdə yaxın zamanlarda müasir Azər-
baycanın reallıqlarını əks etdirən, müasir dövrə uyğun formada yeni ensiklopediyanın nəşrinə nail olacağıq.  
Mən düşünürəm ki, ensiklopediyamız hazırlanandan sonra onun elektron daşıyıcılarının da təqdimatı 
olmalıdır, o, İnternet vasitəsilə bütün dünyaya açıq olmalıdır. Xarici dillərə tərcümə edilməlidir ki, bütün dünya 
Azərbaycan haqqında məlumatı ilk mənbədən ala bilsin.  
Mən qeyd etdim ki, üç aya yaxındır bu barədə qərar verilibdir. Yanvarın 12-də bu barədə sərəncam verilib və 
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov ensiklopediyanın baş redaktoru təyin edilibdir. 
İstərdim bu müddət ərzində görülən işlər haqqında siz məlumat verəsiniz. 
M a h m u d   K ə r i m o v:  Möhtərəm cənab Prezident! 
Hörmətli redaksiya heyətinin üzvləri! 
Cənab Prezident, ilk öncə onu qeyd etməliyəm ki, "Azərbaycan Milli Ensiklopediyası"nın nəşri haqqında 
Sizin 12 yanvar tarixli sərəncamınız, deyə bilərəm, respublikanın bütün ictimaiyyəti tərəfindən böyük rəğbətlə 
qarşılanmışdır. Ensiklopediyanın hazırlanması ilə bağlı bu məsuliyyətli işin məhz Milli Elmlər Akademiyasına 
tapşırılmasını biz akademiyaya olan inam və yüksək etimad kimi qiymətləndiririk.  
Cənab Prezident, bu yüksək etimadı doğrultmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının bütün 
institutları, akademiyanın həqiqi və müxbir üzvləri əlindən gələni əsirgəməyəcəklər və bütün imkanlarını səfərbər 
edəcəklər ki, ensiklopediya vaxtında və lazım olan səviyyədə nəşr olunsun. 
Möhtərəm cənab Prezident! 
Siz qeyd etdiyiniz kimi, 12 yanvar tarixli sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar biz üç ay 
müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və "Azərbaycan Milli Ensiklopediyası" 
Nəşriyyat–Poliqrafiya Birliyi, onun baş direktoru İsmayıl Vəliyevlə birlikdə müəyyən işlər görmüşük və bu işlər 
haqqında Sizə qısa məruzə etmək istərdim. 
Belə ki, "Azərbaycan Milli Ensiklopediyası"nın Redaksiya Heyəti artıq formalaşmış  və redaksiya heyəti 
haqqında  əsasnamə hazırlanaraq bu il aprelin 2-də respublika prezidenti tərəfindən təsdiq olunmuşdur. 
                                                 
    
*
İclasda Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru Mahmud Kərimov, 
Prezidentin  İcra Aparatının rəhbəri, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyəti sədrinin birinci müavini Ramiz 
Mehdiyev, Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin üzvlərindən Seyfəddin  Qəndilov, Bəkir Nəbiyev, Ziyad 
Səmədzadə, Cəmil Quliyev, Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov da çıxış etdilər. 


147 
 
Sərəncamda müəyyən olunmuş cədvələ uyğun olaraq, deyə bilərəm ki, hətta bu cədvəli bir həftə qabaqlayaraq 
ensiklopediya sözlüyünün layihəsi hazırlanmışdır və bu gün Sizin diqqətinizə çatdırılıbdır. Bu sözlük, əslində, 
"Azərbaycan Sovet Ensiklopediyası" əsasında hazırlanmışdır və biz bu sözlüyə ilkin material kimi yanaşmalıyıq. 
Sözlükdən  əlavə, "Azərbaycan Milli Ensiklopediyası"nın xüsusi buraxılışının - Azərbaycan Respublikasına həsr 
olunmuş xüsusi cildin də ilkin layihəsi hazırlanmışdır və bu gün Sizin diqqətinizə təqdim edilir.  
Ensiklopediyanın birinci cildinin və yaxud Azərbaycan Respublikasına həsr edilmiş xüsusi cildin 
yazılmasına, deyə bilərəm ki, Azərbaycanın tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, elminin inkişafının 
bütün dövrlərini əhatə edən materiallar cəlb olunmuşdur. Ümidvaram ki, redaksiya heyətinin yaxından iştirakı 
və bilavasitə köməyi ilə müzakirəyə  çıxarılan hər iki material bundan sonra da dəqiqləşdiriləcək, daha da 
zənginləşdiriləcək və təkmilləşdiriləcəkdir.  
Bundan əlavə, redaksiya heyətinin işini düzgün qurmaq, onun fəaliyyətini asanlaşdırmaq üçün çox vacib olan 
metodik göstərişlər də hazırlanmışdır. Onlar da bu gün redaksiya heyətinin üzvlərinə paylanıbdır.  
Beləliklə, deyə bilərəm ki, tələb olunan işlərin əksəriyyəti, onların ilkin variantı, layihəsi hazırlanmışdır və 
müzakirələr üçün hazırdır. 
Cənab Prezident, onu da qeyd etməliyəm ki, bu ensiklopediyanın müasir səviyyədə və vaxtında nəşrini təmin 
etmək üçün bəzi maliyyə  məsələləri və maddi-texniki məsələlər də öz həllini tapmalıdır. Ancaq yenə  də 
bildirməliyəm ki, Sizin bu tarixi qərarınızın gerçəkləşdirilməsi və ensiklopediyanın yüksək səviyyədə nəşri üçün 
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi öz imkanlarını səfərbər edəcək və ensiklopediyanın yüksək 
səviyyədə nəşrini təmin edəcəkdir. Çox sağ olun.  
*  *  * 
İ l h a m  Ə l i y e v: Dünən axşam bunlar mənə təqdim olundu – həm sözlük, həm də xüsusi cild. Siz indi 
deyirsiniz ki, bunların hazırlanmasında "Azərbaycan Sovet Ensiklopediyası"  əsas götürülmüşdür. Amma 
baxanda burada, ilk səhifədə  tərtibçilərin adları qeyd olunur. Yəni belə  çıxır ki, tərtibçilər bunu işləyiblər. 
Elədir? 
M a h m u d  K ə r i m o v: Müəyyən iş görüblər. 
İ l h a m  Ə l i y e v:  Tərtibçilər kimlərdir? Bunun hazırlanması ilə bilavasitə  məşğul olan şəxslər kim 
olubdur? 
M a h m u d  K ə r i m o v:    Təşkilat kimi bu işlə bilavasitə  məşğul olan "Azərbaycan Milli 
Ensiklopediyası" Nəşriyyat və Poliqrafiya Birliyidir. 
İ l h a m  Ə l i y e v: Kim, siz?! 
İ s m a y ı l  V ə l i y e v: Bəli. 
İ l h a m  Ə l i y e v: Əyləşin.  
Bunlar mənə dünən təqdim olunubdur və  vərəqləməyə başladım.  İş otağımda da "Azərbaycan Sovet 
Ensiklopediyası"nın cildləri var. Ona görə  də  mən bəzi yerləri müqayisə etməyə başladım və gördüm ki, 
"Azərbaycan Sovet Ensiklopediyası"nda adı olan görkəmli elm, siyasət xadimlərinin adları bu sözlükdə yoxdur. 
Amma bunun əvəzinə Azərbaycan tarixində heç bir fəaliyyəti olmayan, erməni millətinə mənsub olan şəxslərin 
adları kifayət qədər çoxdur. Vərəqləsəniz, bunu siz də görə bilərsiniz. Mən çox təəccüb etdim, axı bu nəyə görə 
belə olur. Arutyunyan, Arutyunov, Gevorkyan, Yeremyan, Martiros Saryan, Sasunlu David. Bu nədir?! Nədir 
bu?! Bizim Milli Ensiklopediyanın hazırlanmasına bumu əsasdır?! Mən dəhşətə  gəldim. Sözün düzü, mən 
bugünkü iclası başqa cür təsəvvür edirdim. Mən hesab edirdim ki, bu sözlük hazırlanıbdır, biz bunu müzakirə 
edəcəyik və bunun əsasında göstərişlər veriləcəkdir ki, hərə öz işi ilə məşğul olsun. Amma mən indi görürəm ki, 
bu, yaramaz bir kitabdır.  
Sonrakı səhifəni açdım. Nəyi görsəm yaxşıdır, Stepanakert. Azərbaycanda Stepanakert adlı şəhər yoxdur. Siz 
bunu bilirsiniz, yoxsa yox? 
İ s m a y ı l  V ə l i y e v: Bilirəm. 
İ l h a m  Ə l i y e v: Bilirsiniz, bəs nə təhər olub ki, bura düşüb?! 
İ s m a y ı l  V ə l i y e v: Cənab Prezident, o, köhnə ensiklopediyanın  sözlüyüdür. 
İ l h a m  Ə l i y e v: Bu qətiyyən elə deyil. Axı mən sizə dedim. Mən dünən axşam bunu aldım, müqayisə 
etdim. Burada Azərbaycan tarixində mühüm, çox əhəmiyyətli rol oynamış  şəxslərin adları yoxdur. Əgər onu 
əsas götürmüsünüzsə, o adlar da olmalı idi. Əgər siz bu məsələyə yalnız texniki cəhətdən yanaşsaydınız, mən 
deyərdim ki, texniki cəhətdən yanaşırsınız. Amma elə olan halda öz adlarınızı burada tərtibçi kimi salmamalı 
idiniz.   
Amma buna da texniki cəhətdən yanaşmamısınız. Nə üçün Azərbaycanın tarixində mühüm rol oynamış 
insanların adı yoxdur, Saryanın adı var?! Baxın, baxın...  
İ s m a y ı l   V ə l i y e v: Cənab Prezident, ensiklopediya sözlüyü çox mühüm məsələdir. Elə sözlüklər var ki, 
kollektiv bunu hazırlaya bilmir. Ona görə  də bu layihə  əvvəlki ensiklopediya əsasında hazırlanmışdır və ilkin 
müzakirə üçün verilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə