İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   65   66   67   68   69   70   71   72   ...   84

176 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN  ŞƏRƏFİNƏ 
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN ADINDAN 
TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ 
 
Çankaya köşkü 
 
13 aprel 2004-cü il 
 
Hörmətli cümhurbaşqanı Əhməd Necdət Sezər! 
Hörmətli Səmra xanım! 
Hörmətli dostlar! 
Hörmətli xanımlar və cənablar! 
Məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinə görə Türkiyənin cümhurbaşqanı, Azərbaycan xalqının yaxın 
dostu  Əhməd Necdət Sezərə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Sizə demək istəyirəm ki, ilk 
anlardan biz burada qonaqpərvərlik, diqqət görmüşük və buna görə bütün nümayəndə heyəti adından Sizə 
təşəkkür edirəm. 
Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri uzun illərdir ki, davam edir, inkişaf edir, 
güclənir. Bu münasibətlərin inkişafı istiqamətində çox böyük addımlar atılır. Azərbaycanın ümummilli lideri 
prezident Heydər  Əliyevin səyləri nəticəsində xalqlarımız böyük uğurlara nail olmuşlar. Bizim münasibətlərimiz 
güclənibdir və demək olar ki, bütün sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq var. Siyasi, iqtisadi, mədəni, bütün digər 
sahələrdə işbirliyimiz örnək, nümunə ola bilər.  
Bizi bağlayan tarixi köklər  əsasında qurulmuş yeni münasibətlər bölgədə mühüm rol oynayır. Bölgənin 
inkişafı üçün, Qafqazın inkişafı üçün Türkiyə–Azərbaycan münasibətləri müstəsna rol oynayır. Bölgəmiz sabit 
bölgə deyildir. Bölgədə sabitlik ən önəmli şərtdir, sülhün, əmin-amanlığın bərqərar olunması, inkişaf üçün əsas 
amildir.  
Bizi bağlayan iqtisadi əlaqələr təkcə ölkələrimiz üçün deyil, bütün bölgə üçün, Avropa üçün önəmlidir. Həyata 
keçirdiyimiz irimiqyaslı neft layihələri, qaz layihələri, xüsusən Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi ilə 
bölgədə vəziyyət dəyişmiş olur. Yaxın zamanlarda istifadəyə veriləcək Bakı–Tbilisi–Ceyhan neft kəməri xalqlarımızı 
daha da sıx birləşdirəcəkdir.  
Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin inşası istiqamətində çox önəmli addımlar atılıbdır. Bu layihə  də  uğurla 
həyata keçirilir və biz ümid edirik ki, o da öz həllini tapacaq, Azərbaycan qazı Türkiyəyə  və buradan da Avropa 
istehlakçılarına çatdırılacaqdır.  
Türkiyə bütün məsələlərdə Azərbaycana daim arxa, dayaq olmuşdur. O cümlədən Ermənistan–Azərbaycan, 
Dağlıq Qarabağ məsələsində də biz daim qardaş ölkənin köməyini hiss etmişik. Bu dəstəyi bu gün də hiss edirik 
və  əminik ki, yaxın zamanlarda bu münaqişə öz həllini tapacaqdır. Azərbaycanın  ərazi bütövlüyü beynəlxalq 
hüquq normaları əsasında bərpa olunacaq, torpaqlarımız işğalçılardan azad ediləcəkdir.  
Bugünkü danışıqlarda, keçirdiyimiz təkbətək görüşümüzdə bir daha əmin olduq ki, Türkiyə ilə Azərbaycan 
arasında heç bir problem yoxdur. Bütün məsələlər öz həllini tapır və biz bu siyasətə, bu qardaşlığa sadiqik. 
Hörmətli cümhurbaşqanı qeyd etdi ki, üç gün öncə Bakıda Atatürk Mərkəzi öz qapılarını açmışdır, çox möhtə-
şəm mərasim keçirilmişdir. Deməyə tam əsas var ki, Azərbaycanda ulu öndərimiz Atatürkün tarixi irsi öyrəniləcək 
və təbliğ ediləcəkdir. Bu bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər bağlıdır, yaxındır. Bu dost-
luq, qardaşlıq hər şeydən üstündür. Mən əminəm ki, aramızda olan dostluq, qardaşlıq münasibətləri bundan sonra 
da davam və inkişaf edəcək, xalqlarımıza səadət, xoşbəxtlik gətirəcəkdir.  
Bu badəni Türkiyə–Azərbaycan münasibətləri  şərəfinə, Türkiyə Cümhuriyyətinin  şərəfinə, qardaş ölkənin 
cümhurbaşqanı Əhməd Necdət Sezərin şərəfinə qaldırıram.  
Sağ olun. 
 


177 
 
 
ANKARADA HEYDƏR ƏLİYEV PARKININ TƏNTƏNƏLİ  AÇILIŞ MƏRASİMİNDƏ NİTQ 
 
14 aprel 2004-cü il 
 
Azərbaycan prezidenti İlham  Əliyev Ankaranın yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri 
Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak etmişdir. 
Mərasimə toplaşanlar – Türkiyənin yüksək vəzifəli rəsmi  şəxsləri, Batıkəndin sakinləri, məktəblilər 
dövlətimizin başçısını hərarətlə qarşıladılar.  
Təntənəli mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. 
Mərasimdə Türkiyənin  Ətraf Mühitin Mühafizəsi və Meşə  Təsərrüfatı Nazirliyi Baş Meşəsalma  İdarəsinin 
müdiri Mustafa Yüksəl, Ankara valisi Yəhya Gur, Kənd Təsərrüfatı naziri Sami Güclü, Ətraf Mühitin Mühafizəsi 
və Meşə Təsərrüfatı naziri Osman Pepe çıxış etdilər.  
Bildirildi ki, 75 hektarlıq bu ərazidə Heydər  Əliyevin anadan olmasının 81 illiyi ilə  əlaqədar 17 növdən 
ibarət 81 min ağac  əkiləcəkdir.  İndiyədək 50 min ağac  əkilmişdir və qarşıdakı on gün ərzində bu iş başa 
çatacaqdır. Batıkənd sakinlərinin istirahət vaxtlarını  səmərəli keçirməsi üçün burada əyləncə, idman 
kompleksləri, uşaq meydançaları, hovuzlar, çeşmələr yaradılacaq, xidmət obyektləri tikiləcəkdir.  
Natiqlər vurğuladılar ki, prezident Heydər Əliyevin Türkiyə, bütünlükdə türk dünyası qarşısında xidmətlərini 
nəzərə alaraq, belə xatirə  tədbirləri gələcəkdə  də davam etdiriləcək, dahi şəxsiyyətin  əziz xatirəsi daim 
ürəklərdə yaşayacaqdır.  
 
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin nitqi 
 
Hörmətli nazirlər! 
Hörmətli vali! 
Əziz xanımlar və cənablar! 
İlk növbədə, mən Türkiyə hökumətinə,  Ətraf Mühitin Mühafizəsi və Meşə  Təsərrüfatı nazirinə, bütün 
türk qardaşlarımıza öz dərin minnətdarlığımı  və  təşəkkürümü bildirmək istəyirəm ki, bu parka Azərbaycanın 
ümummilli lideri Heydər  Əliyevin adını vermisiniz. Bu bir daha onu göstərir ki, Türkiyə  və Azərbaycan 
xalqları, ölkələrimiz daim birlikdə olublar, bir-birinə yardım, kömək ediblər. Biz bu dəstəyi, Türkiyədən gələn 
məhəbbəti həmişə, bütün zamanlarda hiss edirdik. Azərbaycan öz dövlət müstəqilliyini  əldə etdikdən sonra 
Türkiyədən gələn dəstək bizim rahat və təhlükəsiz şəraitdə yaşamağımıza böyük fayda veribdir.  
Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müasir, müstəqil Azərbaycan onun əsəridir. 1993-cü ildə 
xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə  gəldikdən sonra ölkəmizdə sabitlik bərpa olundu, hərc-mərcliyə, 
anarxiyaya son qoyuldu və ölkəmiz yavaş-yavaş inkişaf etməyə başladı.  
1993-cü ildən 1996-cı ilə  qədər Azərbaycanın tarixində çox çətin illər yaşanmışdır. O illər  ərzində 
Azərbaycan böyük təhlükələrdən keçərək, öz dövlət müstəqilliyini möhkəmləndirmiş  və beləliklə, ölkəmizin 
gələcək inkişafı üçün gözəl imkanlar əldə olunmuşdur. 1996-cı ildən başlayaraq, bu günə  qədər ölkəmiz 
dinamik  şəkildə inkişaf edir. Bizdə iqtisadi artım ildə 10 faiz həddindədir. Azərbaycanın dünyada mövqeləri 
möhkəmlənibdir, ölkəmiz Dünya Birliyində özünə layiq yerini tuta bilibdir. Ölkəmiz beynəlxalq təşkilatlarla 
uğurla  əməkdaşlıq edir. Azərbaycanın bütün sahələrinin inkişafı Heydər  Əliyevin adı ilə bağlıdır. Biz, ondan 
sonrakı rəhbərlər, bu gün Azərbaycana rəhbərlik edən şəxslər bütün zamanlarda onun siyasətinə sadiq olacağıq. 
Çünki bu siyasətin alternativi yoxdur. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, bəyənir və bu siyasətə səs verir. 
Heydər  Əliyevin Türkiyə–Azərbaycan münasibətlərinin inkişafında da müstəsna rolu olmuşdur. Onun 
siyasətinin  ən  əsas istiqamətlərindən biri də o idi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün 
sahələrdə inkişaf etsin. Biz bunun şahidiyik ki, bütün sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdə ölkələrimiz 
çox güclü münasibətlər qurmuşlar və birlikdə mühüm işlərin öhdəsindən gəlirlər. 
Heydər Əliyevin ifadəsi bu gün burada səsləndi: "Biz bir millət, iki dövlətik". Bu bir daha onu göstərir ki, o, 
Türkiyəyə, türk dünyasına nə  qədər bağlı idi. Biz bu siyasətə sadiqik, bu siyasəti davam etdirəcəyik. Mənim 
Türkiyəyə indiki rəsmi səfərim də məhz bu siyasətin məntiqi nəticəsidir.  
Dünən və bu gün keçirdiyim bütün görüşlərdə, apardığım bütün danışıqlarda bir daha əmin oldum ki, 
Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri davam edir, güclənir. Mən  əminəm ki, bu 
səfərdən sonra bu münasibətlərə yeni təkan veriləcəkdir. Ölkələrimiz daha sıx işbirliyi, əməkdaşlıq edəcəklər. 
Bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, bizim gücümüz bizim birliyimizdədir. Biz daim bir-
birimizin yanında olmalıyıq və əminəm ki, olacağıq.  
Heydər  Əliyevi Türkiyəyə böyük tellər bağlayırdı. O, qəlbən Türkiyəyə, türk xalqına yaxın idi. Bizə  də 
vəsiyyət etmişdir ki, bu siyasəti davam etdirək. Biz də bunu edirik. Əminəm ki, bundan sonra – bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə