İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   54   55   56   57   58   59   60   61   ...   84

148 
 
İ l h a m  Ə l i y e v: Yox, siz bunu bizim diqqətimizə təqdim edirsiniz. Siz bunu əsas kimi təqdim edirsiniz. 
Elədir, yoxsa yox?! 
İ s m a y ı l  V ə l i y e v: Elədir. 
İ l h a m  Ə l i y e v: Yaxşı, bəs onda o kitabı nə üçün yaradırsınız? 
İ s m a y ı l  V ə l i y e v: Bu layihədir. Redaksiya heyətinin işləməsi üçün vəsait kimi qəbul olunubdur. 
Çünki bəzi tarixi şəxsiyyətlər barədə hələ qəti qərar vermək imkanına malik deyilik. Redaksiya heyətində mən 
ensiklopediyanın gələcək problemləri ilə bağlı öz fikirlərimi demişəm. Bu qərar redaksiya heyətinin 
müzakirəsindən sonra veriləcəkdir. Biz yalnız texniki işləri görmüşük, latın qrafikasına çevirib çap eləmişik. 
Yəni hələ müzakirə bundan sonra olacaqdır. Əsas sözlük ən azı dörd-beş ay bütün kollektivlərdə... 
İ l h a m  Ə l i y e v: Siz hesab edirsiniz ki, bunlar müzakirə predmeti ola bilər?! 
İ s m a y ı l  V ə l i y e v: Biz köhnə ensiklopediyanın sözlüyünü nəşr etmişik. 
İ l h a m  Ə l i y e v: Bəs köhnə ensiklopediyada əks olunan burada əks olunmur, öz əksini tapmır? Bəziləri 
niyə çıxarılıb? Azərbaycanlı insanlar çıxarılıb, ermənilər qalıbdır? Səbəbi nədir? Mən indi deyərəm, gətirərlər, 
sizə göstərərlər.  
İ s m a y ı l  V ə l i y e v: Texniki səhvlər ola bilər.  
İ l h a m  Ə l i y e v: Burada texniki səhvlər ola bilməz. Siz nə danışırsınız? Siz bunu prezidentə təqdim 
edirsiniz. Siz bunu redaksiya heyətinin diqqətinə təqdim edirsiniz. Burada nə texniki səhvlər ola bilər? Bu, ən 
azı, səhlənkarlıqdır. Bir də ki, böyük siyasi səhvdir. 
İ s m a y ı l  V ə l i y e v: Doğrudur. 
İ l h a m  Ə l i y e v: İzahat verin.  
İ s m a y ı l  V ə l i y e v: İzahat ona görə verirəm ki, sözlüyün hazırlanması bizim kollektivin işi deyil. Biz 
onun öhdəsindən gələ bilmərik. Mən bunu əlaqədar təşkilatlara da demişəm. 
İ l h a m  Ə l i y e v: Öhdəsindən gələ bilmirsinizsə, bu məsələ ilə məşğul olmayın, məşğul olmayın! Mən 
sizi tanımırdım, birinci dəfədir görürəm. Sizi mənə təqdim etdilər ki, bu məsələ ilə məşğul olan bir şəxssiniz. 
Mən də sizi tanımaya-tanımaya redaksiya heyətinə daxil etdim və  məsul katib vəzifəsinə  təyin etdim. İndi 
görürəm ki, mən səhv etmişəm. Siz belə yanaşma ilə bu işin öhdəsindən necə gələcəksiniz?! 
İ s m a y ı l  V ə l i y e v: Cənab Prezident, bu, ilkin sözlükdür. 
İ l h a m  Ə l i y e v: Bu, əsas deyil?! 
İ s m a y ı l  V ə l i y e v: Bu layihədir. 
İ l h a m  Ə l i y e v: Yaxşı, bu nədir? 
İ s m a y ı l  V ə l i y e v: Bu, Azərbaycana həsr edilmiş xüsusi cilddir. 
İ l h a m  Ə l i y e v: Siz bunu işləmisiniz?!  
İ s m a y ı l  V ə l i y e v: Xeyr, bu işləniləcək. 
İ l h a m  Ə l i y e v: Bu nədir və haradan yaranıbdır? 
İ s m a y ı l  V ə l i y e v: Bu, Azərbaycan Respublikasına həsr olunmuş xüsusi cilddir və üzərində 
işləyəcəyik. Burada çox ciddi problemlər var. Vaxtilə 10 cildlik ensiklopediya nəşr olunanda 11-ci cild kimi 
xüsusi bir cild də nəşr edilməli idi. Mövcud olan ciddi problemlər həmin cildi nəşr etməyə imkan verməyibdir. 
O zaman bu işə bizim akademikimiz Cəmil müəllim rəhbərlik edibdir. O vaxt bunu çap eləmək mümkün 
olmadı. Sonra siyasi hadisələr dəyişdiyinə görə 1989-cu ildən sonra bu ensiklopediya üçün hazırlanan ma-
teriallar tamamilə köhnəldi. Ondan sonra bir neçə dəfə hazırlandı. Burada yenə də prinsipial məsələlər var ki, 
bunlar yenidən işlənilməlidir.  
İ l h a m  Ə l i y e v: Bunu kim yaradıbdır? 
İ s m a y ı l  V ə l i y e v: Bu, akademiyanın bütün qurumları və digər ali məktəblərin elmi rəhbərlərinin 
iştirakı ilə ilkin variant kimi hazırlanıbdır. 
İ l h a m  Ə l i y e v: Nə vaxt? 
İ s m a y ı l  V ə l i y e v: Deməli, 1989-cu ildən 1999-cu ilə qədər hazırlanıbdır. 
İ l h a m  Ə l i y e v: 1999-cu ilə qədər hazırlanıbdır. Siz özünüz buna baxmısınız?! 
İ s m a y ı l  V ə l i y e v: Bir qisminə baxmışam. 
İ l h a m  Ə l i y e v: Bəs siz bunu necə təqdim edirsiniz?! Bəs buna kim baxıbdır? 
İ s m a y ı l  V ə l i y e v: Tam baxılmayıbdır. 
İ l h a m  Ə l i y e v: Mən buna baxmışam. Düzdür, mənim vaxtım çox olmayıbdır. Baxmışam. Burada da çox 
maraqlı  məqamlar var. İndi mən xırda məsələlərə toxunmaq istəmirəm. Halbuki burada çox gülməli  şeylər 
yazılıbdır. Amma istəyirəm bir məsələyə toxunam. Demək, bu, 1999-cu ilə qədər işlənibdir?! 228-ci səhifəni açın 
və baxın orada nə yazılıb: 
"70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində bütün ölkədə olduğu kimi, respublikada da durğunluq 
halları xeyli qüvvətlənmişdir".  


149 
 
Əgər oxumamısınızsa, mən sizin üçün oxuyaram: "İqtisadiyyatın və sosial sahənin inkişafında kobud 
səhvlərin doğurduğu mənfi meyllər dərin kök salmışdır. Ümumi həcm ardınca qaçmaq, coşğun irəliləyiş 
təsəvvürü yaratmaq iqtisadi yüksəlişin keyfiyyət cəhətlərinə diqqəti azaltmışdır. İnzibati amirlik metodu zirvəyə 
qalxmışdır". 
Bu sizin 70–80-ci illərə verdiyiniz qiymətdir. Elədir? Siz bu qiyməti verirsiniz? Bu nədir? Siz yerinizdə 
oturun. Hələ burada mənimlə mübahisə edir.  
İ s m a y ı l  V ə l i y e v: Mübahisə etmirəm. 
İ l h a m  Ə l i y e v: Bəs nə edirsən?! 
İ s m a y ı l  V ə l i y e v: Bu, köhnə materialdır. 
İ l h a m  Ə l i y e v: Köhnə material 1999-cu ilə  qədər hazırlanıb: "1988-ci ilin mayında Vəzirov 
Azərbaycan KP MK-nın birinci katibi və MK-nın Büro üzvü seçildi".  
Bu nədir? Vəzirov kimdir? Təlxək, Azərbaycanı biabır edən, Azərbaycan xalqının qanını axıdan. Siz bunu qeyd 
edirsiniz. 1999-cu ilə qədər işlənən əsərdə Heydər Əliyev haqqında bir kəlmə də yoxdur. Mən indi burada oturma-
saydım, nə yazardın?! Buradan çıx get. Belə adam bu redaksiya heyətində  işləyə bilməz. Mən böyük səhv 
etmişəm. Amma düzdür, bu, mənim səhvimdir. Sizi tanımamışam. Buradan gedin.  
İ s m a y ı l  V ə l i y e v: Söz deməyə icazə olarmı? 
İ l h a m  Ə l i y e v: Olmaz, qurtardı. Baş redaktor, siz hara baxırsınız?  
M a h m u d  K ə r i m o v: Cənab Prezident... 
İ l h a m  Ə l i y e v: Belə çıxır, buna heç kim baxmır. Bəs nə üçün gətirib mənə təqdim edirsiniz?  
M a h m u d  K ə r i m o v: Cənab Prezident, ümumiyyətlə, bu gün buraya çıxarılmamalı idi. 
İ l h a m  Ə l i y e v: Necə çıxarılmamalı idi ki, masanın üzərinə düzmüsünüz.   
M a h m u d  K ə r i m o v: Onun üzərində işləmək...  
İ l h a m  Ə l i y e v: Onun üzərində işləmək olmaz. Olmaz!  
M a h m u d  K ə r i m o v: Razıyam. 
İ l h a m  Ə l i y e v: Razısınızsa, bəs bu işlərlə mən məşğul olmalıyam?! Əgər dünən axşam mənim vaxtım 
olmasaydı, sözün düzü, heç buna baxmayacaqdım. Deyəcəkdim ki, sözlük hazırlanıbdır. Məni də əmin ediblər, 
Fatma Abdullazadə. Sözlük var, 1-ci cild var, hər şey bunun üzərində qurulacaq. İndi mən görürəm, bu nəyin 
üzərində qurulmalıymış. Belə  də  məsuliyyətsizlik olar?! Bu, ən azı, məsuliyyətsizlikdir. Bu, yumşaq desək, 
böyük siyasi səhvdir.  
Mən yenə də deyirəm, əgər Azərbaycanda son seçkilər başqa cür olsaydı, indi mən təsəvvür edirəm, ora nələr 
yazılacaqdı. Bu, vaxtilə konyunktura naminə yazılıbdır, tarix təhrif olunubdur. 70–80-ci illər müasir Azərbaycan 
tarixində çiçəklənmə dövrüdür. O vaxt bir nəfər gəlib burada tarixi alt-üst edibdir və hamı da buna əl çalıbdır. Yaxşı, 
bu tarixdir, keçdi. Amma yaxşı, 2004-cü ildə biz – buna kitabça da deyə bilmərəm –  bunu necə müzakirə edək? Ona 
görə də bunu götürün tullayın və yenidən işləyin. Sözlüyü də, xüsusi cildi də.  
Mən bu işdən çox narazıyam. Mən heç təsəvvür edə bilmirdim ki, bizdə işlər bu səviyyədə qurulur. Üç aydır ki, 
qərar verilibdir. Siz, heç olmasa, üç ay ərzində maraqlanaydınız. Siz baş redaktorsunuz. İndi bu adamı heç 
tanımıram, aydındır. Heç o bilmir nə danışır. Onun üçün Saryan bizim xadimlərdən, bəlkə  də, daha əzizdir və 
hesab edir ki, Azərbaycanın  ərazisində Stepanakert kimi şəhər var. Bizim İcra Aparatımız, Fatma Abdullazadə 
bunu mənə  təqdim ediblər. Belə  də  şey olar?! Gedin, ciddi nəticə  çıxarın və  qısa müddət  ərzində yenidən 
hazırlayın, təqdim edin. Redaksiya heyətindən xahiş edirəm ki, – yəqin onlar da mənim kimi bunu ilk dəfə görürlər 
– məşğul olun. Sözlük də hazırlanmalıdır, xüsusi cild də hazırlanmalıdır. Reallığı, Azərbaycanın tarixini əks 
etdirən, heç bir təhrifsiz, heç bir qərəzsiz. Oturun.       
M a h m u d   K ə r i m o v: Cənab Prezident, olarmı bir arayış verim? 
İ l h a m  Ə l i y e v: Verin. 
M a h m u d  K ə r i m o v: Cənab Prezident, Sizin iradlarınızı qəbul edirəm. İş ondadır ki, bir az səmimi 
danışsaq, faktiki olaraq, redaksiya heyəti indiyə kimi işləməyibdir. İşləməyib ona görə ki, redaksiya heyəti özü 
təsdiq edilməmişdi. Biz bilmirdik ki, bu redaksiya heyətinin üzvləri kimlər olacaqdır. Gözləyirdik ki, redaksiya 
heyəti təsdiq olunsun, ondan sonra yığışmalıydıq və bütün iş bölgüsünü, ümumiyyətlə, işin qurulmasını müzakirə 
edib işə başlamalıydıq. Bu mənim üçün də gözlənilməzdir. Mən bu materialları ilk dəfə görürəm. Çox yaramaz 
materiallardır. Bunu elmi əsas kimi götürmək olmaz və müzakirəyə də çıxarmaq mümkün deyildir.  
Cənab Prezident, Sizə söz veririk ki, biz işə yenidən başlayaraq həm xüsusi cild, həm də sözlük üzərində ciddi 
işləyəcəyik. 
İ l h a m  Ə l i y e v: Yaxşı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə