İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   63   64   65   66   67   68   69   70   ...   84

172 
 
Mən çox şadam, çox məmnunam ki, Türkiyəyə prezident kimi gəlmişəm. Mən Türkiyədə dəfələrlə olmuşam. 
Türkiyə mənim üçün doğma, əziz ölkədir, hamımızın vətənidir, amma prezident kimi bu mənim ilk səfərimdir. 
Mən əminəm ki, burada keçiriləcək ikitərəfli danışıqlarda ölkələrimizin mənafeyi üçün mühüm qərarlar qəbul 
ediləcəkdir. Ölkələrimiz bundan sonra da bir-birinə həmişə dayaq, arxa olacaqdır, biz daim birlikdə olacağıq. 
Bizim gücümüz birliyimizdədir. Azərbaycanın prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasəti 
də məhz bundan ibarət idi. O daim çalışırdı ki, Türkiyə–Azərbaycan münasibətləri inkişaf etsin, güclənsin. Biz, 
Azərbaycanın indiki rəhbərləri bu siyasətə sadiqik, əlimizdən gələni  əsirgəməyəcəyik ki, Türkiyə ilə 
Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri bundan sonra da inkişaf etsin. Bu ümidlərlə mən 
Türkiyəyə gəlmişəm və ilk anlardan böyük hörmət, diqqət, qonaqpərvərlik görürəm. Əminəm ki, bu səfər uğurlu 
olacaq və münasibətlərimiz yeni pilləyə qalxacaqdır.  
Təşəkkür edirəm. 
 


173 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEV İLƏ TÜRKİYƏ PREZİDENTİ  
ƏHMƏD NECDƏT SEZƏRİN  
TƏKBƏTƏK GÖRÜŞÜ 
 
13
 
aprel 2004-cü il 
 
Çankaya köşkündə Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev ilə Türkiyə Respublikasının 
prezidenti Əhməd Necdət Sezər arasında təkbətək görüş keçirildi.  
Səmimi dostluq və mehribanlıq  şəraitində keçən görüşdə dövlət başçıları ölkələrimiz arasında ikitərəfli 
münasibətlərin bütün sahələrdə inkişaf perspektivlərini  ətraflı müzakirə etdilər, regional və beynəlxalq 
məsələlər barədə geniş fikir mübadiləsi apardılar.  
Türkiyə tərəfi Azərbaycanda gedən demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu və bazar iqtisadiyyatı 
münasibətlərinin formalaşması proseslərinə verdiyi dəstəyi bir daha təsdiqlədi, bu istiqamətdə görülən işlərin 
davam etdirilməsinin böyük əhəmiyyəti olduğunu bildirdi.  
Görüşdə dost və qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən 
məmnunluq ifadə edildi və Azərbaycan–Türkiyə  əməkdaşlığının regionun digər dövlətləri üçün örnək ola 
biləcəyi vurğulandı.  
Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq 
prinsipləri  əsasında həlli məsələsinə geniş yer verildi, Azərbaycanın işğal olunmuş  ərazilərinin azad 
edilməsinin, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtmasına imkan yaradılmasının zəruriliyi bildirildi.  
Dövlət başçıları  hər iki tərəf üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə  də fikir 
mübadiləsi apardılar. 
 
* * * 
 
Dövlət başçılarının təkbətək görüşü başa çatdıqdan sonra Çankaya köşkündə Azərbaycan və Türkiyə 
prezidentlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin görüşü oldu. 
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsi bir daha vurğulandı, iqtisadi əlaqələrin 
bundan sonra da genişləndirilməsinin vacibliyi bildirildi. Bakı–Tbilisi–Ceyhan  əsas ixrac boru kəmərinin 
tikintisindən ayrıca söhbət getdi, onun 2005-ci ildə tam başa çatdırılacağına əminlik ifadə edildi. Xəzərin enerji 
ehtiyatlarının bu kəmər vasitəsilə  nəqlinin region ölkələrinin iqtisadi inkişafına və sabitliyinə böyük töhfə 
verəcəyi ilə yanaşı, Avropanın enerji daşıyıcıları ilə  təminatında mühüm rol oynayacağı da vurğulandı. 
Azərbaycanın "Şahdəniz" yatağından hasil ediləcək təbii qazın nəqli üçün Bakı-Ərzurum boru kəməri 
layihəsinin gerçəkləşdirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyinə diqqət yetirildi. Tərəflər 
Cənubi Qafqazda sülh, sabitlik və inkişafa əsas maneə olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-
şəsinin beynəlxalq hüquq normalarına  əməl edilməklə, Azərbaycanın  ərazi bütövlüyünün təmin olunması 
əsasında sülh yolu ilə tezliklə aradan qaldırılmasının zəruriliyi xüsusi vurğulandı.  
Görüşdə prezident İlham  Əliyevin Türkiyəyə ilk rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin 
inkişafına töhfə verəcəyi, Azərbaycan–Türkiyə  əlaqələrinin  ənənəvi dostluq və qardaşlıq ruhunda daha da 
genişlənməsi üçün hər cür səylər göstəriləcəyi bildirildi.  
 
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ 
 
   Görüş başa çatdıqdan sonra Çankaya köşkündə prezidentlərin iştirakı ilə Azərbaycan–Türkiyə 
sənədlərinin imzalanma mərasimi oldu.  
Əvvəlcə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında birgə  bəyanat" imzalandı. Bəyanatı 
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Əhməd Necdət Sezər imzaladılar. 
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki aviasiya sahəsində  əməkdaşlığın 
inkişafına dair protokol","Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəniyyət sahəsində 
işbirliyinə dair protokol", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənaye mülkiyyətinin 
mühafizəsinə dair əməkdaşlıq müqaviləsi", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gömrük 
sahəsində  əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi","Azərbaycan Respublikası ilə Türkiyə Respublikası 
arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi"  imzalandı.  
İmzalama mərasimindən sonra Türkiyə prezidenti Əhməd Necdət Sezər və Azərbaycan prezidenti İlham Əliyev çıxış 
etdilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə