İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   50   51   52   53   54   55   56   57   ...   84

137 
 
dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin  ədalətli mövqeyinin etiraf olunması  və müdafiəsi 
istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Dövlətimizin iqtisadi potensialı və siyasi qüdrəti artdıqca, beynəlxalq 
nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və siyasi dairələrin sayı da çoxalır. 
Azərbaycanın dövlət və hökumət rəhbərləri, parlament nümayəndələri Ermənistanın işğalçı siyasətini, 
terrorçuluğunu, tarix və  mədəniyyət abidələrimizə, ekologiyamıza qarşı törətdiyi vandalizm və  vəhşiliyi BMT-də, 
Avropa Şurası Parlament Assambleyasında, ATƏT-də, Avropa Birliyində müvəffəqiyyətlə ifşa edir. Bu işdə, eyni 
zamanda, ictimai təşkilatların, elmi-mədəni dairələrin, xüsusən xaricdəki Azərbaycan icmalarının üzərinə böyük və 
məsuliyyətli vəzifələr düşür. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha tam, dolğun və ardıcıl çatdırılmalı, 
Ermənistanın işğalçı siyasəti, törətdiyi soyqırımı və təcavüz aktları ifşa olunmalıdır.  
Bu gün Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarına meydan oxuyur, cürbəcür siyasi, ideoloji 
təxribatlardan istifadə etməklə dünya ictimai fikrini çaşdırmağa, işğal faktını ört-basdır etməyə, unutdurmağa, 
son nəticədə beynəlxalq aləmi mövcud reallıqla barışdırmağa çalışır. Bu cür uzağı görməyən, təcavüzkar siyasət 
Ermənistan dövlətini və cəmiyyətini dərin iqtisadi, siyasi və mənəvi böhrana düçar etmişdir. Avantürist “Böyük 
dövlət” ideyasının girovuna çevrilmiş  və çoxəsrlik qonşuları ilə uzunmüddətli münaqişə  vəziyyətinə salınmış 
erməni xalqı bütün qlobal iqtisadi-enerji layihələrindən təcrid edilmiş  və beləliklə, çox çətin vəziyyətlə 
üzləşmişdir. Əminəm ki, haqq-ədalətin yerini tapacağı, dünya ictimaiyyətinin və erməni xalqının Ermənistanın 
bugünkü işğalçı və təcavüzkar siyasətinə yox deyəcəyi, neçə illərdir ki, bütün Qafqazda yaşayan hər bir insana 
öz mənfi təsirini göstərmiş münaqişələrin beynəlxalq hüquq normaları  əsasında həll olunacağı gün uzaqda 
deyildir.  
Bir daha soyqırımı qurbanlarının  əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət 
diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 30 mart 2004-cü il 
 
 


138 
 
 
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ 
CƏNAB İSLAM KƏRİMOVA 
 
Hörmətli İslam Əbdüqəniyeviç! 
Daşkənd və Buxara şəhərlərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktları törədilməsi barədə 
xəbər məni son dərəcə hiddətləndirdi. 
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Özbəkistan xalqına şəxsən öz adımdan 
və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.  
Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik. 
Bu ağır anlarda biz Sizinlə birlikdə kədər içindəyik. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 30 mart 2004-cü il 
 


139 
 
 
SENEQAL  RESPUBLİKASININ  PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB ABDULAY VADA 
 
Hörmətli cənab Prezident! 
Seneqal Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün 
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasında təşəkkül tapmış dostluq və 
əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Seneqal xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 31 mart 2004-cü il 


140 
 
 
BAKI ŞƏHƏRİNİN GƏZİNTİSİ ZAMANI ÇIXIŞI VƏ JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ 
 
2 aprel 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev paytaxta gəzintiyə çıxmışdır. 
Qədim və gündən-günə gözəlləşən Bakının sakinləri dövlətimizin başçısını hörmət və  ehtiramla salamlayır, 
xoş arzularını yetirirdilər. Prezident İlham  Əliyev  əvvəlcə Bakı  Şəhəri  İcra Hakimiyyətinə  gəldi, hamımızı, o 
cümlədən paytaxt  sakinlərini maraqlandıran çox mühüm bir məsələ ilə – Bakının gələcək görkəmi və baş planı 
ilə maraqlandı. Prezidentə  məlumat verildi ki, şəhərin baş planı müstəqil Azərbaycan dövlətinin qurucusu, 
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hələ ötən əsrin 70-ci illərində hazırlanmışdır. Ulu öndər 
1969-cu ildə Bakı  şəhərinin gələcək baş planı üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması  və baş 
planın tərtib edilməsi ilə bağlı geniş müşavirə keçirərək, bütün müvafiq qurumlara tapşırıqlar vermişdi. Bundan 
sonra Bakının baş planının texniki-iqtisadi əsaslandırılmaları  işlənib hazırlanmış  və sonra şəhərin baş planı 
təsdiqlənmişdir. Lakin 1988–1993-cü illərdə  pərakəndə    vəziyyətdə aparılmış tikinti işləri paytaxtımızın 
mənzərəsinə, şəhərin müasir görkəminə xələl gətirmişdir. Bakının mərkəzində və ayrı-ayrı rayonlarında müasir 
tipli binaların  inşası və perspektiv planlar barədə də dövlətimizin başçısına geniş məlumat  verildi. 
İ l h a m   Ə l i y e v: Bu iş ciddi və mühüm bir məsələdir. Şəhərin görkəminə xələl gətirən, milli memarlıq 
qaydalarına uyğun gəlməyən tikintilərin qarşısı alınmalı, paytaxtımızı gözəlləşdirən, milli memarlığa və müasir 
şəhərsalma prinsiplərinə uyğun olan binaların inşasına icazə verilməlidir. 
İndi bizdə sahibkarlıq inkişaf edir. İnşaat sahəsində də böyük uğurlar əldə olunubdur. Minlərlə, on minlərlə 
kvadratmetr evlər tikilir. Ona görə sahibkarları birmərtəbəli, ikimərtəbəli, qəza vəziyyətində olan binaların  
yerləşdiyi məhəllələrə yönəldin. 
Getsinlər, sakinlərlə danışsınlar, o yerləri münasib bir qiymətə alsınlar. Birmərtəbəli binaları söksünlər, 
yerində baş plana uyğun  şəkildə, yəni razılaşdırılmış qaydada yeni evlər tiksinlər. Özü də bunlar memarlıq 
cəhətdən də gözəl olmalıdır. Yoxsa, biri gəlir, 30 mərtəbəli tikir, biri onun yanında 5 mərtəbəli tikir, ümumi 
görüntü pozulur. Göstərilməlidir ki, harada neçə  mərtəbəli bina tikilə bilər və onun memarlığı da mütləq 
münasib olmalıdır. 
Binaların bayır tərəfi rəngli ola bilər. Amma bu şərtlə ki, o rəng divarlarda qalsın. Bəzi hallarda zövqsüz 
rəngləyirlər. Digər tərəfdən, bir aydan, iki aydan sonra rənglər qopur. Sahibkarlar binaların tikintisindən kifayət 
qədər qazanc əldə edirlər. Allah artıq eləsin, amma gərək  şəhərimizin ümumi görüntüsünü pozmasınlar.  İndi 
qutu kimi binalar çox tikilir. Onlara da yol vermək olmaz. Hər binanın öz memarlığı olmalıdır. Şərt deyil ki, 
hamısı bir memarlıq üslubunda tikilsin. Müxtəlif olmalıdır, amma məhəlləyə, ümumiyyətlə, o rayona uyğun 
şəkildə tikilməlidir. 
Nəzarət etmək lazımdır ki, yaşıllıq zolaqlarında heç nə tikilməsin. Ümumiyyətlə, Bakının bu cəhətdən 
problemləri həmişə olubdur. Yaşıllıq azdır. Ona görə mövcud olan ən balaca bağçaya da gərək heç kim 
dəyməsin. Əksinə, sahibkar ev tikirsə, gərək ətrafda da bir iş görsün, əgər bağ-bağça varsa, onu da abadlaşdırsın. 
Bir dənə  də  ağacın kəsilməsinə imkan vermək olmaz. Şəhərin aeroport tərəfdən olan giriş yoluna çox böyük 
diqqət göstərmək lazımdır. O yolun üzərində müxtəlif tikililər, köhnə borular, indi istifadədə olan borular da 
var. Boruların yerini dəyişdirmək lazımdır. Ümumi görüntünü pozan bütün tikililər oradan götürülməlidir. O 
cümlədən Moskva prospektinin ətrafında  memarlıq cəhətdən gözəl binalar tikilməlidir. Orada çoxmərtəbəli 
binalar tikilə bilər, amma plan üzrə.  Şəhərimiz çox gözəldir. Çoxlu yeni binalar da tikilibdir. Bu, şəhərimizi 
daha da gözəlləşdirir. Amma aeroport yolu adlandırdığımız yol bərbad vəziyyətdədir. Düzdür, siz yolun 
örtüyünü dəyişmisiniz, çox yaxşıdır, işıqlı yoldur. Amma sağı-solu çox pis vəziyyətdədir, yəni  şəhərimizə 
yaraşmayan bir vəziyyətdədir. Siz o yolun tam miqyasında yenidən qurulması planını  təqdim edin. Ona 
baxmalıyıq. Ayrı-ayrı 
məhəllələrin                
necə tikilməsini də yəqin siz müəyyən etməlisiniz. Yəni siz deməlisiniz ki, bu məhəllədə  10 bina, məsələn, beşi 
16 mərtəbəli, üçü 14 mərtəbəli və s. olmalıdır. Orada bina tikmək istəyən sahibkar da bilsin ki, o nə tikəcəkdir. 
Yəni belə olmamalıdır ki, oranı boşaltdı, yerində istədiyi səviyyədə  nəsə tikdi, qalanı qaldı. Hər bir məhəllə 
üçün ayrıca layihə olmalıdır və siz də deməlisiniz ki, burada bu cür ev tikilməlidir. Memarlarla işləyin, lazım 
gələrsə, xaricdən firmalar dəvət edək. Xaricdə çox güclü şəhərsalma firmaları var ki, müxtəlif ölkələrin 
şəhərlərinin yenidən qurulmasında iştirak edirlər. Ümummilli liderimiz Heydər  Əliyevin  şəhərsalma, 
yaşıllaşdırma kimi vacib sahələrdə qoyduğu irsin davam etdirilməsi və  zənginləşdirilməsi üçün bütün 
imkanlardan istifadə olunmalıdır. 
Sonra prezident İlham  Əliyev metronun «Bakı Soveti» stansiyasından qatarla «Sahil» stansiyasına gəldi, 
paytaxtımızın  ən yaraşıqlı küçələrindən olan – Nizami küçəsini, dahi şairin adını daşıyan meydanı  gəzdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə