İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   61   62   63   64   65   66   67   68   ...   84

166 
 
apardığımız fəaliyyət nəticəsində artıq Dağlıq Qarabağ mövzusu nəinki orada müzakirə olunur, hətta məruzə də 
hazırlanır. Siyasi Komitə xüsusi bir məruzəçi təyin edibdir və bu yaxınlarda o, məruzə ilə  çıxış edəcək və 
beləliklə, Avropa Şurası Ermənistan–Azərbaycan münaqişəsinə siyasi qiymət verəcəkdir. Bu da, hesab edirəm 
ki, bizim böyük uğurumuzdur. Ermənistan tərəfi hər vəchlə bunun əleyhinə çıxır. Amma yenə də deyirəm, biz 
gərək öz təbliğatımızı güclü aparaq. Avropa Birliyinin, Avropa Şurasının, digər beynəlxalq qurumların bizi daha 
çox tanımaları üçün öz təbliğatımızı daha da gücləndirməliyik. Əgər belə fəaliyyət göstərməsək, təbii ki, onlar 
bizim haqqımızda kifayət qədər məlumat almayacaqlar. Bu bizim öhdəmizə düşən vəzifədir və biz bunu 
etməliyik.  
– Cənab Prezident, qarşıdakı günlərdə ilk dəfə dövlət başçısı kimi Türkiyədə olacaqsınız. Türkiyə 
rəhbərləri ilə görüşlərinizdə ön plana çıxacaq mövzular hansılar olacaqdır?  
– Hesab edirəm ki, məsələlərin geniş spektri – iki ölkə arasındakı siyasi əlaqələr müzakirə ediləcək, gələcək 
əməkdaşlıq haqqında söhbət açılacaq, iqtisadi baxımdan mühüm layihələr müzakirə mövzusu olacaqdır. Bizim 
iqtisadi-ticarət  əlaqələrimiz güclənir, mal dövriyyəsinin həcminin artmasında maraqlıyıq. Eyni zamanda, 
Türkiyə ilə biz mədəni, hərbi, iqtisadi, siyasi – bütün sahələrdə əməkdaşlıq edirik. Bütün bu məsələlər, əlbəttə 
ki, müzakirə olunacaqdır.  Əlbəttə ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi müzakirə ediləcəkdir. Siz 
bilirsiniz ki, biz bu məsələdə böyük uğurlar əldə etdik, böyük nailiyyətlərimiz var. Biz bu layihənin xülyadan 
gerçəkliyə çevrilməsinə nail olduq. Müzakirə olunacaq məsələlər çoxdur, bütün məsələlər nəzərdən keçi-
riləcəkdir.  
– Türkiyədən iş adamları Azərbaycana gəldilər, neft sənayesindən kənarda bir çox sahədə  fəaliyyət 
göstərirlər, neft sahəsində daha çox başqa ölkələr işləyir. Xarici sərmayənin Azərbaycana gəlməsi 
asanlaşdırıla bildimi? Xüsusilə türk iş adamlarının hansı sahələrdə fəaliyyət göstərməsini gözləyirsiniz?  
– Azərbaycanda xarici sərmayələrin qoyulması üçün çox əlverişli zəmin var, sərmayə mühiti çox gözəldir. 
Əgər belə olmasaydı, xarici şirkətlər buraya milyardlarla dollar sərmayə qoymazdılar. Deyə bilərəm ki, 
adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan bütün keçmiş sovet respublikaları arasında ilk yerlərdədir. 
Bizim ölkəmizin gələcəyi üçün əhəmiyyət daşıyan müqavilələr Milli Məclis tərəfindən təsdiq olunur. Ondan 
sonra prezident bu sənədləri qanun kimi imzalayır. Bu isə  sərmayəçilərdə  əminlik yaradır ki, əldə olunan 
razılaşmalar dəyişməyəcəkdir. Bu çox vacibdir.  
Əlbəttə, biz maraqlıyıq ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə  sərmayə qoyulsun. Türkiyənin iş 
adamları Azərbaycanda uğurla işləyirlər, burada böyük işlərlə  məşğul olurlar. Həm xidmət sektorunda, həm 
sənayedə, neft sektorunda onların fəaliyyətindən çox məmnunuq. Biz, əlbəttə, istərdik ki, daha çox sərmayə 
qoyulsun. Hər bir ölkə bunu istəyir. Çünki bu, ölkənin gələcəyi, iqtisadi inkişafı üçün lazımdır. Mənim də 
istəyim budur. Türkiyənin iş adamları ilə  dəfələrlə söhbətlərim, görüşlərim olubdur və  hər dəfə  mən onları 
sərmayə qoymağa çağırmışam. Bizim qapımız Türkiyənin iş adamlarına açıqdır, onlar üçün ən gözəl  şəraiti 
yaratmağa hazırıq və bunu edirik. Çox şad olardıq ki, bizim qardaşlarımız burada daha çox iş görsünlər.  
– Mərhum prezidentimizin ən böyük layihələrindən biri "Əsrin müqaviləsi"dir. Bakı–Tbilisi–Ceyhan 
neft kəmərinin tikintisi davam edir. Tikinti işləri hansı  mərhələdədir, bu işlər cədvələ uyğun olaraq 
vaxtında tamamlanacaqmı? Bakı-Tbilisi–Ərzurum qaz kəməri layihəsi nə yerdədir və nəhayət, bu böyük 
layihələrin, sadəcə, iqtisadi tərəfinimi fikirləşmək lazımdır, yoxsa onların həm Azərbaycana, həm də 
bölgəyə müxtəlif baxımlardan hansı faydaları olacaqdır?  
–  İnşaat işləri uğurla davam edir. Böyük çətinliklər olmuşdur, bu çətinliklər, maneələr haqqında bəlkə 
saatlarla danışmaq olar. Amma bütün bu maneələrə baxmayaraq, biz bunu reallaşdırmağı bacardıq. Artıq tikinti 
uğurla gedir, işlərin yarıdan çoxunun görülməsi təmin olunmuşdur. Deyə bilərəm ki Azərbaycan  ərazisində 
bütün işlər vaxtında görülür, bir gün də yubanma yoxdur. Biz əminik ki, dünyanın ən nəhəng energetika layihəsi 
olan Bakı–Tbilisi–Ceyhan boru xətti vaxtında istismara veriləcəkdir. Ondan sonra Azərbaycan nefti təhlükəsiz 
bir şəraitdə dünya bazarlarına çıxarılacaq və bundan hər üç ölkə böyük fayda əldə edəcəkdir.  
Bakı–Ərzurum qaz kəmərinin tikintisi istiqamətində də işlər görülür. "Şahdəniz" qaz yatağında böyük işlər 
görülür, bu yatağın işlənilməsi və boru kəmərinin tikilməsi böyük vəsait tələb edir. Amma nəticədə Azərbaycan 
qazı Türkiyəyə, oradan Yunanıstana, sonra isə digər Avropa ölkələrinə çatdırılacaqdır.  
Əlbəttə ki, bütün bu layihələr regional əməkdaşlıq üçün yeni gözəl şərait yaradacaqdır. Biz bu məsələlərə, 
Bakı–Tbilisi–Ceyhan layihəsinə yalnız və yalnız iqtisadi baxımdan yanaşırdıq. Biz həmişə qeyd edirdik ki, bu, 
Azərbaycanın gələcəyi, iqtisadiyyatımızın inkişafı üçün çox mühüm bir amildir. Amma sirr deyil ki, Bakı–
Tbilisi–Ceyhan neft kəməri işə salınandan sonra bunun regional əməkdaşlığa da yəqin ciddi təsiri olacaqdır. 
Amma bu təsir də yenə Türkiyə, Gürcüstan, Azərbaycan üçün müsbət təsir olacaqdır. Ola bilər ki, regionda yeni 
bir mühit yaransın, yeni meyllər ortaya çıxa bilər. Bu layihə bizi daha da birləşdirəcəkdir ki, bu da, öz 
növbəsində, bizim maraqlarımıza cavab verir.  


167 
 
– Qazaxıstanın da bu layihələrə qoşulması ilə enerji ehtiyatlarının Avropa bazarlarına çıxışının 
Azərbaycan vasitəsilə  olması, problemlərin həllində Azərbaycanın əlində mühüm imkanların yaranması 
ölkənizə nələr verə bilər? 
– Çox şey verə bilər. Siz çox düzgün buyurursunuz. Azərbaycanın coğrafi-siyasi vəziyyəti çox mühümdür. 
Heç bir regional əməkdaşlıq layihəsi Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Nəzərə alsaq ki, 
Xəzər dənizinin neft və qaz ehtiyatları Azərbaycan vasitəsilə dünyaya çıxarılacaq, deməli, bu, ölkənin 
əhəmiyyətini daha da artıracaqdır.  Əlbəttə ki, əhəmiyyəti artan ölkə dünyada daha güclü mövqeyə malik 
olacaqdır. Dünyada sözümüz, bəlkə  də, daha asan keçəcəkdir. Bütün bu imkanlardan biz birgə istifadə etmə-
liyik. Azərbaycanın imkanları Türkiyənin sərəncamındadır, Türkiyənin imkanları Azərbaycanın 
sərəncamındadır. Biz bütün məsələlərə həmişə bu nöqteyi-nəzərdən yanaşmışıq.  
Qazaxıstanı qeyd etdiniz. Qazaxıstanın bu barədə fikri artıq qətiləşdi. Bu yaxınlarda mən Qazaxıstanda 
dövlət səfərində oldum. Artıq həmin ölkənin prezidenti və digər məsul şəxsləri birmənalı şəkildə Bakı–Ceyhana 
qoşulmaq haqqında bəyanatlar vermişlər. Hesab edirəm ki, bu, Bakı-Ceyhan layihəsi üçün mühüm bir töhfə 
olacaqdır. Azərbaycanın öz neft ehtiyatları kəmərin səmərəli olması üçün kifayətdir. Amma əgər əlavə həcmlər 
olsa, biz hamımız bunun faydasını görəcəyik. Bu kəmər tam gücü ilə işə salınandan sonra, ümid edirəm ki, biz 
regionda yeni hadisələrin şahidi olacağıq.  
– Cənab Prezident, Azərbaycanın uğurlarına biz öz uğurumuz kimi sevinirik, Azərbaycanın hər 
sahədə irəliləməsi bizi sevindirir. Bu sahələrdən biri də  mərhum prezidentimizin təşviqi ilə açılan türk 
liseyləridir. Orada azərbaycanlı yeniyetmələr oxuyurlar. Onların olimpiadalarda 100-dən artıq medal 
aldıqlarını öyrəndik. Bunu televiziyamızın xəbərlərində  də verdik. Həmin məlumat Türkiyədə böyük 
marağa səbəb oldu. Bu liseylərin gələcəyini necə görürsünüz, yəni türk iş adamlarının Azərbaycanda 
təhsil sahəsində  fəaliyyətləri haqqında nə düşünürsünüz? Bununla yanaşı, bilirsiniz ki, bütün dünyada 
gənclər narkotik maddələr, içki, əxlaqsızlıq kimi təhlükələrlə üz-üzədir. Gəncləri bu təhlükələrdən 
qorumaq üçün hansı layihələriniz var?  
– Mən buradakı türk liseylərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bunları yaradan, işlədən insanlara 
öz minnətdarlığımı bildirmək istəyirəm. Orada təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək 
mükafatlar qazanırlar. Bu bizi çox sevindirir və onu göstərir ki, həmin liseylər Azərbaycanın gələcəyi üçün gözəl 
kadrlar yetişdirir.  Əlbəttə ki, bir prezident kimi, mən bu liseylərin öz fəaliyyətini davam etdirmələrini, daha da 
genişləndirmələrini istərdim.  
Biz gənclərimizin tərbiyəsi ilə, onların fəaliyyəti ilə çox məşğuluq. Mən 7 ildir ki, Milli Olimpiya 
Komitəsinin prezidentiyəm və deyə bilərəm ki, öz fəaliyyətimin əsas istiqamətini idmanın kütləviliyinin təmin 
edilməsində görürəm. İdmanla məşğul olan gənc nə siqaret çəkəcək, nə spirtli içki qəbul edəcək, nə də başqa bir 
pis iş görəcək. Ona görə təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində ən müasir, ən yüksək  standartlara 
cavab verən idman kompleksləri, qurğuları yaratdıq və bundan sonra da yaradacağıq. Mən bütün gəncləri 
idmanla məşğul olmağa çağırmışdım və sizə deyə bilərəm ki, bu çağırışdan sonra, idmançılara yaratdığımız şə-
raitdən sonra müsbət meylləri görürəm. Dövlət təkcə bununla kifayətlənməməlidir. Əlbəttə ki, təhsil mühüm rol 
oynayır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi bizim vəzifəmizdir. Mən bu istiqamətdə öz 
siyasətimi dəfələrlə bildirmişdim. Gənclərimiz vətənpərvərlik ruhunda böyüməli, öz tarixini bilməlidir, öz 
keçmişi ilə bağlı qürur hissləri keçirməlidir, mədəni-mənəvi irsimizi dünyada təbliğ etməlidir. Biz – Türkiyə və 
Azərbaycan dünya birliyi üçün çox böyük töhfələr vermiş ölkələrik. Bizim xalqlarımızın çox böyük tarixi var, 
mədəni irsi var. Biz bunu bir töhfə kimi dünyaya bəxş etməliyik. Keçmişdə etmişik, amma bu gün yeni, müasir 
şəraitdə bunu daha da geniş şəkildə etməliyik. Nailiyyətlərimizi təbliğ etməliyik. Bizim zəifliyimiz, qüsurumuz 
ondadır ki, bəzən  əldə olunan nailiyyətləri dünya ictimaiyyətinin nəzərinə istədiyimiz səviyyədə çatdıra 
bilmirik. Bu istiqamətdə hələ çox iş görüləcəkdir.  
– Elə bilirəm ki, bu sahədə Azərbaycanda  əlverişli potensial da var. İdmanın fərdi növlərində son dövrdə 
qazandığınız uğurlar, təhsil sahəsində əldə edilən uğurlar göstərir ki, Azərbaycanda bunların sağlam təməli var. 
Sadəcə, buna texnologiya əlavə ediləndə, insanlara imkan açılanda uğur qazanmamaq mümkün deyildir.  
– Doğrudur, bizdə çox güclü intellektual potensial var, insanlar bilikli, savadlıdır.  Əhalinin 100 faizi 
savadlıdır.  İqtisadiyyatda, neft sahəsində, elmdə peşəkar kadrlar çoxdur. Sadəcə olaraq, yeni texnologiyanı 
tətbiq etməliyik, yeni vasitələri tətbiq etməliyik ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda və yaxud 
geridə qalmasın.  
– 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmlə birgə mübarizə başlandı. Azərbaycan hər 
zaman bu mübarizənin içində olmağa çalışdı. Beynəlxalq terrorizmə Siz necə baxırsınız? Azərbaycan 
qlobal sülhə hansı töhfəni verə bilər? 
– Mən dəfələrlə demişəm ki, Azərbaycan terrordan zərər çəkən ölkədir. Erməni terrorçu təşkilatları 1990-cı 
illərdə Azərbaycanda 30-dan artıq terror aktı həyata keçirmiş, nəticədə 2 min günahsız insan həlak olmuşdur, 
yüzlərlə insan yaralanmış,  əlil olmuşdur. Ona görə  də biz terror nə olduğunu yaxşı bilirik. Əfsuslar olsun ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə