İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

117 
 
Bir daha demək istəyirəm ki, bizi bağlayan nə varsa, hamısını, münasibətlərimizin hərtərəfli inkişafı  və 
beynəlxalq aləmdə bir-birimizi dəstəkləmək üçün gözəl zəmin yaradan hər şeyi izləsək və götür-qoy etsək, ən 
başlıcası isə, bir-birimizin həyanlığını daim duymağımız və hiss etməyimiz üçün şərait yaratdığımızı  nəzərə 
alsaq, görərik ki, Azərbaycan ilə Özbəkistan arasında təşəkkül tapan imkanlardan daha əlverişli, nadir imkanlar, 
sadəcə, yoxdur. Mən bir daha təkrara varmayacağam, lakin bunu lazımınca qiymətləndirməmək və bu 
imkanlardan istifadə etməmək, zənnimcə, hökumətlərimizin rəhbərləri və üzvləri üçün uzaqgörənlik olmazdı. 
Hətta deyərdim ki, cinayət olardı. Ona görə də əməli fikir mübadiləsini, söhbəti başa çatdırdıqdan sonra mən öz 
fikirlərimi rəsmi nümayəndə heyətinin üzvləri ilə bölüşdüm, İlham Əliyevə dedim ki, söhbət zamanı məni bir 
məsələ maraqlandırırdı: prezident İlham  Əliyevin ikitərəfli münasibətlərimiz və dünya problemləri barədə, 
üçüncü ölkələrə münasibət barədə rəyi və mövqeyi necədir, ən başlıcası isə Heydər Əliyevin simasında görməyə 
və hiss etməyə öyrəşdiyim keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü nə dərəcədə tapmışdır. Bu məsələ məni 
maraqlandırırdı və bu gün böyük məmnuniyyətlə deyə və fikrimi sizinlə bölüşə bilərəm: qoy burada olanlar, o 
cümlədən də jurnalistlər bilsinlər ki, mən təkcə varisliyi deyil, həm də Heydər Əliyevin Azərbaycanın lideri və 
rəhbəri olduğu dövrdə gördüyünüz siyasətin davam etdirildiyini hiss etdim. Mən bundan çox məmnunam və 
inanıram ki, münasibətlərimizin perspektivləri yaxşı olacaqdır.  
 
  * 


 
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ 
 
Geniş  tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında sənədlərin imzalanması 
mərasimi oldu. 
Əvvəlcə prezident İlham  Əliyev və prezident İslam Kərimov  "Azərbaycan Respublikası  və Özbəkistan 
Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzaladılar.  
Sonra Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Özbəkistan Baş nazirinin müavini 
Rüstəm Əzimov "Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında elmi-texniki 
əməkdaşlıq haqqında saziş" və 1996-cı il 27 may tarixli "Azərbaycan Respublikası hökuməti və Özbəkistan 
Respublikası hökuməti arasında sərbəst ticarət haqqında sazişə  əlavə  və  dəyişikliklərin edilməsi haqqında 
protokol", "Azərbaycan Respublikası  və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası", habelə 
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında 
əməkdaşlıq haqqında protokol", "Azərbaycan Respublikasının Bakı  Şəhər  İcra Hakimiyyəti və Özbəkistan 
Respublikasının Daşkənd Şəhər Hakimiyyəti arasında əməkdaşlıq haqqında saziş", "Azərbaycan Hava Yolları" 
Dövlət Konserni və Özbəkistan Respublikasının Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi Dövlət Səhm-
dar Cəmiyyəti arasında Niyyət Memorandumu" imzalandı.  
 
 


118 
 
 
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN VƏ ÖZBƏKİSTAN  
PREZİDENTİ İSLAM KƏRİMOVUN  
BİRGƏ MƏTBUAT KONFRANSI VƏ  
JURNALİSTLƏRİN SUALLARINA CAVAB 
 
23 mart 2004-cü il 
 
İslam Kərimovun bəyanatı 
 
Mən Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin üzvlərini bir 
daha salamlayıram. 
Azərbaycan Respublikası prezidentinin ölkəmizə ilk dövlət səfəri çərçivəsində İlham Əliyevlə danışıqlarımız 
yenicə başa çatmışdır. Danışıqlar Azərbaycan–Özbəkistan münasibətlərinə  ənənəvi surətdə xas olan açıq və 
konstruktiv şəraitdə keçdi və şübhəsiz, səmərəli oldu. Biz ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə 
bağlı geniş  səpkili məsələləri müzakirə etdik, aktual regional və beynəlxalq problemlər barəsində fikir 
mübadiləsi apardıq. Həm də,  əslində, toxunduğumuz bütün məsələlərdə mövqelərimizin uyğun və oxşar 
olduğunu bildirmək istərdim. Strateji tərəfdaşlığın daha da möhkəmlənməsi haqqında birgə bəyannamə, bir sıra 
digər mühüm sənədlər imzalandı. Onların hamısı ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açır. 
Biz dünyada sanbalı getdikcə artan, mühüm coğrafi-siyasi rol oynayan dost Azərbaycanı regionda əsas 
tərəfdaş hesab edirik. Danışıqlar zamanı biz Cənubi Qafqazın və Mərkəzi Asiyanın getdikcə artan coğrafi-siyasi 
və iqtisadi sahədə qarşılıqlı asılılığı barədə razılığa gəldik. Görüşlərimizin, danışıqlarımızın yekunlarından bəhs 
edərkən nəzərə çatdırmaq istərdim ki, zənnimcə,  İlham  Əliyev ilə  şəxsi münasibətlər qurulması faktının özü 
mənim üçün və Özbəkistan üçün son dərəcə  əhəmiyyətlidir. Mən  İlham  Əliyevin simasında Azərbaycanın 
müstəqilliyi və suverenliyinin daha da möhkəmlənməsini, onun iqtisadi tərəqqisini və beynəlxalq nüfuzunun 
yüksəlməsini qarşısına məqsəd qoyan siyasi və dövlət xadimi görürəm. 
Danışıqlar tam bir sıra beynəlxalq, regional problemlər barədə, habelə MDB çərçivəsində inteqrasiya 
prosesləri məsələsində mövqelərimizin ümumiliyini bir daha nümayiş etdirdi. MDB ilə bağlı  məsələlərin 
müzakirəsi zamanı biz Vladimir Vladimiroviç Putinin martın 14-də prezident seçkilərində inamlı qələbəsini və 
bu qələbənin postsovet məkanında vəziyyətə müsbət təsirini böyük məmnunluqla vurğuladıq. 
Tərəflər qarşılıqlı iqtisadi əməkdaşlığa toxunaraq etiraf etdilər ki, bu əməkdaşlıq ölkələrimizin potensialına 
açıq-aşkar uyğun deyildir. Bununla əlaqədar hökumətlərarası komissiyanın martın ortalarında Özbəkistanda  
keçirilmiş iclasında qəbul olunmuş razılaşmaların və  əməli sazişlərin gerçəkləşdirilməsi böyük əhəmiyyətə 
malikdir. Biz əminik ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət səfəri ölkələrimizin ikitərəfli və çoxtərəfli 
münasibətlərinin möhkəmlənməsində əlamətdar hadisə olacaqdır. 
Diqqətinizə görə təşəkkür edirəm. 
 
İlham Əliyevin bəyanatı 
 
Hörmətli xanımlar və cənablar! 
Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri çox uğurla keçir. Özbəkistan prezidenti İslam 
Abduqəniyeviç Kərimovla danışıqlar aparıldı və bu danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin çox geniş 
dairəsi əhatə olundu. İslam Abduqəniyeviçin vurğuladığı kimi, müzakirə edilən bütün məsələlərdə baxışlarımız 
tam uyğun gəlir. 
Biz bünövrəsi əvvəllər qoyulmuş ənənələri qətiyyətlə davam etdirmək, ikitərəfli münasibətləri fəal surətdə 
genişləndirmək, regional məsələlərdə, o cümlədən regional təhlükəsizliyin möhkəmləndirilməsində, beynəlxalq 
terrorizmlə mübarizədə birgə  fəaliyyət sahəsində  əməkdaşlıq etmək niyyətindəyik. Dünya siyasətinin bir çox 
məsələlərində də baxışlarımız uyğun gəlir. 
Özbəkistan və Azərbaycan yeni müstəqil dövlətlərdir. Ölkələrimizin müstəqil dövlət kimi uğurla təşəkkül 
tapması xalqlarımızın ümummilli liderləri olan İslam Kərimovla və Heydər  Əliyevlə bağlıdır. Onların 
müstəqilliyin, suverenliyin, iqtisadi potensialın möhkəmlənməsinə yönəldilmiş  fəaliyyəti öz gözəl bəhrələrini 
vermişdir. İndi bu siyasət Azərbaycanda davam etdirilir. Mən möhtərəm prezident İslam Kərimovu əmin etdim 
ki, ölkələrimiz arasında indiyədək görülən bütün işlər davam etdiriləcəkdir. 
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaşdır. Həm mədəni münasibətlər çərçivəsində, həm 
də xalqlarımız arasındakı münasibətlər baxımından bizi birləşdirən ümumi cəhətlər çoxdur. Odur ki, biz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə