İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

123 
 
Bir daha mənə göstərilən bu böyük ehtirama, qonaqpərvərliyə, məhəbbətə görə hörmətli prezident İslam 
Kərimova minnətdarlığımı bildirirəm. Qardaş özbək xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 


124 
 
 
ÇKALOV ADINA TƏYYARƏQAYIRMA  
İSTEHSALAT BİRLİYİNDƏ  
 
23 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham  Əliyev və Özbəkistan prezidenti İslam Kərimov Çkalov adına Daşkənd 
Aviasiya  İstehsalat Birliyinə  gəldilər. Dövlət başçıları birliyin yığma sexində oldular, burada istehsal edilən 
müxtəlif təyyarələrlə tanış oldular. 
Müəssisə ilə tanışlıqdan sonra Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan jurnalistlərinin suallarına 
cavab verdi. 
S u a l:  Dağlıq Qarabağ  məsələsində Özbəkistanın mövqeyi bizə  bəllidir. Bu günlərdə Ermənistanın 
Xarici İşlər naziri öz bəyanatında etiraf etmişdir ki, ölkəsi ona məxsus olmayan ərazilərə nəzarət edir. Siz 
bu məsələ barədə nə düşünürsünüz?  
C a v a b: Bu gün mən bəyanat verərək bildirdim ki, Azərbaycana sovet hakimiyyətindən miras qalan Dağlıq 
Qarabağ probleminin meydana gəlməsinə səbəb o vaxt ölkəni Qorbaçovun idarə etməsi idi. Bütün bunlara görə 
o, cavab verməlidir. Qorbaçov münaqişənin qarşısının alınması üçün heç nə etmədi. Nə isə, bu tarixdir. 
Prinsipial mövqemiz belədir – ərazi bütövlüyü prinsipi ən başlıca prinsip olmalıdır. Qarabağ probleminin 
nizama salınmasında  əsas götürülməli olan birinci və  əsas məsələ Azərbaycanın  ərazi bütövlüyüdür. Bu 
problemin həllinə dair danışıqlar prosesi də, müxtəlif variantların hazırlanması da bunun əsasında qurulmalıdır. 
Yalnız  ərazi bütövlüyü ən başlıca məsələ olmalıdır. Bu məsələnin, necə deyərlər, paket şəklində  həllindən 
danışırlar, lakin mən burada perspektiv görmürəm. Mənim fikrim belədir ki, məsələni mərhələ-mərhələ  həll 
etmək lazımdır. Mən bunu ilk dəfə olaraq deyirəm və bu, ola bilsin, hansısa tərəfin xoşuna gəlməsin. Birinci 
olaraq,  ərazi azad edilməli, artıq bundan sonra blokada götürülməli, dəmir yolunun və digər 
kommunikasiyaların fəaliyyəti təmin olunmalıdır. Məncə, erməni tərəfinin  ələ keçirdiyi ərazini azad etməkdə 
marağı olmalıdır ki, bütün qaçqınlar öz əzəli torpaqlarına qayıtsın, öz ev-eşiklərini bərpa etsin və insan kimi, 
normal yaşasınlar. Azərbaycan tərəfi isə bundan sonra kommunikasiyaları  açacaqdır.  
Sonra isə Dağlıq Qarabağın statusu məsələsini və qalan bütün məsələləri həll etmək olar. Əgər məsələnin 
paket şəklində həllindən danışsaq, onda bu, zənnimcə, hələ uzun müddət müzakirə mövzusu, hətta möhtəkirlik 
mövzusu olacaqdır ki, burada da əsas rolu Azərbaycan və Ermənistan deyil, böyük dövlətlər oynayacaqlar. 
Aydındır ki, onların da bu məsələdə öz mənafeləri var. Bəlkə  də, öz fikrimi həddindən ziyadə  cəsarətlə 
açıqladım, amma mənim fikrim belədir. 
 


125 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİNİN ŞƏRƏFİNƏ 
ÖZBƏKİSTAN RESPUBLİKASI PREZİDENTİ  
İSLAM KƏRİMOVUN ADINDAN  
TƏŞKİL EDİLMİŞ RƏSMİ  
QƏBULDA NİTQ 
 
Daşkənd,  
"Durmen" iqamətgahı, "Qış salonu" 
 
23 mart 2004-cü il 
 
Çox hörmətli İslam Abduqəniyeviç! 
Hörmətli Tatyana xanım!  
Əziz dostlar!  
Cənab Prezident, icazə verin, ilk növbədə, Özbəkistana dövlət səfərinə dəvətə görə, habelə Azərbaycan 
nümayəndə heyətinin qonaqpərvərliklə  və  səmimiyyətlə qarşılanmasına görə Sizə  təşəkkürümü bildirim. Bu 
nurlu və gözəl, mübaliğəsiz deyə bilərəm ki, qardaş xalqlarımızı birləşdirən Novruz bayramı günlərində, dostlar 
arasında, qardaş Özbəkistan torpağında olmağımdan çox böyük məmnunluq hissi duyuram.  
Özbəkistan dünya sivilizasiyasının  ən qədim ocaqlarından biridir, dünya mədəniyyəti xəzinəsinə  dəyərli 
töhfələr vermiş böyük alimlərin, mütəfəkkir və xadimlərin vətənidir. Özbəkistan  şanlı tarixi, zəngin 
mədəniyyəti, çoxəsrlik abidələri olan Səmərqənd, Buxara, Xivə və Şəhrisəbz kimi şəhərləri ilə bütün dünyada 
məşhurdur. Bu şəhərlər indiyədək dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələridir.  
Bunu demək mənə xoşdur ki, xalqlarımızı uzun əsrlər  ərzində  təşəkkül tapmış  və  zəmanəmizdə  də 
münasibətlərin uğurlu inkişafı üçün zəmin olan dərin tarixi-mədəni köklər və qardaşlıq telləri bağlayır. Bu 
baxımdan böyük iftixar hissi ilə qeyd etmək istərdim ki, görkəmli klassiklərimiz – Əlişir Nəvai, Mirzə Uluqbəy, 
Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları  əsərlər təkcə  Şərq 
xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir.  
Xalqlarımız müstəqilliyə qovuşduqdan sonra saysız-hesabsız problemlərlə üzləşdilər. Azərbaycan erməni 
təcavüzünə məruz qaldı və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edildi, bir milyondan çox insan 
qaçqın-köçkün vəziyyətinə düşdü. Bütün bu illər  ərzində Azərbaycan çox hörmətli prezident İslam 
Abduqəniyeviç Kərimov başda olmaqla, Özbəkistanın qardaş köməyini və  dəstəyini hiss etdi. Fürsət 
düşmüşkən, Azərbaycanın  ərazi bütövlüyünü və suverenliyini beynəlxalq aləmdə  dəstəklədiyinə görə qardaş 
Özbəkistana təşəkkürümüzü bildirirəm.  
Keçid dövrünün çətinliklərinə baxmayaraq, xalqlarımız nəinki öz aralarında dostluğu qoruyub saxladı, həm 
də  gələcək qarşılıqlı surətdə faydalı  əməkdaşlığın möhkəm bünövrəsini qoya bildilər. Bu baxımdan prezident 
Heydər  Əlirza oğlu  Əliyevin və prezident İslam Abduqəniyeviç Kərimovun misilsiz xidmətlərini vurğulamaq 
istərdim. Onların siyasi iradəsi və uzaqgörənliyi qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafını çox-çox 
illər irəlicədən müəyyənləşdirmişdir.  
Özbəkistana mənim səfərim strateji tərəfdaşlığın təməli qoyulmuş  əsaslarının məntiqi davamıdır və 
ölkələrimizin, xalqlarımızın istəyinə uyğun olaraq, bu tərəfdaşlığın daha da dərinləşdirilməsi və 
genişləndirilməsinə yönəldilmişdir.  
Müstəqillik  əldə olunduqdan sonra belə  qısa müddətdə Özbəkistanın iqtisadi, mədəni və siyasi sahədə 
qazandığı nailiyyətləri xüsusi qeyd etmək istərdim. Şübhəsiz ki, bu, Özbəkistan prezidentinin apardığı müdrik 
və uzaqgörən siyasətin nəticəsidir. Özbəkistanın müstəqilliyinin möhkəmlənməsində onun rolu danılmazdır. 
Prezident Kərimovun səyləri sayəsində Özbəkistan Dünya Birliyində layiqli yer tutmuşdur.  
Prezident Kərimovla danışıqlarımız səmərəli və çox məzmunlu oldu. İkitərəfli əməkdaşlıq məsələlərinə dair 
geniş fikir mübadiləsi regional və beynəlxalq problemlərdə qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu 
göstərdi. 
Hər iki ölkənin istifadə edilməmiş potensiallarının işə salınması siyasət və iqtisadiyyat sahəsində qarşılıqlı 
fəaliyyətin hərtərəfli surətdə möhkəmlənməsinə ciddi təkan verəcəkdir. Qloballaşma şəraitində Avropa–Qafqaz–
Asiya nəqliyyat dəhlizinin strateji inkişafının ölkələrimiz üçün çox böyük əhəmiyyəti var. Çünki o, Böyük İpək 
yolunun dirçəldilməsinə xidmət edir, geniş regional əməkdaşlığa yeni imkanlar açır. Sevindirici haldır ki, 
ölkələrimiz arasında mövcud olan və fəal surətdə inkişaf edən dialoq iqtisadi, mədəni və humanitar sahələrdə 
çoxcəhətli ikitərəfli münasibətlərin daha da genişlənməsinə, habelə, regionda sülh və sabitlik naminə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə