İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   66   67   68   69   70   71   72   73   ...   84

178 
 
zamanlarda, 50–100–200 ildən sonra, bütün əsrlərdə Türkiyə  və Azərbaycan, iki qardaş ölkə daim bir-birinin 
yanında olacaqdır.  
Bu parka Heydər  Əliyevin adının verilməsi çox rəmzi xarakter daşıyır. Deməliyəm ki, Azərbaycanın 
ümummilli lideri Heydər  Əliyev meşələrə, yaşıllığa daim böyük diqqət göstərmişdir. Onun təşəbbüsü ilə 
Azərbaycanın bütün bölgələrində meşələr, parklar salınmışdır. Həmin parklar bu gün də Azərbaycanımızı 
gözəlləşdirir və onun adını daşıyır. O bir dəfə  çıxışları zamanı demişdir ki, ağacları  kəsməyin, ağacları  əkin, 
bilin ki, ağacları kəsəndə, elə bil, mənim qolumu kəsirsiniz. Bu gün bu parkı  görəndə mən düşünürəm ki, bir 
neçə il sonra bu fidanlar böyüyəcək, qollu-budaqlı olacaq, şəhərinizi gözəlləşdirəcəkdir. Beləliklə, Heydər 
Əliyevin xatirəsi burada da yaşayacaqdır. 
Əziz qardaşlar, Azərbaycanın prezidenti kimi, Heydər  Əliyevin varisi kimi, davamçısı kimi mən sizə 
ürəkdən minnətdaram. Siz Heydər  Əliyevin xatirəsinə böyük hörmət göstərirsiniz. Azərbaycanımıza böyük 
məhəbbət göstərirsiniz. Mənə, Azərbaycanın prezidentinə, mənimlə Türkiyəyə  rəsmi səfərə  gəlmiş bütün 
nümayəndə heyətinin üzvlərinə böyük qonaqpərvərlik göstərirsiniz.  
Mən sizin hamınızı bir daha salamlayır, Azərbaycan xalqının ən xoş arzularını çatdırıram. Əmin olduğumu 
bildirirəm ki, qardaş xalqlarımız,  ölkələrimiz bundan sonra da əl-ələ verib irəliyə doğru uğurla gedəcəklər. 
Təşəkkür edirəm.  
 
* * * 
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda xüsusi olaraq Azərbaycandan gətirilmiş 
ağac əkdilər. Respublikamızın rəhbəri mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi. 
 


179 
 
 
TÜRKİYƏ BÖYÜK MİLLƏT  
MƏCLİSİNDƏ NİTQ  
 
14 aprel 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev Ankaraya rəsmi səfərinin ikinci günü  Türkiyə 
Böyük Millət Məclisinə gəldi. 
Türkiyə parlamentinin sədri Azərbaycan rəhbərini böyük hörmət və ehtiramla qarşıladı.  
Sonra prezident İlham Əliyev ilə TBMM-in sədri Bülənd Arınç arasında görüş oldu. Dostluq və mehribanlıq 
şəraitində keçən görüşdə ölkələrimiz arasında ikitərəfli  əməkdaşlığın perspektivləri müzakirə olundu, 
parlamentlərarası əlaqələrin inkişafına və bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparıldı.  
 
Hörmətli Türkiyə Böyük Millət Məclisi! 
Hörmətli millət vəkilləri!  
Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar!  
Türkiyə Böyük Millət Məclisinin qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir. Bu şərəfi mənə 
verdiyinizə görə, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.  
İkinci gündür mən Türkiyədə  rəsmi səfərdəyəm. Artıq, demək olar ki, bu səfər çox uğurlu keçib və 
apardığımız bütün danışıqlarda, söhbətlərdə bir daha əmin olduq ki, Türkiyə ilə Azərbaycan arasında dostluq, 
qardaşlıq münasibətləri davam edir, inkişaf edir, güclənir. Bu münasibətlər Azərbaycan üçün prioritet məsələdir.  
Bildiyiniz kimi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan Türkiyə olmuşdur. 
O illərdən sonra bütün dövrlərdə Türkiyə daim Azərbaycanın yanında olmuş, Azərbaycana arxa-dayaq 
olmuşdur. Biz bunu çox yüksək qiymətləndiririk və ümid edirik, əminik ki, bundan sonra bizim qardaş 
ölkələrimiz daim bir-birinin yanında olacaqlar. Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü 
Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. 
Azərbaycan son 12 ildə, müstəqilliyini  əldə etdikdən sonra çox çətin yollardan keçmişdir. Ölkəmiz 
müstəqilliyin ilk illərində böyük təhlükələrlə üzləşmişdir. Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan 
təcavüzkar siyasət Azərbaycanın torpaqlarının bir hissəsinin itirilməsi ilə  nəticələnmişdir. Üstəgəl, daxildə 
vəziyyət qeyri-sabit idi. Beləliklə, Azərbaycan çox böyük fəlakətlərlə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın 
tələbi ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyev rəhbərliyə qayıdandan sonra ölkədə vəziyyət tədricən 
normallaşdı və Azərbaycan bu böhran içindən çıxa bildi.  
Sizə deyə bilərəm ki, 1993-cü ildən 1996-cı ilə qədər Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox gərgin 
idi. Bir neçə  dəfə dövlət çevrilişinə  cəhdlər olmuşdu, vətəndaş müharibəsi başlanmışdı. Azərbaycanda qeyri-
qanuni silahlı birləşmələr özbaşınalıq edirdi. Əlbəttə, bütün bu xoşagəlməz halların qarşısını almaq üçün böyük 
səylər sərf olunmuşdur. Demək olar ki, Azərbaycanda sabitlik 1996-cı ildə yaranmışdır. O ildən başlayaraq, bu 
günə qədər ölkəmiz inkişaf edir, öz potensialını gücləndirir və iqtisadiyyatımız da inkişaf edir.  
1996-cı ildən 2003-cü ilə qədər  orta hesabla bizim iqtisadiyyatımız ildə on faiz artmışdır. Keçən ilin ümumi 
daxili məhsulun artımı – iqtisadiyyatın əsas göstəricisi – 11 faiz olmuşdur. Azərbaycanda son yeddi il ərzində 
inflyasiya 2–3 faiz təşkil edir. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan keçmiş sovet 
cümhuriyyətləri arasında liderliyi saxlayır və son illər  ərzində ölkəmizə 17 milyard dollar sərmayə 
qoyulmuşdur.  
Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır. Özəlləşdirmə proqramı  həyata keçirilir. Torpaq 
özəlləşdirilibdir. Sənaye müəssisələri özəlləşdirilir, xidmət sektorunun, demək olar ki, hamısı özəlləşdirilibdir. 
Bu gün ümumi daxili məhsulda, Azərbaycanın iqtisadiyyatında özəl sektorun payı 74 faizdir. Bu onu göstərir ki, 
Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri öz əksini tam tapmışdır. Ölkə bazar iqtisadiyyatı əsasında inkişaf 
edir və biz əminik ki, bu, gələcəkdə də Azərbaycana böyük fayda, mənfəət gətirəcəkdir.  
Eyni zamanda, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Baxmayaraq ki, Azərbaycan artıq yeni bir 
sistemdə yaşayır, kommunist sistemindən yeni sistemə keçid dövrünü yaşayır, ölkədə sosial ədalətə böyük 
diqqət göstərilir. Bizim büdcəmizin  əsas məxaric hissəsi məhz sosial məsələlərin həllinə yönəldilibdir. 
Maaşların, pensiyaların, təqaüdlərin, digər sosial müavinətlərin ödənilməsi və artırılması bizim hökumətimiz 
üçün prioritet məsələdir.  
Siyasi islahatlar uğurla aparılır. Azərbaycan müasir, dünyəvi dövlətdir. Azərbaycanda demokratikləşmə 
prosesi uğurla gedir. Ölkəmiz insan haqlarının qorunması istiqamətində böyük uğurlar  əldə etmişdir, 
ümumbəşəri dəyərlərə çox sürətlə yiyələnir. Eyni zamanda, dünya sivilizasiyasına öz dəyərli töhfələrini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə